Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   2   3   4   5   6   7   8   9   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
22 
Dərməyi bacarırsa 
O sənətin barını, 
Duyursa bir ürəyin  
Ən böyük hikmətini, 
Vaxtında, vədəsində 
Verirsə qiymətini, 
Arzuları ən uzaq 
Mənzillərə varırsa, 
Şeirin qanadlarında 
Uçmağı bacarırsa, 
Xına kimi yaraşır, 
Ölməzlik o millətə!  
Sinəsi sazlıları, 
Əli qələmliləri 
Yorulub yolda qalmır, 
Gedir əbədiyyətə!  
O xalqın arasında 
Təklər yeddiyə dönür, 
Yeddilər yetmiş olur.  
Övlad da ata kimi 
Kamala yetmiş olur!  
Sənətkar da güc alır bu birliyin səsindən, 
Daş üstə güllər bitir eşqindən, həvəsindən!  
 
 
SON GÖRÜġ 
 
İnsan gəlir dünyaya, bu dünyayla görüşür, 
Od da görür, şaxta da, qışla, yayla görüşür. 
Görməyə, götürməyə qisməti var hər kəsin, 
Hərə öz qismətinə düşən payla görüşür. 
Xoşdu şirin görüşlər min olsa, milyon olsa, 
Çəkilməzdi, ağırdı axır olsa, son olsa. 
İlk görüşdə arzular qönçələnir, ey könül!  
Son görüşdə ürəyə qan çilənir, ey könül!  
İlk görüş bahar günü, yazın oğlan çağıdı, 
Son görüş olanları vurur, yıxır, dağıdır.  
Dünyanın sahibidir ilk görüşə gələnlər, 
Sözünü, sevincini həmdəmiylə bölənlər!  
Onların görüşündə söhbət Günəşdən düşür, 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
23 
Ürəkləri qızdıran oddan, atəşdən düşür. 
Aydan, ulduzdan gəlir diləklərin sorağı, 
Nə dağlara çən, duman, nə saçlara dən düşür. 
Neçə-neçə görüşlə şirin dostam, tanışam, 
Elə görüş də var ki
Dilim gəlmir mən onun  
Ağrısından söz açam, əzabından danışam.  
Yüz beş il ömür sürüb dünya görən Ələsgər, 
Dövrün hər sitəminə sinə gərən Ələsgər, 
Bu gün köç vədəsində, ölüm yatağındadır, 
Oğulları, qızları solunda, sağındadır. 
Şagirdləri kəsdirib balıncının yanını, 
Təbiət alıb daha  
Nəğməkarın əlindən yaşamaq imkanını. 
Karvan-karvan baş alıb qəm keçir, kədər keçir, 
Ələsgərin qəlbindən bir görün nələr keçir.  
   
Yolların yoxuşu nə sərt olurmuş, 
Bir yalı aşırsan, min bir yal qalır. 
Bir arzun yetişdi, dəydi, dərirsən, 
Min arzun budaqda hələ kal qalır.  
 
İllərin ağrısı çoxalır canda, 
Ağarır bəniz də, qaralır an da. 
Əllərin dünyadan boşa çıxanda, 
Qəmdən ürəyində qara xal qalır.  
 
Hardadır əbədi alışan ocaq?  
Solan bir ömürdü hər sarı yarpaq. 
Vuruşur, əlləşir, insana ancaq 
Bir quru xatirə, bir xəyal qalır.  
 
Xəyal onu aparır şirin xatirələrə, 
Ömrünün kitabını varaqlayır son kərə. 
Birinci səhifədə - südəmər uşaqlığı, 
Dünya qayğılarından fikrinin uzaqlığı.  
Taxtın qaşından tutub astadan yeriməyi, 
Acanda ağlamağı, doyanda kiriməyi. 
Anası Pərizadın ətəyindən tutmağı, 
Atası saz çalanda özünü unutmağı.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
24 
Yavaş-yavaş dil açıb danışmağı, dinməyi, 
Qonşu uşaqlarına öyrəşib isinməyi.  
Göy çəməni görəndə gülə heyran olmağı, 
Öz-özündən xəbərsiz  
Dünyasına, qəlbinə 
Sözlərin süzülməyi, nəğmələrin dolmağı. 
Axar suya baxanda axmağı, durulmağı, 
Həyatı duya-duya həyata vurulmağı!  
İkinci səhifədə - dəliqanlı gəncliyi, 
Kükrəməyi, coşmağı, yorulmağı, dincliyi. 
Ehtiyacla dostluğu, dərd ilə tanışlığı, 
Ev-eşiyin qayğısı, payızlığı, qışlığı. 
Bəylərə nökər olan, 
Hər gün əlində qabar, yanağında tər olan, 
O sitəmli çağları!  
Sinəsində zamanın çalın-çarpaz dağları, 
Göyçə çəmənlərində yarına gül verməyi, 
Eşqə düşüb, söz deyib, yara könül verməyi.  
Pul zoruna əlindən alınan səadəti, 
İliyində, qanında 
Səhnəbanı sevgisi, Səhnəbanı həsrəti!  
Üçüncü səhifədə - şan-şöhrət, şərəfli ad
Sözü peyğəmbər sözü, adı ən kamil ustad!  
Dünya dərdi daşıyan el oğlu, el anası,  
Xalq içində həyatı, həyatının mənası. 
Məclislərin bəzəyi, ürəklərin işığı, 
Müqəddəs bir sənətin ən gözəl yaraşığı, 
Xalqın böyük şairi, elin böyük aşığı. 
Ətrafında bir qoşun oğlu, qızı, nəvəsi, 
Ürəyində dünyanın tükənməyən həvəsi.  
Başdan-başa Qafqaza yayılan məğrur səsi, 
Sinəsində, dilində incilər xəzinəsi!  
Bir də ki, qocalığı! 
Yaşanılmış bir ömrün 
Beş-on illik qalığı! 
 
Qocalıq gəldimi, əriyər insan, 
Ruhu axşam-səhər bacalar gəzər. 
Gözü yaşamaqda, özü yataqda, 
Eşqi dağlar deyər, ucalar gəzər. 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
25 
 
Ayların, illərin keçər başından, 
Qəlbi soyuq olar divar daşından. 
Evin ortasında taxta qaşından  
Körpə uşaq kimi güc alar gəzər. 
 
Yersizdi dərmanı, dəvanı neylər, 
Lap dərman olsa da havanı neylər. 
Cavanlıq itirən cavanı neylər, 
Gözü hara baxsa qocalar gəzər.  
 
Dördüncü səhifədir – 
Ömür adlı kitabın  
Axırı da, sonu da!  
Təbiətin hökmüdür, 
Bir gün oxumalısan 
Əzəl-axır onu da!  
Kitabın lap sonunda, 
O ölüm rəngindədir
O əzrayıl yolunda. 
Yox, hələ ustadımız 
Bu yeri varaqlamaz. 
O, həyat aşiqidir, 
Bizi yasda saxlamaz!  
O, hamının hikməti, 
O, hamının sərvəti, 
Doğmanındı, yadındı. 
Gəlin, onu dinləyək, 
Söz yenə ustadındı!  
 
- Yaşadıq, gördük dadını, 
Dünya buydumu, budumu?   
Çox çağırdıq ustadını, 
Dünya buydumu, budumu?   
 
Fəsil-fəsil təzələnən, 
Günəşindən köz ələnən, 
Toyu, yası çözələnən 
Dünya buydumu, budumu?   
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə