Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə4/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   2   3   4   5   6   7   8   9   ...   112

                                                                                                  15
sairəni misal göstərmək olar. 
Biz nümunə olaraq Fəxri Razinin söylədiklərinin bir qismini nəql 
edirik: 
O, əhli-sünnə təfsirçiləri arasında tayı-bərabəri olmayan, güclü və 
geniş şərhli təfsirə malik alim, zəkalı və zirək bir insandır (eyni zamanda, 
hədsiz təəssübkeşdir və bu, onun üçün həqiqətlərin qəbulluğunda bir 
maneəyə çevrilmişdir). Yuxarıdakı ayə barəsində doqquz ehtimalı 
bəyan etdikdən sonra, Əmirəl-mömininin (ə) vilayətini “onuncu 
ehtimal” ünvanında nəql edir. Fəxri Razinin kəlamlarının ərəbcə mətni 
bu tərtiblədir: 
 هﻻﻮﻣ ﺖﻨﻛ ﻦﻣ : لﺎﻗ و هﺪﻴﺑ ﺬﺧأ ﺔﻳﻵا هﺬﻫ ﺖﻟﺰﻧ ﺎﳌو ﺐﻟﺎﻄﻴﺑا ﻦﺑ ﲇﻋ ﻞﻀﻓ ﰱ ﺔﻳﻵا ﺖﻟﺰﻧ
 ﺖﺤﺒﺻأ !ﺐﻟﺎﻃ بيأ ﻦﺑ ﺎﻳ ﻚﻟ ًﺎﺌﻴﻨﻫ :لﺎﻘﻓ ﺮﻤﻋ ﻪﻴﻘﻠﻓ هادﺎﻋ ﻦﻣ دﺎﻋو هﻻاو ﻦﻣ لاو ﻢﻬّﻠﻟا هﻻﻮﻣ ﲇﻌﻓ
 .ﺔﻨﻣﺆﻣو ﻦﻣﺆﻣ ﻞﻛ ﱃﻮﻣو يﻻﻮﻣ
“Bu ayə  Əli ibn Əbu Talib (ə) barəsində nazil olmuşdur. Həmin 
ayə nazil olan zaman Peyğəmbər (s) Əlinin (ə) əlindən tutaraq yuxarı 
qaldırdı  və buyurdu: “Mən kimin mövlasıyamsa, bu Əli də onun 
mövlası və rəhbəridir. İlahi! Əlinin vilayətini qəbul edənləri özünə dost 
və onunla düşmənçilik edənləri isə düşmən tut!” Sonra Ömər  Əliyə 
yaxınlaşdı  və o həzrətə dedi: “Ey Əbu Talibin oğlu! Bu məqam və 
fəzilət sənə mübarək olsun. Bu gündən etibarən, sən mənim və bütün 
müsəlman kişi və qadınların rəhbərisən.””
“Şəvahidut-tənzil” kitabında yazılanlara uyğun olaraq Ziyad ibn 
Munzir deyir: “İmam Baqir (ə) camaatla söhbət edən zaman, mən onun 
yanında idim. Bəsrə əhlindən Osman Əşa adlı bir şəxs ayağa qalxdı və 
soruşdu: “Ey Allah Rəsulunun övladı! Canım sizə fəda olsun! Həsən 
Bəsridən bu ayənin kimin barəsində nazil olduğunu soruşduğumda, 
cavab verdi ki, bir kişi barəsindədir, lakin onun adını demədi. Siz onun 
kim olduğunu deyin!” İmam buyurdu ki, əgər Həsən Bəsri istəsəydi, 
onun adını deyə bilərdi, amma qorxu üzündən onu deməmişdir (çünki 
Bəni-Üməyyə zamanında yaşamış və Əmirəl-möminin Əli (ə) ilə arası 
yaxşı deyildi). Amma mən deyirəm.... Allah-taala camaatın ehtimal 
edilən təhlükəsi qarşısında Peyğəmbərə (s) zamanət verdiyi zaman, o, 
həzrət  Əlinin (ə)  əlindən tutaraq qaldırdı  və onu özünün canişin və 
xəlifəsi ünvanında tanıtdırdı.”
Diqqəti cəlb edən məsələ  “Şəvahidut-tənzil” kitabının müəllifi  və 
həmin rəvayəti nəql edən şəxsin əhli-sünnədən olmasıdır. Digər əhli-
sünnə alimləri də həmin rəvayəti nəql etmişlər. 
Nəticə etibarilə, hədislər, rəvayətlər, səhabələrin dedikləri, alim və 


          16             
                                            
Əbülqasim Əlyan Nejadi
təfsirçilərin nəzəriyyələri “Təbliğ” ayəsinin  Əmirəl-möminin  Əlinin 
(ə) vilayəti barədə nazil olmasına dəlalət edir. 
Ayənin verdiyi mesajlar
Barəsində bəhs etdiyimiz ayədən iki ümdə və əhəmiyyətli mesajı 
anlamaq olar: 
1. Ayənin o zamanda xitab etdiyi şəxsin Peyğəmbər (s) olmasına 
baxmayaraq, şübhəsiz ki, vilayət və imamətin təbliği və onun barəsində 
sual və şübhələrə cavab vermək təkcə o həzrətə məxsus deyil, əksinə 
bu məsələ tarix boyunca məlumatlı olan bütün kəslərin vəzifəsidir. 
2. Ayənin çatdırdığı digər mühüm mesaj həqiqi möminlərin 
təəssübkeşlik, inadkarlıq və münaqişə etmədən və hansısa qruplaşma 
və istiqamətə meylli olmadan Allahın  əmr və  fərmanı müqabilində 
təslim olmasıdır, nəinki, onların meyl və istəklərinə uyğun olduqda, 
təslim olmaları və əksinə, zidd olduğu hallarda təslim olmamalarıdır. 
Həqiqətdə,  İslam Peyğəmbərinin (s) belə uca və ali məqamlara 
çatmasının sirri o həzrətin Allah qarşısında məhz təslim və bəndəçiliyi 
olmuşdur. Bu, bizim hər namazın təşəhhüdündə Peyğəmbərin (s) 
risalətinə şəhadətdən öncə verdiyimiz şəhadətdir. 
Əgər biz də Allaha yaxın və həqiqi mömin olmağı arzu edir və Allah 
Rəsulunun (s) məktəbinin davamçısı olduğumuzu iddia ediriksə, istək 
və tutduğumuz mövqelərin xilafına olsa da belə, bütün hallarda onun 
əmrlərinə tabe olmalıyıq. 
Bəhsimizi təkmilləşdirmək məqsədilə  Qədir-Xum məsələsini 
xülasə  şəkildə “Quranın mesajı” təfsirindən nəql edərək diqqətinizə 
çatdırırıq. 
Qədir-Xum hadisəsi
Ötən bəhslərdən icmali olaraq aydın oldu ki, bu ayə çoxlu sayda 
şahidlərə  əsasən, həzrət  Əli (ə) barəsində nazil olmuşdur və  həmin 
zəminədə  əhli-sünnənin məşhur kitablarında qeyd edilən rəvayətlər 
– hələ şiə kitablarında nəql olunan ları demirik – o qədərdir ki, heç kəs 
onları inkar edə bilməz. 
Yuxarıdakı  rəvayətlərdən  əlavə, bir sıra digər rəvayətlərimiz də 
var ki, açıq-aşkar bu ayənin Qədir-Xum hadisəsi və Peyğəmbərin 
(s) xütbəsi, həmçinin, həzrət  Əlinin (ə) canişin və  vəsi ünvanında 
tanıtdırılması barədə olduğunu göstərir və onların sayı əvvəldə qeyd 
etdiklərimiz rəvayətlərdən çoxdur. Tanınmış tədqiqatçı Əllamə Əmini 
“Əl-Qədir”   kitabında həmin hədisi Peyğəmbərin (s) yüz on səhabə və 
ravisindən, səksən dörd nəfər tabein və üç yüz altmış  nəfər alim və 
yazıçıdan dəqiq sənəd və materiallarla nəql edir. 


                                                                                                  17
Bu sənəd və materiallar toplusuna diqqət etməklə, hər bir şəxsdə 
Qədir-Xum hadisəsinin İslamın ən dəqiq və düzgün rəvayətlərindən 
və mütəvatir hədislərə  aşkar bir nümunə olduğuna dair əminlik 
yaranar. Doğrusu, əgər bir kəs onların mütəvatir olmasına şübhə etsə, 
deməli, heç bir mütəvatir hədisə inamı yoxdur. 
Bəhsə geniş şəkildə daxil olmaq bizi kitabda nəzərdə tutduğumuz 
üslubdan xaric etdiyi üçün, hədisin sənəd və nazilolma səbəbi barədə 
bu miqdarda kifayətlənir və hədisin əhatə etdiyi məsələlərə toxunuruq. 
Hədisin sənədləri barədə daha ətraflı məlumata sahib olmaq istəyənlər 
aşağıdakı kitablara müraciət etsinlər: 
1. “Əl-Qədir” təfsiri, birinci cild. 
2.  Əllamə Qazi Nurullah Şüştərinin yazmış olduğu və Ayətullah 
Nəcəfinin geniş şərhilə “İhqaqul-həqq” kitabı, cild 2, 3, 14 və 20. 
3. Mərhum Seyid Şərifuddin Amulinin “Əl-Muraciat” kitabı. 
4. Mir Hamid Hüseyn Hindinin “Əbqatul-ənvar” kitabı (daha yaxşı 
olar ki, onun xülasəsi olan 7, 8 və 9-cu cildlərə müraciət edəsiniz). 
5. Mərhum alim Müzəffərin “Dəlailus-sidq” kitabı, 2-ci cild. 
“Qədir” rəvayətinin möhtəvası
Hazırda yuxarıdakı  rəvayətlərdən istifadə edərək “Qədir” 
hadisəsinin yığcam formasını  (əlbəttə, bəzi rəvayətlərdə bu hadisə 
geniş, bəzilərində müxtəsər, bəzilərində  də onun bir qisminə 
toxunularaq nəql edilmişdir və biz onların məcmusundan alınan 
nəticəni) qeyd edirik: 
Peyğəmbərin (s) ömrünün son ilindəki “Həccətül-vida” (Vida həcci) 
mərasimi möhtəşəm şəkildə o həzrətin hüzurunda başa çatdı. Qəlblər 
mənəviyyatın  şölə  və nuruna qərq olmuş  və bu əzəmətli ibadətin 
mənəvi ləzzəti hələ də duyulmaqda idi. 
Peyğəmbərin (s) sayca həddən artıq çox olan tərəfdarları sevincdən 
bu feyz və  səadəti dərk edə bilmirdilər.
1
 Bu səfərdə Peyğəmbərlə (s) 
birgə olmaq üçün təkcə Mədinə əhalisi deyil, Ərəbistan yarımadasının 
müxtəlif məntəqələrindən olan kəslər də iştirak edərək belə əzəmətli 
və tarixi iftixarı əldən vermək istəmirdilər. 
Hicazın yandırıcı günəşi dağ və dərələrə od saçmasına baxmayaraq, 
səfərin  şirinlik və misligörünməmiş  mənəviliyi bütün çətinliyi 
asanlaşdırırdı. 
Zöhr vaxtına az qalır və getdikcə Cöhfə  məntəqəsi və  Qədir-
Xumun çöllük və biyabanlıqları uzaqdan görünməyə başlayırdı. 
1. Bəziləri Peyğəmbərlə (s) birgə olanların sayını 90 min, bəziləri 112 min, bəziləri də 120-
124 min olaraq qeyd etmişlər.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə