Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   2   3   4   5   6   7   8   9   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
17 
Aşıq Ələsgər ola!  
Eşidən əhsən deyə, 
Duyan bəxtəvər ola! 
Ustad dedi: ay bala, 
Həqiqət atadırsa, 
Yeddi oğlu olan kəs
Bircə oğul toyuna 
Getsəm, məndən inciməz!  
Bir oğul bu dünyada  
Ocağın tək kösöyü, 
Təknənin tək əppəyi. 
Yeddi oğlu olanın  
Nəyi çatışmır, nəyi?!  
Sizin qalan toyları  
Yenə özüm olaram 
Yaraşığa mindirən. 
Yenə bu sazım olar 
Könüllər isindirən! 
Gülləndirər nəfəsim 
Altı igid toyunu. 
Saz ilə, söhbət ilə  
Oxşaram, əzizlərəm  
Hər birinin boyunu. 
Təki mənnən inciyən 
Məndən küsən olmasın. 
İstəyini azaldan,  
Ara kəsən olmasın. 
Əgər toxunmuş olsam 
Bircə kəsin xətrinə, 
Onda mənim sözümün  
Qiyməti nə, qədri nə?!  
Sözü haqdan güc alar 
Aşıq olan kəslərin. 
İsindirər yurdunu 
Ən soyuq nəfəslərin.  
Dağlar ensə üstünə, 
Dizlərini bükməz o. 
El dərdini daşıyar,  
Öz dərdini çəkməz o!   
Aşıqsız məclis keçər,  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
18 
Toymu, yasmı - bilinməz. 
Aşıqlı məclis keçər,  
Xatirədən silinməz. 
Məndən inciməsin bəy, 
Ürəyini şad elə. 
Başqa bir usta apar, 
Evini abad elə. 
Birinci saf ürəklə  
Yetir xoş salamımı. 
De ki, Ələsgər dedi: 
İnanıram sabaha, 
İnandığım həqiqət 
Yerdə qoymaz kamımı!  
Altı gəlin köçürrəm 
Bir atanın evinə, 
Yığışar o toylara 
El sevinə-sevinə.  
Onda bir-birimizi 
Yaxşı başa düşərik. 
İndi isə yaxşı yol, 
Toylarda görüşərik!  
Görüşüb ayrıldılar,  
Qayıtdı bir xəbərlə 
Hərə öz evlərinə. 
Biri uçdu göylərə, 
Biri cumdu dərinə. 
Biri ata evinə 
Qanadlanıb şən gəlir, 
Biri qardaş evinə 
Başında çiskin, duman, 
Gözlərində çən gəlir. 
Biri çatır qəlbində 
Çoxdan doğan arzuya. 
Birini Allah bilir 
Kim duymaya, kim duya.  
Xəbər çatdı yerlərə, 
Hər kəs bildi işini. 
Yeddi oğul atası 
Xeyli getdi xəyala, 
İşin belə gəlməyi 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
19 
Düşündürdü kişini. 
Dedi: - onda durmayın, 
Ay mənim balalarım. 
Bəy oğlumdan savayı 
Altınız da atlanın, 
Toy günü, toy vədəsi 
O şadlığın üstünə, 
O sevincin üstünə 
Yel kimi qanadlanın! 
Yox həyatda kimsədən 
Bir qorxumuz, pəkimiz. 
Gedin, gedin o toya, 
Ömrünün əziz günü  
Sizin birliyinizlə  
Yeddiləşsin təkimiz! 
O da bu xoş günündə 
Qoy yeddi qardaş olsun! 
Elə məclis keçirin, 
Məclislərin içində 
Hamısından baş olsun!  
Səsiniz qanad olsun 
Qoy aşıq Ələsgərə!  
Sığışmasın söhbəti 
Bir kitaba, dəftərə. 
Qonşu toyda vurhavur, 
Qonşu toyda çalhaçal. 
Hər ürəkdə xoş arzu, 
Hər başda şirin xəyal. 
Xalı-xalça döşənib 
Ustadın ayağına. 
İndi bu məclis düşüb 
Taleyin xoş çağına! 
Məclis qoşun kimidir, 
O da bir sərkər kimi. 
Hamı onu dinləyir 
Aşıq Ələsgər kimi. 
Hikmət dalınca hikmət, 
Səs dalınca səs gəlir. 
Bu səsdən, bu avazdan 
Sanki dağlar tərpənir


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
20 
Daş da nəfəsə gəlir. 
Havalardan güc alır, 
Qollara qüvvət gəlir. 
Ələsgəri dinləyən 
Elə bilir qəlbinə 
Tanrıdan qüvvət gəlir. 
Aşıq yad elədikcə 
Qurbanini, Abbası, 
Açılır ayna kimi, 
Tutulur qəlbin pası.  
Yanır sənət çırağı, 
Az qalır ki, şam kimi 
Gil-gilə əriyə. 
Elə şaddı sənətkar, 
Elə bil qovuşdurur 
Qurbanini Pəriyə!  
Şənlik elə yüksəlir, 
Bir məclisin sevinci 
Yüz zirvəyə tən gəlir. 
Bu səsin sorağına 
Qərib Şahsənəm deyib, 
Yenə qürbətdən gəlir!  
 
Doymaq olmur zilindən, 
Doymaq olmur bəmindən. 
Heç kəs ayrıla bilmir 
Sazın xoş aləmindən. 
Yenə ellərin gözü 
Bu şadlığın üstədi. 
El anası, el oğlu  
Ələsgər məclisdədir!  
Qoşmaları tumarlı, 
Təcnisləri cığalı. 
Ütü çəkir ruhlara  
Fikrin səmti, sığalı. 
Söz dönüb çiçəklərə, 
Yenə dəstə-dəstədir. 
Ətri tutub dünyanı, 
Ələsgər məclisdədir! 
O gün külək əsmədi


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
21 
O gün şimşək çaxmadı. 
Təbiət lal dayandı, 
Onu dinləmək üçün 
Fürsəti buraxmadı. 
Üfüqlərdən Günəş də 
Enib gəlmək istədi, 
Saz yenə öz işində  
Ələsgər məclisdədir! 
Sözün şirin yerində, 
Söhbətin xoş çağında, 
Altı oğul dayandı 
Məclisin qənşərində, 
Ustadın qabağında!  
Bir-bir bəy oğulları, 
Nəğməkarın önündə 
Əl sinədə baş əydi. 
Bu səhnədən, görüşdən 
Yenə qul Ələsgərin 
Başı göylərə dəydi!  
Bildirdilər məclisə, 
Çatdırdılar ustada 
Atanın mətləbini. 
Silkələdi bu xəbər 
Ələsgərin təbini. 
Hikmətlər dedi xalqın 
Adətindən, dəbindən. 
İncilər üzə çıxdı 
Dəryaların dibindən.  
Nə zaman ki, insanın 
Əməli, söz-söhbəti 
Xalqın ürəyindəki 
Duyğularla səsləşir, 
Sənətkar ölməz olur, 
Sənət müqəddəsləşir! 
Ayrılmır, haçalanmır, 
Elin sözü bir olur. 
Sənətkar da, sənət də 
Ocaq olur, pir olur. 
Xalq ucalda bilirsə 
Əsil sənətkarını, 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə