MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə113/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   109   110   111   112   113   114   115   116   ...   228

 

216


c. yamaclarda səthi su axınının və torpağın yuyulmasının qarşısını almaq, habelə torpağın münbitliyini 

mühafizə etmək üçün yamaclarda şum, kultivasiya işləri yamacın eni istiqamətində və ya sahənin horizontları 

üzrə aparılmalı, yuyulmanı azaltmaq və rütubəti saxlamaq üçün tirələr və şırımlar çəkilməlidir; 

d. dik yamaclarda eroziya prosesini zəiflətmək üçün şumlamada balansir və ya korpusu çevrilən xüsusi dağ 

kotanlarından istifadə edilməli,  şumu yamacın aşağı hissəsindən başlamaqla birtərəfli aparılmalı  və laylar 

yamacın aşağı tərəfinə doğru çevrilməli, zolaqlarla dərindən şumlanmaya üstünlük verilməlidir. 

 

Meşə meliorasiya tədbirləri 

Hazırda dağ  rayonlarında  geniş  tətbiq  olunan  fitomelorasiya  mübarizə  tədbirlərindən  biri  meşə – melio-

rasiya  işləri  sayılır. Bu  tədbirlər  əkinçilik  zonasında  tarlaqoruyucu  meşə  zolaqlarının  salınması,  yolların,  

kanalların,  su  hövzələrinin  ətrafının  yaşıllaşdırılmasından  ibarətdir. Təcrübələr  göstərir  ki,  meşə  zolaqları  

dənli  bitkilərin  məhsuldarlığının  3 – 4,  pambığın  məhsuldarlığının  isə  2,5 – 3 sentinerə  qədər  artmasına  

şərait  yaradır.Lakin  təəssüflə  qeyd  edək  ki,  məmləkətimizdə  belə  zolaqların  salınmasına  və  mövcud  zo-

laqların  qorunub  saxlanılmasına  fikir  verilmir. Hazırda  ölkəmizin  33  suvarılan  düzən  rayonları  ərazisində  

1968 – ci  ildən  indiyə  qədər  cəmi  6000  ha  -  ya  yaxın  meşə  zolağı  salınıb . Bu  zolaqların  çoxu  qayğısız-

lıqdan  sıradan  çıxıb  və  cəmi  1800  ha  qalıb. Ağcabədi  və  Beyləqan  rayonlarında  1950 – ci  illərdə  salınan  

qiymətli  dövlət  meşə  zolaqları  qışlaqlar  kimi  istifadə  olunur  və  bu  səbəbdən  tədricən  sıradan  çıxır. 

Meşəsizləşdirilmiş  dağ  yamaclarında  meşələrin  bərpa  edilməsi  də  böyük  əhəmiyyət  daşıyır. Bu  baxım-

dan,  Qax  meşə  təsərrüfatının  İlisu  və  Sarıbaş  kəndləri  ətrafında,  Kəlbəcər  meşə  təsərrüfatının  İstisu  ku-

rortu  ətrafında  eroziyaya  qarşı  salınan  meşəliklər  təqdirə  layiqdir.Lakin  təəsüflə  qeyd  etməliyik  ki,  belə  

sahələr  olduqca  azlıq  təşkil  edir. Meşə  təsərrüfatının  əksəriyyəti  eroziyaya  qarşı  meşəlikləri  torpağı  yu-

yulmuş  dik  yamaclarda  deyil, azmeylli  sahələrdə  aparmışdır. 

Ən  qiymətli  və  vacib  meşə – meliorasiya  tədbirlərindən  biri  də  eroziyaya uğramış  dağ  yamaclarında  

terrasların  düzəldilməsi  və  orada  bağların,  meşə – bağların  salınmasıdır.Dağlarımızda  meylliyi  13  dərəcə-

dən  yuxarı  olan  yamaclarda  terraslar  düzəldilə  bilər. 

Yeri   gəlmişkən  qeyd  edək  ki,  Respublikamızın  bəzi  dağ  rayonlarında  vaxtilə  layihə  əsasında  1000  

ha - ya  yaxın  dağ  yamaclərı  terraslaşdırılmışdır. Lakin  bu  terrasların  az  bir  hissəsində  meyvə  bağları  sa-

lındı.Əksər  terraslar  isə  istifadəsiz  qalıb  yararsız  hala  düşür. 

1967 – ci  ildən  başlayaraq  ölkəmizin  dağətəyi  rayonlarında  meşə  təsərrüfatları tərəfindən kənd  təsərrü-

fatı  üçün  yararlı  olmayan,  eroziyaya  uğramış  yamaclarda  terraslar  düzəldilir  və  orada  püstə – badam  

bağları  yetişdirilir. Hazırda  Dəvəçi, Siyəzən, Şamaxı, Ağsu,  Zəngilan,  Yardımlı  və  Tovuz  rayonları  ərazi-

sində  meşə  təsərrüfatlarının  yaratdıqları  belə  bağların  sahəsi  2000  ha – dan  artıqdır. Dəvəçi  rayonunun  

ərazisində  600  ha –a  yaxın  ərazidə  eroziyaya  məruz  qalmış  dik  yamaclarda  eldar  şamı  ilə  qarışıq  əkilən  

püstə – badam  bağları  xüsusi  qeyd  edilməlidir . Vaxtilə  yarımsəhra  şəraitində  gözyorucu  daşlı – bəhrəsiz  

yamaclar  indi  təbiətin yaşıl  bir  güşəsinə  çevrilib. 

Respublikamızda  şiddətli  dərəcədə  eroziyaya  uğramış  meşə  melorasiya  tədbirlərinə  ehtiyacı  olan  sahə-

lər  hazırda  60 000  ha –ra  çatır. Bu  sahələrdə  püstə  və  badamdan  istifadə  edib  bağlar, meşə – bağların  sa-

lınması  meyvəçiliyin  inkişafına  kömək  edə  bilər. Salınacaq  belə  yaşıllıqlar  quru  daşlı  yamacları  cana  gə-

tirər, oranın  iqlimini  yaxşılaşdırar, ərazinin  estetik  vəziyyətini  daha  da  gözəlləşməsinə  zəmin  yaradar. 

Yaylaqlarda  torpağı  eroziyadan  mühafizə  etmək  üçün  otlaq  sahələri  sistemli  istifadə  edilməli,  otarma  

norması və  vahid  sahədə  otarılan  mal – qaranın  sayı normadan  artıq olmamalıdır. Bununla  yanaşı  otlaqlar-

da  eroziyaya   qarşı  aşağıdakı  tədbirlər  həyata  keçirilməlidir. Mal –qaranı yaylaqlara  vaxtında  köçürtmək,  

otlaqların  dincə  qoyulması, biçənək – otlaq   sisteminin  genişlənməsinin  tətbiq  olunması,  mal – qaranı  döv-

riyyə  sistemi  ilə  otarmaq,  alaq  otlarına  qarşı  mübarizə  aparmaq,  sahələri  daşdan  təmizləmək  və  s. Bu  

tədbirlər  yerinə  yetirilərsə,  topağın  yuyulmasının  qarşısı  alınar,  bitki  örtüyü  bərpa  olunar  və  otlaqların  

məhsuldarlığı  artar. 

Ölkəmizin  ərazisinin  Xəzər  sahili  boyunca  təxminən  25 000  hektara  yaxın  sahədə  hərəkət  edən,  sov-

rulan  qumluqlar  yayılıb. Xalq  təsərrüfatının  müxtəlif  sahələrinə  xeyli  ziyan  vuran  qumluqların  bərkidil-

məsi  günün  vacib  məsələlərindəndir. Bu  iş  Xəzər  sahillərində  beynəlxalq  əhəmiyyətli  kurort  zonasının  

yaradılmasının  ayrılmaz  bir  hissəsini  təşkil  edir . 

Qumluqları  külək  eroziyasından  qorumaq  üçün  tarlaqoruyucu  meşə  zolaqlarının,  meşə – bağların,  

üzümlüklərin,  püstə,  badam, innab  və  zeytun  plantasiyalarının  salınması  böyük  əhəmiyyət  kəsb  edir. Bu-

nunla  yanaşı  sahil  qumluqlarını  bərkitmək  üçün  müxtəlif  polimerlərdən  və  digər  kimyəvi  birləşmələrdən  

istifadə  etmək  vacibdir. 

Yuxarıda  göstərilən  tədbirlər  kompleks  şəkildə,  bir – birinə  uyğun  olaraq  həyata  keçirilərsə, torpağın  

eroziyasının  qarşısını  almaq  olar . 

Torpağı eroziyadan  mühafizə  işində  kənd,  su  və  meşə  təsərrüfatları  kompleks  şəkildə  iştirak  etməli-

dir. 


 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə