AzTarix Metodik+ Layout 1



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix14.03.2018
ölçüsü3,74 Kb.
#31403
1   ...   26   27   28   29   30   31   32   33   34

111
Tədqiqat sualı:
Qədim Albaniya dövlətində sosial-iqtisadi münasibətlər necə qurulmuşdur?
– Venn diaqramında Atropatena və Albaniyanın tarixini müqayisə edin.
Tədqiqatın aparılması:
– Qruplarda iş aparmaq üçün aşağıdakı tapşırıqlar verilə bilər:
I qrup: Albaniya dövləti hansı şəraitdə yaranmışdır. İzah edin.
II qrup: «Albaniyanın əhalisi və onların həyat tərzi» təsvir edin.
III qrup: «Alban əhalisi içərisində təbəqələşmə» – təsvir edin. 
IV qrup: Albaniyada dövlətin idarəolunmasını müəyyənləşdirin.
Məlumatın mübadiləsi: Cavablar müəyyən olunmuş zaman çərçivəsində işlənir.
Təqdim olunur. 
Məlumatın müzakirəsi: Cavablar oxunur, müzakirə olunur. Əlavələr edilir. Qiy -
mətləndirmə aparılır.
Qrupların qiymətləndirmə meyarları:
Ümumiləşdirmə və nəticə: Albaniyanın ərazisi, əhalisi və onlar arasında bəra -
bər sizlik, insan ların təbəqələşməsi, hərb işi haqqında məlumat şagirdlər tərəfindən
mənimsənilir və müstəqil fikir yaranır.
Yaradıcı tətbiqetmə:
«Albaniyada hərb işi» mövzusunda mətn tərtib edin.
Ev tapşırığı: Albaniyanın yaranması, idarəolunması, sosial-iqtisadi münasibətləri
haqqında məlumat toplayın və fikir mübadiləsinə hazırlaşın.
Atropatena
Albaniya
ôÿðãëè
ôÿðãëè
îõøàð
Qruplar
Mənbələrdən
düzgün
istifadə
Təqdim -
etmə
Tapşırıq 
vaxtında
yerinə 
yetirilib
Əmək -
daşlıq
Ümumi
nəticə
I
II
III
IV
 Çap üçün deyil


112
Refleksiya və qiymətləndirmə: 

Шаэирдлярин фярди гиймятляндирмя
мейарлары
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
1.
Albaniyada baş vermiş mühüm hadisə,
pro  ses və təzahürlərin xronoloji çərçi və -
lərini  müəy  yənetmə
2.
Albaniyada baş vermiş mühüm hadisə,
proses və təzahürləri zaman oxunda təs -
vir etmə
3.
Dövrün öyrənilməsində maddi və yazılı
mən bələrin rolunu izahetmə
4.
İllüstrasiyalar əsasında sadə tədqiqatlar
aparma
5.
E.ə. IV–III əsrlərdə insanların birgəya -
şa  yı şının  müxtəlif  forma la rını  fərqlən -
dirmə
6.
Qədim insanların həyat tərzini və məş -
ğu  liy yətini  Azərbaycan  ərazisinin  təbii-
coğrafi şə raiti ilə əlaqələndirmə
7.
Xəritələrdə Azərbaycan ərazisində qə -
dim döv lətləri – Atropatena, Albaniya
müəy  yən etmə
8.
Azərbaycanda qədim dövlətlərin yaran -
ma sını, idarə olunmasını, sosial-iqtisadi
müna si bətləri  təsviretmə
9.
Qədim Azərbaycan dövləti Albaniya
haq  qında mənbələr əsasında məlumatlar
top la ma,  təqdimetmə
 Çap üçün deyil


113
QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİNƏ DAİR 
NÜMUNƏLƏR
1. İbtidai insanların həyatı öyrənilmişdir. 
a) arxeoloji materiallar əsasında
b) yazılı qaynaqlar əsasında
c) ərəb səyyahlarının məlumatları əsasında
d) yunan-Roma müəlliflərinin məlumatları əsasında
2. Hicri eranın başlanğıcı götürülür:
a) 510-cu ildən
b) 622-ci ildən
c) 630-cu ildən
d) 610-cu ildən
3. Qədim insanların ilkin məskənləri aşkar edilmişdir:
1. Qarabağda, Naxçıvanda
2. Qazaxda, Şəkidə
3. Gəncəçayda, Lerikdə
4. Qazaxda, Cəlilabadda
a) 1,2
b) 2,3
c) 1,4
d) 2,4
4. Uyğun variantı müəyyənləşdirin.
a) Azıx adamı – Alt Paleolit
b) oddan istifadə – Üst Paleolit
c) harpunun yaranması  – Mezolit
d) ulu icma – Üst Paleolit
5. Mənimsəmə təsərrüfatı adlanırdı:
a) istehsal təsərrüfatı
b) istehlak təsərrüfatı
c) əkinçilik təsərrüfatı
d) maldarlıq təsərrüfatı
6. Azıx mağarasında ən qiymətli tapıntı idi:
a) daşdan qurulmuş ocaq yeri
b) çay daşından hazırlanmış daş əmək alətləri
c) qədim insanın alt çənə sümüyü
d) üstünə işarələr çəkilmiş ayı kəllə sümüyü
7. Azıxantroplar yaşamışlar:
a) 1,5 milyon il bundan əvvəl
b) 350–400 min il bundan əvvəl
c) 2–3 milyon il bundan əvvəl
d) 40 min il bundan əvvəl
 Çap üçün deyil


114
8. Tarix hesablanır:
a) qədim insanın meydana gəlməsindən
b) ibtidai icma quruluşunun yaranmasından
c) Daş dövrünün ilkin mərhələsindən
d) müəyyən bir başlanğıc anından 
9. Xronoloji ardıcıllıqla müəyyən edin:
1) neandertal insan yaşamışdı
2) qəbilə icması yaranmışdı
3) səsli nitq yaranmışdı
4) ulu icma yaranmışdı
a) 4, 1, 3, 2
b) 1, 4, 3, 2
c) 1, 2, 4, 3
d) 4, 3, 2, 1
10. «Ağıllı insan» yaranmışdı:
a) Azıxantropun yaşadığı Alt Paleolitdə
b) Neandertal insanın formalaşdığı Orta Paleolitdə
c) Qəbilə icmasının yarandığı Üst Paleolitdə
d) Ox və yayın ixtira olunduğu Mezolit dövründə
11. Azıx mağarasından 700 min il əvvələ aid tapılmışdır:
a) daş əmək alətləri
b) nəsli kəsilmiş heyvan sümükləri
c) insanın alt çənə sümüyü
d) ətrafı daşla qurulmuş ocaq yeri
12. Ulu icmanı qəbilə icması əvəz etmişdi:
a) Üst Paleolitdə
b) Tunc dövründə
c) Alt Paleolitdə
d) Orta Paleolitdə
13. Tarixi Azərbaycan torpağında yaşamamışdır:
a) gərgərlər, hunlar, naxçlar
b) xəzərlər, sabirlər, oğuzlar
c) germanlar, mikenlər, yunanlar
d) lullubilər, kutilər, turukkilər
14. Qədim insanın ilk əmək aləti olmuşdur:
a) bazalt daşdan təbərzinlər, daş baltalar
b) dəvəgözü daşından qaşovlar, sıyırğaclar
c) sivri daş, yerqazan çubuq, dəyənək
d) toxa, xış, kotan
 Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə