A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə69/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   65   66   67   68   69   70   71   72   ...   171

 245 

tut. Eldar da Bakının dalğasını tutacaqdı  və bu zaman, düz 

dəqiqəbədəqiqə diktor elan edəcəkdi: Eldar Musayev: "Rəna". 

Və məlahətli bir səs Eldarın adından Rənaya vurğun bir könlün 

eşq–məhəbbət təranəsini oxuyacaqdı. 

İmran dedi: 

–"Rəna" mahnısını çıxart, yerinə ayrı bir şey sal. 

Tahir dinmədi. Bütün bu səbəbləri izah etmək çox çətin 

olardı. 

–Bəlkə  qalsın...  bilirsiz... – deyə o zəif bir cəhd etdi. 

İmran quru bir tərzdə: 

–Yox, Tahir, – dedi, – mütləq dəyiş. Bilirsən ki, gündə eyni 

mahnıları vermək olmaz, – o ayağa qalxdı – Yaxşı, mən 

studiyaya gedirəm – qapıya çatarkən bir də Tahirə tərəf döndü 

– əvəzinə bir xalq mahnısı sal. "Gül oğlan", ya "Qaragilə". 

–Yaxşı. 


Tahirin ovqatı  təlx olmuşdu. O, Eldara nə deyəcəyi və 

Rənaya nə sürpriz hazırlayacaqları haqqında düşünürdü. 

 

*** 

Kazım Təbriz yaxınlığındakı Hacı  Yəhya çayxanasında bir 

küncdə oturub düşünürdü: hansı yaxşıdır – sıldırım qayadan 

uçuruma atılmaq, ya baş gicəlləndirən sürətlə gündə belədən-

belə gedən Amerika hərbi maşınlarının altına tullanmaq? 

Onun qərarı qəti idi. 

Kazımın 37 yaşı vardı. Ömrünün on dörd ilini məhbəsdə 

keçirmişdi. On dörd il idi ki, o ulduzları, günəşi, istini, sazağı 

mil-mil barmaqlıqlar arasından görmüş, duymuşdu. On dörd il 

idi ki, o, anasının, Mihinin, dostlarının taleyindən, otların 

iyindən, quşların səsindən, cahan hadisələrindən, Savalandan 

əsən sərin mehdən – insanlardan, dünyadan xəbərsizdi. On 

dörd il idi ki, o haqqa, ədalətə inamını, xoşbəxt gələcəyə 

inamını qırıb sınıq güzgü kimi atmışdı. Ömrünün on dörd ilini 

Kazım məhbəsdə çürütmüşdü.  İndi o azad idi. Neçə gün idi 

məhbəsdən buraxılmışdı. 

downloaded from KitabYurdu.org



 246 

Ümidsizliyin sal divarına dirənmiş adam belə özünə bir baba 

yolu qoyur. Kazım məhbəsdə ümid güzgüsünü sındırıb atarkən 

bir parçasını saxlamışdı. Bu parçada onun son pənahı, son 

sığnağı, ömrünün yeganə  və axırıncı xilas cığırı – baba yolu 

əks olunmaqdaydı. "Bəlkə, anam hələ yaşayır? Bəlkə, Mihin 

diridir? Bəlkə, dostlardan sağ qalanı var?". Səhərsiz məhbəs 

gecələrinin on dörd illik qaranlığında heç kəsin 

maraqlanmadığı, heç kəsin soruşmadığı Kazım bu nigaran 

fərziyyələrlə yaşamışdı. 

Bir nəfər, heç olmasa bircə nəfər onu yada salmalı idi. Bir 

cüt göz ana gözləri, dost gözləri, ya da Mihinin qara gözləri 

onun yolunu çəkməliydi. Yoxsa hər şey mənasızlaşardı. Gərək 

o kiməsə, bir nəfərə, bircə  nəfərə lazım olaydı. Lakin bu puç 

bir ümid idi. Anası altı il bundan qabaq ölmüşdü. 

Qardaşlarından biri itkin düşmüş, o biri asılmışdı. Dostlar... 

Uzun məhbəs illəri  ərzində o dostları tez–tez yada salırdı. 

Qurban, Hüseyn, Əyyub... "Bizə dost demək olarmı? Hüseynlə 

bir böyümüş, Qurbanla, Əyyubla bir oxumuşuq. Lakin 

yollarımız çox tez ayrıldı. Uşaqlıq, ilk gənçlik dövrü 

qurtaranda, yol seçmək məqamı gələndə biz ayrı–ayrı səmtlərə 

getdik... Daha doğrusu, onlar getdi. Mən getmədim. Öz 

yerimdə durdum. O vaxt mənə elə gəlirdi ki, ən doğru yol heç 

bir yol seçməmək, heç bir səmtə getməməkdir. Bir yerdə durub 

dayandığın yeri seyr etmək, dərk etmək, dərindən öyrənmək, 

sevmək. Günəşə baxmaq. Məgər günəşə baxmaqçün harasa 

getmək lazımdır. Günəş hər yerdən görünür. (Doğrudur günəş 

hər yerdən görünür, lakin bəzən ona dəmir barmaqlıqlar 

arasından baxmalı olursan – bu həqiqəti Kazım sonralar başa 

düşdü). 


Məgər ayın, ulduzların, bahar yağışının gözəlliyini 

duymaqçün mütləq bir yol seçmək, baş alıb harasa getmək, bu 

uzun səfərdə yüz işgəncəyə, əzaba dözmək lazım idi... 

Əyyub mənim müddəalarıma cavab verirdi ki, aya, ulduza, 

yağışa, küləyə, günəşə öz dilində ay, ulduz, yağış, külək, günəş 

downloaded from KitabYurdu.org




 247 

demək haqqıyçün, ömrü boyu bellərini büküb qara torpaqdan 

başqa heç bir şey görməyən insanların başını qaldırıb günəşə, 

aya, ulduza baxa bilmələriyçün mübarizə etmək lazımdır. 

Qurban, Hüseyn, Əyyub mübarizə yolunu seçdilər. Bu yol 

Qurbanı və Hüseyni dar ağacına gətirdi, Əyyub isə... 

On dörd il idi ki, Kazım  Əyyubun aqibətindən xəbərsizdi. 

Ümid güzgüsünün hifz olunmuş parçasında o, tez-tez Əyyubun 

əksini görürdü. 

Bəli,  Əyyub sağ qalmışdı. Amansız qisasın cəllad  əli ona 

dəyməmişdi. 

Kazım məhbəsdən çıxandan sonra Əyyubun yaşadığı balaca 

daxmaya getdi, ona mərkəzi xiyabanda ikimərtəbəli evi nişan 

verdilər. 

Mübarizə yolunun çoxlu kəsələri var. Bu kəsələrə düşüb 

geriyə  də qayıtmaq, başqa yollara gedib çıxmaq da 

mümkündür. 

Əyyub indi fars dilində ruznamə buraxır. Günəş  əvəzinə 

"şəms", yağış əvəzinə "baran" yazır və isbat eləməyə çalışır ki, 

gec-tez hamı belə deyəcək. 

Kazım ikimərtəbəli evin qapısından içəri girdi. Əyyub əvvəl 

onu tanımadı, sonra tanıdı, sevindi, sonra pərtləşdi, nədənsə 

pörtdü. Kazım da sıxılırdı. Çünki danışmağa söz tapmırdılar. 

Bu ağır sükuta son qoymaqçün Əyyub ailəsindən danışmağa 

başladı. Onun iki uşağı vardı. Arvadı Şəmsiyyə xanım fars idi, 

özü də yüksək rütbəli Tehran məmurlarından birinin qızı idi. 

Əyyubun gənclik büdrəmələrindən sonra onun taleyi üçün bu 

nigahın  əhəmiyyəti çox böyük idi. Xoşbəxtlikdən  Şəmsiyyə 

xanım məhdud milli hisslərdən çox yüksəkdə dururdu. Onun 

üçün azəri və fars anlayışları yox idi və məhz buna görə də o, 

uşaqlarını fars dilində tərbiyələndirirdi. 

Əyyub Kazımı çöl qapısına qədər ötürdü. Həyətdə iki 

bağban  əyilib qan-tər içində yer qazırdılar.  Əyyub onlara 

göstərişlər verdi. Kazım düşündü: görəsən başlarını qaldırıb 

günəşə baxmağa bunların macalı olurmu?  

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə