İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə18/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
#18642
1   ...   11   12   13   14   15   16   17   18   19

Şəkil və sənədlər

Müəllifin 1996-cı ilində Səddama yazdığı məktub


İraq prezidenti cənab Səddam Hüseyn!

1982-ci ilin yayında 16 yaşım olarkən mən Əhməd Yusifzadə İranın minlərlə cəsarətli gənci ilə birgə parolu "Ya Əli ibn Əbu-Talib" olan Beytülmüqəddəs adlı böyük bir əməliyyatda yeddinci korpusun komandiri Mahir Əbdürrəşidi məğlub edib əziz Xürrəmşəhrimizin yaralı bədənini sənin işğalçı əsgərlərinin çəkmələri altından çıxardıq. Tale belə gətirdi ki, biz əsir düşdük və sənin Mühəmmərə adlandırdığın Xürrəmşəhrin azadlıq bayramında iştirak edə bilmədik.

Bu qədər acı məğlubiyyətə dözməyib məni və digər iyirmi iki yeniyetmə döyüş yoldaşımı digər əsirlərdən ayırıb ağır məğlubiyyətin acısından qaçmaq üçün sui-istifadə etməyi tapşırdın.

Təbliğat vasitələrin gecə-gündüz car çəkdilər ki, İran rejimi uşaqları müharibə alovuna atıb və hər birinin boynundan bir açar asıb ki, ölsələr, cənnətin qapılarını onunla açsınlar.

Sənin məmurların Bağdadın əyləncə parkında bizi uşaq maşınlarına mindirdilər ki, imamımızı və ölkəmizi ələ salıb Xomeyninin əsgərlərinın uşaqlardan ibarət olduğunu desinlər.

Bir neçə gündən sonra bizi saraylarının birində zorla səninlə üz-üzə oturtdular və sən arxasında Xürrəmşəhrin məğlubiyyətindən dolayı göz yaşlarını gizlətdiyin təbəssümlə bizimlə "mehriban" danışdın. Dedin ki, biz uşağıq və uşağın yeri cəbhə deyil, məktəbdir. Dedin ki, dünyanın bütün uşaqları bizim uşaqlarımızdır. Dedin ki, bir də cəbhəyə qayıtmamaq şərtilə bizi azad edəcəksən.

Cənab Səddam Hüseyn! Yadındadırsa, bizdən başqa bir istəyin də vardı. Demişdin: "Mən sizi azad edəcəyəm ki, gedib dərs oxuyasınız, doktor və mühəndis olasınız və mənə məktub yazasınız. Mən bu gün universiteti bitirmişəm və istəyinə cavab olaraq, bu məktubu yazıram.

Doğrusu, yadındadır ki, deyirdin dünyanın bütün uşaqları bizim uşaqlarımızdır?! Məgər Hələbçədə ölmüş anaların qucaqlarında süd yerinə zəhərli qaz udan uşaqlar bu dünyanın uşaqları deyildilər?! Məgər Kermandan olan 15 yaşlı Əmir Şahpəsəndi bu dünyanın övladlarından deyildi ki, İraq düşərgələrində ən ağır işgəncələr gördü, sənin Nəqib Məhəmməd adlı zabitin qamçı altında bədənini qaraltdı, sonra isti ütü ilə ayaqlarının ətini qopardı, həmin yanıq ayaqlarla onu qum üzərində qaçmağa məcbur etdi?!

Səddam Hüseyn! 1982-ci ilin aprelində qəbul etdiyin biz kiçik döyüşçülər sənin sarayından istixbaratın rütubətli zindanına qayıtdıq, beşgünlük aclıq aksiyası ilə dövlətini məcbur etdik qəbul eləsin ki, biz döyüşçüyük, uşaq deyilik!

Ömrümüzün ən şirin illərini şərhi bu məktuba sığmayan işgəncələrlə sənin zindanlarında keçirib nəhayət, alnıaçıq halda vətənimizin torpağına qədəm qoyduq. Bu gün biz doktor və mühəndis olmuşuq və ölkəmizin quruculuğunda iştirak edirik.

Sonda iranlıların bu məsəlini də yadında saxla: Qış keçəcək, üzüqaralıq isə kömürə qalacaq.

Rəmadi düşərgəsində 4213 saylı əsir Əhməd Yusifzadə




Sağdan: Şəhid Əli Tacik, Əhməd Yusifzadə və İshaq Tacik. Mart 1982, Əsirlikdən bir ay öncə.


Mən və Həsən İskəndəri Məşhəd səfərində, Mart 1982


Qardaşım Həsən Yusifzadə, 1976


Şəhid Musa Yusifzadə


Sağdan: Yusif Yusifzadə (qardaşım), Şəhid Bəhruz Təvəkküli, Şəhid Musa Yusifzadə (qardaşım). Şələmçə, 1984


Əsirlikdən azad olmuş müharibə əlili Həsən Tacikşir


Sağdan: Şəhid Musa Yusifzadə, tanımadığım adam, müqəddəs müdafiənin yazıçı şəhidi Həbib Qənipur. Tehran universiteti, 1983.


Cəsədi itkin düşmüş Şəhid Əkbər Daneşi


Şəhid qardaşım Musanın əlyazma və şeirlərindən nümunə


Əl-Düstur qəzetinin müxbiri Həmid Müstəqimiyə suallar vermiş və cavabları özündən uydurmuşdu. Müsahibənin tərcüməsi:

- İndi nə arzulayırsan?

- Evimizə, anamın yanına qayıtmaq istəyirəm. Həm də arzu edirəm ki, bu müharibə bitsin.

- İndi nə etmək istəyərdin?

- Dostlarımla futbol oynamaq.

Sonra başqa bir yaralı iranlı uşaqla rastlaşıram.

- Adın nədir?

- Əhmədrza Müstəqimi (məqsədi Həmidrza Müstəqimidir).

- Neçə yaşın var?

- Doqquz (Əsir düşəndə Həmidin 15 yaşı vardı).

- Neçənci sinifdə oxuyurdun?

- Üçüncü sinifdə (Həmid səkkizinci sinifdə oxuyurdu).

- Haçandır cəbhədəsən?

- İyirmi gündür (Həmid Bostan və Fəthülmübin əməliyyatlarında da iştirak etmişdi).

- Ondan qabaq harada idin?

- Kəndimizdə. Məktəbdə dərs oxuyur və heyvanlara su verirdim. (!)

- Necə yaralandın?

- Yanımıza raket düşdü. Doqquz nəfər öldü, qalanı da yaralandı. Onlara kömək etmək istəyəndə bir raket də düşdü. Bir neçə nəfər öldü və mən yaralandıım.

- İraq-İran müharibəsi haqda nə eşitmişdin?

- Eşitmişdim ki, İraq İranın şəhərlərini işğal edib. Bunu da eşitmişdim ki, İraq bu şəhərləri müzakirə ilə İrana qaytarmaq istəyir, amma Xomeyni müzakirəni qəbul etmir və İraqı işğal etmək istəyir. Deyir ki, İraq İran torpağıdır.

(Bu müsahibə müxbirin zehninin məhsuludur və doğru olan yalnız şəkildir!)


Əl-Düstürün müxbiri bu dəfə kimliyi bilinməyən bir uşaqla görüşüb və sözlərini onun adından dərc edib.

- Cəbhədə sizə yeməyə nə verirdilər?

- Təkcə çörək. Olanda hərdən yağ da verirdilər. Bizə verilən xörəklər xalqdan alınırdı, ordunun deyildi. Bəzən xurma da verirdilər, amma xurma bizə həmişə çatmırdı.

- Bilirsənmi indi haradasan?

- Bəli, mən Bağdadda əsirəm.

- Bağdad haqda nə eşitmişdin?

- Deyirdilər ki, İran təyyarələri Bağdadı dağıdıb. Lakin mən maşınla Bağdadın küçələrindən keçəndə təəccüb etdim. Sanki Bağdad heç vaxt müharibə görməyib. Halbuki İranda hər gün həyəcan siqnalı çalınırdı.

- Nə üçün?

- İraq təyyarələri hücum etdiyinə görə.


Beytülmüqəddəs əməliyyatı üçün İraq qəzetinin seçdiyi qəribə manşet belə idi: Yerusəlim məğlub oldu.

Şəklin çəkildiyi yer: Kazimeyndə imamların məqbərəsi




Sağdakı şəkil Həmid Müstəqiminindir. İraq qəzeti onun adını Məhəmməd Salehi kimi göstərmişdi. Soldakı isə 23 nəfərlik qrupun Bağdadda bir parkda şəklidir.
Mənsur Mahmudabadi ilə maraqlı bir müsahibə. O, öz kimliyini köynəyinin arxasına yazmışdır: Sarəllah briqadası, Mənsur Mahmudabadi, Seyrcan. Allahu-Əkbər. Şəhid Bahünər alayı, Şəhid Behişti bölüyü, Şəhid Mütəhhəri tağımı. Maraqlıdır ki, qəzetdə şəklin altında onun köynəyinin arxasına belə yazıldığı bildirilir: Kərbəla ziyarətçisi və şəhidi. Halbuki köynəyin arxasındakı yazı aydın oxunur və orada belə bir cümlə yoxdur. Yeri gəlmişkən deyim ki, digər ərəb nəşrləri də bizim adımızdan belə yalan müsahibələr yayırdılar. Bizi aclıq aksiyasına vadar edən amillərdən biri də bu idi.

Bu səhifə Əl-Düstür qəzetinin müxbirinin Mənsur Mahmudabadi ilə uydurma müsahibəsidir. Müsahibənin başlığı belədir: "Səddam Hüseyn onları analarına qaytardı".



Müsahibənin tərcüməsi:

İraq xalqı Bağdad televiziyasından ordumuzun qələbəsi və təcavüzkar İran qoşunlarının məğlubiyyətilə nəticələnən döyüşlərin canlı görüntülərini görüb bu böyük qələbəyə görə sevinc və qürur hissi keçirdilər. Onlar eyni zamanda İran əsgərləri arasında onlarla əsir uşağı görüb təəccübləndilər. Səddam bu uşaqların Qırmızı Xaç Cəmiyyəti vasitəsilə mübadiləsiz olaraq İrana təhvil verilməsini əmr edəndə xalq bunu müsbət qarşıladı, İraqın humanistliyinə və alicənablığına bariz nümunə hesab etdi. Əl-Düstur qəzeti Bağdadda bu iranlı uşaqların bir neçəsi ilə görüşmüş və cəbhəyə gəlmələri haqda onlarla danışmışdır.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə