L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   2   3   4   5   6   7   8   9   ...   48

Beləliklə,  XX  əsrin  40-70  -ci  illərində  keynsçilər  qərbin 
iqtisadi  və  siyasi  həyatında  demək  olar  ki,  “ağalıq”  edirdisə, 
sonradan  o,  öz  yerini  neokonservativ  nəzəriyyələrə  verdi:  bu 
nəzəriyyələr sonralar tetçerizm  və reyqanomika  siyasətinin  əsasını 
təşkil etdi. 
ABŞ-ın  B.Klinton  tərəfindən  həyata  keçirilən  siyasəti  öz 
ziddiyyətlərinə  baxmayaraq  neokonservativ  nəzəriyyənin  ağalıq 
dövrünü və  çərçivəsini ötərək, özünəməxsus  keyns-monetar sintez 
ideyalarına söykənmişdir. 
1.3.
 
C.M.Keynsin iqtisadi təlimlərinin başlıca 
istiqamətlərinin ümumi aspektləri 
1929-1933-cü illərdə baş vermiş dünya iqtisadi böhranı 
həm inkişaf etmiş, həm də inkişaf etməyən ölkələrin 
iqtisadiyyatına böyük zərbə vurdu. Bu zərbə daha doğrusu, 
kapitalizm cəmiyyətinin, bazar iqtisadiyyatının öz-özünü 
tənzimləməsi ideyalarının banilərinin konsepsiyalanna aid idi. 
Bununla əlaqədar bu dövrdə müasir dövrün böyük ingilis 
iqtisadçı alimi Con Meynard Keynsin (1883-1946) makroiqtisadi 
təhlil nəzəriyyəsi meydana gəldi. Onun da əsasını bazar 
iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi 
mexanizmi təşkil edirdi. Onun ideyaları 1936-cı ildə nəşr 
olunmuş “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” 
kitabında əks olumnuşdur. O dövrdən 70-ci illərin axırlarına 
qədər, əvvəldə qeyd etdiyimiz kimi, qərbin iqtisadi fikirlərini 
əsasən keynsçilər və neokeynsçilər müəy^'ənləşdirdilər. İqtisadi 
məktəblərin əksəriyyəti iki hissəyə: bir tərəfdən neoklassiklərə, 
ayrıldı. Onlar arasında bu günə qədər 
2
'ms öz ideyaları ilə iki suala cavab 
15 


1)
 
Böhran və işsizliyin səbəblərini tədqiq etmək. 
2)
 
Kapitalizmin  xilas  olmasının  konstruktiv  proqramını 
işləmək. 
O, bu  problemlərin  kapitalizmin  öz  daxilində  mövcud 
olduğunu  qeyd  etmişdir.  C.Keyns  öz  müəllimi  A.Marşaldan  fərqli 
olaraq, kapitalizmin öz daxili qüvvələrilə böhran və işsizliyi aradan 
qaldırmağa malik olmadığını qeyd etdi. O. faktiki olaraq 
neoklassik  iqtisadi  istiqamətə,  həmçinin  resurslann  son  hədd 
faydalıhğı və məhdudluğu tezisinə zərbə vurdu. Böhran və işsizliyin 
meydana  gəlməsini  Keyns  iki  səbəbin:  məcmu  tələbin 
çaiışmamaz,lığını  yaradan  vətəndaşların  gəlirlərinin  artımının 
onların istehlakmı qabaqlaması və yüksək faiz səviyyəsi nəticəsində 
kapitaldan  gələn  aşağı  səviyyəli  mənfəət  normasının  yaranması 
nəticəsində “Məcmu tələbin” kifayət qədər olmamsı ilə izah edirdi. 
Nəticədə,  investisiyalann  kifayət  qədər  olmayan  səviyyəsi  isə  öz 
növbəsində  cəmiyyətdə  işsizliyin  yaranmasına  gətirib  çıxarır. 
Beləliklə, istehlakın çatışmarnazlığı məcmu təklifi azaldır, nəticədə 
reallaşdırılmayan əmtəələr yığılır, bu da böhran və işsizliyə gətirib 
çıxarır.  Son  nəticədə  isə  cəmiyyətdə  iqtisadi  tarazlıq  pozulur. 
Beləliklə, Keynsə görə səmərəli tələb iki hissədən: a) istehlakdan b) 
investisiyalardan  ibarət  olmaqla  nəticədə  o,  depressiyaya  gətirib 
çıxarır.  O,  iqtisadiyyatın  stabil  inldşaf  modelini  verərək, 
makroiqtisadi  model  işləmişdi.  Bu  modeldə  investisiyalar, 
məşğulluq,  istehlak  və  gəlir  arasında  funksional  asılılıq  müəyyən 
etməklə, 
Keyns 
dövlətin 
tənzimləmə 
rolunu 
yüksək 
qiymətləndirirdi. 
C.M.Keyns qeyd edirdi ki, dövlət dotasiya, dövlət alışı və s. 
yollarla kapital qoyuluşlarının son hədd səmərəliliyini qaldırmalıdır. 
Öz növbəsində Mərkəzi Bank borc faizinin dərəcəsini aşağı salmalı 
və inflyasiyanı tələb olunan səviy>^ədə 


saxlamalıdır.  Bunun  üçün  qiymətlərin  artım  tempinin  qarşısı 
alınmalı, kapital qoyuluşlarının artım tempi stimullaşdınlmalıdır. 
C.M.Keynsin  makroiqtisadi  modelində  “Multiplikator” 
effekti  və  ya  multiplikator  prosesləri  xüsusi  yer  tutur. 
“Multiplikator” anlayışı vuruq deməkdir. O, investisiyaların  artımı 
ilə,  gəlirlərin,  məşğulluğun  və  istehlakın  bir  neçə  dəfə  artmasını 
müəyyən  edir.  Xərclərin  əsasında  alıcılıq  qabiliyyətinin  və 
məşğulluğun  multiplikasiyası  baş  verir.  Keynsin  multiplikatoru 
gəlirin artımının investisiyaların artımına olan münasibəti  - nisbəti 
ifadə edir (“gəlir multiplikatoru” və ya “investisiya multiplikatoru”). 
Beləliklə, ilkin investisiya nəticəsində məcmu məşğulluq və gəlirin 
ümumi səviyyəsi artır. 
C.Kejmsin yeni iqtisadi nəzəriyyəsində iqtisadiyyatın dövlət 
tənzimlənməsi tədbirləri xüsusi yer tutur. Dövlət müxtəlif üsullarla 
(vergi sistemi, faiz nonnalannın qe>d olunması və s.) iqtisadiyyatda 
tarazlığın  saxlanamsı  üçün  öz  apancı  rolunu  həyata  keçirməlidir. 
Dövlət investisiyalan həyata keçirərkən o, iqtisadiyyatda tam (nisbi) 
məşğulluğa  və  faiz  normalarmm  aşağı  salınmasına  nail  olur. 
Beləliklə, dövlət faiz siyasətilə ölkənin pul sistemini də tənzimləyir. 
Keynsə görə borc faizi aşağı olduqca, investisiyaya tələbin səviyyəsi 
bir  o  qədər  artır,  nəticədə  bu  məşğulluğu  da  artırır.  Keyns 
nəzəriyyəsində  işsizliyin  fundamental  səbəbi  u
2
om  müddətli 
perspektivdə  faiz  dərəcəsinin  yüksək  səviyyədə  qalması  ilə 
əlaqələndirilir. 
Nəticə  kimi  qeyd  oluna  bilər  ki,  makroiqtisadi  tarazlığın 
Keynsçi  modelinin  əsasını  və  başlıca  komponentlərini:  istehlak, 
yığım  və  investisiyalar  təşkil  edir.  Keynsçi  konsepsiyasının 
mahiyyəti  məcmu  xərclərin  (yəni  bütün  iqtisadi  agentlərin  milli 
məhsul  əldə  etmələrinə  çəkilən  xərcləri)  araşdırılması  və  onların 
milli  gəlirin  miqdan  ilə  müqayisə  ediiməsindədir.  Qeyd  etmək 
lazımdır ki, istehlak və investisiyalar məcmu xərclərin ən başlıca 
17 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə