D əniz neftqaz yataqlarının tikinti layihəsinin əsas mərhələləri


Sualtı neft-qaz və qaz-kondensat mədənləri



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix28.07.2023
ölçüsü1,54 Mb.
#120078
1   2   3   4   5   6   7   8   9   ...   23
Muhazire Sualti

 
Sualtı neft-qaz və qaz-kondensat mədənləri 
Sualtı neft-qaz mədənləri, əsasən dərin suların altında yerləşən, neft, qaz və qaz-
kondensat m
ədənlərinin mənimsənilərək işlənməyə cəlb edilməsi üçün istifadə edilən 
(müasir dövrd
ə) ən səmərəli və perspektivli üsul sayılır. Bu üsul müxtəlif təyinatlı 
quyuların qazılaraq, quyuağzının dənizin dibində yerləşdirilərək istismar edilməsinə 
əsaslanır. Elə dənizin dibində quyuağzının yığılması, quyu məhsulunun yığılaraq nəql 
edilm
əsini təmin edən sualtı avadanlıqlar və nəql şəbəkəsi yaradılır.( neft-qaz kəmərləri, 
lay t
əzyiqinin saxlanması üçün boru kəməri, elektrik enerji təchizatı, telekommunikasiya 
v
ə İdarəetmə sistemləri yaradılır.). 
Sualtı mədənlər müstəqil (avtonom) və ya stasionar və üzən platformalarla birlikdə 
yaradılıb fəaliyyət göstərilə bilərlər. 
Bu üsulla neft-qaz v
ə qaz-kondensat yataqlarının işlənilməsinin digər üsullardan 
(estakada, estakadayanı meydançalar, platformalar və s.) aşağıdakı üstünlükləri var: 
1)
Yarımdalma üzən qazma qurğuları ilə neft-qaz yataqlarında qazılmış quyuların 
(istismar quyuları) qısa zaman ərzində layihə gücü ilə işə buraxıla bilməsi; 
2)
Quyuların istismarı dövründə, istismarın bir üsulundan digərinə keçmək üçün 
(fontan üsulundan – qazlift üsuluna v
ə s.) sualtı quyuağzı avadanlığın tez və qısa 
zaman
ərzində dəyişdirilə bilməsi; 
3)
Neft-qaz v
ə qaz-kondensat yataqlarının işlənməsinin və istismarının fasiləsiz 
(meteoşəraitdən asılı olmayaraq) təmin edilməsi; 
4)
Karbohidrogen ehtiyatları məhdud olan yataqların işlənməsi və istismarı. 
Bu üsulun aşağıdakı çatışmayan cəhətləri var: 
1)
D
ənizin dərinliyinin az olduğu yerlərdə istifadə edilə bilməməsi; 
2)
Sahild
ən 300 m-dən çox uzaq yerlərdə istifadə edilə bilməməsi; 
3)
Quyu m
ə hsulunun ilkin hazırlanma prosesini keçmədən nəql edilməsinin 
mür
əkkəb şəraitdə çətin olması. 
Avadanlıqların konstruksiyasına görə sualtı mədənlər aşağıdakı göstərilən sistemlərə 
ayr
ılırlar: 

“İslanmış” sistem 

“Quru” sistem 



Kompleks sistem 
Sualtı mədən sistemləri dörd variantda mövcuddur: 

bir quyulu; 

bir-neç
ə quyulu; 

qrup halında quyular; 

sualtı mədən mərkəzli. 
Sualtı mədən kompleksini sxematik olaraq aşağıdakı kimi göstərmək olar: 

Şəkil. 
Sualtı mədən kompleksi sxemi 
Dünyada 
ən geniş istifadə edilən “islanma” sistemidir. Bu sistem sualtı 
konstruksiyaların müxtəlifliyi ilə seçilir, belə ki, bir quyu üçün fontan armaturasından 
tutmuş, mürəkkəb konstruksiyalar kompleksini əhatə edir. Bu komplekslər adətən (12-24) 
v
ə daha çox quyular qrupunun ağızlarını özündə birləşdirir, həm də quyuların manifold, 
elektrik idar
əetmə və nəzarət sistemlərini özündə birləşdirir. 
“Quru” sisteml
əri “K&Oyşn” firmasının istehsal etdiyi sistem bir atmosferli 
kameradan ibar
ət olub, quyuağzı avadanlıqlar özündə birləşdirir. Kamera sualtı aparatın 
birl
əşdirilməsi üçün şlyuzla təchiz edilib. Operatorlarda sualtı kameraya bunun vasitəsilə 
enirl
ər. Bu sistemin üstünlüyü onun suyun çox dərin sahələrində mürəkkəb dalğıc 
texnikalarından kameraya qulluq və xidmət üçün istifadə etməməsidir. 
Bu üsulla h
ətta dalğıc texnikasının enə bilmədiyi suyun dərin yerlərində (800-900m) 
işləmək mümkündür. Bu sistem dənizin dərinliyi 123 m olan, Braziliyanın şelfində 
yerl
əşən, „Qaroupa‟ yatağında sınaqdan çıxmışdır. 
Kompleks sisteml
ər – o sistemlərdir ki, sualtı yerləşən quyuların quyuağzı 
avadanlığından (əsas hissə) və köməkçi avadanlıqlar DDSÖ-də yerləşdirilərək istifadə 
edilirl
ər. Bu komplekslər (əsas və köməkçi avadanlıqlar) bir-birinin üzərində (sualtı və 
suüstü) yerl
əşirlər və bir-birilə əlaqələndirilirlər. 
Bir quyu vasit
əsilə “Эkson” şirkətinin istehsal etdiyi sualtı avadanlıqla Meksika 
körf
əzində dərinliyi 52 m quyuağzı yığılaraq istismara verilmişdir. İstismar edildiyi 6 il 
ərzində robot aparatları ilə 85 müxtəlifəməliyyatlar aparılmışdır (Nəzarət bloku, manifold 
v
ə boru kəmərlərinin klapanları dəyişdirilmişdir.) və s. 
1977-ci ild
ə Braziliyanın “Metrobraz” firması tərəfindən 22 quyu üçün sualtı 
kompleksl
ər işlənib hazırlanmış və “Ençova-1” yatağında (dənizin dərinliyi – 118 m), 
1986-
cı ildə isə artıq 110 quyu üçün işlənib hazırlanaraq tətbiq edilmişdir (dənizin 


d
ərinliyi – 383 m). 
Dünyanın sualtı komplekslər vasitəsilə neftin-qazın çıxarılmasının tətbiq edildiyi əsas 
regionlar Meksika körf
əzi, Şimal dənizi, Braziliya şelfi və sairələrdir. 
Sualtı neft-qaz çıxarma komplekslərinin yaradılması və istehsalı üzrə ən mütərəqqi 
avadanlıqlar, ABŞ, Hollandiya, Norveç, Böyük Britaniya, Fransa, Braziliya və s. istehsal 
edilir. 
Hal-
hazırda dünyada aşağıdakı cədvəldə verilən neft-qaz yataqları sualtı komplekslər 
(m
ədənlər) vasitəsilə işlənmədədirlər. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə