M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə3/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   2   3   4   5   6   7   8   9   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

10 

 

tarixi dövrün parlaq səhifəsini təşkil edir. Heydər  Əliyevin Azərbaycana 



rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi 

inkişafında yüksəliş, tərəqqi meylləri ilə fərqlənir. O, Azərbaycan tarixində 

yeganə  şəxsiyyət - rəhbərdir ki, keçmiş SSRİ kimi super dövlətin siyasi 

rəhbərlik zirvəsinə yüksəlmiş  və dünyanın tanınmış dövlət və siyasi 

xadimləri sırasında  ən görkəmli və böyük təsirə malik olan dünya şöhrətli 

lider olduğunu əməli fəaliyyəti ilə göstərmişdir. 

Heydər  Əlirza oğlu  Əliyevin  şəxsiyyəti, həyatı  və  fəaliyyəti görkəmli 

dövlət və siyasi xadim kimi müasir Azərbaycan tarixinin parlaq səhifəsini 

təşkil edir. 

Heydər  Əliyev 10 may 1923-cü ildə Azərbaycanın Naxçıvan  şəhərində 

anadan olmuşdur. Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, Azərbaycan 

Sənaye  İnstitutunda oxumuş (1939-1941), Leninqradda (indiki Sankt-

Peterburq) Ali Təhlükəsizlik Məktəbini və 1957-ci ildə Azərbaycan Dövlət 

Universitetinin tarix fakültəsini bitirmişdir. 1941-1944-cü illərdə Naxçıvan 

MSSR Xalq Daxilı  İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq 

Komissarları Sovetində, 1944-1969-cu illərdə Azərbaycan SSR-nin 

təhlükəsizlik orqanlarında çalışmış, 1969-1982-ci illərdə Azərbaycan KP 

MK-nın birinci katibi, 1982-1987-ci illərdə Sov. İKP MK Siyasi Bürosunun 

üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1987-1990-cı illərdə 

İttifaq əhəmiyyətli fərdi pensiyaçı, fəal ictimai-siyasi xadim, 1990-1993-cü 

illərdə Naxçıvan MR Məclisinin sədri olmuşdur. 1993-cü ilin 15 iyunundan 

yenidən Azərbaycan Respublikasına rəhbərlik etmiş, iki dəfə (3 oktyabr 

1993-cü ildə, 11 oktyabr 1998-ci ildə) Azərbaycan Respublikasının 

prezidenti seçilmişdir. Üçüncü dəfə, 2003-cü ilin 15 oktyabrında keçirilmiş 

prezident seçkilərində yenə  də onun namizədliyi irəli sürülmüş  və 

təsdiqlənmişdir. Lakin 1 oktyabr 2003-cü ildə  İlham  Əliyevin xeyrinə öz 

namizədliyini geri götürmüşdür. Heydər  Əliyevin həyat və siyasi fəaliyyət 

xronologiyasının mərhələlərinin hər biri böyük bir tarixdir. 

Heydər  Əliyevin  ən böyük tarixi xidmətlərindən biri də ondan ibarətdir 

ki, hələ Azərbaycan Respublikası SSRİ  tərkibində olduğu vaxt o, 

respublikamızın müstəqil yaşaması və inkişaf etməsinə qabil olması haqqın- 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

11 

 

da düşünür və bu istiqamətdə  məqsədyönlü siyasət həyata keçirirdi. 



Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsində həyata 

keçirilən sosial-iqtisadi və  mədəni quruculuq proqramının nəticələri onun 

uzaqgörən siyasətinin düzgünlüyünü və həyatiliyini sübut etdi. 1969-1982-

ci illərdə Azərbaycan SSR-də qazanılan nailiyyətlər müstəqil Azərbaycan 

Respublikası üçün mühüm təməl oldu. 

Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan 

Respublikasının yaranmasının, onun dövlət quraculuğunun  əsas qanunu 

Konstitusiyanın  əsas memarı Heydər  Əliyev olmuşdur. Məhz ölkəmizdə 

hüquqi, dünyəvi və demokratik dövlət bilavasitə onun rəhbərliyi ilə 

qurulmuş  və  uğurla inkişaf etməkdədir. Bütün sahələrdə sosial-iqtisadi 

siyasət müvəffəqiyyətlə  həyata keçirilir. Azərbaycan dünya sistemində 

tanınmış və möhkəmlənmişdir. 

Heydər  Əliyevin rəhbərlik təcrübəsinin dərindən öyrənilməsinin nəinki 

böyük elmi, həmçinin praktiki əhəmiyyəti vardır. Bu böyük şəxsiyyət 

haqqında  əsərlər yazılmış, sənədlər külliyyatı  tərtib edilmişdir. Bunların 

çoxu biblioqrafik, publisistik, kütləvi xarakter daşıyır, əsasən, onun həyat və 

fəaliyyətinin xronikasını  əks etdirir. Hələlik onun ictimai-siyasi və 

dövlətçilik fəaliyyəti xüsusi elmi-tədqiqat obyekti olmamışdır. Halbuki 

olduqca zəngin və çoxcəhətli siyasi rəhbərlik və  təşkilatçılıq təcrübəsinin 

tədqiq edilməsi və ümumiləşdirilməsinə  həm ölkəmizdə, həm də xaricdə 

böyük tələbat vardır. Heydər  Əliyevin həyat və  fəaliyyətinin öyrənilməsi 

Azərbaycan tarixinin ən ümdə problemi kimi qarşıda durur. Azərbaycanın 

Heydər Əliyevin adı ilə bağlı olan XX əsrin son otuz ilində sosial-iqtisadi, 

elmi-mədəni inkişafının öyrənilməsi tarixi zərurətdən irəli gəlir. Bu böyük 

şəxsiyyətin siyasi fəaliyyəti iqtisadi-təsərrüfat, dövlət quruculuğuna 

rəhbərliyi, beynəlxalq fəaliyyəti qədər zəngin və  əhatəlidir ki, onlara aid 

çoxlu əsərlər yazmaq, dissertasiyalar müdafiə etmək olar. Heydər Əliyevin 

müstəqil Azərbaycan dövlətinin quralması  və möhkəmləndirilməsində rolu 

problemi üzrə elmi-tədqiqat  əsəri yazılmasına böyük tələbat vardır. Bu 

monoqrafiya müəllifin on ildən artıq bir müddətdə ardıcıl olaraq apardığı 

tədqiqatın məhsuludur. 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

12 

 

Elmi tədqiqatın gedişi göstərir ki, Heydər  Əliyev  əmək fəaliyyətinə 



başladığı 1941-ci ildən 2003-cü ilədək, dünyanın görkəmli dövlət və siyasi 

xadimi kimi şöhrətlənməsi və tanınmasına qədərki dövrdə həmişə yaradıcı, 

qabil təşkilatçı, görkəmli rəhbər respublikanın inkişaf perspektivini 

əvvəlcədən görən, xalqın milli-mənəvi dəyərlərinin inkişafı qayğısına qalan 

müdrik siyasət yeritmiş  və onnn həyata keçirilməsində böyük 

müvəffəqiyyətlərə nail olmuşdur. Bütün bunları  nəzərə alaraq tədqiqat 

prosesində  aşağıdakı  vəzifələri həyata keçirməyi qarşımıza məqsəd 

qoymuşuq: 

Əmək fəaliyyətinə başladığı Naxçıvan Muxtar Sovet Sosialist 



Respublikasının hakimiyyət orqanlarında, Azərbaycan SSR-nin 

Təhlükəsizlik orqanlarında işlədiyi vaxtda şəxsi keyfiyyətlərini, dövlət və 

xalqın mənafeyi naminə fəaliyyətini izləmək; 

- Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri - Azərbaycan 

KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə yüksəlməsinin səbəb və 

köklərini aydınlaşdırmaq, Heydər  Əliyevin Azərbaycan Kommunist 

Partiyası  Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsinin 

qanunauyğunluğunu göstərmək və təhlil etmək; 

- Azərbaycanın keçmiş SSRİ-də geridə qalan bir respublikadan inkişaf 

edən, qabaqcıl respublikaya çevrilməsində Heydər  Əliyevin siyasi, əmək, 

təşkilatçılıq və səfərbəredicilik fəaliyyətini göstərmək; 

- Azərbaycanın ehtiyaclarını, tələblərini müəyyən etmək və  Mərkəzi 

hakimiyyət (Moskva) qarşısında qoymaq və onların həyata keçirilməsinə 

nail olmaq uğrunda Heydər  Əliyevin mübarizəsini göstərmək, 

respublikamızın SSRİ-nin respublikaları içərisində bütün sahələrdə yüksək 

göstəricilərinə görə qabaqcıl bir respublikaya çevrilməsinin səbəblərinin 

təhlilini vermək, respublikalar içərisində Azərbaycanın mövqeyinin və 

nüfuzunun yüksəlməsini göstərmək; 

- Azərbaycan SSR-nin təcrübəsinin,  şəxsən Heydər  Əliyev rəhbərlik 

metodunun, iş üslubunun bütün SSRİ-də nümunəyə çevrilməsi, onun geniş 

yayılması  və öyrənilməsi zərurətinin Mərkəzi hakimiyyət tərəfindən təqdir 

edilməsi və bu sahədə həyata keçirilən tədbirlərin nəticəsini araşdırmaq; 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə