Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   2   3   4   5   6   7   8   9   ...   32

 

12

5.  1920 – 1991 – ci illər  sovet dövrü ( II Respublika dövrü) 



6.  1991 – 2007 – ci illər müstəqil Azərbaycan Respublikası dövrü 

( III Respublika dövrü)  

Sizə  təqdim etdiymiz kitabda bu günümüz üçün daha zəruri olan 

XVI – XIX əsrlər tarixinə yeni baxış öz əksini tapmışdır. Bu kitabın elmi  

əhəmiyyəti ondan ibarətdir ki, bu günə  qədər  əksər tarixçilərin müdafiə 

etdikləri sovet dövründən qalmış konsepsmiyalardan imtina edilmiş, 

tarixi hadisələrə bu günki siyasi proseslərin təsiri ilə subyektiv deyil, 

həqiqəti əks etdirən obyektiv münasibət bəslənilməsinə  cəhd edilmişdir. 

Tarixi  ədalətin bərpa olunmasına edilmiş bu cəhtin gələcəkdə daha da 

inkişaf etdirilməsinə ehtiyac var.  

Fikrimizcə XVIII əsrin ortalarına qədər eyni dövlətin vətəndaşları 

olaraq eyni tale yaşamış insanların varisləri olan Iran və Azərbaycanın 

hazırki  əhalisi mövcud müştərək tarixə "mənim" və ya "sənin" 

konteksindən deyil "bizim" konteksindən yanaşmasının vaxtı çoxdan 

çatmışdır. Məhz tarixi keçmişə bu cür yanaşma müasir dövrdə mövcud 

problemlərin həllinə yaxından kömək göstərə bilər. 

 

 



1.     Səfəvi dövləti müştərək tarixin ən parlaq dövrü kimi 

 

Azərbaycan və Iran arasında münasibətlərin inkişafında Səfəvi 



dövləti (1501 – 1736) tarixinin obyektiv öyrənilməsinin mühüm 

əhəmiyyəti vardır.  Ərazisi Azərbaycan,  Şərqi Ermənistan,  Şərqi 

Gürcüstan, Iran, Cənubi Türkmənistan,  Əfqanıstan (Bəlx vilayəti istisna 

olmaqla), bəzi dövrlərdə Iraqi – Ərəb və başqa torpaqları  əhatə edən 

Səfəvi dövləti müasir dövrdə  hər iki dövlətin  əhalisinin qürur duya 

biləcəyi güclü və qüdrətli bir dövlət olmuşdur. Bu dövlətin tarixinə aid 

Azərbaycanda bir çox əsərlər(23) yazılmasına, Bakının mərkəzində  Şah 

Ismayıl Xətainin möhtəşəm abidəsi ucaldılmasına,  adına metro stansiyası 

verilməsinə   baxmayaraq hələ  də bu görkəmli  şəxsiyyətə  və  Səfəvi 

dövlətinə yad münasibət bəsləyənlərə, hətta düşməncəsinə yanaşanlara 

rast gəlmək olur.  

2001 – ci ildə Səfəvil dövlətinin yaranmasının 500 illik yubleyinin 

təntənə ilə keçirlməsinə ilə bağlı  təkliflər səslənməsinə baxmayaraq bu 

yubleyin  keçirilməsinə qarşı kampaniya aparılması deyilənləri sübut edir. 

Mətbuatda keçirilən debatlarda bir çox ziyalıların, o cümlədən o zaman 

Azərbaycan Jurnalistlər Ittifaqının sədrinin Səfəvi dövlətinin  əleyhinə 

fikirlər söyləməsi, Şah Ismayılı Şirvan ərazilərini işğal etmiş, yerli əhalini 

qılıncdan keçirmiş  təcavüzkar adlandırması müştərək tarixə düşmən 

münasibətin nəticəsidir. Hələ  də keçmiş kommunist rejiminin ideoloji 

təsirindən azad ola bilməyən bu cür insanlar tarixin düzgün dərk 

olunmasına  əvvəlki illərdə olduğu kimi bu gün də maneçilik törədirlər. 



 

13

Məhz bu cür ziddiyyətli fikirlərin mövcudluğu, öz tarixinə ögey 



münasibət müasir dövrdə Azərbaycan – Iran münasibətlərin inkişafına 

mənfi təsir göstərir ki, bu ziddiyyətlərdən də regionda maraqlı olan 

qüvvələr bəhrələnirlər.  

Tarixən dünyanın müxtəlif ərazilərində hökümdarlar mərkəzləşmiş 

dövlət yaradılmasına  ayrı – ayrı əylətləri öz hakimiyyəti  altına salmaqla 

başlamışlar. Bu prosesə görə məsələn, Rusiyada I Pyoturu,  Almaniyada 

Bismarkı heç kim işğalçı adlandırmır.  Əksinə  həmin  şəxsləri 

mərkəzləşmiş dövlətin başçısı kimi qəhrəman səviyyəsinə yüksəldirlər.  

Akademik M. Ismayılov yazırdı: " Bir tarixçi 1969 – cu ildə 

"ehtiyatsızlıq" edərək cəmisi 15 – 20 nəfərin iştirak etdiyi elmi şuranın 

iclasında rəsmi  ədəbiyyatda I Pyotrun Azərbaycana yürüşünü, onun 

Azərbaycan xalqına "azadlıq göstərməsi" kimi qiymətləndirmənin tarixi 

həqiqətdən uzaq olduğunu, bu yürüşün  əsl mahiyyəti barəsində öz 

mülahizələrini söyləmişdi. Həmin məclisdə  iştirak etmiş iki nəfər də – 

indi artıq akademik olmuş Z. M. Bünyadov və professor olmuş S. S. 

Əliyarov da Azərbaycanın Rusiyaya birləşdirilməsini qiymətləndirərəkən 

bəzi nöqsanlara yol verilməsi barəsində öz fikirlərini dinləyicilərə 

çatdırmışlar. Buna görə onların başına nə oyun açmadılar? Iş o yerə çatdı 

ki, Azərbaycan KP MK- nın plenumunda edilən rəsmi məruzədə də onlar 

tənqid hədəfinə çevrildilər."(24) 

 Azərbaycan KP MK - nın "Sov.IKP  XXV qurultayının qərarları ilə 

əlaqədar olaraq ideoloji işin daha da gücləndirilməsi sahəsində respublika 

partiya təşkilatlarının vəzifələri haqqında " plenumunda (oktyabr 1971 - 

ci il )  Respublikada ictimai elmlər sahəsində az əsər yazılmadığı qeyd 

olunsa da, lakin bu əsərlərin bir çoxunun lazımi səviyyədə olmaması, 

həmin əsərlərdə metodoloji səhvlərin olması, elmi təhlilin dayazlığı, fakt 

materiallarının nəzəri cəhətdən lazımınca ümumiləşdirilməmsi, bəzi 

müəlliflərin tarixi keçmişdən bəhs edərkən partiyalılıq prinsiplərindən 

kənara çıxması, istismarçı siniflərin ayrı - ayrı nümayəndələrinin 

müəyyən dərəcədə ideallaşdırması, burjua filantropiyasının ictimai 

təbiətinin düzgün izah edilməməsi tənqid olunaraq alimələrə  aşağıdakı 

göstərişlər verilmişdir: "Ictimai elmlərlə  məşğul olan alimlərimiz tarixi 

keçmişi və müasir dövrü qiymətləndirərkən həmişə aydın partiya 

mövqeyində durmalı, ideya büdrəmələrinə, burjua təsirinin hətta ən kiçik 

təzahürlərinə qarşı barışmaz olmalı, antikommunizmə qarşı, burjua 

alimlərinə qarşı ideoloji mübarizənin ön cərgəsində getməlidirlər." 

Bundan başqa plenumda qeyd olunmuşdur ki, Azərbaycan EA 

müxbir üzvü Z. Bünyadov, prof. M. Ismayılov və universitetin dosenti S. 

Əliyarov bir sıra tarixi faktları qiymətləndirərkən kobud səhvlərə yol 

verilmişlər.(25)  

Məhz sovet dövründə tarixi keçmişə bu cür münasibət bəzi tarixi 

şəxsiyyətlərə, o cümlədən  Şah Ismayıla qarşı  bəzi  şəxslərdə düşmən 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə