Azərbaycan 20-30-cu illərdə
283
idi. Kommunistlər özlərindən başqa
bir siyasi qüvvənin möv-
cudluğuna qarşı barışmaz mövqe tuturdular. Onların təkidilə
Aprel çevrilişindən dərhal sonra «İttihad», «Müsavat», «Əhrar»
və digər siyasi partiyalar xalqın düşməni elan edildi. AXC-in
tanınmış rəhbərlərinin bir hissəsi həbs olundu, digərləri isə
vətəni tərk etməyə məcbur edildi.
Azərbaycan hökuməti tərəfindən terroru həyata keçirən
əsas təşkilat
Fövqəladə Komissiya idi. Bununla yanaşı,
respublikada və xüsusilə qəzalarda fəaliyyət göstərən XI
Ordunun
Xüsusi şöbəsi də tam sərbəst fəaliyyət göstərir və
hökuməti belə saymırdı. Bu şöbənin
işçiləri qəzaya qoşun
girdikdən sonra varlı adamların bir hissəsini həbs edir, bir
hissəsini isə güllələyirdilər. İlk günlərdən, yüzlərlə günahsız
adam onların qanlı əməllərinin qurbanı olmuşdu.
Qızıl Ordu tutduğu ərazilərdə özbaşınalıqlar törədirdi.
Əsgərlər və zabitlər ən azı bir həftə tutduqları ərazidə soy-
ğunçuluq etdilər. Əhali, banklar talandı. Yığılan sərvətlər, qızıl-
gümüş, 300 min ton neft, 730 min pud pambıq və çoxlu ipək
əvəzsiz Rusiyaya daşındı.
Azərbaycanın başqa bir bəlası bolşeviklər tərəfindən hə-
yata keçirilən «müsadirə əməliyyatı» idi. «Müsadirə» adı
altında az-çox imkalı adamların, o cümlədən ziyalıların siyahısı
tutulur, onların evlərində təhqiramiz formada axtarışlar
aparılırdı. Bu axtarışlar zamanı XI Ordunun
əsgərləri,
Xüsusi
şöbənin və
Fövqəladə Komissiyanın əməkdaşları insanların
ləyaqətini tapdalayır, onların
namus və qeyrət hisslərinə
toxunurdular.
Azərbaycanda bolşeviklərin özlərini necə apardıqlarını
Rusiyanın Azərbaycandakı canişini, Xalq Təsərrüfatı Şurasının
sədri
N.İ.Solovyov daha dəqiq ifadə etmişdir. O, V.İ.Leninə
yazdığı «
Çevrilişdən sonrakı iki ayda (may-iyun) bizim
Azərbaycanda siyasətimiz» adlı hesabat qeydində yazırdı:
«Azərbaycanın yeni hökuməti –
İnqilab Komitəsi
IX mühazirə
284
azərbaycanlılardan təşkil edilsə də, heç kimə sirr deyil ki, onun
üzərində Azərbaycan Kommunist Partiyasının hakimiyyəti
vardır. Bu partiyada rəhbərlik erməni-gürcü qrupunun əlin-
dədir. Bu rəhbər qrupun üzvləri kütləvi həbs və ən yaxşı
nümayəndələri güllələmək yolu ilə sanki Azərbaycan millətini
başsız qoymağı qərara almışlar. Bütün müsəlman ziyalıları və
milli burjuaziya
nümayəndələri güllələnir, küçədə kütləvi
şəkildə həbs edilən müsəlmanlara qarşı ermənilərin istehzaları
müsavatçıların əvvəlcədən etdiyi belə bir xəbərdarlığı təsdiqlə-
yir ki, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi, müsəl-
manların düşmənlərinin qələbəsidir, ümummilli bədbəxtlikdir».
1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər
48
min azərbaycanlı (əsasən ziyalılar) məhv edildi. Bütün bu
özbaşınalıqlar aprel hadisələrini sükutla qarşılayan Azərbaycan
xalqının səbrini tükəndirdi və xalq ayağa qalxdı. Nəticədə
1920-ci il 26 maydan 20
iyunadək Gəncədə, Tərtərdə,
Ağdamda, Şuşada və Zaqatalada silahlı üsyan baş verdi.
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və
müstəqilliyi əlindən alındıqdan sonra ictimai-siyasi təşkilatlar,
partiyalar, milli ordu hissələri sovet rejiminə qarşı mübarizəyə
qalxmış, üsyanlar təşkil etmişdilər. Bu mübarizə öz xarakteri
etibarı ilə 1875-ci ildən başlayan milli-azadlıq hərəkatının
tərkib hissəsi olmaqla onun dördüncü – sonuncu mərhələsini
təşkil edir. Sonuncu mərhələ 1920-ci il aprelin 27-dən 18
oktyabr 1991-ci ilə qədərki dövrü əhatə edir.
Qeyd edək ki, işğalcı XI Qırmızı Orduya qarşı müqavimət
onların sərhədimizi keçdiyi ilk gündən başlamışdı. Ordumuzun
vətənpərvər döyüşçüləri Yalama, Xudat, Xaçmaz və Xırdalan
dəmiryol stantsiyalarında işğalçılara qarşı mərdliklə vuruşdular.
Quba süvari polkunun proporşiki (giziri)
Ağaəli Babazadənin
rəhbərliyi altında 4 top və 10 pulemyotla silahlanmış iki rota,
300 nəfərdən ibarət könüllü süvari eskadronu və 200 nəfərlik
jandarm dəstəsi Yalama stansiyası yaxınlığında 2 saata yaxın
Azərbaycan 20-30-cu illərdə
285
istilaçılara qarşı qəhrəmancasına döyüşmüşdülər. Xaçmaz
stansiyasında döyüşçülərimiz körpünü yandırmış,
yoldəyişdiriciləri sıradan çıxarmışdılar. Ancaq işğalçıların
qüvvələrinin sayca üstün olmaları nəticəsində XI Ordunun
hücumunun qarşısını almaq mümkün olmadı.
Vətənimizdə yadelli işğalçılara qarşı tezliklə bir çox
üsyanlar baş verdi. Belə üsyanlardan biri Cavanşir qəzasında
baş vermişdi. Belə ki, 1920-ci ilin may ayının 23-də Cavanşir
qəzasının Nuxa süvari alayı rus hərbi hissəsinə qarşı hücuma
keçib düşmən əsgərlərini tərksilah etmişdi.
Şübhəsiz, yadellilərə qarşı Gəncə şəhərində baş verən
üsyan öz miqyası etibarı ilə digərlərindən seçilirdi. Hələ mayın
əvvəllərində Mirzə Davud Hüseynov Gəncədəki 3-cü piyada
alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyova
Qərbdəki Milli Ordu hissələrini cəmləşdirib Sovet
hakimiyyətinin şərtləri altında fəaliyyətə başlamağı əmr
etmişdi. Ancaq o heç bir dəyişiklik görmədıkdə Azərbaycan
ordusunun rəhbərliyini dəyişmək, əsgərləri tərksilah etmək
qərarına gəldi. Əvvəlcə Gəncə komendantı şahzadə Məhəmməd
Mirzə Qacar, sonra I piyada diviziyasının
rəisi general-mayor
Cavad bəy Şıxlinski və C.Kazımbəyov vəzifədən uzaqlaşdırıldı.
Mayın 12-də şəhərin qubernatoru Xudadat bəy Rəfıbəyli
həbs edilərək Bakıya aparılmış və mayın 22-də güllələnmişdi.
Şimali Qafqazda formalaşdırılmış və XI Ordu ilə Gəncəyə
gətirilmiş «Şəriət alayı» da özünü burada çox pis aparır, yerli
əhali içərisində gündə bir şayiə yayırdı. Alayın başçısı Zülfüqar
adamların içərisində nifrət qazanmışdı. Bu səbəbdən şəhərdəki
üsyan zamanı camaat onu ələ keçirərək parça-parça etmişdi..
May ayının 22-də hərbçilərdən bir qrupu C.Kazım-
bəyovun təşəbbüsü ilə hələ bolşeviklərin əlinə keçməmiş Nüz-
gar kəndinə toplaşdı. Onlar silahlı üsyana qalxaraq
dəmiryolunu tutmaqla Bakı ilə Qərb bölgəsinin əlaqəsini
kəsmək, oradakı Qırmızı Ordu birləşmələrinin geriyə – Azər-
IX mühazirə
286
baycanın içərilərinə hərəkətinin qarşısını almaq, bolşevik
hakimiyyətinə son qoymaq qərarına gəldilər. Üsyan rəhbərləri
Qarabağda yerləşən milli ordu birləşmələri ilə əlaqə yatarmaq
üçün bölgəyə iki nəfər zabit göndərdi.
O dövrdə, Qarabağın
bəzi yerlərində yerli əhali əsgərlərin köməyi olmadan
kəndlərdən bolşevikləri qova bilmişdi. Bundan başqa
Gürcüstanla fəaliyyət birliyinə nail olmaq məqsədilə Tiflisə
Gəncədə gizli yaşayan iki gürcü polkovniki də yola salınmışdı.
Beləliklə, bir tərəfdən Gürcüstan Respublikasının, digər
tərəfdən isə Zaqatala və Qarabağdakı Milli Ordu birliklərinin
yardımına arxalanan üsyançılar uğur qazanacaqlarına inandılar.
Şəhərdəki hərbi hissələri xəlvəti döyüşə hazırlıq vəziyyətinə
gətirdilər, hiss olunmadan təlim məşqləri keçirilirdi. Bundan
xəbər tutan qırmızı ordu hissələri mayın 25-dən 26-a keçən
gecə Azərbaycan diviziyası əsgərlərinin qərargahlarına hücuma
keçdilər. Bu hücum dəf olunduqdan
sonra əsgərlər əks hücumla
şəhərin müsəlmanlar yaşayan hissələrində XI Ordu
qruplaşmalarını tərksilah edərək 600 nəfərdən ibarət şəxsi
heyəti əsir götürdülər. Gecə ikən məhbuslar həbsxanalardan
azad edildi, şəhər əhalisi silahlandırılaraq 1800 nəfərlik
hərbçilərlə birlikdə döyüşə başladı. Döyüşən qüvvənin sayı 12
min nəfərə çatdırıldı.
Mayın 26-da üsyana rəhbərlik etmək üçün general Cavad
bəy Şıxlinskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy
Kazımbəyovun və başqalarının iştirakı ilə Hərbi Şura yaradıldı.
Şəhərin müsəlmanlar yaşayan hissəsi bir həftə üsyançıların
əlində qaldı.
Üsyançılar mayın 26-sı gündüz dəmiryol stansiyasına
hücum edərək axşama yaxın oranı tutdular. Bu zaman, Daxili
İşlər Komissarı Həmid Sultanovla
XI Ordu birləşmələri
Gəncəyə gəlib, gecə ikən stansiyanı geri ala bildilər.
Mayın 27-də şəhər şimal tərəfdən aramsız top atəşinə
tutulduğu bir vaxtda Yelenendorf (indiki Göy göl rayonu)