Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   11   12   13   14   15   16   17   18   19

 

29

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Cəmiyyət

2015-ci ildə Azərbaycanda tərəfdaşlarımızla 

birlikdə 131 yerli şirkətlə dəyəri təxminən 

1,09 milyard dollar olan yeni uzunmüddətli 

müqavilələr imzaladıq.

Tərəfdaşlarımızla birlikdə 2015-ci ildə 238 

yerli şirkət və fiziki şəxslə biznes fəaliyyəti 

həyata keçirdik ki, bunların 78%-i kiçik və orta 

müəssisələrdir. 2015-ci ildə Azərbaycandakı 

birgə əməliyyatlarımıza və layihələrimizə 

ümumilikdə 2,67 milyard dollar xərclədik ki, 

bu da 2014-cü illə eyni göstəricidir. Bunun bir 

hissəsi kimi yerli şirkətlərlə ölkə daxilindəki 

xərclərimiz təxminən 1,54 milyard dollar 

təşkil etdi. 

Sahibkarlığın inkişafı və təlim 

proqramı 

2007-ci ildən “Sahibkarlığın inkişafı və təlim 

proqramı”nı (SİTP) həyata keçirməkdə 

məqsədimiz güclü biznes potensialına malik 

yerli şirkətləri müəyyən etmək, onların 

beynəlxalq standartlara cavab verməsinə 

dəstək göstərmək, rəqabət qabiliyyətliliyini 

artırmaqdır. Uzunmüddətli perspektivdə SİTP 

regionda sənayenin məhsul və xidmətlərin 

tədarükü üçün müraciət edə biləcəyi uyğun 

yerli şirkətlərin sayını artırmaq, bununla da yerli 

iqtisadiyyatın inkişafına töhfə vermək üçün 

nəzərdə tutulub.

2015-ci ilin sonuna qədər SİTP yerli şirkətlərə 

dəyəri təxminən 633 milyon dollar olan 

müqavilələri saxlamaqda kömək etdi ki, bunun 

da təxminən 383 milyon dolları Azərbaycanda 

BP ilə bağlanıb. 

2015-ci il ərzində proqramı 19 şirkət başa 

vurdu və bununla proqramı tamamlayan 

şirkətlərin ümumi sayı 196-ya çatdı. Bu dövr 

ərzində daha 245 şirkətin SİTP tərəfindən ilkin 

qiymətləndirilməsi aparıldı. Proqram başladığı 

gündən etibarən ümumilikdə 1 863 şirkəti 

qiymətləndirib.

2015-ci ildə BP və tərəfdaşları əvvəllər SİTP-də 

iştirak etmiş 29 şirkətlə təxminən 34,7 milyon 

dollar dəyərində müqavilələr imzaladı. SİTP 

iştirakçısı olmuş beş şirkət digər beynəlxalq 

şirkətlərlə təxminən 3,31 milyon dollar 

dəyərində, 14 şirkət isə yerli şirkətlərlə 52 

milyon dollar dəyərində müqavilələr bağladı. 

2015-ci ildə yerli iştirakçı şirkətlər yeni əsaslı 

avadanlığa təxminən 2,55 milyon dollar 

sərmayə qoydular, 1813 nəfəri işə götürdülər.

Biz Azərbaycanın biznes sektorunda lazımlı bacarıqların inkişafını 

dəstəkləyərək Xəzər regionu üçün davamlı yerli təchizat sisteminin 

yaradılmasına kömək edirik.

Sahibkarlığın inkişafı 

Azərbaycan kapitalı olan birgə müəssisələr

Kiçik və orta müəssisələr

Dövlət şirkətləri 

400

800


1 200

1 600


2 000

2 400


2010

365.5


147.0

27.7


2011

378.0


281.4

37.2


2013

532.9


83.3

660.2


2014

284.2


1 232.7

759.4


2015

179.8

1 174.4

2012


490.1

481.4


51.0

1 073.3

BP və tərəfdaşlarının yerli şirkətlərlə birbaşa xərcləri 

(əməliyyatlar və layihələr daxildir)

 

($milyon)



SİTP Korporativ Sosial Məsuliyyət 

mükafatına layiq görülüb 

2015-ci ilin oktyabrında “Sahibkarlığın inkişafı 

və təlim proqramı”mız (SİTP) Azərbaycanda 

Amerikanın Ticarət Palatası tərəfindən 

iqtisadi səriştə kateqoriyasında Korporativ 

Sosial Məsuliyyət sahəsində əldə olunan 

nailiyyətlərə görə mükafata (“CSR Excellence 

Award”) layiq görüldü. Bu mükafata innovativ 

layihələr həyata keçirməklə sosial inkişafa 

töhfə verən şirkətlər layiq görülür. Layihə 

30 şirkət tərəfindən təqdim edilmiş 55 

layihə arasından seçildi və dörd kateqoriya 

üzrə qiymətləndirildi: layihə başa çatandan 

sonra davamlılıq; təsir səviyyəsi; layihənin 

qiymətləndirmə mexanizmləri və nail olduğu 

məqsədlər.  



30

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

Ümid və Səngəçal icmalarının üzvləri üçün CİSCO 

tərəfindən sertifikatlaşdırılan İnformasiya 

texnologiyalarının əsaslarına dair kecirilən kurs.

BP-nin dəstəklədiyi Qobustan Regional Təlim 

Mərkəzində Qaradağ rayonu qəsəbələrinin 

icmaları üçün peşə təlimi keçirilir.



İcmalarla əlaqələrin saxlanması 

BP müntəzəm şəkildə Bakı-Tbilisi-Ceyhan (BTC) 

və Cənubi Qafqaz Boru Kəməri (CQBK) marşrutu 

boyunca yerləşən icmalara öz planları barədə 

məlumat verir və onları narahat edən məsələləri 

öyrənir. Biz icma görüşlərindən və maarifləndirici 

vəsaitlərin paylanmasından tutmuş rəsmi yazışma 

və icma üzvləri tərəfindən qaldırılmış sual və ya 

şikayətlərə baxılmasına qədər bir çox formalardan 

istifadə edirik.

İctimaiyyətlə əlaqələrdən məsul əməkdaşlarımız 

ictimaiyyətlə məsləhətləşmələrə və icmalarla 

əlaqədar şikayət və təkliflərə baxmağa davam 

ediblər. 2013-cü ildən boru kəmərləri ətrafında 

məhdudiyyətləri izah edən məlumatlandırıcı 

qovluqlar yayırıq. 2015-ci ilin sonuna qədər torpaq 

sahiblərinə, istifadəçilərinə və digər maraqlı 

tərəflərə təxminən 4300-dən artıq qovluq paylanılıb. 

Biçənəyin yanması, boru kəmərinin göstərici 

lövhələrinin zədələnməsi və təhlükəsizlik zonalarına 

giriş qadağalarına əməl olunmaması kimi üçüncü 

tərəflərə aid qayda pozulması hallarının sayı 2015-ci 

ildə 47 oldu.

Şikayətlərin idarə olunması 

Biz inanırıq ki, açıq dialoq uzunmüddətli güclü, 

qarşılıqlı fayda verən işgüzar münasibətin 

qurulmasına kömək edir və bütün tərəflərə imkan 

yaradır ki, narahatlıq doğuran hər hansı məsələ 

konstruktiv şəkildə həll edilsin. 

İcmalardan və digər maraqlı tərəflərdən 115 

müraciət aldıq ki, bunlar da əsasən, boru kəməri 

dəhlizində aparılmalı olan infrastruktur işləri üçün 

icazə ilə bağlı idi. 2015-ci ilin sonuna qədər bu 

müraciətlərin hamısına cavab verdik. 2007-ci ildən 

boru kəmərləri marşrutu boyunca yerləşən icmalar 

üçün şikayətlərlə bağlı məsələlərin həlli mexanizmi 

fəaliyyət göstərir. 2015-ci ildə BTC/CQBK ilə bağlı 

12 şikayət daxil oldu ki, ilin sonunadək bunlardan 

doqquzuna cavab verildi. Daha bir şikayətə bu ilin 

yanvarında cavab verilib və qalan ikisinin üzərində 

işləyirik.

Cənubi Qafqaz Boru Kəmərinin 

Genişləndirilməsi (CQBKG) layihəsi ictimaiyyəti 

narahat edən bütün məsələləri başa düşmək 

və onları həll etməyə kömək məqsədilə 

icmaların şikayətinə baxılması mexanizmini 

hazırlayıb tətbiq etdi. 2015-ci ildə icmalardan 

gələn bütün şikayətlər və təkliflər qeydiyyata 

alındı, qəbul edildi və cavablandırıldı. 

CQBKG layihəsi 424 kilometrlik boru kəməri 

marşrutu boyunca boru kəmərinin podratçısı 

“Saipem-Azfen” birgə müəssisəsi (SABM) 

tərəfindən əlaqələndirilməklə icmalar ilə 

münasibətlərini davam etdirir.

2015-ci ildə Kürdəmir, Yevlax, Ucar, Hacıqabul, Ağdaş, 

Goranboy və Ağstafa rayonlarının ictimaiyyəti 

arasında icmaların məlumatlandırılmasına həsr 

olunmuş 15 görüş keçirildi. Yığıncaqların mövzularına 

icma təhlükəsizliyi, işəgötürmə prosesi və iş 

imkanları, eləcə də layihə barədə ümumi yeniliklər 

daxil idi. Bundan əlavə, CQBKG layihəsi məktəblilərin 

təhlükəsizliyi proqramının bir hissəsi olaraq 32 

məktəbdə təhlükəsizlik yığıncaqları keçirdi və bu 

tədbirlərdə 2500-dən artıq şagird, 140-dan çox 

müəllim iştirak etdi. 



Torpaq sahələri üzərində hüquqların əldə 

edilməsi 

CQBKG layihəsi üçün torpaq sahələri üzərində 

hüquqların əldə edilməsi prosesi 2015-ci ildə 

davam etdi. Torpaq sahələrinin icarə müqaviləsinin 

bir hissəsi kimi, biz ilk 200 kilometr üzrə 950-dən 

artıq torpaq sahibi və istifadəçisinə kompensasiya 

odənişini başa çatdırdıq. CQBKG marşrut dəhlizi 

boyunca son 224 kilometr üzrə 3200-dən artıq 

torpaq sahibi və istifadəçisi ilə yeni müqavilələr 

imzaladıq. Layihənin planına əsasən, qalan torpaq 

icarə müqavilələri və kompensasiyaların verilməsi 

2016-cı ildə başa çatdırılacaq. CQBKG layihəsi 

üzrə heç bir qeyri-könüllü köçürülmə halı qeydə 

alınmayıb. 

Kompensasiyaların verilməsi prosesi və prinsipləri 

“Torpaqlar üzərində hüquqların əldə edilməsi və 

kompensasiyaların verilməsi” sənədinə uyğundur 

və təsirə məruz qalmış sahələr üçün kompensasiya 

ödənişlərinin verilməsi 2016-cı ildə tamamlanacaq. 

Sənədlə bu ünvanda onlayn tanış ola bilərsiniz: 



bp.com/xezer

İnkişaf təşəbbüsləri 

Biz Azərbaycanda əməliyyatlarımızın bir 

hissəsi olaraq müxtəlif icma və davamlı inkişaf 

təşəbbüslərini, o cümlədən yerlərdə təhsilin 

təkmilləşdirilməsi, icma əsaslı bacarıq və səriştələrin 

yaradılması və yerli sahibkarlığın inkişafı məqsədilə 

zəruri təlim və maliyyənin təmin olunması üçün 

hazırlanmış layihələri dəstəkləyirik.



İcma ehtiyaclarının qiymətləndirilməsi 

BP-nin Azərbaycandakı əməliyyatları üzrə 

müvafiq sosial investisiya layihələrinin əhatəsini 

müəyyənləşdirmək məqsədilə 2015-ci ildə icma 

ehtiyaclarının qiymətləndirilməsini apardıq. Buraya 

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələr 

üzrə ətraf mühitə və sosial sahəyə təsirinin 

qiymətləndirilməsi ilə bağlı üzərinə götürdüyü 

öhdəliklərin nəzərdən keçirilməsi, əsas maraqlı 

tərəflərlə müsahibələr və layihənin təsirinə məruz 

qalmış 44 icmada qrup müzakirələri aparmaq 

daxil idi. Bu iş bizim ictimai sərmayə strategiyamız 

çərçivəsində idi və qarşıdakı bir neçə ildə həyata 

Əməliyyatlarımızın ətrafındakı icmalarla açıq dialoqa və icmadakı çətinlikləri 

aradan qaldırmaq üçün birgə işə əsaslanan qarşılıqlı faydalı əlaqələr qurmağa 

çalışırıq.

İcmalarla işimiz



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə