DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə55/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   51   52   53   54   55   56   57   58   ...   77

170 

 

yət  orqanlarında  baş  verən  müxtəlif  çaxnaşmalar,  hökm  sürən 



bürokratiya,  özbaşınalıqlar  haqqında  yenə  də  üstü  bağlı  danışır, 

bunları alleqoriya obyektinə çevirir. Belə ki, onun “Bəngü badə” 

və  “Şikayətnamə”  əsərləri  mülki  və  hüquqi  şəxslərin,  hakim  da-

irələrin fəaliyyətini diqqət önünə gətirərək müasiri olduğu dövrün 

başlıca  problemlərini  diqqət  önünə  gətirir.  Cari  ictimai-siyasi 

problemlərə  işıq  salan  şair  insanların  bu  vəya  digər  məqamlarda 

məsuliyyətə, vəzifə borcuna, ədalət və iradə məsələlərinə münasi-

bətdə göstərdiyi davranış tərzini məhz zamanənin tələbi və diktəsi 

kimi qabardır, bunun sosial bəla kimi qarşıya çıxdığını əsərlərində 

ifadə  etmişdir.  M.Füzuli  siyasi  dairələrin  davranışında  ədalət  və 

dürüstlük  olmadığını  açıq-aydın  dilə  gətirərək  zamanəsinə  qarşı 

inqilabi  mövqedən  çıxış  edir.  Məsələn,  “Bəngü  badə”  simvolik 

əsər  oaraq  dövrün  şahlarına  və  sultanlarına  qarşı  bir  ziyalı  baxı-

şının  kamil  nümunəsidir.  Saray  çaxnaşması,  mövcud  hakimiyyət 

boşluqları,  əyyaşlıq,  eyş-işrətə  qurşanma  halları,  qərar  verdikdə 

yalnız qürur və təkəbbürün başlıca mövqe tutması kimi və sağlam 

düşüncəyə  artıq  yer  qalmadığı  məsələləri  əsərdə  hakimiyyətdə 

olan Bəng və Badənin səltənətinin süqutunun əsas səbəbləri kimi 

irəli  sürülür.  Avtobioqrafik  “Şikayətnamə”  əsərində  öz  geniş 

təzahürünü  tapmış  ictimai  özbaşınalıq  demək  olar  ki,  cəmiyyətin 

ciddi  bəlası  kimi  cəsarətlə  vurğulanır.  M.Füzuli  hakim  dairələrə 

müraciətini aşağidakı dialoq vasitəsilə diqqət önünə gətirir: 

“Salam verdim – rüşvət degildir deyü almadılar. 

Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar. 

Əgərçi  zahirdə  surəti-itaət  göstərdilər,  əmma  zəbani-hal  ilə 

cəmi sualıma cavab verdilər. 

Dedim: 



Ya öyyühəl-əshab! Bu nə feli-xəta vü çini-əbrudur? 



Dedilər: 

Müttəsil bizim adətimiz budur. 



Dedim: 

Mənim  rəayətimi  vacib  görmüşlər.  Və  mənə  bəraəti-tə-



qaüd vermişlər ki, övqafdan həmişə bəhrəmənd olam. Və padşaha 

fərağət ilə dua qılam. 




171 

 

 Dedilər: 



Ey  miskin!  Sənin  məzaliminə  girmişlər  və  sənə  sərma-

yeyi-tərəddüd  vermişlər  ki,  müdam  faidəsiz  cidal  edəsən.  Və 

namübarək üzlər görüb, namülayim sözlər eşidəsən.   

Dedim: 



Bəratımın məzmunu nə üçün surət bulmaz? 



Dedilər: 

Zəvaiddir, hüsuli mümkün olmaz. 



Dedim: 

Böyle ovqaf zəvaidsiz olurmu?  



Dedilər: 

Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı? 



Dedim: 

Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır. 



Dedilər: 

Ağçamız ilə satın almışız, bizə həlaldır.  



 

Dedim: 


Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur. 

Dedilər: 

Bu hesab qiyamətdə alınır. 



Dedim: 

Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz. 



Dedilər: 

     - Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.”(3;298)  

M.Füzuli  yaradıcılığında  siyasi  dairələrdə  mövcud  davranış 

tərzi onun ictimai motivli qitələrində daha aydın əksini tapmışdır. 

Onun “Padişahi-mülk” adlanan qitəsində müasiri olduğu dövlətin 

daxili  strukturu,  müharibə  strategiyası,  torpaq  islahatı  məsələləri 

kimi ciddi siyasi problemlərə işıq salınır və siyasi müstəvidə üzə 

çıxan  davranış  tərzi  tənqidi  baxımdan  nəzərdən  keçirilir,  nəticə 

olaraq  insanın  davranış  tərbiyəsinə  bu  aspektdən  münasibət  for-

malaşdırılır. Məsələn: 

 

Padişahi-mülk dinarü dirəm rüşvət verib

Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri. 



172 

 

 



Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır, 

Ol dəxi asari-əmnü istiqamətdən bəri. 

 

Göstərən saətdə dövrani-fələk bir inqilab, 

Həm özü fani olur, həm ləşkəri,həm kişvəri. 

(2;360) 


Qitədə  göstərilir  ki,  ölkənin  padşahı  ölkələr  əldə  etmək  üçün 

qızıl və gümüş rüşvət verərək ordu yığır, yüz fitnə-fəsad yolu ilə 

əmin-amanlıq  izlərinə  malik  müstəqillikdən  uzaq  olan  ölkə  əldə 

edir. Hər an baş verən dəyişikliklərlə onun həm ordusu, həm ölkə-

si  məhv  olub  gedir.  Bundan  əqli  nəticə  çıxarmağın  vacibliyinin 

mühümlüyünü vurğulayan şair qeyd edir ki, qənaət və təvazökar-

lıq, gözütox olmaq insanı sultanlardan güclü edir: 

Hər sözüm bir pəhləvandır kim, bulub təyidi-həqq, 

Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri. 

 

Qanda kim, əzm etsə, mərsumü məvacib istəməz

Qansı mülkü tutsa, dəyməz kimsəyə şurü şəri. 

(3;299)  

Beləliklə,  M.Füzuli  yaradıcılığında  siyasi  problemlər  mənfi 

halların, dövlət və cəmiyyət daxilində üzə çıxan neqativ davranış 

tərzinin  tənqidinə  yönəldilən  başlıca  məqamları  özündə  ehtiva 

edir.  


4.  Cəmiyyət  və  şəxsiyyət  problemi,  şəxsiyyətin  cəmiyyətdəki 

mövqeyi M.Füzuli yaradıcılığının bəlkə də ən spesifik tərəflərin-

dəndir. Bu özünü şairin cəmiyyətin sosial bəlalarına münasibətin-

də, bu problemlərə xüsusi həssaslıqla yanaşmasında göstərir. Şair 

bu  mövzunu  Əfzələddin  Xaqaninin  “Qəsideyi-Şiniyyə”  əsərinə 

nəzirə  olaraq  yazdığı  ictimai  məzmunlu  “Ənis  ül-qəlb”  əsərində 

əhatə edir. Məsələn, o, deyir: 

 

Sənin xeyrin üçün kəndli aöac əkmişdir, ey hakim

Kəsib təxt qurma ondan, eyləmə məyus dehqani. 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə