ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə61/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   57   58   59   60   61   62   63   64   ...   95

- 165 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
“Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar Ermənistanın azərbaycanlı 
əhalisi arasındakı əhval-ruhiyyə haqqında arayış”da təkcə köçürülməsi nəzərdə 
tutulan rayonların azərbaycanlı əhalisinin deyil, bu işdə marağı olan, Dağlıq 
Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsini arzulayan ermənilərin 
söylədikləri də öz əksini tapmışdı. Azərbaycanlı əhalinin öz dədə-baba yer-
yurdlarından köçmək istəmədiklərini söyləmələri təbii idi. Ermənilərin 
Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı söylədiklərinə arayışda 
xüsusi yer verilməsi 
isə dolayısı ilə rəsmi 
İrəvanın mövqeyini 
ifadə edirdi. Məsələn, 
İrəvanda Sosial 
Təminat Nazirliyi 
sistemində işləyən 
bir erməninin 
söylədiyi aşağıdakı 
fikirlər arayışda öz 
əksini tapmışdı: 

Azərbaycanlıların 
Ermənistandan köçürülməsi şübhə doğurmur. İlk növbədə, Araz və 
Axuryan (Arpaçay) çaylarının sahilləri boyu yaşayan azərbaycanlılar 
köçürüləcək, sonra İrəvandakı azərbaycanlıların köçürülməsinə 
başlanacaq. Sərhəd rayonlarının kəndləri də azərbaycanlılardan 
təmizlənəcək...”. Başqa bir erməni isə öz arzularını belə ifadə edirdi: 

Azərbaycanlıları təkcə Ermənistandan deyil, eləcə də Naxçıvan MSSR-dən 
köçürmək və Naxçıvanı Ermənistan ərazisinə birləşdirmək lazımdır”.
280
 
Arxiv sənədlərində İrəvan şəhərindən azərbaycanlıların deportasiyasına dair 
faktlar öz əksini tapmışdı. Məsələn, 1948-ci ilin dekabrında İrəvan şəhərindən 
64 azərbaycanlı ailəsinin (
253 nəfər) köçürüldüyü, 1949-cu ildə isə 400 
ailənin köçürülməsinin nəzərdə tutulması faktı qeyd edilmişdi. Köçürülənlər, 
əsasən, onların Ermənistanda yaşadıqları rayonların iqlim şəraitinə uyğun 
olmayan Zərdab, Əli-Bayramlı (
Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), 
Salyan, İmişli, Sabirabad, Jdanov (
Beyləqan), Yevlax, Ucar, Saatlı rayonlarında 
yerləşdirilmişdilər ki, onların da bir qismi yoluxucu xəstəliklərə düçar olaraq 
tələf olmuşdu. 
Köçürülənlər üçün yeni mənzillər tikilib istifadəyə verilmədiyindən onlar 
280 
 ARPİİSSA
, fond 1, siyahı 221, iş 1, vərəq 21.
Xarici ölkələrdən köçürülən ermənilərə SSRİ 
vətəndaşlığının verilməsi haqqında  
SSRİ Ali Sovetinin fərmanı


- 166 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
əsasən ictimai binalarda, yararsız tikililərdə, anbarlarda, tövlələrdə, yerli əhalini 
sıxışdırmaq yolu ilə onların mənzillərində yerləşdirilmişdi. 1948-1950-ci 
illərdə Ermənistandan köçürülmüş 8110 ailədən yalnız 3232-si yaşayış evləri ilə 
təmin olunmuşdu. 1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların 
öz tarixi-etnik torpaqlarından deportasiya olunmasının sürəti azalmış və 
yaşayış şəraiti ağır olan əhalinin öz əvvəlki yer-yurdlarına geriyə qayıtması 
prosesi sürətlənmişdi. Azərbaycanlıların deportasiyası nəticəsində Ermənistan 
rəhbərləri Əştərək, Martuni (
Aşağı Qaranlıq), Qarabağlar, Abovyan (Ellər), 
Eçmiədzin və Hoktemberyan rayonlarından azərbaycanlıların izinin silinməsinə 
nail oldular.
1948-ci ildə Azərbaycan türklərinin Ermənistandan köçürülməsi planı
Ermənistandan azərbaycanlıların deportasiyası başa çatdırıldıqdan sonra 
digər bir prosesə start verildi. Ermənistanda yaşayan əhalinin azalması bəhanə 
edilərək, rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı 
kadrların ermənilərlə əvəz edilməsi aksiyası həyata keçirildi. İlk növbədə bu 


- 167 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
proses paytaxt İrəvandan başladı. Ermənistan KP MK-nın Kənd təsərrüfatı 
şöbəsi müdirinin müavini Rəhim Allahverdiyev, məsul işçilər Məmməd 
İsgəndərov və Cümşüd Sultanov, kənd təsərrüfatı nazirinin müavini Hüseyn 
Məmmədov vəzifələrindən azad edildilər. Ermənistan SSR Ali Soveti sədrinin 
müavini Mirzə Bəşirov Ali Sovetin 9 aprel 1949-cu il tarixli sessiyasının qərarı 
ilə tutduğu vəzifədən azad edildi. Onların bəzilərini ali partiya təhsili almaq 
üçün Bakıya göndərdilər ki, bir daha geri qayıtmaq şansları olmasın. 
Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya komitələrinin 
azərbaycanlı birinci katiblərini, digər 10 rayonda isə ikinci və üçüncü katibləri 
vəzifədən azad edərək yerlərinə erməniləri təyin etdilər. Amasiya, Basarkeçər 
və Krasnoselo rayonlarından başqa, yerdə qalan rayonlarda Azərbaycan dilində 
çıxan qəzetlər bağlandı.
 
2007-ci ildə yaradılmasının 125 illiyi təntənəli surətdə qeyd edilən İrəvan 
teatrı da azərbaycanlıların deportasiyası haqqında qərarlardan öz payını 
aldı. Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı 
deportasiya illərinin hər cür təzyiq və sıxıntılarına sinə gərərək, 1948-1949-cu 
illərdə “Məşədi İbad”, “Leyli və Məcnun”, “Eşq və İntiqam”, “Şah İsmayıl” kimi 
əsərləri tamaşaya qoymuşdu. Bütün bunlara baxmayaraq, 1949-cu ildə teatr 
azərbaycanlıların yaşamadığı Basarkeçər rayonunun mərkəzinə köçürülmüş, 
1952-ci ildə isə maliyyələşdirilməməsi səbəbindən bağlanmışdı. Teatrın 
istedadlı kollektivinin üzvləri Bakı və Gəncə teatrlarında özlərinə yeni iş yerləri 
tapmaq məcburiyyətində qalmışdılar. İrəvan teatrı düz 15 ildən sonra - yəni 
1967-ci ildə İrəvanda fəaliyyətini yenidən bərpa etmişdi.  
Ermənistanda azərbaycanlı əhalini başsız qoymaq, ali təhsilli kadrların 
çoxalmasına imkan verməmək məqsədilə ilk növbədə X.Abovyan adına İrəvan 
Pedaqoji İnstitutunda 1937-ci ildən təhsil Azərbaycan dilində olan bölmələr – 
dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat fakültələri və Ermənistan Dövlət 
Qiyabi Pedaqoji İnstitutunda mövcud olan eyniadlı fakültələr bağlanaraq 
1948-ci ildə Azərbaycandakı müvafiq institutlara köçürüldü. Ermənistanın 
kənd rayonlarından köçürülən azərbaycanlı əhalinin Xanlar rayonunda 
məskunlaşmasına hər cür maneçilik törədildiyi halda, 1924-cü ildə açılan və 
Azərbaycan elminə görkəmli xadimlər bəxş edən İrəvan Azərbaycanlı Pedaqoji 
Texnikumu bağlanaraq onun fakültələri kənd rayonu hesab edilən Xanlar 
rayon mərkəzinə köçürüldü. Təbii ki, azərbaycanlı ali məktəb və texnikum 
müəllimləri də kütləvi surətdə öz ailələri ilə birlikdə İrəvan şəhərini tərk etmək 
məcburiyyətində qaldılar. 
1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə