Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.

səhifə173/200
tarix15.11.2018
ölçüsü5,36 Kb.
1   ...   169   170   171   172   173   174   175   176   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
323 
qaldırması,  Gürcüstanın  Rusiyadan    üz  çevirib  NATO-ya  üzv  olmaq  üçün  atdığı    addımlarına  cavab 
olaraq tarixə ―5 günlük müharibə― kimi düşən 2008-ci il avqustun 8-də Rusiyanın Gürcüstana hücumu və 
paytaxt Tbilisinin 100 metrliyində dayanması Rusiyanın heç bir halda regionda qərbin xüsusilə də ABŞ-ın 
gücünü qəbul etməyəcəyinin əyani sübutudur. Gürcüstanın dərhal sülh üçün müraciəti onun suverenliyi 
və  dövlətçiliyi  üçün  böyük  təhlükənin  olmasından  və    vəziyyətin  ciddiliyindən  xəbər  verirdi.  Sülh 
müqaviləsi imzalansa da Rusiya Gürcüstana özünəməxsus şəkildə zərbə endirməyi bacardı. Gürcüstanın 
tərkibində olan Abxaziya və Şimali Osetiyanın müstəqilliyini tanidığını bəyan edən Rusiya regionda hələ 
uzun  müddət  gərginliyin  qalmasını  özü  üçün  təmin  etmiş  oldu.  Artıq  Gürcüstan  Abxaziya  və  Şimali 
Osetiyanı  öz  tərkibinə  qatmağı  qeyri-real  görünür.  ―5  günlük  müharibə‖  Gürcüstana  təkcə  iqtisadi  və 
sosial baxımdan deyil, həm də siyasi baximdan böyük zərbə oldu.  
 
Ukrayna  ilə  hər  zaman  əməkdaşlıq  və  dostluq    əlaqələrinə  malik  Rusiyanın  Ukrayna  Prezidenti 
Yanukoviçin hakimiyyətdən getməsindən sonra və baş qaldıran etirazların ardınca Ukrayna ilə əlaqələri 
getdikcə soyumağa başladı. Ukraynanın qərbə yönəlməsi Rusiyanın siyasətinə zidd  olduğundan vəziyyət 
getdikcə gərginləşməyə başladı. Ukraynadakı gərgin vəziyyətdən istifadə edən Rusiya Krımı Ukraynanın 
tərkibindən çıxararaq öz tərkibinə qatmağı bacardı. Bundan başqa, Ukraynanın daxilində olan parçalanma 
və  separatist  rejimlərin  özlərini  qondarma  ―respublika‖  elan  etmələri,  Ukraynadakı  vəziyyətin 
gərginliyindən xəbər verir. Ukraynada baş verən hadisələrlə heç bir əlaqəsi olmadığını bəyan edən Rusiya 
əslində Gürcüstanı cəzalandırdığı kimi Ukraynanı da cəzalandırdı.  Dövlətlərə hər tərəfli təsir göstərməyi 
və onları özündən asılı vəziyyətdə saxlayaraq Rusiya bir zamanlar Sovetlər Birliyinin idarəçiliyində olan 
dövlətlərin müasir dövrdə də birbaşa və dolayısıyla təsir göstərməyi bacarır. Zəngin neft-qaz yataqlarına 
malik Rusiya ölkələrihər vasitəylə asılı vəziyyətdə saxlayır.   
 
  
TÜRKĠYƏNĠN AVROPA BĠRLĠYĠNƏ QƏBULUNU ƏNGƏLLƏYƏN PROBLEMLƏR 
 
Qurbanova R.İ. 
Bakı Slavyan Universiteti 
 
«Kipr problemi» - Türkiyənin AB-nə qəbulunu əngəlləyən «amillər»- dən biri kimi. 
Türkiyə  -  AB  münasibətlərinin  qurulması  məsələsi  geniş  səpkili  və  çox  şaxəlidir.  Onlara  dair 
çoxlu dəyərləndirmələr vardır. Bu məsələdə AB üzvü olan dövlətlərin özlərində belə fərqli yanaşmalar 
mövcuddur. Onların sırasında isə əsasən iki xətt görünməkdədir. 
1.
 
 Birliyin üzvlərindən bəziləri Türkiyənin ona qatılmasında maraqlıdırlar və buna gündəlik 
soylar göstərirlər. 
2.
 
 Digərləri isə  müəyyən  iqtisadi  və  siyasi  mülahizələrə  görə  Türkiyənin  AB-nə  qəbulunu 
nəinki istəmirlər, hətta vaxtaşırı  bu işi əngələdirlər. 
Türkiyə  daxilindəki  siyasi  qüvvələrin  da  AB-nə  üzvlükdə  birmənalı  mövqeyi  yoxdur. 
Z.Bjezinskinin  təsnifatında  özünə  yer  alan  ölkədaxili  siyasi  qüvvələrin  (modernistlər,  islamçılar, 
millətçilər)  strateji  xətlərindəki  fərqli  məqsədlər  bu  sahəyə  də  öz  təsirini  göstərir.  Bir  sıra  ekspert  və 
analitiklər  Türkiyənin  yüksək  məqamlı  hərbçilərinin  də  bu  məsələdəki  həlledici  təsirini  unutmamağı 
tövsiyə edirlər. 
Milliyyətçilərin siyasətdəki təmsilçisi olan Milliyyətçi Hərəkat Partiyasının rəsmi görüşlərdə buna 
qarşı  olmadıqları  haqqında  bəyanatlarına  baxmayaraq  əslində  onların  AB-nə  heç  də  rəqabət 
bəsləmədikləri məlumdur. Bu partiyanın yaradıcısı A. Türkeş vaxtilə deyirdi: 
«Biz ALB-nin tamamilə 
əleyhinəyik.  IB  milli  dəyərləri  aradan  qaldıracaq  tamamilə  xristian  bir  qurum  olduğuna  görə 
ülküçülər ona qarsıdırlar». 
Yuxanda  sadalanan  siyasi qüvvələr  sırasında  modernistlər  (ANAP,  «Doğru  Yol»  və  s.  partiyalar) 
Qərbə inteqrasiyada - AB ilə sıx əlaqələrdə daha maraqlı və israrlı görünürlər. Türkiyənin tezliklə AB-nə 
üzv  olmasını  istəyənlərə  gərə  AB  150  ildir  təxminən  qərbləşməyə  cəhd  göstərən  Türkiyə  üçün 
təkrarolunmaz  tarixi  bir  fürsətdir.  Bu  dairələrə  görə  AB-nin  Türkiyəyə  qazandıracağı  iqtisadi  gəlirlər 
ikinci  dərəcəlidir,  əsas  məsələ  isə  Avropa  ilə  olacaq  siyasi  bütünləşmədi.  Hazırda  Türkiyədə  iqtidarda 
olan ədalət və inkişaf partiyası (AKP) ölkənin ittifaqa qatılması yönündə müəyyən səylər göstərir. 
Türkiyə  ittifaq  vasitəsilə  Avropa  ilə  bütünləşəcək,  beləliklə  tam  bir  Qərb  perspektivi  qazanmış 
olacaqdır. Məsələyə insan hüquqları, demokratiya baxışı ilə yanaşanlara görə Türkiyə istəsə də, istəməsə 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
324 
də iqtisadi və texnoloji inkişaf göstərən Qərb dövlətləri ilə bir sıra əlaqələr yaratmağa məcburdur, Lakin 
son  dövrə  aid  proseslərin  təhlili  belə  bir  qənaətə  gəlməyə  imkan  verir:  AB  ilə  münasibətlərdə 
Türkiyədəki aparıcı siyasi qüvvələr və hərbiçilər arasında bir razılaşmaya əsasən nail olunmuşdur. 
Türkiyənin  AB-nə  qəbulunu  əngəlləyən  başlıca  məqamlar  (amillər)  Ittifaq  ilə  bağlıdır.  Raynın 
raportundan  və  digər  sənədlərdən  də  aydın  görünür  ki,  AB  Türkiyənin  ona  qobulunu  süni  maneələr 
əngəlləməkdə davam edir. AB dövlətləri və onun əsas qurumlan tərəfindən Türkiyə üçün yaradılan və ya 
bəhanə edilən «məsələlər - problemlər»  bunlardır: 
1.
 
 Yunanıstan  -  Türkiyə  münasibətlərində  vaxtaşırı  özünü  göstərən  anlaşılmazlıqlar  və 
«Kipr problemi». 
2.
 
 «Erməni  soyqırımı»nın  Türkiyə  tərəfimdən  tanınmasına  dair  çağırışlar,  «məsləhətlər», 
tələblər. 
3.
 
 «Türkiyədə  insan  hüquqları»na  əməl  olunması  tələbləri  (PKK  terrorçuluğuna  qarşı 
mübarizənin yanlış qiymətləndirilməsi, dinclik, Cənub-şərq məsələsi və s.). 
4.
 
 «Türkiyənin Ermənistanı tanımaması və onu iqtisadi blokadada saxlaması» məsələsi və 
ya Türkiyə - AB münasibətlərində «Azərbaycan amili». 
Bu  kimi  bəhanələr  -  «problemlər»lə  yanaşı  əslində  məslinin  alt  qatında  AB-ni  rahatsız  edən  bir 
neçə  köklü,  ciddi  səbəblər-amillər  dayanır.  Onlara  isə  coğrafi.  demoqrafik,  tarixi-mədəni,  iqtisadi-
maliyyə yükü, AB-nin «müsəlmanlaşdırılmamasi» və s, aid etmək olar. Bunların qısaca olaraq nəzərdən 
keçirilmələri bəzi mətləblərə müəyyən aydınlıq gətirilməsinə imkan verir. 
 
 
AVROPADA HƏRBĠ TƏHLÜKƏSĠZLĠYĠN TƏMĠN OLUNMASININ 
MÜASĠR MƏRHƏLƏSĠ 
 
Quliyev F.F. 
Bakı Slavyan Universiteti 
 
 Avropada hərbi təhlükəsizliyin təminatçısı; 4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaq-NATOdur . 
NATO  -  sülhün  qorunmasını  və  azadlıqların  müdafiəsini  siyasi  həmrəylik  yolu  ilə  təmin  edən  və 
üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən 
istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.  SSRİ-nin dağılması və Avropanın siyasi 
istiqrarsızlığın meydana gəlməsi, Balkan regionunda siyasi sabitsizliyin hökm sürdüyü bir vaxtda Avropa 
ölkələri  regionun  hərbi  təhlükəsizliyinə  və  stabilliyin  yaranmasına  daha  ciddi  yanaşmağa  başladılar.
  7 
fevral  1992-ci  ildə  imzalanan  Maastrixt  sazişində  ―Ümumi  xarici  və  təhlükəsizlik  siyasəti‖  Avropa 
Birliyinin 3 sütunundan biri olaraq qəbul edilmişdir.  Avropada hərbi təhlükəsizliklə bağlı məsələnin əsas 
qolunu  bu  prinsip  təşkil  edir.  Avropa  Dövlət  və  Hökümət  Başçıları  Şurasının  tərkibində  olan  bu  rəhbər 
prinsip Avropa Birliyi ərazisinin qorunmasında NATO-nun cavabdeh olduğunu qeyd edir. Ancaq 1999-cu 
ildən  bəri  hərbi  sülh  gücünün  yaradılması  və  bağlanan  müqavilələrin  qorunması  məqsədi  ilə  Avropa 
Birliyi  öz  tərkibində  hərbi  qurumlarını  yaratmışdır.  Bu  siyasətin  əsas  məqsədi  və  prinsipləri  Avropa 
Birliyinin  bütövlüyünü  qorumaq,  onun  təhlükəsizliyini  inkişaf  etdirərək  təkmilləşdirmək,  sərhədlərin 
toxunulmazlığını  qorumaq,  beynelxalq  arenada  bu  sahədə  əməkdaşlığı  təmin  etmək,  insan  haqqları, 
demokratiya,    hüququn  üstünlüyünü  təmin  etməkdən  ibarətdir.  Ona  görə  də  bu  ümumi  siyasət  həmişə 
Avropa Birliyi ölkələrinin hərbi təhlükəsizliyi baxımından aktual məsələ olaraq gündəmdədir. 
Müdafiə  siyasəti  Aİ  müqavilələrinin  də  qeyd  etdiyi  kimi,  üzv  dövlətlərin  səlahiyyətində  qalan 
sahədir.  Bununla  belə,  gerçək  Avropa  müdafiə  siyasətinin  yaradılması  təşəbbüsləri  Avropa 
quruculuğunun  müxtəlif  vaxtlarında  irəli  sürülüb  və  hər  dəfə  də  uğursuzluqla  nəticələnib.  Bunun  əsas 
səbəbi üzv dövlətlərin müxtəlif geopolitik maraqlarının və baxışlarının olması ilə yanaşı, bu yöndə siyasi 
və  maliyyə  sərmayələri  qoymaq  istəməmələridir,  Məhz  ona  görəd  də  1990-cı  illərin  əvvəlində  Aİ 
burnunun ucunda baş verən etnik təmizləmələrə və digər müharibə cinayətlərinə müdaxilə edə bilmədi. 
Praqmatik Avropa liderləri yeni təhdidlərə, o cümlədən terrorizm, dəniz  və  kiber quldurluğu kimi 
fenomenlərə yalnız birgə güclə sinə gərməyim mümkünlüyünü anlayırlar. Bunun üçün isə əlavə fondların 
ayrılmasına  tərəddüd  edirlər.  Bundan  əlavə,  üzv  dövlətlərin  böyük  əksəriyyətinin  NATO  üzvü  olması 
onların müdafiə ehtiyaclarını ödəyir və onlar əlavə müdafiə alyansına girməyə ehtiyac duymurlar. 




Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   200


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə