M. Ə. MƏMMƏdov



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə75/81
tarix07.11.2018
ölçüsü1,57 Mb.
#77960
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

1.  C
əmiyyət həyatının  bütün tərəflərində olduğu kimi, 
kitabxanaların idarə edilməsində də qeyri-demokratik fikirlər 
z
əiflədikcə  elmi-tədqiqat,  təşkilati-metodik,  məsləhətvermə, 
t
ədris amillərinin idarəetmədə  rolu  əhəmiyyətli dərəcədə 
artır. Buna görə də kitabxana işinin bütün vəsilələrində daha 
çox nüfuz v
ə  nəzəri-təcrübi biliklər tələb olunur.  Belə  bir 
şəraitdə  elmi-metodik mərkəz rolunu oynayan kitabxana-
larsız,  metodistlərsiz  işləmək mümkün deyil.  Çünki  ərazi 
üzr
ə kitabxana kollektivlərində müvafiq işgüzar şəraiti məhz 
onlar yaradır, kitabxanaçıların peşə münasibət və əlaqələrini, 
t
əşəbbüskarlıq  axtarışlarını,  ixtisaslarının  artırılmasını  məhz 
onlar t
əşkil edirlər.  
2.  M
əlum olduğu kimi, hazırki şəraitdə kitabxanalarda 
vahidlik prinsipi, 
kitabxana  işinin  inteqrasiyası  lazımi  sə-
viyy
ədə deyil. Respublikamızda bu mühüm sosial-iqtisadi və 
siyasi v
əzifəni yerinə  yetirmək üçün ilk növbədə,  metodist-
l
ərin intellektual potensialına, onların təşkilatçılığına, bacarı-
ğına, təcrübəsinə əsaslanmaq lazımdır.  
3. 
Kitabxana işində mövcud ictimai-siyasi şəraitdə mü-
vafiq olaraq daima gözl
ənilməz, kəskin problemlər meydana 
çıxır. Bu problemlərin tədqiqi, müvafiq qərar və göstərişlərin 
s
əmərəliliyinin yoxlanılması, onların tətbiqi məsələlərini və s. 
metodistl
ərin  iştirakı  olmadan  yerinə  yetirmək qeyri-müm-
kündür.  
4. 
Yeni  işə  başlayan  metodistlər daha təcrübəli həm-
karlarından professional kömək və yardım gözləyirlər.  
Bel
əliklə,  kitabxanaların  metodik  təminat sistemi heç 
vaxt indiki q
ədər zəruri olmamışdır. Qeyd edilməlidir ki, ki-
tabxana  işinin  digər sahələrindən fərqli olaraq metodiki tə-
251 


minat sistemi, onun m
əzmunu, əhəmiyyəti və vəzifələri, tex-
niki prinsipl
əri sahəsində  qazanılmış  nailiyyətlər,  toplanmış 
t
əcrübi biliklər və  nəzəri müddəalar  əsasında  yeni  tələblərə 
uyğun fikir yürütmək olar.  
M
əhz buna görə də  müasir dövrdə kitabxanaların me-
todik t
əminatının  əhəmiyyəti,  vəzifələri və  məzmunu haq-
qında danışarkən respublikamızdakı sosial-siyasi şəraiti, ida-
r
əetmə  sistemindəki dəyişiklikləri  və  ən  başlıcası  kitabxana 
işinin  faktik  vəziyyətini və  inkişaf  perspektivlərini nəzərə 
almaq lazımdır.  
M
əlumdur ki,  kitabxanaların  metodik  təminatı  kitab-
xanaların  idarə  edilməsinin mühüm və  ayrılmaz  tərkib his-
s
əsini təşkil  edir.  Keçmiş  SSRİ-nin və  müttəfiq respublika 
kimi Az
ərbaycanın ayrı-ayrı kitabxana şəbəkələrinə metodik 
r
əhbərlik sistemində  toplanmış  təcrübənin öyrənilməsi gös-
t
ərir ki,  metodik təminat  kitabxanaların  ümumi  iş  səviyyə-
sinin artırılmasına və kitabxanaçı kadrların peşə səviyyəsinin 
yüks
əlməsinə, qabaqcıl kitabxana işi metodlarının təcrübəyə 
t
ətbiq edilməsinə yaxından kömək etmişdir. Şübhəsiz ki, bu 
zaman  kitabxana  işindəki  yığılıb  qalmış  ümumi  nöqsan  və 
çatışmazlıqları  yalnız  metodiki  təminat sisteminin təşkilinə 
aid  etm
ək olmaz.  Yuxarıda  göstərdiklərimiz bir daha sübut 
edir ki, metodiki t
əminatın təkmilləşdirilməsi, respublika üz-
r
ə  metodiki mərkəzlərin təşkiledici  rolunun  gücləndirilməsi 
bu gün d
ə  kitabxana  işinin  keyfiyyət göstəricilərinin  yaxşı-
laşdırılması üçün başlıca amillərdən biridir. Metodiki təminat 
metodiki m
ərkəzlərin  kitabxana  işçilərinə  fəal,  fasiləsiz və 
dinamik t
əsirindən ibarətdir.  Bu proses isə  müəyyən prin-
sipl
ər  əsasında,  müxtəlif forma və  vasitələrdən istifadə  et-
252 


m
əklə həyata keçirilir.  
Metodik  t
əminatın  məqsədi  kitabxana  işinin  səviyyə-
sini yüks
əltməkdən ibarətdir.  O,  mədəniyyət,  elm və  isteh-
salın  inkişaf  maraqlarına  müvafiq  olaraq  bütün  kitabxana 
ehtiyatlarından ən səmərəli şəkildə istifadə edilməsinə çalış-
maqla kitabxana prosesl
ərinə fəal şəkildə təsir göstərməlidir. 
K
itabxanaların  metodik təminat  sistemi  kitabxanaçılarda  öz 
əməyinə  yaradıcı  münasibət tərbiyə  etməli,  onlarda yüksək 
peşəkarlıq və bacarıqlı müstəqil iş vərdişləri aşılamalıdır. Bu 
m
əqsədə nail olmaq üçün metodiki təminat sistemi aşağıdakı 
v
əzifələri yerinə yetirməlidir:  
1.
 
Kitabxanaların  bütün  fəaliyyət istiqamətlərində 
(
əhaliyə  kitabxana xidmətinin təşkilində,  oxucularla  işdə, 
kitabxana  fondlarının  formalaşması  və  istifadə  edilməsində, 
kitabxanalarda 
əməyin elmi təşkilində və s.) onlara təşkilati 
metodik köm
ək göstərilməlidir.  
2.
 
Qabaqcıl  kitabxanaların  təcrübəsini öyrənmək və 
yaymaq.  
3.
 
Kitabxanaçı kadrların ixtisaslarını artırmaq.  
Bu v
əzifələrin yerinə  yetirilməsi özlüyündə  metodik 
f
əaliyyətin bu gün də  qüvvədə  olan  üç  başlıca  istiqamətini 

əyyən edir.  Başqa  sözlə  desək,  kitabxanalarda metodik 
r
əhbərliyin  yuxarıda  göstərdiyimiz üç vəzifəsi,  həm də 
metodik f
əaliyyətin üç istiqamətini təşkil edir.  
 
6.2. Metodik t
əminatın funksiyaları və prinsipləri 
 
Kitabxanaların  elmi-metodiki təminatı  prosesində  aşa-
ğıdakı bir neçə funksiya həyata keçirilir.  
253 


1. T
əşkilati; 
2. 
İnformasiya;  
3. Pedaqoji;  
4. Elmi-t
ədqiqat funksiyaları.  
Metodiki t
əminatın ayrı-ayrı vəzifələrinin tərkib hissəsi 
olmaq etibaril
ə  bu  funksiyalar  sıx  qarşılıqlı  əlaqədədir və 
m
əcmu halında kitabxanaların işinə metodiki təsir sistemini 
t
əşkil edirlər.  
   Metodiki t
əminatın  təşkilati  funksiyası  onunla  şərt-
l
ənir ki,  metodik mərkəzlər  kitabxana  işinin  idarəetmə  or-
qanları sisteminə daxil edirlər. Buna görə də kitabxanaların 
işinə məqsədyönlü metodik təsir bütövlükdə kitabxana işinin 
idar
ə  edilməsinin həyata keçirdiyi hədd daxilində  yerinə 
yetirilir. Öz t
əşkilati rollarını yerinə yetirən metodik mərkəz-
l
ər bütün kitabxanaların fəaliyyətinin məzmun, forma və me-
tod vahidliyini t
əmin etməlidirlər.  Metodik təminatın  təşki-
lati 
funksiyasının əsasında metodik mərkəzlərin həm bütöv-
lükd
ə kitabxana işinin  vəziyyətinin, həm də  ayrı-ayrı kitab-
xanaların işinin təhlilinə yönəlmiş analitik-sintetik fəaliyyəti 
durur. 
Kitabxanaların fəaliyyətini təkmilləşdirmək məqsədilə 
onların  işinə  təşkilati  təsir,  kitabxanalar və  kitabxana  işini 
idar
əetmə  orqanları  üçün  tövsiyələrin  işlənməsi,  kitabxana-
ların operativ metodiki təminatı və onların fəaliyyətinə nəza-
r
ət məhz bu əsasda yerinə yetirilir. Təşkilati funksiyanın hə-
yata keçirilm
əsində  kitabxanaların  plan  və  hesabatlarının 
t
əhlili,  onların  fəaliyyətinin hərtərəfli tədqiqi,  kitabxanalara 
köm
ək məqsədi güdən metodik və biblioqrafik vəsaitlər sis-
temi,  elmi-t
ədqiqat nəticələrinin və  qabaqcıl  təcrübənin ki-
tab
xana işinə tətbiqi mühüm yer tutur.  
254 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə