Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   2   3   4   5   6   7   8   9   10   ...   17

sevinib, açıq-aşkar gülümsədi və-  həkim bəy, o mamentdə heç adamın 

saat yadına düşər. Prosta biraz sayığlayırdı. Anam özü detdom qızı olub. 

Babam onu laqerdə  işləyəndə görüb...Görüb yetim qızdı...həmdə 

həyalı...Alıb oğluna, yəni atama. Allah ölənlərivizə  rəhmət eləsin.  İndi 

anam boğulanda başdıyıb sayıqlamağa. Mənnə bilim “ Papa səni 

gözdəyirdim”, “Bağışda yanında uzanmışam” və s. bunun kimi şeylər. 

Ancaq ki, anamı detdoma körpəlikdən atıblar...Atasının kim olduğunu 

bilməyib. Didiyinə görə atası bizi hələ birdəfə  də baş  çəkəcəy. Deyir 

bugün mütləq çimməliyəm. 

Rəsulun tükləri ürpəşdi. Başqalarından fərqli olaraq o sayıqlama sözünə hamının 

yanaşdığı kimi yanaşmırdı. O, buna başqalarının görə bilmədiyi  şeylərlə individ 

arasında yaranan ünsiyyəy kimi baxırdı. Artıq təcrübəsində belə hallarla tez-tez 

rastlaşmış  Rəsul, vəziyyətin heç də ürək açan olmadığını bilib, qanı yenidən 

qaraldı.Ciddi səs tonu ilə. 

-

 

Deməli sabah atası yenidən gələcək...Dilarə  təzyiqi yenidən ölçmək 



vaxtıdı. 

 Ey Allahım məni səndən ayırma...Məni, Sənin cəmalından ayırma...Səni sevmək 

mənim dinim-imanım....İlahi, dini imandan ayırma...İlahi qulunu Səndən ayırma.-

Allahım, Allah...- Hər  dəfə qaranlıq dünyanın anlaşılmaz halları, aqoniya ilə 

qarşılaşdıqda sanki bu sözlər onun qəlbindən qeyri-iradi şəkildə süzürdü... 

“Görəsən ölüm necə  şeydir? Görəsən ölüm zamanı insan nə hisslər 

keçirir...DAXİLƏN...Zahiri hallarla Rəsul çoxdan tanış idi. Görəsən ölümün əsl 

məğzini bilmək ölümü anlamaq üçün doğrudanmı, ölümü dadmaq gərəkir?! Bütün 

diqqət mərkəzlərini yaran hal – ölüm...Bəs doğulmazdan  əvvəl biz doğrudanmı 

ölmüş idik...Niyə doğuluşdan əvvəlki oluşumuz yaddımızda deyil... O hal yoxluq 

idi mi? Məgər həyat yaddaşla bağlıdır? Niyə biz unuduruq...Hər zaman unuduruq... 

Təzyiq artıq normal vəziyyətinə qayıtmaqda idi. Ürək təzyiqi 40 mm təşkil 

edirdi. Bununla belə Rəsul xəstəyə sistem qoşulmasını lazım bildi. Sistem yavaş-

yavaş xəstənin bədəninə yeriməyə başladı... 

“Avtobusda  əvvəlki kimi arxadakı oturacaqlardan birini tutur...Pəncərə 

tərəfdən...Avtobusda o qədər də çox sərnişin olmadığından o özünün diqqət 

mərkəzində olduğunu hiss edir...Bu onun həm  ən çox sevdiyi həm də  ən çox 

sevmədiyi halldır...Bir çox insanlar kimi o da diqqət mərkəzində olmaq 

istəyir...Lakin belə halın ona nə xeyri...Bu sadəcə insanın güzgüdəki  əksinə 

bənzəyir...Sən onun qabağından çəkiləndə güzgünün əksi  də yoxa çıxır...Lap elə 

bil oldun diqqət mərkəzində...bəs bunun kulminasiyası nədir...Heç nə...Məhz bunu 

anlayanda onda frustrasiya baş verirdi...Lakin insan təbiətinə  nə etmək olar...Bu 

paradoks onun həyatı boyu baş verib və yəqin ki baş verəcək də. Özündə nəzərləri 

hiss edib üzünü pəncərəyə  tərəf çevirir...Yağış yağmasına baxmayaraq

dayanacaqda xeyli insan görmək olar...Qəribəsi ondadır ki, avtobus dayanacağında 

duranlar, avtobusun içində oturanlardan fərqli olaraq ona heç fikir vermirlər. O 

çəhrayı plaş  və qara vilvet papaq geymiş kişi...o başı bağlı uzunboy qadın...o 



ovucunda qırmızı rezin top sıxan qıvrım saç, 7 -10 yaşlı  qızcığaz...Hamsı eyni 

bucaq altında düz avtobusa doğru baxırdı  və bir an belə monoton baxışlar 

dəyişmirdi...Sadəcə çox qəribə  şəkildə yalnız avtobusa baxırdılar...Halbuki arada 

heç iki metr məsafə belə yox idi...Nəhayət motorun işə düşməsindən, Rəsul artıq 

avtobusun yerindən götürüldüyünü hiss etdi. Avtobus dayanacaqdan 5-6 metrə 

aralanmışdı ki, avtobusa tərəf qaçan bir cavan oğlan gördü...Oğlanın olduqca 

heybətli görünüşü var idi, üzünün bir yarısı qıp-qırmızı xal idi...Elə bil üzündə tava 

qızdırmışdılar...Rəsuldan başqa avtobusdakılardan onu heç kim görmürdü...Həmən 

gənc də yalnız Rəsula baxırdı...və aqqresiv şəkildə nəsə deyirdi...Rəsul deyilənləri 

başa düşməsə də gəncin niyyətinin nəyin bahasına olursa olsun avtobusa minmək 

idi. Lakin özündən asılı olmayaraq Rəsul sürücüyə “SAXLA” deyə bilmirdi. Üzü 

qırmızı  gənc isə getdikcə hirslənir və sürəti artıraraq  əli avtobusun küncünə 

çatacaq məsafəyə  qədər adlayaraq bərkdən maşını yumruqlayır...Yenə  də gözləri 

Rəsuldadır...Sürücü isə heç nə olmamış kimi yoluna davam edir. Rəsul artıq 

sürücünü haraylamaq istəyən anda birdən arxadan səs gəlir “Mıt-mıt-mıt-mıt...” 

Səs bitdikdən sonra tam qaranlıq düşür. Nə avtobusdan xaricdə olanlar, nə  də 

avtobusun daxilində olanlar görünür. Tam qaranlıq və səssizlik...Səssizlik olsa da, 

ona tərəf nələrinsə  hərəkət etdiyi dəhşətli  şəkildə hiss olunurdu. Rəsul donub 

qalmışdı...Axı o nə edə bilərdi... “Mıt-mıt-mıt-mıt” səslər artan tonla hər tərəfi 

bürümüşdü. Budur başladı...Sürtünmələr....Arxadan Rəsulun saçlarına xəfifcə nəsə 

toxundu. Refleksin tələbi ilə  dərhal başını  aşağı  əydi...Yerdən ayağlarına 

oturacağın altından nəsə dəydi...Ayaqlarını yığmaq istəyirdi ki, üzünə soyuq nəsə 

dəydi...elə bil sərinləndirici diş pastası idi...Sürtünən yer bərk soyuq verməyə 

başladı...Yenə saçlarından...əlindən....boynundan... Rəsul imkansızcasına 

çapalamağa başladı. Əlini qaranlıqlar içində oyan-buyana aparırdı...Birdən yenidən 

ətraf işıqlandı, gözü hələ qaranlıqdan işığa alışmadığından Rəsulun gözləri 

ağrıtmağa başladı...Bir neçə saniyədən sonra gözlərini açanda qarşısında həmin 

gəncin durduğunu gördü. Ətrafa göz gəzdirəndə gördüklərinə inanmadı...Tam 

başqa məkan idi...Nəhəng qonaq otağı  təsiri bağışlayan bu yerin hər tərəfi 

damından tutmuş, mebelinədək hamsı  qızılı  rəngdə idi...Qırmızı üz oğlan 

gözlənilmədən qadın səsi ilə 

-

 



Doktur Orucov, doktor Orucov... 

Rəsul gözlərini yavaş-yavaş açdı və bunların bir görüntü olduğunu anladı. Axı niyə 

hər dəfə o belə dəhşətli yuxular və görüntülərlə qarşı-qarşıya gəlir... 

-

 



Özünüzə  gəlin, ...elə sistemi təzə qoşmuşdum ki...başdadın qəribə  səslər 

çıxartmağa...-deyə Dilarə əsəbi şəkildə bildirdi. 

-

 

Məgər mən yuxuya getməmişdim?... 



-

 

Nə yuxu, Rəsul nə danışırsan…. 



Axı bu görüntülər 2-3 saniyə  ərzində baş tuta bilməzdi...Deməli bu görüntüdə 

deyildi...Bəs nə idi? 

Rəsul bir qədər özünə gəldikdən sonra ağ xalatın sağ cibindən balaca bir bloknotu 

çıxartdı  və qeydlər aparmağa başladı.  Xəstənin gözünün qabağında tanımadığı 




Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə