MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə116/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   112   113   114   115   116   117   118   119   ...   228

 

222


yaranmış  ağır iqtisadi çətinliklərlə  əlaqədar azalmağa doğru getmişdir. Azərbaycanda mineral gübrələrdən 

intensiv  şəkildə istifadə edilən dövrlərdə onların hektar üzrə göstəricisi 200-250 kq-dan çox olmamışdır. 

Halbuki həmin dövrdə (1986) bu göstərici Böyük  Britaniyada 376 kq, Fransada 301 kq, Yaponiyada 386 kq, 

Almaniyada 422 kq olmuşdur. Həmin ölkələrdə 1,5-2 dəfədən də çox mineral gübrə  tətbiq edilməsinə 

baxmayaraq, kəskin fəsadlar törətməmişdir. Buradan belə görünür ki, mineral gübrələrdən, istifadənin törətdiyi 

fəsadlar onların miqdarı ilə deyil, onlardan istifadə mədəniyyəti və ya ekoetikası ilə bağlıdır. 

Gübrələrdən istifadə torpağın deqradasiyasına səbəb olur, təbii münbitlik əsasən kimyəvi maddələrə əsasla-

nan münbitliklə əvəz olunur.  

Gübrələrin istehsalı və istifadəsi dünyada durmadan artaraq 1950-1990-cı illərdə təxminən 10 dəfə artmışdır. 

1993-cü ildə dünyada orta hesabla 1 ha. əkin sahəsinə 83 kq gübrə verilmişdir, onun yarısı azot gübrəsinin payı-

na düşür.  

Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji problemlər də yaradır.  

İçməli suda və ya ərzaq məhsulunda  nitratların konsentrasiyası təyin olunmuş  normadan artıq olduqda insa-

nın sağlamlığı üçün təhlükəlidir.  

Gübrələrdən çox miqdarda və uzun müddət istifadə etdikdə  səthi və yeraltı sulara daha çox nitratlar daxil 

olaraq onu içmək üçün yararsız edir. Əgər azot gübrəsi 1 hektara ildə 150 kq-a qədər istifadə edilərsə onun 

həcminin 10%-i təbii sulara daxil olur, nitratlar yeraltı suya daxil olduqda xüsusilə ciddi problem yaranır. 

Kənd təsərrüfatının mineral gübrələrdən asılı olması  azot və fosforun qlobal tsiklinə ciddi təsir göstərir.  

Azot gübrələrinin sənaye istehsalı azotun qlobal balansının pozulmasına səbəb olmuşdur. Azotun çox olması 

torpağın turşuluğunu, həmçinin onun tərkibindəki üzvi maddələrin miqdarını dəyişə bilər. Bu isə torpaqdan qida 

maddələrinin yuyulub aparılmasına və təbii suların keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.  

Q.N. Qolubevə (1999) görə torpaq eroziyası zamanı yamaclardan yuyulub aparılan fosforun miqdarı ildə 50 

mln. ton təşkil edir. Digər bir mənbəyə əsasən 1990-cı ildə tarlaya verilən fosforun miqdarı qədər (33 mln. ton) 

çaylar okeana fosfor axıtmışdır. Fosforun qazşəkilli birləşməsi olmadığından o, özünün ağırlıq qüvvəfsi ilə, əsa-

sən sular vasitəsilə okeanlara axır.Bu isə quruda fosforun xroniki defisitinə və daha bir qlobal geoekoloji böhra-

na gətirib çıxarır.  

Onu da qeyd edək ki, gübrələrlə torpağa verilən fosfor praktiki olaraq torpaqdan yuyulmur. Su hövzələrinin 

fosforla çirklənməsinin  əsas mənbəyi kənd təsərrüfatı deyil, sənaye və  məişət suları sayılır. Suların  fosforla  

kənd təsərrüfatı vasitəsilə  çirklənməsinin payına 10-15% düşür. Son vaxtlar  fosforla çirklənmənin böyük mən-

bəyi tərkibində polifosfotlar olan yuyucu vasitələrdir. Su hövzələrində çoxlu fosfatların toplanması  həmçinin 

onların evtrofikasiyası ilə bağlıdır.  

Fosfor gübrələrinin spesifik xüsusiyyətlərindən biri də onların böyük dozalarla istifadəsi torpaqda digər arzu-

olunmaz elementlərin toplanmasıdır: stabil stronsium, ftor, uranın təbii radioaktiv birləşmələri, radium, torium. 

Bitkinin üçüncü əsas qida elementi sayılan kalium ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərmir. Lakin 

kalium gübrəsi ilə bərabər çoxlu xlor da verilir, onun qrunt sularına daxil olması arzu olunmazdır. 

Bütün bitkilərin əkininin məhsuldarlığının gübrədən istifadədən asılılığı bir-birinə oxşardır: gübrələrin təsi-

rindən ilk illər bitkinin məhsuldarlığı artır.  Sonrakı illər məhsul artımı azalır, sonra isə artım müşahidə olunmur

bəzən hətta azalmağa doğru da gedir.  

Kənd təsərrüfatının elmi-əsaslanmış strategiyası gübrələrin miqdarının azaldılmasının mümkünlüyünün təd-

qiqi, onun istifadəsinin optimal səviyyəsinin axtarışı və eroziyaya qarşı mübarizə aparmaq istiqamətinə yönəl-

dilməlidir. 

 

12.5. Pestisidlərdən istifadənin ekoloji problemləri 

Məhsulun çox hissəsi tarlada və ya sonra anbarlarda zərərvericilər tərəfindən və xəstəliklər nəticəsində məhv 

olur. Kənd təsərrüfatı zərərvericilərilə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə  əsas mübarizə istiqamətlərin-

dən biri pestisidlər adlanan kimyəvi maddələrdən istifadə etməkdir. Pestisidlər aşağıdakı əsas siniflərə bölünür: 

akarisidlər – gənələrlə mübarizədə istifadə edilən maddələr; antifidinqlər – cücüləri onların qidalandığı şeydən 

qorxub çəkindirən maddələr; insektisidlər – zərərli cücüləri məhv edən maddələr; herbisidlər – alaq bitkilərinə 

qarşı mübarizədə istifadə edilən preparatlar; zoosidlər – zərərli onurğalı heyvanları məhv edən zəhərlər; bakteri-

sidlər, virusosidlər, funqisidlər – bitkilərlə viruslu və göbələk xəstəliklərilə mübarizə aparmaq üçün istifadə edi-

lən maddələr; nematosidlər – bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparat-

lar; molyuskosidlər – zərərli ilbizləri məhv edən maddələr. 

ABŞ-da 160 növdə patogen göbələk və bakteriyalarla, 250 virus növləri, 8000 həşərat və gənə növləri, 2000 

alaq otları ilə mübarizə aparılması lazım gəlir. 

Dünyada 180 pestisid növündən və bir neçə min preparat formasından istifadə edilir. 

Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr 

olmalarından irəli gəlir. 




 

223


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi qiymətə görə bütün dünyada pestisidlərin istifadəsindən hər 

il 20000 adam ölür və 1 milyona yaxın adam zəhərlənərək sağlamlığını itirir. Əgər dünyada pestisidlərdən istifa-

də çoxalarsa ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar. 

Øÿêèë 12.4. Ïåñòèñèäëÿðèí ÿòðàô ìöùèòäÿ 

ñèðêóëéàñèéàñû (Í.Í.Ìåëíèêîâ, 1977) 

 

Pestisidlər təbiətə də ciddi təsir göstərir. Adətən, istifadə olunan pestisidlərin yalnız bir faizindən istənilən 



məqsəd əldə etmək olur, qalan 99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirir, biotanı zəhərləyərək çox 

vaxt gözlənilməz nəticələr verir. Torpağın münbitliyində torpaq biotası böyük rol oynayır. Zərərvericiləri pesti-

sidlərlə məhv edərkən torpaq orqanizmlərin, o cümlədən torpaq soğulcanlarının sayını azaldır.Bununla  əlaqədar 

qara torpaqlarda torpaq soğulcanlarının miqdarı on və yüz dəfələrlə azalıb.  

Müxtəlif pestisidlər landşafta və onun komponentlərinə mənfi təsir göstərir. Pestisidlərlə daha çox zərər çə-

kən heyvan qrupları çoxa doğru sıra ilə  aşağıdakı kiidir: onurğasızlar, balıqlar, quşlar, məməlilər, mikroorqa-

nizmlər. 

Ətraf mühitə düşən pestisid bioakkumulyasiya prosesinə qoşulur, bu zaman pestisid qida zənciri ilə hərəkət 

etdikcə onun konsentrasiyası dəfələrlə (yüz min dəfəyə qədər) arta bilər.  

Kanserogen xassəli olduğu üçün DDT pestisidinin (dust) istifadəsi 1970-1973-cü ildən etibarən dünyanın de-

mək olar ki, hər yerində qadağan olunmuşdur. 

Ekspertlərin hesablamalarına əsasən istifadə olunan pestisidlərin çoxu həşaratları məhv etməyə sərf olunur. 

Məsələn, son 25 ildə (1982-ci il məlumatı) dünyada istehsal olunmuş 4,5 mln. ton DDT-nin 1 mln. tonu Yer kü-

rəsində parçalanmadan paylanmışdır.(Qasımov, 2003). Pestisidlərdən istifadə olunmayan ərazilərdə də hətta ona 

rast gəlinir. Məsələn, Antarktidada morjların piy qatında. 

Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin çökməsi üçün 4 il lazımdır. Torpaqda 

isə o, 20 ilə qədər qala bilər. Bu, DDT-in suda pis həll olması, yüksək temperatura davamlılığı, yağlarda və lipid-

lərdə yaxşı həll olması ilə əlaqədardır. 

M.Avazovanın (2003) apardığı müşahidələr göstərir ki, respublikamızda  ən böhranlı ekotoksikoloji şərait 

keçmiş pambıq və taxıl yetişdirilən rayonların ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır. 

Respublikamızda 1980-cı ilin ortalarına qədər pestisidlərdən istifadə olunmuşdur, hələ indiyə kimi Göyçay 

və Türyançay hövzəsində torpaqlarda qalıq pestisidlərə rast gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra əv-

vəllər pambıq bitkisində müşahidə olunmayan digər pambıq biti, pambıq sovkası, gənə, mənənə və s. cücülərin 

çoxalması baş verdi. K.Edvardsa görə T

50

 DDT-nin torpaqda qalma müddəti torpağın nəmliyindən çox asılıdır. 



Belə ki, mülayim qurşaq rayonlarında o, 2,5 il, subtropik və tropik ölkələrin torpaqlarında isə cəmi 3-9 ay qala 

bilir. 


Tədqiqat materialları və çoxillik müşahidələr göstərir ki, DDT-in yüksək qalıq miqdarı ən çox gilli torpaqlar-

da rast gəlinir. Bu torpaqlarda profil boyu dərinə getdikcə qalıq miqdarı azalır. Yüngül gillicəli və qumsal tor-

paqlarda isə bunun əksi müşahidə olunur (X.M.Qasımov, 2003). 

Pestisidlərdən istifadənin digər ciddi problemi ziyanvericilərin ona alışmasıdır, bu alışma sonrakı nəsillərə də 

keçərək pestisidlərin effektivliyini aşağı salır və yeni-yeni kimyəvi maddələrdən istifadəyə məcbur edir. Rezis-

tentlik adlanan bu hadisədə həşaratların onlarla kütləvi növlərinin istifadə olunan əsas birləşmə siniflərinə qarşı 

hissiyyat göstərmir. Bura ev milçəyi, tarakan, Kolorado  kartof böcəyi, kələm güvəsi və s.-ni misal göstərmək 

olar. İstifadə olunan pestisidlərdə rezistentlik 10-30 nəsildən sonra baş verir. Odur ki, yaxın gələcəkdə pestisid-

lərdən istifadənin hazırkı strategiyasında bütün əsas ziyanvericilər rezistent ola bilər. 

Pestisidlərdən istifadənin problemlərini ümumləşdirsək belə nəticəyə gəlmək olar ki, əsas təhlükə ekosferin 

həyat təmin edici xassələrinin pozulması və insanların sağlamlığının pisləşməsidir. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə