MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə144/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   140   141   142   143   144   145   146   147   ...   228

 

274


sonra meşə və kolluqlar kəsilib, yandırılaraq  şumlanmışdır. Sonralar yanacaq və xammal kimi istifadə edən sə-

naye və mexanikləşdirilmiş nəqliyyat vasitələri, həmçinin oduncaq hazırlanması və daşınması, yolların salınma-

sı insanın meşə landşaftlarına əsas təsir formaları olmuşdur. 

Rütubətli tropik meşələrin antropogen dəyişilməsi tədricən olmuşdur. Rütubətli tropik meşələr zonasında ilk 

dəfə insanlar cənubi – şərqi Asiya və Okeaniyada 25 – 40 min il əvvəl, Amazoniyada 10 min il əvvəl, Afrikada 

3 min il əvvəl, sonralar isə Yeni Zenlandiya və Madaqaskarda  məskunlaşmışlar . Bütün hallarda ovçuluq və ər-

zaq toplamaq ilə məşğul olan tayfalar meşələrin vəziyyətinə cüzi təsir göstərmiş və meşələr antpropogen dəyişil-

məyə az məruz qalmışdır. 

Qeyd edək ki, tropik meşələr Yerin fitokütləsinin üzvi maddələrinin 40 % - ni, onların məhsuldarlığı planetin 

biotasının 22 % - ni , bütün meşələrin isə 58 % - ni təşkil edir. Son 200 ildə tropik zonada plantasiyalı kənd tə-

sərrüfatı inkişaf edərək şəkər qamışı, tütün, kofe, kakao, çay, kauçuk, kokos və yağlı palmalar yetişdirilir . İkinci 

Vətən müharibəsindən sonra uzun, düz və bərk oduncaq çeşidlərinə tələbat artaraq müasir texnoloji metodlarla 

istismar olunmağa başlandı. 1950 – ci ildən başlayaraq tropik meşələrin ixracı 16 dəfə artdı. Bununla yanaşı bu 

zonada əhalinin məskunlaşması və artımı meşələrin deqradasiyasına və meşəsizləşməyə zəmin yaratdı . İldə 11 

– 20 mln ha tropik meşə yoxa çıxır, bəzi mənbələrdə bu rəqəm 13.7 – 15.5 miliyon ha göstərilir.  

BMT-nin  ərzaq, kənd təsərrüfatı  və  sənayenin inkişaf etdirilməsi məsələləri ilə  məşğul olan xüsusi təsisat 

FAO – nun məlumatlarına əsasən tropik ölkələrdə ildə 114 min km

3

 meşə qırılır və ya yandırılır.( cədvəl 13.1).  



                                                                                                                        Cədvəl 13.1.  

 

Tropik ölkələrdə oduncaqdan istifadə (1987 – ci il) 

 

Р еэион


ъям и

м лн м


3

923


810

88

113



12

10

26



14

39

89



241

90

74



86

391


259

1460


348

1701


430

м лн м


3

м лн м


3

%

%



Фярди  истифадя

Енержи  истещсалы

Асийа

Африка


Африка

Латын  Ам ерикасы

 

Bəzi  inkişaf  etməkdə  olan  ölkələrdə  ( məs . Malaziya , Tailand, İndoneziya, Filippin, Nigeriya , Kosta – 



Rike  və b . ) meşələrin  sahəsinin  azalması  çox  sürətlə  gedir . 

Filippində meşə sərvətləri fəlakət  halına  çatmışdır. 100  il  əvvəl  burada  meşə  örtüyü  16  mln . ha olmuşdur 

, indi  isə  cəmi  900  min  ha  qalmışdır. Bakirə ( ilkin ) cəngəllik  meşələri  cəmi  22 %  təşkil  edir. Alimlərin  fi-

kirincə  normal  ekoloji  balansı  saxlamaq  üçün  Filippində  meşə  ilə  örtülü  sahə  54 % olmuşdur. Lakin  hazırda  

burada  saatda 25 ha meşə məhv edilir, meşələrin  qırılıb  satılması  bu  sürətlə  davam  edərsə  30  ildən  sonra  bu-

rada  axırıncı  ağac  kəsiləcəkdir. 

Vyetnamda  meşə  sərvətləri  ölkənin  20 % - nə  qədərini  örtür, lakin  50  il  əvvəl  burada  meşə  ilə  örtülü  

sahə  50 % - dən  çox  olmuşdur. 

Ekvatorial  zonada  antropogen  landşaftların  genişlənməsində  yolların  salınması    aparıcı  rol  oynayır. 

Məs, 1950 – ci  ildə  Belem – Braziliya  avtomobil  yolu  tikiləndən  sonra  yola  bitişik  ərazilərdə  2 mln – dan  

çox  adam  məskən  salmışdır . Braziliyada  əlavə  yollar  əsas  yollara  perpentikulyar  80  km – ə  qədər  meşə-

nin  dərinliklərinə  doğru  yönəlmişdir.  Sonra  ərazi  yola çıxan 100 ha – lıq sahələrə bölünür. 

 



 

275


 

Şəkil 13.6. Meşələrin qırılmasının nəticəsi 

(Məmmədov, Suravegina, 2000) 

Amazoniyada  meşənin  azalmasının  başqa  faktorlarından  bəndlərin  və  su  anbarlarının  tikilməsi  və  fay-

dalı  qazıntıların  (qızıl, dəmir, qalay )  emalını  göstərmək  olar . 

Tropik  meşələrin  təbii  vəziyyətindən  daha  çox  gəlir  əldə  etmək  olar. Belə  ki, meyvə, giləmeyvə, dər-

man  bitkiləri, kauçuk  və  digər  məhsulları  toplamaqla  oduncaqdan  gələn  gəlirdən  daha  çox  gəlir  götür-

mək  olar  və  bu  zaman  meşə  örtüyü  də  olduğu  kimi  qalar.  



Tropik meşələrin  məhv edilməsi ekoloji cəhətdən təhlükəli olub cinayət  sayılmalıdır. Hazırki  vəziyyə-

tində  də  meşələr ekosferin  vəziyyətini  sabit  saxlamaqda  mühüm  rol  oynayır . Qeyd  edək  ki, bir  sərvəti  

digəri  ilə  əvəz  etmək  olar, lakin  tropik  meşələrin  ekosistem  funksiyası  əvəzedilməzdir . Tropik  meşələ-

rin  strategiyası  onların  bəşəriyyətin  var – dövləti  kimi  qiymətləndirilməlidir . Avropada  meşəsizləşdirmə  

XIII  əsrdən  başlayaraq  sürətlə  getmişdir . Əkinçilik  dövrünə  kimi  burada  meşə  ilə  örtülü  sahə  70 – 80 %  

olmuşdur .  

Rusiyada  hər  il  18 mln ha  meşə  qırılır . Çox  vaxt  qırma  zamanı  cavan  ağaclar, cücərtilər  də  məhv  

edilir, torpaq  örtüyü  pozulur . Belə  hal  ən  çox  meşəqırma  texnikasında  çoxəməliyyatlı  aqreqatlardan  isti-

fadə  etdikdə  baş  verir .  

İldə  milyon  ha – dan  artıq  meşələr  zərərli  sənaye  tullantılarının  təsirilə  zədələnir  və  ya  məhv  edilir . 

Kola  yarımadasında  ildə  1 km

2    


 sürətilə  meşə  məhv  edilir. Burada  Monçeqor  nikel  kombinatının  atmos-

ferə  buraxdığı  kükürd  2  oksid  və  ağır  metalların  təsiri  nəticəsində  məhv  olan  iynəyarpaqlıların  hüdudu  

Finlandiya  sərhədinə  yaxınlaşır .  

1995 – 1997 – ci  illərdə  Leninqrad  vilayətində  meşələr  intensiv  qırılmışdır.  Gün   ərzində    oduncaqla  

yüklənmiş  60  treyler  Torfyanovka  sərhəd  punktundan  keçərək  Finlandiyaya  yola  salınır . Meşənin  başdan 

– başa  qırılması  Kareliya  boynunun  səhraya  çevrilməsi  təhlükəsini  yaradır .  

Meşə yanğınları nəticəsində də meşəsizləşdirmə gedir. 97 %  yanğın hadisəsi insanın təsiri ucundan baş ve-

rir, yalnız 3 %-i təbii  hadisələrlə bağlıdır . 

Mülayim enliyin bir sıra inkişaf etmiş ölkələrində, məsələn, Qərbi və Mərkəzi Avropada meşələrin sahəsi bir 

qədər artsa  da  xəstəliyə ( zədələnməyə )  tutulmuş  ağaclıqlar  çoxalmışdır . Belə  ki, Almaniyada  1983 – cü  

ildən  1989 – cu  ilədək  zədələnmiş  meşələr  24.7 % - dən  37.8 % - ə  çatmışdır, onların  14.4 %- i  orta  və  

güclü  dərəcədə  zədələnməyə  məruz  qalmışdır. Qərbi  və  Mərkəzi  Avropada  zədələnmiş  meşələrin  sahəsi 

38 % -ə  çatır .Meşələrin  zədələnməsində  hakim  rolu  atmosferin  çirklənməsi, turşulu  yağışlar  oynamışdır .  

Çin və Vyetnamda  meşəsalma  işlərilə  əlaqədar  meşələrin  sahəsi  hər  il  1 – 2.5 % - artır.  

Lakin  planetimizdə  qlobal  meşəsizləşdirmə  meylinin  artması  davam  etməkdədir.  

 

13.5. Azərbaycanda  meşəsizləşdirmənin  problemləri 

Azərbaycanda  meşəsizləşdirmənin  dəqiq  başlanğıc tarixi  məlum  deyildir, onu  arxiv ( xəritə ) materialla-

rından  da  arayıb  tapmaq  qeyri  mümkündür . Lakin  ehtimal  etmək  olar  ki , beş  əsr  öncə  respublikamızın  

meşəlik  faizi 40 – 50  % - dən  aşağı  olmamışdır.  

N.H.Axundovun (1982) əldə etdiyi tarixi sənədlərə  əsasən indiki Gədəbəy rayonu ərazisində olan meşələr 

1865-ci ildən 1883-cü ilədək Simens qardaşlarının Gədəbəy və Qalakənd misəridən zavodları üçün geniş miq-

yasda qırılmışdır. Bu zavodların hər biri ildə 40000 pud mis hasil edirdi. Gədəbəy mis zavodu 1871-1882-ci il-

lər ərzində 21,4 min kub sajın (1 sajın 2,34 m-ə bərabər uzunluq ölçüsüdür) odun və 4,4 milyon pud ağac kömü-

rü işlətmişdir. Məlumatlara əsasən Simens qardaşlarının misəridən zavodları üçün ayrılan meşədə ildə 5000 kub 

sajın əvəzinə 5 dəfə artıq, yəni 15000 kub sajın ağac qırılmışdır. 

Meşəsizləşdirmə  ilk  öncə yaşayış  üçün  daha  əlverişli  olan  və  çox  insan  məskunlaşan  düzən  ərazilərin-

dən  başlanılmışdır. Aşağıda  ayrı – ayrı  düzən  regionlarında  meşəsizləşdirmənin  istiqamətləri  haqda  məlu-

mat  verilir . 



Qanıx – Həftəran  vadisi hələ  üçüncü  dövr  ərəfəsində  başdan – başa  Kolxida – Hirkan  tipli  meşələrlə  

örtülü  olmuşdur . Sonralar  iqlimin  dəfələrlə  kəsgin  dəyişməsi  nəticəsində  yeni  meşə  landşaft  tipləri  bir – 

birini  əvəz  etmişdir .  

Hələ  yaxın  keçmişə  qədər  Qanıx – Həftəran  vadisi bütövlüklə  meşə  ilə  örtülü  olmuşdur . Burada  insa-

nın  məskunlaşması , yaşayış  məntəqələri , yolların  salınması  və  müxtəlif  istiqamətli  təsərrüfat  fəaliyyətinin  

nəticəsində  meşə  örtüyünün  yerində  müxtəlif  antropogen  landşaft  tipləri  yaranmışdır . Bizim  dövrümüzə  

bu  meşələrdən  kiçik  sahələr  gəlib  çatmışdır. Burada  düzən  və  çayqırağı  meşə « ləkələri »  tez – tez  kənd  

təsərrüfatı  sahələrilə (tütün, taxıl  sahələri , meyvə, şabalıd, qoz, fındıq  bağları), yaşayış  məntəqələrilə  əvəz  

olunur. Vadidəki  mövcud  meşələr  azlıq  təşkil  edir  və  subtropik  bitkilərin  ( çay, sitrus  bitkiləri ) yetişdiril-

məsi  üçün  iqlimtənzimləyici  rolunu  lazımi  dərəcədə  təmin  edə  bilmir . Odur  ki , burada  əlavə  meşə  zo-

laqlarının  salınması  vacibdir.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə