Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə209/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   205   206   207   208   209   210   211   212   ...   245

553

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

muş  du. Padşahın ziyafətləri üç gün davam etdi. Fateh əsgərləri  nə 

ver  diyi ziyafətdə Həzrət Peyğəmbərin:

“Səfər  əsnasında bir qövmün ağası onlara xidmət edəndir”,

666


 

hə di si-şərifini oxuyaraq şəxsən özü xidmət etdi. Sonra xeyli miq dar-

da ənam və bəxşişlər payladı. Həmin gün Akşəmsəddin Həzrətlə ri 

qad laraq belə bir nitq söylədi:

“Ey qəhrəman İslam əsgərləri! Siz necə bəxtəvərsiniz ki, Həz rət 

Pey ğəmbərin mədhinə layiq oldunuz!.. Allah sizə bol-bol qənimət lər 

lütf etdi. Əldə etdiyiniz qənimətləri israf etməyin, xeyirə və yax şı 

işlərə sərf edin! Bu məmləkət xalqına infaq edin! Sultanını zın söz-

lə rini dinləyib ona itaət edin!”

667

Bu böyük alim və arif insanın sözünü dinləyən əsgərlərdən kimi-



si mək təb, mədrəsə, kitabxana, məscid; kimisi çeşmə, hamam; kim-

lə ri yeməkxana tikdirmiş, kimiləri də fağır-füğəraya böyük in faq lar 

etmişdir. Daha əvvəl xaçılıların yağmalaması ilə xarabaxana ya dön-

müş İstanbul, müsəlmanların xeyirxah təşəbbüsləri ilə yeni dən can-

lan mış və əvvəlkindən daha gözəl hala gəlmişdir.

İslam hüquqçuları ilk dövrlərdən etibarən döyüş ilə bağlı  fiq hi 

hökm ləri toplama və  təsnif etmə  fəaliyyətlərinə başlamışdırlar. Bu 

möv zulardan bəhs edən və Siyər adı verilən müstəqil kitabla rın 

tə lif edilməsi, hicri ikinci əsrə  qədər gedib çıxır. Bu əsərlər dün ya 

ədəbiyyatında növünün ilk örnəkləridir. İmam Muhamməf, Əbu Hə-

ni fənin mövzu ilə əlaqəli görüşlərini əsas götürərək Kitabu-s-siyə-

ri-s-sağiri yazmışdı. Bir müddət sonra, edilən bəzi tənqidləri də 

nə zə rə alaraq data təfərrüatlı bir şəkildə Kitabus-siyəril-kəbir adlı 

əsəri ni qə ləmə aldı.

668


Hənəfi məzhəbinin təməl qaynaqları olduqla rı 

üçün bu iki əsər üzərində bir çox şərhlər yazıldı. Osmanlı dövrün də 

İmam Sə raxsinin  Kitabu-s-siyəri-l-kəbir  şərhi Türkcəyə  tərcü mə 

edi lə rək hər biçilərə dərs kitabı olaraq təlim edildi.

Macar  əslli  Bartholomeus Georgievic, 1544-cü ildə yazdı ğı 

Türk lərin Adət Ənənləri adlı əsarində belə deyir:

“Müharibə vaxtında elə ciddi bir nizam-intizam vardır ki, heç bir 

əs   gər ədalətsiz bir iş görməyə cəsarət edə bilməz. Ədalətsizlik edən 

heç acımadan cəzalandırılar. Nəzarətçilər və nizamı təmin edən lər 

vardır...Keçib gedilən yolların kənarlarındakı bağ və bağçalar da sa-

666 


Beyhəqi, Şuab, 1,334; Deyləmi, Firdövs, II, 324.

667 


Mustafa Runyun, a.k.ə., səh. 18-19.

668 


Əhməd Yaman İslam Hukukunda Beynəlxalq Münasibətlər, Ankara 1998, səh. 38.

Müamilət



554

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

hib lərinin icazəsi olmadan, bir alma belə qoparmaq olmaz”. 

(O. B. 

Kula, Alman Kültüründe Türk İmgesi, səh., 164)



Görüldüyü kimi İslam, ilkin olaraq sülhə üstünlük verir, mü ha ri bə 

etməyə məcbur qaldıqda isə ölçülü, ədalətli və insanpər  vər dav ran-

ma ğı, heç bir vaxt ifrata varmamağı əmr edir. Çünki Allah-Təala be lə 

bu yurur:



(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda 

vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları 

sevməz!” 

(əl-Bəqərə, 190; əl-Maidə, 2)



d. Əsirlərə Qarşı Münasibət

Qədim dövrlərdə millətlərarası münasibətləri tənzimləyən hüqu qi 

ənə nə və müqavilələr mövcud olmadığı üçün müharibələrdə hər şey 

etmək sərbəst idi. Qalib gələn tərəf hərbiçi-sivil, qadın-kişi, böyük-

ki çik demədən düşmənini məhv etməyi məşru görür, və əsirlər də 

xor görülərək olduqca pis münasibətə məruz qalırdı.

669

Yəhudilik və Xristianlıq kimi səmavi dinləri qəbul edən cə miy-



yət lərin belə  əsirlərlə bağlı  tətbiqatda vəhşilik və insafsızlıqdan  əl 

çək mədikləri, əksinə bunu dinin bir əmri kimi dərk etdikləri nəzə rə 

çar pır. Məsələn, Talmutda sadəcə  hərbçilərdən ibarət olan əsir lər 

de yil, qadın və uşaqlar ilə ələ keçirilən heyvanların da öldürülmə si-

nə hökm verilmişdir.

670


İnsan var olduğu müddət ərzində müharibələr və əsirlik da vam 

edə cəyi üçün İslam, realist mövqedən yanaşaraq  əsirliyi zahi rən 

ləğv etmək  əvəzinə,  şərtlərini islah edib əsir saxlamağı insan lar 

üçün ağır bir yük halına gətirmişdir. Qurani-Kərimin bir çox yerin də, 

əsir və kölələrə ehsan (xoş rəftar) ilə davranılması əmr edilir.

671


Ayeyi-kərimələrdə belə buyurulur:

“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və 

ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və 



əsi rə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyər lər:) 

“Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu 

669 


Əhməd Özəl, “Əsir” mad., DİA, XI, 382.

670 


Ali Mansur, əş-Şeriatü’l-İslamiyye ve’l-kanunü’d-düveliyyi’l-am, Kahirə, 1390, 

səh. 331; AbdüsSalam bin Hasan əl-Edgiri,  Hükmü’l-esra  fi’l-İslam, Rabat 

1405, səh. 44-57; Əhməd Özəl, “Əsir” mad., DİA, XI, 382. 

671 


Ən-Nisa, 36; ən-Nur, 33; əl-İnsan, 8-11; Muhamməd, 4. 


Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə