L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

=f (Y ) 
2.
 
Əmək haqqı elastik deyil. İşçilər real əmək haqqına deyil, 
nominal əmək haqqına uyğunlaşırlar. 
3.
 
İnvestisiyalar gözlənilən gəlirlər əsasında müəyyənləşir və 
zamana görə kifayət qədər dəyişkəndirlər. 
4.
 
Pula olan tələbin üç müxtəlif motivi var: 
-
 
əməliyyat motivi; 
-
 
ehtiyat motivi; 
-
 
spekulyativ motiv. 
5.
 
Faiz dərəcələri pul bazannda tələb və təklif arasındakı 
tarazlıq əsasında formalaşır. 
Keynsin  yeni  klassiklər  tərəfindən  tənqidi  aşağıdakı  fikirlə 
bağlıdır:  belə  ki,  yeni  klassiklər  iddia  edirdilər  ki,  makroiqtisadi 
istehlakçılar  üçün  faydalılığm,  müəssisələr  üçün  isə  mənfəətin 
maksimallaşdınlması  konteksində  onların  fayda  funksiyalarına 
iqtisadi arqumentləri əlavə edərək müəyyən edilməlidirlər. 
Keynsin  yeni  klassiklər  -  Neytrallıqlar  tərəfindən  tənqidi 
aşağıda göstərilən müddəalarda əks olunmuşdur. 
1.
 
İstehlakın və cari gəlirlərin qarşılıqlı asılı olmaması. 
2.
 
Cari mənfəətin investisiya xərcləmələrində rol oyna- 
maması. 
3.
 
İnflyasiya və işsizliyin uzunmüddətli dövrdə asılı 
olmaması. 
4.
 
Məcmu buraxılışın stabilləşdirilməsində pul siyasətinin rol 
oynamaması (səmərəli gözləmələr nəzəriyyəsi). 
5.
 
Vergilərin və büdcə kəsirinin istehlaka təsir göstərməməsi. 
Bütün bunlara baxmayaraq, C.M.Keyns uzun müddət davam 
edən iqtisadi baxışlarda böyük 
inqilab edərək, 
makroiqtisadi  siyasətdə  dövlətin  iqtisadi  proseslərə  aktiv 
müdaxiləsini əsaslandırdı. 
27 


II FƏSİL. İQTİSADİYYATIN DÖVLƏT 
TƏNZİMLƏNMƏSİNİN NEOKEYNSÇİ TƏLİMLƏRİ 
2.1-Neokeynsçi təlimlərin yaranması və əsas istiqamətləri. 
2.2.
 
ABŞ və Fransada neokeynsçilərin əsas xüsusiyyətləri və 
təlimləri. 
2.3.
 
İqtisadi artımın Domar-Harrod modeli. 
2.4.
 
E.Hansenin neokeynsçi tsikl nəzəriyyəsi və neokeynsçi 
ideyaların müasir qiymətləndirilməsi istiqamətləri. 
2.1.
 
Neokeynsçi təlimlərin yaranması və əsas istiqamətləri 
C.M.Keynsin  1956-cı  ildə  nəşr  etdirdiyi  “Pulun,  faizin  və 
məşğulluğun  ümumi  nəzəriyyəsi”  adlı  kitabının  (qısa  olaraq 
“Keynsin  ümumi  nəzəriyyəsi”)  Qərbin  müasir  iqtisadi  təlimləri 
tarixində çox vacib hadisələrdən idi. Onun bir çox tərəfdaşlan və o, 
özü kapitalist  -  bazar iqtisadiyyatının  qeyri-stabilliymi və dövlətin 
iqtisadiyyata aktiv müdaxiləsini vacib faktor kimi dəyərləndirirlər. 
.A.rtıq II Dünya müharibəsindən sonrakı birinci onilliklərdə 
Kcyns  istiqaməti  əhəmiyyətli  dəyişikliyə  uğramağa  başladı  və  bu 
təlim  neokeynsçiliyə  çevrildi.  Neokeynsçiliyin  nümayəndələri 
C.M.Keynsin özünün bilavasitə irəli sürdüyü təlimlərlə müqayisədə 
özlərinin yeniliklərini nəzərdə tutaraq, bu mövqedən çıxış edirdilər. 
Neokeynsçilərin  göstərilən  yenilikləri  hər  şeydən  əvvəl  iqtisadi 
artım və tsiklik inkişafla bağlı idi. 
Keynsin  əsas  modeli  statik idi. O, bütün  iqtisadi proseslərə 
qısa  müddətli  dövr  çərçivəsində  əsas  parametrlər  (ilk  növbədə 
istehsalın ölçüsü) zamana görə dəyişmirdi. Əlbəttə, bu vəziyyət  II 
Dünya  müharibəsindən  əvvəlki  30-cu  illərin  depressiyası  ilə 
əlaqədar idi. Bu dövrlərdə uzumnüddətli iqtisadi artım, iqtisadi 
28 


irəliləyişlər  ön  planda  deyildi  və  əsas  məsələ  kapitalist 
iqtisadiyyatının qeyri-stabilliyindən, işsizlik vəziyyətindən, istehsal 
güclərinin tam yüklənməməsi və s.-dən çıxmaq, azad olmaq idi. 
Əlbəttə dövr, zaman keçdikcə hər bir vəziyyət, həyatın özü, 
müxtəlif növ konsepsiyalar dəyişikliyə uğradığı üçün, müharibədən 
sonrakı  əziyyət  də  kordinal  dəyişikliyə  uğradı.  Əsas  aparıcı  Qərb 
ölkələrinin  (xüsusilə  ABŞ-ın)  iqtisadiyyatları  yüksək  inkişaf 
sürətinə malik olmağa başladılar. Belə bir şəraitdə iqtisadi dinamika, 
iqtisadi  artım  məsələləri  ön  plana  çəkildi  və  bu  da  neokeynsçilik 
(R.Harrod,  E.Domar,  P.Samuelson,  C.Hiks  və  başqaları) 
ideyalarının yaranmasına gətirib çıxartdı. 
Neokeynsçilik,  yuxarıda  qeyd  edildiyi  kimi,  təkcə  iqtisadi 
artımla  deyil,  iqtisadiyyatın  tsiklik  davranışlarının  izahı  ilə  də  sıx 
bağlı  idi.  Qərb  iqtisadiyyatı  o  səviyyədə  qeyri-bərabər  inkişaf 
tempinə  malik  oldu  ki,  nəticədə  bu,  xüsusi  tsiklik  inkişaf 
nəzəriyyələrinin  onların  inkişaf  mərhələlərinin,  interpritasiyası, 
iqtisadiyyatın eniş və yüksəliş fazalannın izahı və s. tədqiqinə böyük 
ehtiyac yarandı. 
2.2.
 
ABŞ 
və 
Fransada 
neokcynsçilərin 
əsas 
xüsusiyyətləri 
və təlimləri 
Müasir keynsçilikdə iki ənənə dominantlıq edir: ABŞ-m bir 
sıra iqtisadçılarının adı  ilə bağlı olan Amerika neokeyns- çilərinın 
baxışları və ilk növbədə fransız iqtisadçılarının tədqiqatları ilə bağlı 
Avropa neokeynsçilərinin konsepsiyaları. 
Məlum  olduğu  kimi,  C.M.Keynsin  “Pulun,  faizin  və 
məşğulluğun  ümumi  nəzəriyyəsi”  (1936)  kitabı  II  Dünya 
müharibəsindən  sonra  Qərbin  iqtisadi  fikirləri  tarixində  çox 
əhəmiyyətli  hadisə  olmuşdur.  Keynsin  “Ümumi  nəzəriyyəsi”  ilə 
bağlı onun 
29 


çoxsaylı tərəfdaşları  qeyri-stabil  kapitalist  iqtisadiyyatı  və onun 
dövlət  tənzimlənməsinin  zərurəti  ideyalan  ətrafında  birləşdilər. 
Bununla  yanaşı,  hər  dövlət  müdaxiləsi  konsepsiyası  tam  mənada 
keynsçi yanaşması olmaya da bilər. Çünki, keynsçilik investisiya və 
yığım münasibətlərinin təhlili, keynsçiliyin mərkəzi makroiqtisadi 
kateqoriyası kimi səmərəli  tələb  konsepsiyasının tədqiqilə mütləq 
bağlıdır. 
Əvvəldə deyildiyi kimi, artıq müharibədən sonrakı onillikdə 
keynsçi istiqamət 
dəyişikliyə uğradı və o 
neokeynsçiliyə  çevrildi.  Neokeynsçilik  haqda  söhbət  açılanda 
adətən bu istiqamətin C.M.Keynsin özünün ideyalarından fərqli nə 
isə yeni fikirlər irəli sürən nümayəndələri nəzərdə tutulur. Bu yenilik 
ilk  növbədə  iqtisadi  artım  nəzəriyyəsi  və  tsikiik  inkişafla 
bağlıdır. 
II Dünya müharibəsindən sonra, dünya ölkələrinin, xüsusilə 
ABŞ-m iqtisadij'yatında böyük, kardinal dəyişikliklər baş verməyə 
başladı.  Uzun,  stabil  dövrlərdə  iqtisadi  artıma  nail  olmağa  böyük 
ehtiyac hiss olunurdu. 
İqtisadi dinamikanın 
vəzifələrinin həll edilməsi 
ehtiyacları  neokeynsçi  nəzəriyyəsinin  meydana  gəlməsinə  geniş 
imkan yaratdı. İqtisadi artım modelini işləyən keynsçilər içərisindən 
ABŞ  iqtisadçıları,  xüsusilə  ingilis  iqtisadçısı  R.Harrod  və  rus 
mənşəli amerika alimi E.Domar xüsusi seçilirdi. Onların baxışlannın 
yaxınlıqlanna  görə  çox  vaxt  artım  modellərini  Haırod-Domar 
modelləri  də  adlandırırdılar.  Əlbəttə,  bu  istiqamətdə  əsas  ideyalar 
R.Han'oda məxsus idi. 
Neokeynsçi  artım  konsepsiyalan  təkcə  iqtisadi  artım 
modelləri  ilə  məhdudlaşdırılmırdı.  Onlar  geniş  planda  öz  nəzəri 
izahlarına,  həmçinin,  mütləq  olaraq  tsikiik  qalxıb-enmələri  də 
daxil etmişdilər. R.Harrod özünün “Ticarət tsikli” monoqrafiyasında 
bu barədə geniş söhbət açırdı. R.Harrodla yanaşı, neo- 
30 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə