A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov


§ 15.  Süxurların qeyri-bircinslilik



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə19/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   15   16   17   18   19   20   21   22   ...   137

66 

 

§ 15.  Süxurların qeyri-bircinslilik 



xassələrinin öyrənilməsi 

 

Layların qeyri-bircinsli fiziki xassələrə  malik olması neft və 

qaz yataqlarının  əmələ  gəlməsi prosesində  baş verən hadisələrlə 

(müxtəlif geoloji dövrlərdə  süxurların  şökmə  şəraitinin dəyişməsi, 

kipləşmə  və sementləşmə proseslərinin dəyiəməsi və s.) əlaqədardır. 

Layları təşkil edən süxurların əksəriyyəti üçün onların mineraloji tərkibi 

və fiziki xassələri layın həm  şaquli, həm də  üfüqi  istiqamətlərində 

kəsrin dəyişir. 

Deməli, neft və  qaz layına dəyişən kəmiyyətlərlə xarakterizə 

olunan bir sistem kimi baxmaq olar. Layın neft və qaz ehtiyatının təyin 

edilməsi, işlənmə layihəsinin tərtibi, lay təzyiqinin saxlanması  şərtinin 

müəyyənləşdirilməsi, neft konturunun hərəkətinə  nəzarətin təmin 

edilməsi və s. kimi məsələlərin həll etdikdə müəyyən məlumatlar yığımı 

olmalıdır. Həmin məlumatlar sırasına layın məsaməlilik  əmsalının, 

keşiriciliyinin, qalıq neft və su ilə doyma dərəcəsinin, effektiv 

qalınlığının və s. orta qiymətləri, onların lay üzrə paylanması daxildir. 

Qeyd etmək lazımdır ki, bu məlumatların lay üzrə paylanması təsadüfi 

proses kimi baxmaq olar. 

Lay parametrlərini orta qiymətinin təyin edilməsində  əsas 

məqsəd  ən az ölçmə  işləri aparmaqla etibarlı  məlumat alınmasından 

ibvarətdir. 

1936-cı ildə Amerikada telefon vasitəsilə Ruzveltin prezident 

seçilməsi barədə  sorğu aparılmışdır. Sorğunun nəticəsi Ruzvelyin 

prezident seçilməyəcəyini göstərmişdir.  Əslində isə Ruzvelt prezident 

seçildi. Proqnozun düz olmamasına səbəb sorğunun telefonla 

aparılmasıdır. Çünki o vaxtlar telefon bəzi evlərdə,  əsas etibarilə  varlı 

ailələrə  məxsus mənzillərdə  var idi: seçkilərdə isə  mənzilində telefon 

olmayanlar da iştirak edirdi. 

Deməli, Ruzveltin prezident olması haqqında aparılan sorğuda 

statistik seçmə tam olmamışdır. 

Beləliklə, statistik təhlilin əsasını təşkil edir. 



67 

 

Verilmiş əsas məlumatlar yığımı (ƏMY) determinik və statistik 



üsulla təhlil edilə bilər.Determinik təhlil üsulu ƏMY-in fərqi 

xüsusiyyətlərini göstərməklə kifayətlənirsə, statistik üsul bu fərdi 

xüsusiyyətlərin təsnifatını verir. 

  Arley  və  Buxun aşağıdakı misalına baxaq. Tutaq ki, kiminsə 

yol boyu gəzintisinin riyazı modelini qurmaq lazımdır. Qəbul edək ki

bu şəxs yolda rast gəldiyi işıq sütunlarının nömrələrinin son rəqəmlərini 

qeyd edir. Məsələn, 9, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0, 8, 7, 6, 7, 8, 9, 0, 9, 0, 

1, 0, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0, 9 ( bu ƏMY-dir). Onda bu rəqəmlərin 

ardıcıllığı gəzintinin determinik təhlilini verə bilər. qeyd etmək lazımdır 

ki,  əgər bu şəxs eyni rəqəmə  təsadüf etdiyini qeyd etsəydik, onda 

gəzintinin aşağıdakı statistik təhlilini alardı. 

Rast gəlinən rəqəmlər: 

 

0   1   2   3   4   5   6   7   8   9 



Təkrar olunan rəqəmlərin sayı: 

6   3   2   2   2   2   3   4   4   7 

Gəzintinin determinik təhlili  əsasında bu şəxsin, yolun bəzi 

hissələrindən neçə  dəfə  və  hansı ardıcıllıqla keçdiyini demək olar. 

Lakin gəzintinin statistik təhlili əsasında şəxsin yolun bəzi hissələrindən 

neçə  dəfə  keçdiyini də deyə bilmədiyimiz halda hansı ardıcıllıqla 

keçdiyini deyə bilmərik. Beləliklə, determinik təhlil üsulu statistik üsula 

nisbətən daha məlumatlıdır. Lakin bu əlavə  məlumat bir çox 

məsələlərin həllində nəinki lazım olur, hətta şətinliklər törədir. 

Ona görə də müxtəlif məsələlərin  qoyuluşunda optimal sayılan 

ƏMY-in həcminin təyin edilməsi, başqa sözlə  təhlil üsulunun düzgün 

seçilməsi, olduqca əhəmiyyətlidir.Məsələn , qumun laydan yer üzərinə 

çıxarılması prosesinə baxaq. Bu məsələnin praktiki əhəmiyyəti, qumun 

yer üzərinə  çıxarılmasının  texnoloji prosesə  və  quyudibi zonanın 

vəziyyətinə necə  təsir etdiyini müəyyənləşdirməkdən ibarətdir. 

Determinik təhlil üsulunu tətbiq etməkdə qum hissələrə üçün diferensial 

tənliklər  sistemi tərtib etmək və bu tənliklərin həllindən, hər qum 

hissəciyinin istənilən andakı vəziyyətinin  (quyuda ) müəyyənləşdirmək 

lazım olardı. Aydındır ki, hər bir qum hissəciyi üçün bu qayda  ilə 

alınan  hərəkət tənlikləri bu məsələnin həlli üçün rasional üsul sayıla 

bilməz. Deməli, determinik təhlil üsulu çox  çətin bir  üsul (diferensial 

sisteminini tərtibi, inteqrallanması  və s. ilə  əlaqədar olan.) olmaqla 




68 

 

bərabər həm də  lazımi amillərin prosesə  təsirinin  aşkar  edilməsinə 



imkan vermir. 

Lakin statistik üsulun tətbiqi, məsələnin həllinin xeyliasanlaşdırır. 

Belə ki,  bu halda qum hissıcikləri üçün ƏMY tərtib edilir və statistik 

təhlil  əsasında prosesə  təsir edən lazımi amillər açakar edilir. Statistik 

təhlil üsulundan bir çox məsələlərin həllində  nəinki köməkçi, hətta 

müstəqil bir üsul kimi də istifadə edilir.  

Müəyyən edilmişdir ki, əksər hallarda əsas məlumatlar  yığımının  

ən çox təsadüf olunan paylama qanunu normal paylanma qanununa tabe 

olur. 

Buna misal olaraq müəyyən işarə ilə  fərqlənən dörd kürənin iki 



qutuda  hansı variantlarda yerləşməsini araşdıraq. Araşdırmanın nəticəsi 

1.3 cədvəlində  verilmişdir. Burada hər nariantda statistik təkrarolunma 

halı məlum düsturdan tapılır. 

,

m



n

m

n

m

p

A

C

 

Burada n- kürələrin sayı; m- qutudakı kürələrin sayıdır. 



 

Cədvəl 1.3 

variantlar 

Kürələrin sayı 

Satatistik təkrar 

olunma 


1-ci qutuda 

2-ci qutuda 















 



 

Cədvəldə  göstərilən paylanmanı qrafiki təsvir edək. Bu məqsədlə 

absis oxunda variantları, ordinant oxunda isə statistik  

 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə