Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   57

Oxuduğu mətndəki məlumatlardan istifadə edərək təsviri xarakterli yazı yazır.
Nəqli mətni obrazlardan birinin dilin dən yazmaqla təhkiyə formasını dəyi şir.
Oxuduğu mətnin ideyasından çıxış edərək mühakimə xarakterli yazı yazır.
Fərziyyələr irəli sürməklə mühakimə xarakterli yazı yazır. 
Yazdığı mətndə təsviri, nəqli, müha kimə xarakterli hissələri fərqləndirir.
Mühakimə xarakterli mətnin tərkib hissələrini müəyyənləşdirir. 
Nəqli mətni təxəyyülünə uyğun dəyişdirərək yenidən yazır.
Verilmiş mövzuda mühakimə xarakterli yazı (esse) yazır.
Eyni mövzuda təsviri, nəqli və mühakimə xarakterli yazı yazır.
Verilmiş şəkil üzrə təsviri xarakterli yazı yazır.
Mətndəki məlumatları ümumiləşdirərək mühakimə xarakterli mətnə sonluq yazır. 
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.
Təlim nəticələri:
Nəqli xarakterli mətnə məzmuna uyğun yeni epizodlar əlavə edir.
Mətndəki faktlardan çıxış edərək baş qəhrəmanın daha təfərrüatlı portretini
əks etdirən yazı yazır.
Mətndəki müəyyən məqamla bağlı araşdırma apararaq yazılı təqdimat
hazırlayır. 
Müxtəlif mənbələrdən istifadə etməklə mətnə yeni məlumatlar əlavə edir.
Yarımçıq mətni fakt və hadisələrlə zənginləşdirərək tamamlayır. 
Təxəyyülünə uyğun olaraq mətnin son luğunu yeni fakt və hadisələrlə zən -
ginləşdirir. 
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir. 
Təlim nəticələri:
Esse yazmaq üçün mətnin strukturunu müəyyənləşdirir.
Verilmiş mövzu üzrə rabitəli mətn qurub yazır. 
Nəqli xarakterli yazı yazarkən giriş, əsas, sonluq hissələri əlaqələndirir.
Oxuduğu və dinlədiyi mətnlərdəki əsas məlumatları müəyyən edərək onları
rabitəli mətn şəklində yazılı təqdim edir.
Müəyyən mövzu ilə bağlı verilmiş açar sözlərdən istifadə etməklə rabitəli mətn
yazır.
Həyatda gördüklərini təsvir etməklə rabitəli mətn qurur. 
Әldə etdiyi məlumatları abzaslar üzrə məntiqi ardıcıllıqla qruplaşdıraraq
məruzə hazırlayır. 
Әldə etdiyi məlumatları abzaslar üzrə məntiqi ardıcıllıqla qruplaşdırır.
Fikri ifadə edərkən cümlələr arasında məntiqi əlaqə qurur. 
Nəqli xarakterli yazı yazarkən epizod la rın ardıcıllığını müəyyən edir. 
Mətnin əsas hissəsindən çıxardığı nəticələrə görə sonluq hissəni yazır. 
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır.
Təlim nəticələri:
Verilmiş situasiyaya uyğun ərizə yazır.  
Verilmiş formaya uyğun tərcümeyi-hal  yazır. 
Haqqında məlumat topladığı şəxsin tərcümeyi-halını yazır. 
10
GİRİŞ
  Çap üçün deyil


4. Dil qaydaları
Şagird: 
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir.
Cümlənin baş üzvlərini ikinci dərəcəli üzvlərdən fərqləndirir. 
Cümlədə mübtədanı müəyyən edir. 
Cümlədə mübtədanın ifadə vasitələrini müəy yənləşdirir. 
Feili və ismi xəbəri müəyyənləşdirir. 
Feili xəbərin ifadə vasitələrini müəyyən edir. 
İsmi xəbərin ifadə vasitələrini müəyyən edir. 
Cümlənin baş üzvlərini müəyyən edir. 
Mübtəda ilə xəbərin uzlaşma qayda la rına riayət edir. 
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. 
Təlim nəticələri:
Әsas nitq hissələrinin leksik və qrammatik mənalarını araşdırır.
Kontekstə görə isim düzəldən leksik şəkilçiləri (dayanacaq, səpin, gəlir) qram-
matik şəkilçilərdən fərqləndirir.
Mənsubiyyət şəkilçili sözləri müəyyən edir.
Kon teks tə uyğun olaraq sözləri müəyyənlik və ya qeyri-müəyyənlik bildirən
yiyəlik halda işlədir.
Qeyri-müəyyənlik bildirən təsirlik hal da olan sözləri cümlə daxilində iş lə dir və
məna fərqini müəyyənləşdirir.
Xəbərlik şəkilçisi qəbul etmiş sözləri müəyyən edir.
Düzəltmə sifətləri eyni şəkilçili düzəltmə isimlərdən fərqləndirir.
Sayların məna növlərini müəyyənləşdi rir.
Sayın quruluşca növünü müəyyən edir.
Miqdar saylarının növlərini müəyyənləşdi rir.
Kontekstə uyğun olaraq numerativ sözləri düzgün işlədir.
İsimləşmiş saylarda ismin xüsusiy yət lərini müəyyən edir.
Cümlələrdəki sözləri uyğun gələn əvəzliklərlə əvəz edir.
Әvəzliyin məna növlərini müəyyən edir. 
Şəxs əvəzliklərində ismin xüsusiyyətlərini müəyyənləşdirir.
İşarə əvəzliklərini kontekstə uyğun yerli-yerində işlədir.
Düzəltmə feillərin hansı nitq hissəsindən yarandığını müəyyən edir. 
Feil şəkillərinin məna çalarları arasın dakı fərqi müəyyənləşdi rir.
Әmr şəklində olan feilləri müəyyən edir. 
Arzu şəklində olan feilləri müəyyən edir. 
Vacib şəklində olan feilləri müəyyən edir. 
Lazım şəklində olan feilləri müəyyən edir. 
Şərt şəklində olan feilləri müəyyən edir. 
Cümlədə zərfi digər nitq hissələrindən fərqləndirir. 
Kontekstə görə düzəltmə zərfi eyni şəkilçili digər nitq hissələrindən fərqləndirir. 
Zərfləri quruluşuna görə fərqləndirir. 
Zərfin məna növlərini fərqləndirir. 
Kontekstə görə zərfləri digər nitq his sə lərindən fərqləndirir. 
11
  Çap üçün deyil


4.1.3. O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir.
Təlim nəticələri:
Kontekstə görə “o” sözünün işarə, yoxsa şəxs əvəzliyi kimi işləndiyini müəyyən
edir. 
O, bu əvəzliklərindən sonra  ver gülün qoyulması qaydalarına yazıda riayət edir.
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir. 
Təlim nəticələri:
Düzəltmə isimlərin yazılışı ilə bağlı qaydalara əməl edir.
Şəkilçi qəbul etmiş bəzi ikihecalı sözlərdə saitin düşməsi ilə bağlı qaydaları
yazısında tətbiq edir.
İsmin yönlük və çıxışlıq hallarında olan sözlərin yazılışı və tələffüzü ilə bağlı
qaydalara riayət edir.
Sayların yazılışı ilə bağlı qaydalara əməl edir.
Sayların müxtəlif yazılış formalarını kontekstə uyğun tətbiq edir.
Mürəkkəb sayların yazılışı ilə bağlı qaydalara əməl edir. 
Rəqəmlə yazılan miqdar saylarının yazılış qaydalarına əməl edir.
Sıra saylarının yazılışı ilə bağlı qaydalara əməl edir.
Saylarla işlənən isimlərin yazılışı ilə bağlı qaydalara əməl edir. 
Mətndəki orfoqrafik və qrammatik səhvləri redaktə edir.
Müxtəlif şəkilçilərin deyilişi ilə yazılışını fərqləndirir.
Әvəzliklərin quruluşca növlərinin yazılışı ilə bağlı qaydalara əməl edir. 
Xəbər şəklində olan feillərin yazılışı və tələffüzü ilə bağlı qaydaları nitqində
tətbiq edir. 
Mürəkkəb zərflərin yazılışı ilə bağlı qaydalara əməl edir.
Məzmun standartlarının reallaşmasına dair şərhlər
Kurikulumun tələbləri ilə Azərbaycan dili fənninin konsepsiyasında yaranan
dəyişikliklərlə müəllimlər artıq tanışdırlar. Azərbaycan dilinin tədrisinin bu fənn üzrə
məzmun xətlərinə və məzmun standartlarına əsaslandığını və dərslərin bir deyil, bir
neçə fəaliyyət istiqamətində qurulduğunu bilirlər. 
Məzmun xətti, məzmun standartları ilə bağlı kifayət qədər məlumat verilmişdir.
Lakin VI sinifdə tamamilə yeni məzmunlu alt-standartlar var ki, bunlarla bağlı daha
ətraflı məlumat verməyi məqsədəuyğun hesab edirik. 
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir. Artıq qeyd etdiyimiz kimi, mətn üzə -
rin də iş kurikulumun yeniliklərindən biridir. Mətnin qurulması, tərkib hissələrinin
müəyyən edilməsi, məlumatların abzaslar üzrə yerləşdirilməsi, abzas lar arasında
əlaqələrin olması və s. bu kimi tələblər əvvəllər sistemli şəkildə aparılmırdı. Mətnin
tipləri (nəqli, təsviri və mühakimə) mövzusu isə bu vaxta qədər heç bir standartda
əks olunmayıb. Kurikulumdan əvvəlki tədris proqramında, adətən, mətnin üslubu
(bədii, elmi, publisistik) üzərində iş aparılırdı. 
Lakin müxtəlif xarakterli mətn qura bilmək şagirdlər üçün həyati bacarıqdır. Bu
standartda hər hansı bir əşyanı, hadisəni, vəziyyəti təsvir etmək, verilmiş süjet üzrə
rabitəli mətn qurmaq, hər hansı bir fərziyyə ətrafında fikir yürütmək, arqumentlər
gətirmək, fikirlərini əsaslandırmaq bacarıqları öz əksini tapır. 3.1.1. standartını
reallaşdırmaq üçün əvvəlcə şagirdlər müxtəlif yazı tiplərinin xüsusiyyətləri ilə tanış
12
GİRİŞ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə