MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel


§ 170 Subyektin və predikatın daha dəqiq təriflərinə gəlincə demək lazımdır ki, özünün özü ilə mənfi münasibəti kimi (



Yüklə 1,36 Mb.
səhifə16/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   ...   12   13   14   15   16   17   18   19   20
§ 170

Subyektin və predikatın daha dəqiq təriflərinə gəlincə demək lazımdır ki, özünün özü ilə mənfi münasibəti kimi (

§ 163, 166, qeyd) subyekt predikatın davamlılığının və ideal varlığının möhkəm əsasıdır (predikat subyektə məxsusdur); və subyekt ümumiyyətlə və bilavasitə konkret olduğundan predikatın müəyən məzmunu subyektin çoxsaylı müəyyənliklərindən yalnız biridir və subyekt predikatdan zəngin və genişdir.

Predikat isə əksinə, ümumi kimi müstəqil davamlılığa malikdir və subyektin varlığına və ya yoxluğuna biganədir; o, subyektin hüdudundan kənara çıxır, onu öz altına alır və öz sırasında subyektdən genişdir. Predikatın ancaq müəyən məzmunu (bundan öncəki paraqrafa bax) subyekt və predikatın eyniyyətini daşıyır.

§ 171

Subyekt, predikat və müəyyən məzmun və ya eyniyyət öncə mühakimədə fərqlilik, bir-birinə dışarı kimi münasibətdədir. Amma özündə, yəni anlayışa görə onlar eyniyyətdədirlər, subyektin konkret totallığı hansısa bir qeyri-müəyyən müxtəliflik yox, təkcəlikdən, bir eyniyyətdəki xüsusi və ümumidən ibarət olduğundan, məhz bu vəhdət predikatdır (



§ 170). Sonra, şəkilçidə subyekt və predikatın eyniyyəti başlanğıcda abstraktdır. Bu eyniyyətə görə subyekt predikatın tərifində olmalıdır və bunun sayəsində predikat subyekt tərifi alır və bağlılıq tamamlanır. Bu – mühakimənin əlaqənin tamamlanmış məzmunu vasitəsilə əqlinəticəyə keçən sonrakı tərifidir. Mühakimənin öz inkişafı ondan ibarətdir ki, başlanğıcda ancaq abstrakt olan ümumidik, hissi ümumilik cinsin və növün məcmusu və nəhayət, anlayışın ümumiliyinin inkişafı kimi spesifikdir.

Qeyd. Yalnız mühakimənin tərifinin dərki prosesi adətən məntiqdə işlənən mühakimənin növlərini əlaqələndirir və onlara anlam verir. Mühakimənin müxtəlif növlərini göstərərkən onların sadəcə sadalanması tamamilə təsadüfi və çox dayaz, hətta mənasız və qəribə görünür. Müsbət, qəti, assertorik mühakimələri bir-birindən fərqləndirmək üçün əlamətlər ya havadan götürülür, ya da onlar müəyyənləşdirilmir. Müxtəlif mühakimələrə zərurət olaraq bir-birindən irəli gələn mühakimələr kimi və anlayışın ardıcıl tərifləri kimi baxılmalıdır, çünki mühakimənin özü müəyyən anlayışdan yaxud anlayışın müəyyənliyindən başqa bir şey deyil.

Öncə gözdən keçirdiyimiz varlıq və mahiyyət sferalarına münasibətdə müəyyən anlayışlar mühakimələr kimi o sferaların təkrarıdır, ancaq anlayışın sadə münasibətində müəyyənləşmiş təkrarıdır.

Əlavə. Mühakimənin müxtəlif növləri təkcə emprik müxtəliflik kimi yox, həm də təfəkkürdə müəyyən olunan totallıq kimi başa düşülməlidir. Kantın böyük xidmətlərindən biri bu tələbi irəli sürməsindən ibarətdir. Kantın irəli sürdüyü kateqoriyalar cədvəli sxeminə görə mühakimələrin keyfiyyət, kəmiyyət, münasibət və modallıq mühakimələrinə bölünməsi bu kateqoriyalar sxeminin qismən formal tətbiq olunduğuna, qismən də onların məzmununa görə yetərli sayıla bilməsə də bu bölgünün əsasında, hər halda belə bir həqiqi baxış durur ki, mühakimənin müxtəlif növləri məhz məntiqi ideyanın ümumi formaları ilə müəyyən olunur. Bu bölgüyə görə biz öncə mühakimənin üç başlıca növünü alırıq ki, bunlar varlığın, mahiyyətin və anlayışın pillələrinə uyğun gəlir. Mühakimənin differensiasiyasının pillələri kimi mahiyyətin xarakterinə uyğun olan bu başlıca növlərindən ikincisi öz növbəsində ikili təbiətlidir. Mühakimənin bu sistematikasının iç əsasını onda axtarmaq lazımdır ki, anlayış varlığın və mahiyyətin ideal vəhdəti olduğu üçün vəhdətin mühakimədə açıqlanması da öncə bu iki pilləni anlayışa uyğun dəyişdirilmiş şəkildə təkrar etməlidir, anlayışın özü isə həqiqi mühakiməni müəyyən edir. Mühakimənin müxtəlif növlərinə bir-birinə yanaşı duran, eyni bir dəyərə malik olan mühakimələr kimi yox, ardıcıl pillələr kimi baxılmalıdır, onların arasındakı fərq isə predikatın məntiqi anlamından asılıdır. Bu anlama ilə artıq adi şüurdada qarşılaşırıq, çünki adi şüur tərəddüd etmədən, məsələn, "bu divar yaşıldır", "bu soba istidir" və i. a. kimi mühakimələrin işlədilməsini zəif mühakimə qabiliyyətinə aid edir və yalnız öz mühakimələrində bəlli bir incəsənət əsərinin gözəlliyindən, müəyyən bir incəsənət əsərinin yaxşı olmasından və i. a. söz açan insanı həqiqi mühakimə qabiliyyətinə malik insan sayır. Zəif mühakimənin məzmununu yalnız abstrakt keyfiyyət təşkil edir və onun alınması üçün bilavasitə qavrayış tam yetərlidir; incəsənət əsərinin gözəl olmasından və ya edilən hərəkətin yaxşı olmasından söz açırıqsa, adı çəkilən predmetlər onların anlayışları və bu anlayışdakı tərifləri ilə müqayisə edilməlidir.

alfa) Keyfiyyət mühakiməsi

§ 172


Bilavasitə mühakimə mövcud varlıq mühakiməsidir, özünün bilavasitə və deməli, hissi keyfiyyətdən ibarət predikatında bir ümumilik kimi müəyyənləşmiş subyektdir. 1) Müsbət (təkcə) mühakimə nə isə bir xüsusidir. Ancaq təkcə xüsusi deyil; dəqiq deyilərsə, belə təkcə keyfiyyət subyektin konkret təbiətinə uyğun gəlmir. 2) İnkar mühakiməsi.

Qeyd. Ən böyük məntiqi xurafatlardan biri budur ki, məsələn, "çiçək qırmızıdır" və ya "çiçək qırmızı deyil" kimi keyfiyyət mühakimələrində həqiqət ola biər; onlar düzgün, yəni məhdud qavrayışlar, sonlu təsəvvür və təfəkkür çevrəsində düzgün ola bilər; onların düzgünlüyü sonlu, özlüyündə həqiqi olmayan məzmundan asılıdır. Həqiqət isə yalnız formaya, yəni müəyyənləşmiş anlayışa və ona uyğun gələn reallığa söykənir; amma belə həqiqət keyfiyyət mühakiməsində yoxdur.

Əlavə. Həqiqətə və düzgünlüyə gündəlik həyatda çox vaxt eyni bir şey kimi baxılır və buna uyğun olaraq yalnız düzlükdən söz getməli olduğu halda həqiqətdən bəhs olunur. Düzgünlük ümumiyyətlə ancaq bizim təsəvvürümüzün daşıdığı məzmunun xarakterindən asılı olmayaraq onunla formal uyğunluğuna aiddir. Həqiqət isə əksinə, predmetin özünün özü ilə, yəni öz anlayışı ilə uyğunluğudur. Hansısa bir bədənin xəstə olması və ya kimsənin nəyi isə oğurlaması doğru ola bilər; amma belə məzmun həqiqi məzmun deyil, çünki xəstə bədən həyat anlayışına uyğun deyil, eləcə də oğurluq insan fəaliyyəti anlayışına uyğun hərəkət deyil. Bu misallardan görünür ki, hansısa bir bilavasitə təkcənin abstrakt keyfiyyət kimi ifadə olunduğu bilavastə mühakimə nə qədər düz olur olsun, yenə də onda həqiqət ola bilməz, çünki bu mühakimədə subyekt və predikat reallıqla və anlayışla ilişikli deyil. Bilavasitə mühakimənin həqiqi olmaması ondan ibarətdir ki, onun forması və məzmunu bir-birinə uyğun gəlmir. Əgər biz: "bu çiçək qırmızıdır" deyiriksə, onda "dır" bağlayıcısı onu bildirir ki, subyekt və predikat bir-biri ilə uzlaşır. Ancaq bir konkret kimi çiçək yalnız qırmızı olmayıb həm də xoş ətirlidir və onun müəyyən bir forması və qırmızılıq predikatında olmayan cürbəcür tərifləri var. Digər tərəfdən qırmızılıq predikatı bir abstrakt ümumi kimi təkcə bu subyektə – çiçəyə məxsus deyil. Qırmızı rəngli digər çiçəklər və predmetlər də vardır. Subyekt və predikat bilavasitə mühakimədə bir-birilə bir nöqtədə kəsişirlər, ancaq bir-birini ört-basdır etmirlər. Anlayış mühakiməsi isə başqadır. Biz "bu hərəkət yaxşıdır" desək, bu, anlayış mühakiməsi olacaq. Biz dərhal qeyd edirik ki, burada subyekt və predikat arasında bilavasitə mühakimədə olan səbatsız və dış bağlılıq yoxdur. Bununla belə, bilavasitə mühakimədə predikat subyektə məxsus olan və həm də məxsus olmaya bilən abstrakt keyfiyyəti təşkil edir, anlayış mühakiməsində isə əksinə, predikat subyektin sanki canı, ruhudur, subyekt isə predikatın, ruhun bədənidir və bütünlüklə predikatla müəyyən olunur.
§ 173

Birinci inkar kimi bu inkarda subyekt hələ predikata aiddir və onun sayəsində nisbi ümumi və ancaq inkar olunmuş müəyyənlikdir ("çiçək qırmızı deyil" ifadəsi bildirir ki, hər halda çiçəyin rəngi var, ancaq başqa rəngdir, deməli, bu yenə də müsbət mühakimə olacaq). Amma təkcə ümumi deyil. Beləliklə 3) mühakimə özlüyündə: aa) boş eyniyyət bağlanttısına: təkcə təkcədir – eyniyyət mühakiməsidir və bb) subyekt və predikat arasında tam uyğunsuzluq deyilən sonsuz mühakiməyə bölünür.

Qeyd. Sonsuz mühakiməyə, məsələn, "Ruh fil deyil", "Aslan masa deyil" və i. a. mühakimələri misal ola bilər – burada cümlələr düzgündür, ancaq bunlar da "Aslan aslandır", "ruh ruhdur" və i. a. eyniyyət cümlələri kimi mənasızdır. Bu cümlələr bilavasitə olanın həqiqəti, keyfiyyət mühakiməsi deyilən mühakimələr olsa da ümumiyyətlə mühakimə deyillər və yalnız qeyri-həqiqi abstraksiyanı qeyd edən subyektiv təfəkkürdə qarşıya çıxır. Obyektiv gözdən keçirilən bu mühakimələr mövcud olanın və ya hissi şeylərin təbiətini ifadə edir, ifadə edir ki, hissi şeylər boş eyniyyətə və bir-biri ilə bağlananların bir-birinə tam uyğunsuzluğuna bölünmədir.

Əlavə. Subyekt və predikat arasında heç bir bağlantının olmadığı inkarı – sonsuz mühakimə adətən formal məntiqdə yalnız mənasız məzə, gülmək xatirinə gətirilir. Lakin əslində biz bu sonsuz mühakiməyə təkcə subyektiv təfəkkürün təsadüfi forması kimi baxmamalıyıq; o əksinə, əvvəlki mühakimələrin (müsbət və sadə-inkari mühakimələrin) əsas dialektik sonucudur və onların sonluluğunu və qeyri-həqiqiliyini açıqca gözə çarpdırır. İnkari-sonsuz mühakiməyə obyektiv misal kimi cinayəti göstərmək olar. Cinayət (məsələn, oğurluq) edən şəxs nəinki oğurlanan şeyə başqa şəxsin xüsusi hüququnu, həm də ümumiyyətlə hüququ inkar edir və ona görə də oğru oğurladığı şeyləri qaytarmağa məcbur edilməklə bərabər, həm də cəzalandırılır, çünki onun hərəkəti ümumiyyətlə hüquqa qarşı yönəlmişdir. Mülki iddia isə əksinə, sadə-inkari mühakiməyə misal ola bilər, çünki bu iddiada yalnız bu xüsusi hüquq inkar edilir, deməli, ümumiyyətlə hüquq etiraf edilir. Burada iş "Bu çiçək qırmızı deyil" inkar mühakiməsində olduğu kimidir. Bu mühakimədə ümumiyyətlə çiçəyin rəngi yox, xüsusi rəng (qırmızı) inkar edilir, çünki çiçəyin rəngi qırmızıdan başqa mavi, sarı və i. a. da ola bilər. Eləcə də ölüm sadə-inkari mühakimə olan xəstəlikdən fərqli olaraq sonsuz-inkari mühakimədir. Xəstəlik bu və ya digər xüsusi həyati funksiyanın ləngiməsi və ya inkarıdır; ölüm isə əksinə, adətən deyildiyi kimi, ruh və bədənin, yəni subyekt və predikatın bir-birindən tam ayrılmasıdır.


beta) Refleksiya mühakiməsi

§ 174

Mühakimədə təkcə kimi müəyyənləşmiş (özü özünə refleksiya etmiş) təkcə elə bir predikta malik olur ki, onunla müqayisədə subyekt həm özü olur, həm də başqası. Mövcudluqda subyekt artıq bilavasitə keyfiyyətli olmayıb nə isə başqası, xarici aləmlə bağlantı və münasibətdə olur. Deməli, ümumilik nisbi məna alır (məsələn: faydalılıq, təhlükəlilik, ağırlıq, turşluq, istək və i. a. mənaları).



Əlavə. Refleksiya mühakiməsi ümumiyyətlə keyfiyyət mühakiməsindən onunla fərqlənir ki, refleksiya mühakiməsinin predikatı daha bilavasitə abstrakt keyfiyyət olmayıb elə mühakimədir ki, onun sayəsində subyektin nə isə başqası ilə münasibətdə olduğu aşkar olunur. Məsələn, əgər biz "Bu çiçək qırmızıdır" deyiriksə, onda subyekti özünün təkcəliyində gözdən keçirmiş oluruq. Əgər "Bu bitki müalicə bitkisidir" mühakiməsini irəli sürürüksə, onda subyekti onun müalicəvi olması predikatı vasitəsilə başqa nə iləsə (bu bitki ilə müalicə oluna bilən xəstəliklə) münasibətində araşdırmış oluruq. Eləcə də "bu bədən çevikdir", "bu alət faydalıdır", "bu cəza dəhşətlidir" və i. a. mühakimələri ilə də məsələ o cürdür. Belə mühakimələrin predikatları ümumiyyətlə reflektiv təriflərdir və bunların vasitəsilə subyektin bilavasitə təkcəliyi hüdudundan kənara çıxılır, amma bu mühakimələrdə subyektin anlayışı hələ göstərilmir. Adi mühakiməlilik əsasən bu cür mühakimələrdə özünü göstərir. Sözü gedən predmet nə qədər konkret olarsa, refleksiyaya bir o qədər bilik verə bilər; amma bu refleksiya predmetin özünəməxsus təbiətini, yəni onun anlayışını tam əhatə etmir.

§ 175


1) Subyekt (sinqulyar mühakimədəki) təkcə kimi, həm də bir ümumidir. 2) Bu nisbətdə subyekt özünün təkcəliyindən (Sinqularitat) yüksəyə qalxır. Bu genişlənmə dış genişlənmə, subyektiv refleksiya, öncə müəyyənləşməmiş xüsusidir (bilavasitə inkarı olduğu qədər də müsbət olan partikulyar mühakimədə təkcə özlüyündə ikiləşir: qismən özü ilə, qismən də başqası ilə qarşılıqlı münasibətdə olur). 3) Subyekt bir ümumidir; Beləliklə, xüsusi ümumiyə qədər genişlənir, yaxud başqa sözlə, subyektin təkcəliyi ilə müəyyənləşən ümumilik onların hamısının məcmusudur (die Allneit).

Əlavə. Sinqulyar mühakimədə ümumi kimi müəyyənləşərək, subyekt quru, xalis təkcəlik kimi öz hüdudundan kənara çıxır. Biz "bu bitki müalicəvi bitkidir" deyiriksə, onda belə mühakimə bildirir ki, ancaq bu təkcə bitki müalicəvi olmayıb bir çox başqa bitkilər də müalicə əhəmiyyətli bitkilərdir və bu, partikulyar mühakimə verir ("bəzi bitkilər müalicəvidir", "bəzi insanlar ixtiraçıdır" və i. a.). Partikulyarlıq vasitəsilə bilavasitə təkcə öz müstəqilliyini itirir və başqa təkcələrlə əlaqəyə girir. Bu insan kimi insan artıq ayrıca insan deyildir, başqaları ilə bir sırada durur və beləliklə, çoxlu insanlardan biridir. Amma elə buna görə də o həm də öz ümumisinə məxsusdur və ümumi səviyyəsinə qaldırılmışdır. Partikulyar mühakimə müsbət olduğu qədər də mənfi, inkar mühakiməsidir. Əgər yalnız bəzi cisimlər elastikdirsə, onda başqaları elastik deyil. Bu öz sırasında sonrakı hərəkət, reflektiv mühakimənin üçüncü formasına, yəni verilmiş bütün predmetlərin toplamına aid oan mühakiməyə ("bütün insanlar öləndir", "bütün metallar elektriki keçirəndir") keçilməsi üçün şərt olur. Hamısının məcmusu (di Allheit) refleksiyanın adətən hər şeydən öncə tapdığı ümumilik formasıdır. Burada ümumi özlüyündə mövcud olan və birliyə biganə qalan təkcələri əhatə edən yalnız dış bağlılıqdır. Lakin əslində ümumi təkcənin əsası və zəmini, kökü və substansiyasıdır. Biz, məsələn, Kayı, Titi, Semproniyanı və şəhərin yaxud ölkənin başqa sakinlərini gözdən keçiririksə, onların hamısının insan olması nəinki onların hamısı üçün ümumidir, həm də bütün bu təkcələrin varlığının asılı olduğu ən ümumidir, onların cinsi varlığıdır. Səthi, yalnız ən ümumi adlandırılan, əslində isə bütün təkcələrə məxsus olan və onların hamısı üçün ümumi olan ümumilik isə başqadır. Qeyd edildi ki, heyvanlardan fərqli olaraq insanlar üçün qulaq sırğalığı ümumidir. Lakin aydındır ki, əgər bu və ya digər insanda qulaq sırğalığı olmasa belə, bundan onların varlığının digər cəhətləri – xarakteri, qabiliyyəti və i. a. heç nə itirməz. Kayın insan olmadan cəsarətli, alim v i. a. olmasını təsəvvür etmək isə mənasız olardı. Ayrıca insan xüsusi kimi ondan ibarətdir ki, hər şeydən öncə insan olduğu üçün ümumidə yeri vardır. Bu ümumi isə ancaq başqa abstrakt keyfiyyətlərdən və ya reflektiv təriflərdən kənarda və onlarla birlikdə olmayıb bütün xüsusilərə dərindən nüfuz edən və onları özündə birləşdirən ümumidir.

§ 176

Subyektin həmçinin ümumi, onun predikatı ilə eyniyyəti kimi müəyyən edilməsi sayəsində mühakimənin tərifi də mənasızlaşır. Özlüyündə subyektin mənfi refleksiya ilə eyniyyətdə olan ümumilik kimi məzmununun bu vəhdəti mühakimənin bağlantısına zərurilik verir.



Əlavə. Məcmuu (der Allheit) reflektiv mühakimədən zərurət mühakiməsinə sonrakı hərəkəti biz atıq özümüzün adi şüurumuzda görürük, məsələn, deyirik: ümumiyə malik olan cinsə malik olur və ona görə də ümumi zəruridir. Biz bütün bitkilər, bütün insanlar və i. a. deyəndə ümumiyyətlə bitkini, ümumiyyətlə insanı ifadə etmiş oluruq.

gamma) Zərurət mühakiməsi

§ 177

Məzmunun özü ilə fərdiliyindəki eyniyyəti kimi zərurət mühakiməsində 1) bir tərəfdən predikatda substansiya və ya subyektin təbiəti, konkret ümumi – cins vardır; digər tərəfdən isə bu ümumi habelə müəyyənliyə (mənfi müəyyənliyə) malik olduğundan müstəsna mühüm müəyyənliyə – növə malikdir; qəti mühakimə bu cürdür.



2) Hər iki tərəf (cins və növ) substansial olduqlarına görə müstəqil gerçəklik forması alır və onların eyniyyəti ancaq iç eyniyyətdir, deməli, birinin gerçəkliyi onun özünün varlığı deyil, o birinin varlığıdır; hipotetik mühakimə bu cürdür.

3) Anlayışın bu dışarılaşmasında (Entäuberunq) eyni zamanda iç eyniyyəti saxlandığı üçün ümumi cinsdir və bu özünün bir-birini istisna edən təkcələrində özü ilə eyniyyətdə olur; başqa sözlə ümumidə iki tərəf vardır, onlardan biri ümumi necə varsa, o cür, ikincisi isə, bir-birini istisna edən xüsusiləşmələr çevrəsi kimi ümumi; bu iki tərəfi özündə birləşdirən mühakimə, və ya-və ya, eləcə də "İstər o, istər bu" mühakiməsi cinsi bildirir – belə mühakimə dizyunktiv mühakimədir. Belə mühakimədə ümumilik öncə cins kimi, həm də onun növlərinin çevrəsi (als der Umkreis) totallıq kimi müəyyənləşir.

Əlavə. Qəti mühakimə ("Qızıl metaldır", "Çiçək bitkidir") bilavasitə zərurət mühakiməsidir və mahiyyət sferasında substansial bağlantıya uyğun gəlir. Bütün şeylər nə isə bir qəti mühakimədir, yəni onlar özlərinin möhkəm və daimi əsasını təşkil edən substansial təbiətə malikdirlər. Biz şeyləri yalnız cinsi təbiətləri yönündən və zəruri olaraq cinsin müəyyənləşdirdiyi şeylər kimi gözdən keçirdikdə, mühakimə həqiqi olur. "Qızıl bahadır" və "Qızıl metaldır" mühakimələrinə eyni gözlə baxan məntiqi mədəniyyəti yetərsiz saymaq lazımdır.

Qızılın baha və ya qiymətli olması bizim istək və tələbatlarımıza, onun hasil edilməsinə və i. a. onun dış bağlılığına aiddir; və qızıl hətta bu dış bağlılığı dəyişilsə və olmasa belə qızıl olaraq qalır. Qızıl – metal isə əksinə, qızılın substansial təbiətini təşkil edir və bu substansiallıqdan kənarda ondakı xüsusiyyətlərin heç biri mövcud və onun haqqında deyilənlərin heç birinin həqiqi əsası ola bilməz. Eləcə də biz "Kay – insandır" dedikdə bununla ifadə etmiş oluruq ki, Kay nə olur olsun, yalnız insani substansial təbiətinə uyğun gəldiyi üçün dəyərli və önəmlidir. Amma qəti mühakimə də xüsusilik momentinə lazımi yer vermədiyi üçün yetərsizdir. Belə ki, məsələn, qızılın metal olduğu doğrudur, ancaq gümüş, mis, dəmir və s. metallardır və cins – "metal" özünün xüsusi növlərinə biganədir. Ona görə də qəti mühakimədən A vardırsa B də vardır formulu ilə ifadə oluna bilən hipotetik mühakiməyə hərəkət edilir. Bu hərəkət substansial bağlantıdan səbəbiyyət bağlantısına keçiddən ibarətdir. Hipotetik mühakimədə məzmun müəyyənliyi vasitəli, başqasından asılı olan müəyyənlikdir və bu da səbəb və təsir bağlantısından ibarətdir. Hipotetik mühakimənin əhəmiyyəti ümumiyyətlə ondan ibarətdir ki, onun sayəsində ümumi özünün xüsusiliyində düşünülür və beləliklə biz, zərurət mühakiməsinin üçüncü formasını, dizyunktiv mühakimə alırıq. A ya B, ya S, ya da D-dir; bədii əsər ya epik, ya lirik, ya da dram əsəridir; rəng ya sarı, ya mavi, ya da qırmızıdır və i. a. Dizyunktiv mühakimənin hər iki tərəfi eynidir; cins öz növlərinin totallığı, növlərin totallığı isə cinsdir. Ümumi ilə xüsusinin bu vəhdəti anlayışdır, anlayış isə mühakimənin məzmununu yaradır.

delta) Anlayış mühakiməsi

§ 178


Anlayış mühakiməsinin məzmunu anlayış, sadə totallıq forması, mükəmməl müəyyənləşmiş ümumidir. Subyekt 1) əsasən öz ümumisinə münasibətdə refleksiyası xüsusi mövcud varlıq olan – bu iki tərifin (ümumi və xüsusi – A. T. ) bir-birinə uyğunluğu və uyğunsuzluğundan ibarət olan predikata malik bi təkcədir: yaxşılıq, həqiqilik, düzgünlük və s. Bu, assertorik mühakimədir.

Qeyd. Predmet, yaxud hərəkətin yalnız yaxşı və ya pis, həqiqi, gözəl və s. olmasına dair mühakiməni gündəlik həyatda "mühakimə yürütmək" sözü ilə ifadə edirlər. Yalnız "Bu çiçək qırmızıdır", "Bu şəkil qırmızıdır, yaşıldır, tozludur" və s. kimi müsbət və ya mənfi mühakimələr söyləyən insan mühakimə gücünə malik insan sayılmır.

Bilavasitə bilik və inam prinsipi sayəsində əsassız olaraq cəmiyyətdə yetərli olduğu iddia edilən assertorik mühakimə fəlsəfədə yeganə və mühüm təlim forması olmuşdur. Bilavasitə bilik və inam prinsipini təsdiq edən fəlsəfi əsər deyilən əsərlərdə idrak, bilik, təfəkür və i. a. barəsində indi artıq az önəm verilən eyni bir şeyi sonsuz təkrar etməklə bu prinsipin tərəfdarları özlərinə haqq qazandırmağa çalışırlar.

§ 179


Assertorik mühakimənin bilavasitə subyektində başlanğıcda xüsusi və ümumi arasında predikatda ifadə olunan ilişgi yoxdur. Odur ki, bu mühakimə nə isə bir subyektiv partikulyarlıqdır95 və haqlı-haqsız ona qarşı əks iddia irəli sürülür. Bu səbəbdən assertorik mühakimə 2) yalnız problematik mühakimə olur. Amma bir halda ki, 3) obyektiv partikulyarlıq subyektdədir, bir halda ki, onun özəlliyi mövcud varlığının konstitutiv əlaməti96 (Beschaffenheit) kimi müəyyənləşmişdir, onda subyekt bu özəlliyin öz konstitutiv əlaməti ilə, başqa sözlə öz cinsi ilə, deməli, predikatın məzmunu ilə ilişgisini ifadə edir (öncəki paraqrafa bax): bu (bilavasitə təkcə) ev (cins) bu cür, o cür (xüsusi), yaxşı və ya pisdir apodiktik mühakimədir. Bütün şeylər xüsusi bir quruluşu olan təkcə bir gerçəklikdə (tərifi və məqsədi olan) bir cinsdir və onların sonluluğu ondan ibarətdir ki, onların xüsusiliyi ümumiliyinə uyğun ola da bilər, olmaya da bilər.

§ 180


Beləliklə, subyekt və predikat ayrı-ayrılıqda mühakimədən ibarətdir. Subyektin bilavasitə xarakteri öncə özünü gerçəkliyin təkcəliyi və ümumiliyi arasında vasitələndirici əsasda, mühakimə əsasında göstərir. Bununla da əslində subyekt və predikatın vəhdəti anlayış kimi açıqlanmış olur; anlayış isə "dır", "dir"in, ilişginin tamamlanmasıdır və onun momentləri subyekt və predikat kimi bir-birindən fərqləndiyindən anlayış bu momentlərin vəhdəti kimi, onların ilişgisinin vasitəçisi kimi müəyyənləşmiş olur; bu – əqlinəticədir.

c. Əqdinəticə

§ 181

Əqlinəticə anlayış və mühakimənin vəhdətidir; əqlinəticə mühakimə formalarının fərqləndiyi sadə eyniyyət kimi, həm də real, yəni öz təriflərinin fərqində olduğu üçün mühakimədir. Əqlinəticə ağlabatandır və hər şey ağlabatandır.



Qeyd. Doğrudur, əqlinəticə bir qayda olaraq əqli forma kimi, ancaq fikri məzmunla, məsələn, hər hansı bir ağıllı hərəkət, ideya və i. a. heç bir ilişgisi olmayan subyektiv forma kimi göstərilir. Ümumiyyətlə ağıl, ağlabatan haqqında onun müəyyənliyinin nədən ibarət olduğunu göstərmədən çox tez-tez söz açılır, əqlinəticə barədə isə daha az düşünülür. Əslində isə formal əqlinəticə hər hansı bir əqli məzmun üçün yararsız olan ağlabatmaz ağlabatandır. Amma məzmun yalnız təfəkkürü ağıl edən müəyyənliyi sayəsində ağlabatan olduğundan ancaq əqlinəticədən ibarət forma vasitəsilə ağlabatan ola bilər. Lakin əqlinəticə, öncəki paraqrafda göstərildiyi kimi (başlanğıcda formal) olan real anlayışdan başqa bir şey deyil. Odur ki, əqlinəticə bütün həqiqi düşüncənin mühüm özülüdür; və mütləqin tərifi, definisiyası indi əqlinəticə kimi səslənir, yaxud bu tərif cümlə şəklində deyilərsə, hər şey əqlinəticədir. Hər şey anlayışdır və onun mövcud varlığı momentlərinin fərqindən ibarətdir, belə ki, anlayışın ümumi təbiəti xüsusi vasitəsilə özünə dış reallıq verir və bununla da o özü-özünə-mənfi-refleksiya kimi özünü təkcə edir. Və ya əksinə, gerçək olan xüsusi vasitəsilə ümumiliyə yüksələn və özünü özü ilə eyniləşdirən təkcədir. Gerçək olan təkdir, ancaq o həm də anlayışın momentlərinin ayrılmasıdır və əqlinəticə anlayışın momentlərinin vasitələnməsinin dövranıdır və bu dövran vasitəsilə anlayış özünü tək kimi düşünür.

Əlavə. Adətən anlayyış və mühakimə ilə birlikdə əqlinəticəyə də subyektiv təfəkkürümüzün forması kimi baxırlar və bu baxışa uyğun olaraq deyirlər ki, əqlinəticə mühakimənin əsaslandırılmasıdır. Əlbəttə, mühakimə əqlinəticə tələb edir, amma fikrin bu irəliləmə hərəkəti yalnız bizim subyektiv fəaliyyətimizlə gerçəkləşmir, mühakimə özü-özünü əqlinəticə kimi tələb edir və onunla da anlayışın vəhdətinə qayıdır. Daha dəqiq deyilərsə, apodiktik mühakimə əqlinəticəyə keçidi təşkil edir. Apodiktik mühakimədə özünü fərqləndirici keyfiyyəti vasitəsilə öz ümumisinə, yəni anlayışına aid olan bir təkcəyə malik oluruq. Burada xüsusi təkcə ilə ümumi arasında vasitələndirici, aralıq halqadır və bu əqlinəticənin əsas formasıdır; bu formanın formal başa düşülən sonrakı inkişafı ondan ibarətdir ki, təkcə və ümumi də xüsusi olur və bunun sayəsində sonra subyektivdən obyektivə keçid baş verir.

§ 182

Bilavasitə əqlinəticə ondan ibarətdir ki, anlayışın tərifləri abstrakt olub bir-birinə yalnız dış münasibətdə olurlar, belə ki, biz iki qütbə – təkcə və ümumiyə malik oluruq; anlayış isə bu iki qütbün birləşdiyi aralıq olmaqla o da ancaq abstrakt xüsusidən ibarətdir. Deməli, qütblüklər həm bir-birinə, həm də öz aralığına (anlayışa) münasibətdə müstəqil və biganədirlər. Beləliklə, bu əqlinəticə anlayışın olmadığı fikir, formal təfəkkürün əqlinəticəsidir. Bu əqlinəticədə subyekti başqa bir müəyyənliklə birləşdirirlər; yaxud başqa sözlə, ümumi bu vasitələnmə ilə ona dışarı olan subyekti özünə daxil edir. Düşüncənin əqlinəticəsi əksinə, ondan ibarətdir ki, subyekt vasitələnmə yolu ilə özü özü ilə qovuşur. Beləliklə, yalnız bu zaman o, subyekt olur, yaxud başqa sözlə, yalnız indi subyekt özlüyündə düşüncənin əqlinəticəsi olur.



Qeyd. Bizim araşdırmamızın sonrakı gedişində abstrakt idraki əqlinəticə özünün adi izahına uyğun olaraq subyektivliyini, yəni biz belə əqlinəticə çıxarırıq deyildikdə malik olduğu subyektivliyini saxlayır. Gerçəkdən də abstrakt əqlinəticə ancaq subyektiv əqlinəticədir. Amma bu əqlinəticə həmçinin şeylərin sonluluğunu ifadə etməsilə obyektiv anlam daşıyır, amma o, şeylərin sonluluğunu burada formanın əldə etdiyi üsulla ifadə edir. Sonlu şeylərdə subyektivlik maddilik kimi özünün xassələrindən, onların özəlliklərindən ayrıdır, amma o həm də həqiqi şeylərin ümumiliyindən də ayrıdır; sonlu şeylərin subyektivliyi onların ümumiliyindən o zaman ayrı olur ki, ümumilik şeyin məzmunsuz, boş keyfiyyəti kimi və şeyin başqa şeylərlə dış ilişgiləri şeyin cinsi və anlayışı kimi götürülür.

Əlavə. Əqli forma kimi, əqlinəticənin yuxarıda xatırlanan anlayışına tam uyğun olaraq ağlın özü əqlinəticə çıxarma qabiliyyəti kimi, düşüncə, idrak isə əksinə, anlayış yaratma bacarığı kimi müəyyən edilir. Belə tərif vermənin əsasında güclərin və qabiliyyətlərin sadə toplamı kimi ruh haqqında dayaz təsəvvürün durduğunu demədən düşüncənin anlayış ilə və ağlın əqlinəticə ilə, bu birliyi haqqında qeyd etməliyik ki, əqlinəticəyə rasional məntiqi forma kimi tərif vermədən onu incələməyə az haqlı olduğumuz kimi anlayışı da yalnız idrak forması kimi araşdırmağa haqqımız azdır. Bir tərəfdən, formal məntiqin əqlinəticə təlimində ona verdiyi şərh əslində rasionallıq formasına və hətta sadə rasionallığa layiq olmayan idrakın quru əqlinəticəsindən başqa bir şey deyil. Digər tərəfdən isə anlayış yalnız idrak forması deyildir və biz, bunun əksinə, deməliyik ki, yalnız abstrakt idrak anlayışı idrak forması dərəcəsinə endirir. Buna uyğun olaraq da abətən quru idrak anlayışını və ağla, rasionallığa aid olan anlayışı bir-birindən frqləndirirlər. Lakin bu fərqləndirməni iki anlayışın olması anlamında deyil, o anlamda anlamaq gərəkdir ki, bizim fəaliyyətimiz ya anlayışın bir mənfi və abstrakt forması üzərində dayanır, ya da anlayışı onun həqiqi təbiətinə uyğun olaraq həm də müsbət və konkret anlayır. Belə ki, məsələn, əgər biz azadlıq anlayışına zərurətin abstrakt əksliyi kimi baxırıqsa, onda bu, azadlığın yalnız abstrakt idraki anlayışıdır; həqiqi, rasional azadlıq anlayışında isə zərurət ideal, bərtərəfləşdirilmiş halda vardır. Eləcə də deizm deyilən təlimdə də allahın tərifi onun yalnız abstrakt anlayışıdır; xristian dini isə allahı üç ünsürün vəhdəti kimi başa düşür və allahın rasional əqli anlayışına malikdir.

alfa) Keyfiyyət əqlinəticəsi

§ 183


Birinci əqlinəticə əvvəlki paraqrafda göstərildiyi kimi mövcud varlıq və ya keyfiyyət əqlinəticəsidir. Onun forması 1) T-V-U, yəni bir subyekt təkcə kimi bir ümumi təriflə bir keyfiyyət vasitəsilə birləşir.

Qeyd. Subyektin (terminus minor)97 təkcə tərifindən başqa təriflərə malik olması, eləcə də digər zəruri terminin (son cümləni predikatı, terminus maior) ümumi olmaqdan başqa digər təriflərə malik olması faktı burada önəmli deyil; burada önəmi olan və diqqəti çəkən yalnız cümlənin üzvlərinin əqlinəticə yaratması üçün istifadə olunan formalardır.

Əlavə. Mövcud varlıq əqlinəticəsi yalnız abstrakt əqlinəticədir, ona görə ki, burada təkcə, xüsusi və ümumi tam abstrakt halda bir-birinə qarşı dururlar. Beləliklə, bu əqlinəticə anlayışın öz hüdudundan kənara (Aubersichkommen des Beqriffs) daha çox çıxmalıdır. Burada qarşımızda bir bilavasitə təkcə subyekt kimi durur, bu subyektdə hansısa bir xüsusi tərəf, bir xassə irəli çəkilir və onun vasitəsilə təkcə özünü ümumi ilə aşkar edir. Məsələn, deyirik: "Bu çiçək qırmızıdır, qırmızı rəngdir, deməli çiçəyin rəngi var". Adi məntiqdə adətən başlıca olaraq əqlinəticənin bu forması gözdən keçirilir. Əvvəllər əqlinəticəyə hər bir idrakın mütləq qaydası kimi baxırdılar və eyni mühakimə yalnız əqlinəticə ilə sübut olunduqda təsdiq olunmuş sayılırdı. Bizim zamanımızda əqlinəticənin müxtəlif formalarına ancaq məntiq üzrə dərs vəsaitlərində rast gəlmək olar və biliyin bu formaları boş məktəbli müdrikliyi sayılır və hesab edilir ki, bu formaları nə praktik həyatda, nə də elmdə istifadə etmək olmaz. Bu münasibətlə biz, hər şeydən öncə qeyd etməliyik ki, müxtəlif səbəblərdən formal əqlinəticənin bütün aparatı ilə çıxış etmək xırdaçılıq və artıq olsa da, hər halda əqlinəticənin ayrı-ayrı formaları idrakımızda öz önəmini heç vaxt itirmir. Məsələn, insan qış vaxtı səhər oyanarkən küçədən qulağına xizək cırıltısı gəlir, bundan nəticə çıxarır ki, gecə bərk şaxta olub və o bundan əqlinəticə hasil edir; buna uyğun əməliyyatları biz dəyişik şəraitlərdə hər gün təkrar edirik. Deməli, həzm, qan dövranı, tənəffüs və i. a. kimi üzvi həyat funksiyaları, eləcə də bizi əhatə edən təbiət prosesləri və formaları hamı üçün maraq doğurduğu kimi, biz düşünən insanlar üçün də özümüzün gündəlik fəaliyyətimizin dərk olunması az maraq doğurmur. Amma dərhal razılaşmaq lazımdır ki, tənəffüs, qidalanma və həzm üçün öncədən anatomiya və fiziolgiyanı öyrənmək tələb olunmadığı kimi, düzgün əqlinəticə çıxarmaq üçün də öncədən məntiq öyrənmək tələb olunmur. Əqlinəticənin ayrı-ayrı formaları və fiqurlarını birinci görən və onları subyektiv anlamlarında təsvir edən Aristotel bunu o qədər dəqiq və müəyyənliklə etmişdir ki, ona önəmli bir əlavə etmək mümkün deyil. Amma bu yaradıcılıq ona böyük şərəf qazandırsa da özünün sırf fəlsəfi araşdırmalarında o, empirik əqlinəticənin formalarından, ümumiyyətlə sonlu təfəkkürün formalarından istifadə etməmişdir (

§ 189-a bax).98

§ 184

Bu əqlinəticə ) öz təriflərinə görə tamamilə təsadüfidir, belə ki, abstrakt xüsusi kimi orta termin subyektin ancaq hansısa bir müəyənliyidir və bilavasitə, deməli, empirik-konkret kimi subyektin bir neçə belə tərifi vardır; deməli subyekt həmçinin digər müxtəlif ümumilərlə birləşə bilər və eləcə də təkcə bir xüsusiyyət özlüyündə müxtəlif müəyyənliklərə malik ola bilər; və deməli, bu yöndən subyekt eyni bir medius terminus vasitəsilə müxtəlif ümumilərə aid edilə bilər.



Qeyd. Formal əqlinəticədən dəbdən büşdüyünə görə yox, daha çox onun işlədilməməsinə haqq qazandıran yanlışlığına görə istifadə olunmadı. Bu və sonrakı paraqraf belə əqlinəticənin həqiqət üçün önəmsizliyini göstərir.

İşin bu paraqrafda göstərilən tərəfinə görə belə əqlinəticə ilə, necə deyərlər, ən müxtəlif müddəaları sübut etmək olar.Bunun üçün yetər ki, tələb olunan tərifə keçid etmək üçün lazım olan medius terminus götürülsün. Amma başqa orta terminlə, hətta ona əks müddəanı da sübut etmək olar. Predmet konkret olduqca ona məxsus olan və orta termin rolu oynayacaq tərəflərin sayı da çox olur. Bu tərəflərdən hansının daha önəmli olduğu məsələsinin həlli üçün ilk sırada elə əqlinəticəyə söykənmək lazımdır ki, ayrıca bir müəyyənliyin üzərində dursun və bu müəyənlik üçün asanlıqla elə cəhət və mülahizə tapmaq mümkün olsun ki, onu mühüm və zəruri saymağa əsas versin.

Əlavə. Empirik idrakın və ya sonlu təfəkkürün əqlinəticəsi barədə gündəlik həyatda nə qədər az düşünsələr də o yenə də daim müəyyən rol oynayır. Belə ki, məsələn, mülki iddialarda vəkilin vəzifəsi öz müştərilərinin xeyrinə daha çox hüquqi əsas gətirməkdən ibarət olur. Lakin belə hüquqi əsaslar məntiq baxımından orta termindən başqa bir şey deyil. Diplomatik danışıqlarda da, məsələn, müxtəlif dövlətlər eyni bir vilayətə iddia etdikdə də gətirilən beynəlxalq hüquqi əsaslar məntiqi yöndən orta termin sayılır. Bu zaman varislik hüququ, vilayətin coğrafiyası, burada yaşayanların mənşəyi və dili, yaxud hər hansı başqa əsaslar orta termin kimi irəli sürülə bilər.

§ 185


) Bu əqlinəticə99 həmçinin onda olan ilişgilərin formalarına görə təsadüfidir. Əqlinəticənin anlayışına görə həqiqi olan müxtəlifliklərin onları vəhdətə gətirən aralıq vasitəsilə ilişgisindən ibarətdir. Amma kənar terminlərin aralıq halqa (kiçik və böyük müqəddimə) ilə bir-birinə bağlanması daha çox bilavasitə ilişgidir.

Əqlinəticənin bu ziddiyyətliliyi öz sırasında sonsuz proqresdə hər bir müqəddimənin əqlinəticə ilə sübut olunması tələbində öz ifadəsini tapır; ancaq əqlinəticədə sübut olunması tələb olunan iki müqəddimə olduğundan bu qoşa tələb sonsuz təkrarlanır.

§ 186

Bu formada götürülən və mütləq doğru sayılan əqlinəticənin burada (empirik önəmliliyi ilə bağlı) qeyd edilən qüsuru onun müəyyənləşdirilməsinin sonrakı gedişində aradan qaldırılmalıdır. Burada, anlayış çərçivəsində olduğu kimi əks müəyyənlik təkcə özündə (bizim refleksiyamız – A. T.) olmayıb, həmçinin öncədən müəyyənləşmişdir; beləliklə, əqlinəticənin həm də sonrakı tərifləndirilməsi üçün biz, hər dəfə ancaq onun özünün yəqinləşdirdiyini qəbul etməliyik.



Forması T-X-U olan bilavasitə əqlinəticə vasitəsilə təkcə ümumi ilə vasitələnir və bu nəticədə o ümumi kimi müəyyənləşir. Beləliklə, subyekt kimi təkcə ümumi olur və artıq indi iki əks terminin vəhdətindən və onların vasitələnməsindən ibarət olur; bu, əqlinəticənin ikinci fiqurunu: 2) U-T-X verir. Bu fiqur təkcədə baş verən və beləliklə də təsadüfi olan birinci fiqurun həqiqiliyini ifadə edir.

§ 187


İkinci fiqur ümumini (bu öncəki paraqrafda təkcə vasitəsilə ikinci fiqura keçir və artıq burada bilavasitə subyekt yerini tutur) xüsusi ilə birləşdirir. Beləliklə, ümumi bu nəticə ilə xüsusi kimi, deməli, yerlərində indi artıq başqa terminlərin durduğu terminləri vasitələndirən pillə kimi müəyyənləşir; bu – əqlinəticənin üçüncü fiqurudur. 3) X-U-T.

Qeyd. Adi izahlarda əqlinəticənin fiqurları (Aristotel haqlı olaraq yalnız üç fiqurun adını çəkir; dördüncü fiqur artıqdır və hətta demək olar ki, sonrakı müəlliflərin mənasız əlavəsidir) sıra halında göstərilir və onları izah edənlər onların zəruriliyini, önəmini və dəyərini göstərmək barədə az da olsa, düşünmürlər. Ona görə də Aristoteldən sonra fiqurlara boş formalizm məhsulları kimi baxılması təəccüb doğurmur. Ancaq onların böyük önəmi var və o zərurətə əsaslanırlar ki, bu momentlərdən hər biri anlayışın tərifi kimi bütöv və vasitələndirici zəmin olsun. Bununla yanaşı müqəddimə daha hansı təriflərə malik olmalıdır ki, sonucda müxtəlif fiqurlarda düzgün əqlinəticə alınsın, onlar universal və i. a. yaxud mənfi olmalıdırlarmı məsələsi isə iç, zəruri anlamı olmayan mexaniki təbiəti üzündən haqlı olaraq unudulmuş mexaniki araşdırmanın predmetidir. Belə araşdırmanın və ümumiyyətlə empirik, sonlu təfəkkürün əqlinəticəsinin önəmli olduğunu sübut etmək üçün Aristotelə daha az müraciət etmək olar. Doğrudur, Aristotel ruhun və təbiətin bu və bir çox başqa formalarını kəşf və təsvir etmişdir. Amma özünün metafizik anlayışlarında, eləcə də təbiət və ruh anlayışlarında Aristotel sonlu təfəkkürün əqlinəticə formasını öz anlayışlarının əsası kimi götürmək istəyindən o qədər azad olmuşdur ki, hətta demək olar ki, əgər bu anlayışlar sonlu təfəkkürün qanunlarına tabe edilsəydi, onlardan heç biri yarana və günümüzə dək saxlana bilməzdi. Aristotelin öz şərhlərində empirik materialdan çox geniş istifadə etmək üsuluna baxmayaraq bu şərhlər və izahlarda hər zaman spekulyativ anlayış hökmran olmuş və o spekulyativ anlayışa əvvəl aydınca şərh etdiyi emprik əqlinəticə prosesinin qarışmasına yol vermir.

Əlavə. Əqlinəticə fiqurlarının obyektiv anlamı ümumiyyətlə ondan ibarətdir ki, onlar üç şəkildə çıxış edirlər, yəni onun hər bir üzvü fiqurun həm kənar terminləri, həm də aralıq – vasitələndirici termini kimi çıxış edir. Fəlsəfə elminin üç üzvü, yəni məntiqi ideya, təbiət fəlsəfəsi və ruh fəlsəfəsi də bu qaydaya tabedir. Burada öncə təbiət aralıq, birləşdirici üzv kimi çıxış edir. Təbiət, bu bilavasitə totallıq fiqurdakı qalan iki kənar üzvə – məntiqi ideyaya və ruha daxil olur. Amma ruh yalnız təbiətlə vasitələnir. İkincisi, bizim fərdi, fəal ruh kimi bildiyimiz ruh həmçinin aralıq üzvdür, təbiət və məntiqi ideya isə kənar üzvlərdir. Məhz ruh təbiətdə məntiqi ideyanı dərk edir və beləliklə təbiəti onun öz mahiyyəti səviyyəsinə ucaldır.

Həmçinin məntiqi ideyanın özü aralıq üzvdür; o həm ruhun, həm də təbiətin mütləq substansiyası, ən ümumidir və hər şeyi öz süzgəcindən keçirir. Mütləq əqlinəticənin üzvləri bax bu cürdür.

§ 188

Anlayışın hər bir momenti əqlinəticənin fiqurunda kənar və orta yerlər tutduğundan onların fərqlərinin müəyyənliyi aradan qalxır və əqlinəticə öncə empirik idrakın fərqlənməyən momentlərinin dış eyniyyəti, bərabərliyi ilişgisinə malik olur ki, bu – kəmiyyət yaxud riyazi əqlinəticədir. Əgər iki şeydən hər biri üçüncüyə bərabərdirsə, onlar bir-birinə bərabərdir: A=S və B=S-dirsə, onda A=B=S.



Əlavə. Bəllidir ki, burada sözü gedən kəmiyyət əqlinəticəsi riyaziyyatda aksiom kimi qarşıya çıxır və başqa aksiomlar haqqında olduğu kimi onun da haqqında adətən deyirlər ki, onun məzmununu sübut etmək olmaz və heç onun sübuta ehtiyacı da yoxdur, çünki o özlüyündə aydındır. Lakin əslində bu riyazi aksiomlar xüsusi və müəyyən fikirlərin ifadə olunduğu məntiqi müddəalardan başqa bir şey olmadığından onlar ümumidən və özü özünü müəyyən edən təfəkkürdən hasil edilməlidir və onların bu yolla hasil edilməsinə onların sübutu kimi baxılmalıdır. Bunu riyaziyyatda qəbul olunmuş keyfiyyət və ya bilavasitə əqlinəticənin əsas sonucu olan kəmiyyət əqlinəticəsi aksiomu üçün də demək olar. Amma kəmiyyət əqlinəticəsi tamamilə formasız əqlinəticədir, çünki orada anlayışın müəyyən etdiyi üzvlər arasındakı fərqlər aradan qalxır. Burada hansı müddəaların müqəddimə olması dış durumdan asılıdır, ona görə də kəmiyyət əqlinəticəsindən istifadə edərkən başqa yerdə sübut olunmuş və qəti müəyyənləşmiş müddəa müqəddimə kimi götürülür.

§ 189


Bunun sayəsində formaya münasibətdə iki sonuc alınmışdır: birincisi, momentlərdən hər biri aralıq funksiyasını, deməli, tamın funksiyasını yerinə yetirməklə özündə özünün abstarkt xarakterinin birtərəfliyini itirir (

§ 182 və 184); ikincisi, vasitələnmə yalnız özündə, yəni bir-birini tələb edən vasitələnmələr çevrəsi kimi olsa da tamamlanır (

§ 185). Birinci fiqurda – T-X-U müqəddimələrdən heç biri: T-X və X-U hələ vasitələnməmişdir; birinci müqəddimə üçüncü fiqurda, ikinci müqəddimə isə ikinci fiqurda vasitələnir. Ancaq bu iki fiqurdan hər biri öz müqəddimələrinin vasitələnməsi üçün o biri iki fiqurun da olmasını tələb edir.

Bunun sayəsində anlayışın vasitələnmiş vəhdəti artıq abstrakt xüsusilik kimi deyil, təkcə və ümuminin inkişaf etmiş vəhdəti kimi və ilk öncə bu təriflərin refleksləşmiş vəhdəti kimi müəyyənləşdirilməlidir; təkcə həm də ümumi kimi müəyyənləşdirilməlidir. Belə aralıq üzv refleksiya əqlinəticəsini verir.


beta) Refleksiya əqlinəticəsi

§ 190

Əgər aralıq üzv artıq 1) yalnız subyektin abstrakt xüsusi müəyyənliyindən ibarət olmayıb digər müəyyənliklərlə birlikdə bu müəyyənliyə malik olan bütün təkcə konkret subyektlərdirsə, onda biz məcmu (der Allheit) əqlinəticəsi alırıq. Subyekti xüsusi müəyyənlik, aralıq termin olan bütün subyektlərin məcmusu kimi böyük müqəddimə daha çox özünün yönəldiyi nəticəni nəzərdə tutur. 2) Ona görə də böyük müqəddimə aralıq üzvü a, b, s, d və i. a. təkcələrin tam sırasından ibarət olan induksiyaya əsaslanır. Amma bilavasitə empirik təkcə ümumidən fərqləndiyindən və buna görə də bütövlüyü təmin edə bilmədiyindən induksiya 3) aralıq üzvü təkcədə onun öəmli ümumiliyi, cinsi yaxud mühüm müəyyənliyi anlamında oan analogiyaya əsaslanır. Birinci əqlinəticə özünün vasitələnməsi üçün bizi ikinci əqlinəticəyə, ikinci isə üçüncüyə yönəldir. Ancaq subyektiv əqlinəticənin fiqurunda təkcəlik və ümumilik arasındakı dış ilişgi formaları mərhələsi keçildikdən sonra üçüncü və birinci ikincidən heç də az olmayaraq özü özündə müəyyənləşmiş ümumini və ya cins kimi təkcəliyi tələb edir.



Qeyd. Məcmu əqlinəticə vasitəsilə empirik idrakın əsas əqlinəticə formasının

§ 184-də göstərilmiş qüsuru aradan qaldırılır, amma bu zaman yeni qüsur,yaxud yanlışlıq yaranır, yəni nəticə olmalı fikri böyük müqəddimə bilavasitə müddəa kimi fərz edir. "Bütün insanlar öləndir, deməli, Kay öləndir"; "Bütün metallar elektriki keçirir, deməli, mis də elektriki keçirir". Bütün təkcələrin bilvasitə təkcə və empirik müddəalar kimi yer aldığı bu böyük müqəddimələri söyləmək imkanı əldə etmək üçün təkcə Kay və təkcə mis haqqında müddəalar öncədən düzgün müddəalar kimi qeyd olunmalıdır. "Bütün insanlar öləndir, Kay insandır və i. a." kimi əqlinəticələrin nəinki pedantizmi, eləcə də boş, heç nə söyləməyən formalizmini hər kəs görür.

Əlavə. Məcmu əqlinəticə təkcə subfektlərin birləşdirici aralığını yaradan induktiv əqlinəticəyə yönəldir. Biz, "Bütün metallar elektriki keçirir" dedikdə, bu bütün metalların ayrı-ayrılıqda öyrənilməsindən irəli gələn empirik müddəadır. Beləliklə, aşağıdakı formada induktiv əqlinəticə alırıq:

X-T-U


T

T

.



.

.

Qızıl metaldır, gümüş metaldır, qurğuşun metaldır və i. a. Bu – böyük müqəddimədir. Buna kiçik müqəddimə, yəni "Bütün bu cismlər elektriki keçirəndir" müqəddiməsi birləşir və bundan nəticə çıxır ki, bütün metallar elektriki keçirəndir. Deməli, burada bütün metalların məcmusu kimi təkcə bağlayıcı funksiyası yerinə yetirir. Bu əqlinəticə isə öz sırasında başqa əqlinəticəyə yönəldir. Onun aralıq üzvi təkcələrin bütün sırasıdır. Bu bəlli bir sahədə müşahidə və təcrübənin tamamlanmasını tələb edir. Ancaq burada söz təkcələrdən getdiyindən yenidən sonsuz proqres alınır (T, T, T...). İnduksiyada təkcələr heç vaxt tükənə bilməz. "Bütün metallar, bütün bitkilər və s." deyilməsi yalnız bizim indiyədək tanış olduğumuz "Bütün metalları, bütün bitkiləri" göstərir. Biz bu və ya digər müşahidə etdiyimizi və həta çoxlu müşahidələr apardığımızı deyə bilərik, lakin bütün halları, nüsxələri müşahidə etdiyimizi deyə bilmərik. İnduksiyaya xas olan bu qüsur bizi analogiyaya müraciət etməyə yönəldir. Analoji əqlinəticədə biz müəyyən şeylərin bəlli xassəyə malik olmasından nəticə çıxarırıq ki, həm də başqa şeylər həmin xassəyə malikdirlər. Məsələn, biz "İndiyədək bütün planetlərdə bu hərəkət qanununu aşkar etmişik" deyəndə analoji olaraq bu qanunu yeni tapılan planetə də aid edirik; bu – analoji əqlinəticədir. Analogiya haqlı olaraq empirik elmlərdə böyük rəğbətlə işlənir və onun vasitəsilə önəmli nailiyyətlər qazanılmışdır. İnstinkt hiss etdirir ki, empirik yolla tapılmış bu və ya digər tərifin əsası onun aid olduğu predmetin iç təbiətində, yaxud cinsindədir və özünün sonrakı hərəkətində bu tərifə söykənir. Lakin analogiya dayaz, yaxud əsaslı ola bilər. Məsələn, deyəndə ki, "İnsan, Kay – alimdir; Tit də insandır, deməli, o da ehtimal ki, alimdir", onda bu, şübhəsiz, olduqca pis analogiyadır, çünki alimlik heç də insan cisinə mənsub deyildir. Amma biz bu cür dayaz analogiyalarla tez-tez qarşılaşırıq. Belə ki, adət üzrə, məsələn, deyirlər: "Yer göy cismidir və canlı varlıqlar məskunlaşmışdır; Ay göy cismidir, deməli, Ayda da ehtimal ki, canlı varlıqlar vardır". Bu analogiya yuxarıdakından heç də yaxşı deyil. Yerdə canlı varlıqların olmasının əsası təkcə onun göy cismi olmasında deyildir, bunun üçün digər şərtlər də tələb olunur; məsələn, bunun üçün göy cisminin atmosferlə əhatə olunması da lazımdır ki, orada su olsun və i. a.; bu şərtlər isə, bildiyimizə görə, Ayda yoxdur. Ən yeni zamanda naturfəlsəfə adlandırılan təlim boş, zahiri analogiyalarla mənasız oyundan ibarətdir. Lakin bizdən tələb edirlər ki, biz onları dərin mahiyyətlər sayaq; onların sayəsində təbiətin fəlsəfi araşdırılmasının krediti haqlı olaraq itirildi.


gamma) Zərurət əqlinəticəsi

§ 191

Yalnız abstrakt təriflərə görə götürülən zərurət əqlinəticəsinin aralıq üzvi refleksiya əqlinəticəsindən (aralıq üzvi təkcədir) fərqli olaraq ümumidir; refleksiya əqlinəticəsinin forması ikinci fiqur, üçüncü fiqurun – birincisidir (




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə