MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə20/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   ...   12   13   14   15   16   17   18   19   20

§ 238


Spekulyativ metodun momentləri: a) başlanğıcdır və bu başlanğıc varlıq, yaxud bilavasitədir; o bilavasitədir ona görə ki, başlanğıcdır. Amma spekulyativ ideya yönündən gözdən keçirilən bu başlanğıc ideyanın özünütəyin etməsidir və bu özünütəyin anlayışının mütləq inkarlığı və ya hərəkəti kimi ilkin bölgünü (urteilt) yaradır və özünü özünün inkarı kimi düşünür. Özlüyündə başlanğıcda abstrakt müddəa olan varlıq, beləliklə, inkardan, şərt olmadan, ümumiyyətlə vasitələnmədən ibarətdir. Ancaq özünün özgə varlığında bütünlüklə özü özünün eyni olan və özündə özünə əmin olan anlayışın inkarı kimi varlıq hələ müəyyənləşməmiş, yaxud özündə anlayış kimi anlayışdır. Hələ müəyyənləşməmiş, yəni özündə varlıq halında olan bu varlıq və ya bilavasitə müəyyənləşmiş anlayış həm də ümumidir.

Qeyd. Bilavasitə varlıq anlamında başlanğıc seyrdən və qavrayışdan götürülür; bu başlanğıc sonlu idrakın analitik metodunun başlanğıcıdır; ümumilik anlamında isə bu başlanğıc sonlu idarkın sintetik metodunun başlanğıcıdır. Ancaq məntiqi anlayışla müəyyən olunan ümumi, həqiqi və bilavasitə olduğundan onun başlanğıcı sintetik olduğu qədər də analitik başlanğıcdır.

Əlavə. Fəlsəfi metod analitik olduğu qədər də sintetikdir, ancaq təkcə sonlu idrakın bu iki momentinin yanaşı olması, yaxud bir-birini əvəz etməsi anlamında deyil, fəlsəfi metodda onların bərtərəfləşdiyi anlamında sintetikdir və analitikdir və özünün hər bir hərəkətində eyni zamanda analitikdir və sintetikdir. Fəlsəfi təfəkkür analitikdir, çünki o öz predmetini (ideyanı) qavrayır, ona azadlıq verir və sanki onun hərəkətini və inkişafını yalnız müşahidə edir. Fəlsəfəçilik sanki tamamilə passivdir. Amma fəlsəfi təfəkkür həm də sintetikdir və özünü anlayışın öz fəaliyyəti kimi aşkar edir. Bunun üçün can atmaq gərəkdir, iradə öz şəxsi niyyətlərinə, hər zaman adını çək qulağını dart rəylərinə yol verilməməlidir.

§ 239


) İrəliləmə hərəkəti ideyanın qərarlaşmış hökmüdür. Bilavasitə ümumi özündə anlayış kimi dialektikadır; bu dialektika ondan ibarətdir ki, anlayış özünün bilavasitəliyini və ümumiliyini özü özündə moment dərəcəsinə endirir. Beləliklə, düşünülür ki, başlanğıcda və ya onun birinci müəyyənliyində inkar vardır; o tək üçündür, fərqləndirilən momentlərin münasibəti – refleksiya momentidir.

Qeyd. Bu irəliləmə hərəkəti analitik olduğu qədər də sintetikdir; immanent dialektika yalnız bilavasitə anlayışda olanı nəzərdə tutduğundan irəliləmə hərəkəti analitikdir; bu anlayışda bu fərq hələ olmadığından irəliləmə hərəkəti sintetikdir.

Əlavə. İdeyanın irəliləmə hərəkətində başlanğıc özünü onunla göstərir ki, o özündədir, yəni mövcud və bilavasitə olmayıb, şərtlənmiş və vasitələnmiş haldadır. Yalnız özü bilavasitə olan şüur üçün təbiət ilk başlanğıcdır və bilavasitədir, ruh isə təbiətlə vasitələnmişdir. Əslində isə təbiət ruhla şərtləndirilmişdir və ruh təbiəti özünün ilkin şərti edir.

§ 240


İrəliləmə hərəkətinin abstrakt forması varlıqda başqadır və başqasına keçiddir, mahiyyətdə – əksliyində görüntüdür, anlayışda – təkcənin fərqli tərifdə davam edən və özündən fərqlənənlə eyniyyətindən ibarət olan ümumidən fərqlənməsidir.

§ 241


İkinci sferada başlanğıcda özündə mövcud olan anlayış görüntü əldə edir və beləliklə o özündə artıq ideyadır. Birinci sferanın inkişafı onun ikinci sferaya keçidindən ibarət olduğu kimi, ikinci sferanın inkişafı da onun birinci sferaya qayıdışından ibarət olur; bu ikili hərəkət sayəsində o sferalar arasındakı fərq lazım olduğu kimi dəyərləndirilir, belə ki, bir-birindən frqlənən ayrı-ayrılıqda gözdən keçirilən bu iki sferadan hər biri totallıqda bitmiş olur və bitmiş, başa çatmış totallıqda özünü o biri sfera ilə vəhdətə gətirir. Yalnız onların hər ikisində birtərəfliliyin özünüaradanqaldırması (das Sichaufheben) vəhdətin birtərəfli olmasına imkan vermir.

§ 242


İkinci sfera fərqli tərəflərin münasibətini başlanğıcda nə idisə ona, özü özündə ziddiyyətə qədər inkişaf etdirir. Sonsuz proqres halında çıxış edən bu ziddiyyət ) sonlu nəticədə həll olunur və bu sonlu nəticədə bir-birinə laqeyd olmayan fərqliliklər (das Differente) anlayışda nədirsə, o olur. O birincinin inkarı və birinci ilə eyniyyət kimi özü özünün inkarıdır. Deməli, anlayış bu iki sferanın ideal vəhdətidir, onun momentləri isə bərtərəfləşmiş halda, yəni saxlanılmaqla aradan qaldırılmış haldadır. Beləliklə, özünün özündə-varlığından özünün differensiasiyası, şaxələnməsi (Differenz) sayəsində və bu şaxələnmənin aradan qaldırılması sayəsində özü özü ilə birləşən anlayış reallaşmış anlayışdır, yəni öz tərifləri özündə özü-üçün-varlıq kimi müəyyənləşmiş anlayışdır. Bu anlayış ideyadır və mütləq birinci üçün (metodda) olduğu kimi bu ideya üçün də sonlu nəticə yalnız görüntünün yox olmasından ibarətdir ki, başlanğıc bir bilavasitə olduğu halda ideya bir sonucdur; reallaşmış anlayış ideyanın tək totallıq olduğunun dərk olunmasıdır.

§ 243


Beləliklə, metod dış forma deyildir, ruh (fərdi ruh – A.T.) və anlayış isə məzmundur və bu məzmundan metod yalnız onunla fərqlənir ki, anlayışın momentləri də özü özlüyündə öz müəyyənliyinə gəlirlər ki, anlayışın totallığı kimi aşkar olunsunlar. Bununla da müəyyənlik, yaxud məzmun özünü forma ilə birlikdə geriyə, ideyaya gətirir və beləliklə, ideya xüsusi momentləri özündə olduğu qədər də anlayışın dialektikası sayəsində sadə özü-üçün-varlıq ideyaları yaradan bir ideyadan ibarət sistematikləşmiş totallıqdır. Beləliklə, elm anlayışın özünü xalis ideya kimi dərk etməsilə bitir və bu xalis ideyanın predmeti ideyadır.

§ 244


Özünün özü ilə vəhdəti baxımından gözdən keçirilən özü üçün mövcud ideya seyrdir və seyrçi ideya təbiətdir. Lakin seyr kimi ideya bilavasitəliyin və ya inkarın birtərəfli tərifində olan dış refleksiyadır. Ancaq ideyanın mütləq azadlığı ondan ibarətdir ki, o nəinki həyat mərhələsinə keçir və nəinki sonlu idrak kimi həyatın özündə görüntüsü (scheinen) ilə parlamağa imkan verir, həmçinin özünün mütləq həqiqətində özündən özünün xüsusilik momentini və ya birinci tərifini və özgəvarlığını, özünün görüntüsü (Widerschein) kimi bilavasitə ideyanı sərbəst hasil etməyi qərarlaşdırır, özü özündən özünü təbiət qismində buraxmağı qərara alır.

Əlavə. İndi biz başlanğıc götürdüyümüz ideya anlayışına qayıtdıq. Və bu geriyə qayıdış eyni zamanda irəliyə hərəkətdir. Biz varlıqdan, abstrakt varlıqdan başladıq. Yolumuzun indi çıxış etdiyimiz mərhələsində biz ideyanı varlıq kimi əldə etmişik. Amma varlığa malik olmuş bu ideya təbiətdir.

Qeydlər və şərhlər

Hegelin məntiq təlimi onun "Böyük məntiq" və "Kiçik məntiq" adlanan əsərlərində şərh edilir. Adətən "Kiçik məntiq" adlandırılan "Məntiq" filosofun fəlsəfi sisteminin birinci bölümünü oluşdurur (təşkil edir). "Kiçik məntiq" rus dilində iki dəfə nəşr edilmişdir: 1861-ci ildə alman dilindən V. Çijovun tərcüməsi və 1930-cu illərdə B. Stolpnerin tərcüməsində. İndiyədək B. Stolpnerin tərcüməsi, dörd dəfə nəşr edilməsinə baxmayaraq az təsadüf edilən, nadir nəşrlərdən sayılır. "Kiçik məntiq"in alman dilində ikinci nəşrindən edilən bu tərcümədən "Ensiklopediya"nın hazırkı birinci cildinin hazırlanmasında istifadə olunmuşdur.

B. Stolpnerin tərcüməsinin "Ensiklopediya"da istifadə edilmiş bu nəşrində bəzi kiçik düzəlişlər edilmişdir. Belə ki, öncəki illərdə alman dilindən Schein (görüntü yaxud görünüş) məvhumu rus dilində bəzən "отражение" (inikas) kimi tərcümə edilmişdir ki, bu da belə bir yanlış təsəvvür yarada bilər ki, guya Hegel fəlsəfəsində inikas nəzəriyyəsindən söz gedir. Bu yanlışlığa yol verməmək üçün "Ensiklopediya"nın indiki nəşrində es scheint feili "светится видимостью" kimi tərcümə edilmişdir. Azərbaycan türkcəsinə isə "светится видимостью" ifadəsini biz "görüntüsündə parlamaq" kimi vermişik.

İdentität məvhumu rus dilinə "тождество" kimi tərcümə edilmişdir, Azərbaycan dilində "eyniyyət" kimi vermişik. Yaxud "totalität" sözü "Kiçik məntiq"in öncəki nəşrində "целостность" kimi tərcümə edilmiş, indiki nəşrində isə bu söz "тотальность" kimi verilmişdir, çünki "totallıq" anlayışı Hegelin dialektik ziddiyyət haqqında təlimində özəl rol oynayır. "Kiçik məntiq"in Azərbaycan türkcəsinə tərcüməsində də biz “totallıq” anlayışını saxlamışıq. Bir sıra terminlərə isə digər qeydlərdə aydinlıq gətiririk.


1 Ekzoterik qeydlər – Hegel bununla abstrakt anlayışları onların adi anlamlarına yaxınlaşdırılması üsulunu nəzərdə tutur

2 "Şərdən qurtardıq, şərə düşdük" – Hegel bununla Hötenin "Faust"unda Mefistofelin ifadəsini işlədir

3 Eyniyyət sistemi yaxud eyniyyət fəlsəfəsi Şellinqin fəlsəfi sisteminin adıdır

4 Homerin "İliada"sında I, II, XIV və XX nəğmələr nəzərdə tutulur

5 Amor generosus – fədakar sevgi (latınca)

6 …philosophus tentonikus – tevton filosofu (lat.)

7 İndex et falsi – özünün və yanılmanın göstəricisi (lat.) Spinozaya görə həqiqət özünün və yanılmanın göstəricisidir (lat.)

8 Fəlsəfəyə az hakim lazımdır və o bilərəkdən şübhə və həqarət etdiyi kütlədən qaçır; fəlsəfəni söyənlərdən kütlə razı qalar (lat.)

9 Hegel başqa yerdə dedikdə 1802-ci ildə nəşr etdirdiyi "Fəlsəfi tənqidin mahiyyəti və onun özəlliklə fəlsəfənin çağdaş durumuna münasibəti haqqında" məqaləsinə işarə edir (məqalə müəllifin "Rabotı raznıx let, T.1, M., 1970, s. 268). Hegel dəfələrlə və ən kəskin formada fəlsəfənin tənqidçilərinə cavab vermişdir. "Ensiklopediya"nın üçüncü nəşrində isə fəlsəfənin düşmənlərinin ağızlarından yetərincə vurur

10 Yeni bir fəlsəfi sistem dedikdə Hegel Fixtenin fəlsəfəsini nəzərdə tutur.

11 Hegel fəlsəfəyə olan tələbatı ayrıca subyektdən çox bəşəriyyətin iç – ruhi varlığının zərurəti sayır.

12 Aristotel "Metafizika"da yazır: "Nəzəriyyə ali xoşbəxtlik və ali xeyirdir". Kubitskinin . M., 1934, s. 211. Hegel Aristotelin "Metafizika"sının müvafiq yerini "Ensiklopediya"nın sonuncu səhifəsində olduğu kimi verir. "Məntiq elmi"ndə isə Aristotelin fikrini ixtiyari verir.

13 Kantın "Tənqidi fəlsəfə"si nəzərdə tutulur.

14 Roma konsulu Pilatın həqiqətin dərki yoxdur fikrinə istinad edən filosoflar nəzərdə tutulur.

15 Hegel 22 oktyabr 1818-ci ildə söylədiyi son sözü "Fəlsəfə tarixi üzrə mühazirələr" (Əsərləri, IX cild, s. 5) əsərində də təkrar edir.

16 Gerçəkliyin ağlasığanlığı haqqında Hegel "Hüquq fəlsəfəsi" əsərində ətraflı söz açır (bax: Hegel. Əsərləri, VII cild, s. 15-16).

17 Hegelin "Böyük məntiq"indən fərqlənən "Kiçik məntiq"i adətən "Məntiq" adlandırılır.

18 Spekulyativ təfəkkür anlayışına Hegel "Ensiklopediya"da geniş yer verir. Bu anlayışın kəbin spekulyasiyası, ticarət spekulyasiyası anlamlarında işlənməsini rədd edərək "Ensiklopediya"nın 9-cu, 82-ci paraqraflarında, eləcə də digər yerlərində "spekulyativ" anlayışını metafizik-fəlsəfi təfəkkür, anlayışlarda təfəkkür kimi mənalandırır. Hegel spekulyativ təfəkkürü "mistika" adlandırır. Ancaq aydınlaşdırır ki, "mistika" sözü altında o, dini mistikanı deyil, özünün idealist dialektikası ruhunda şərh etdiyi rasional fəlsəfi təfəkkürü nəzərdə tutur.

19 Dialektik təfəkkürə söykənən "spekulyativ elmin" empirik elmlərə münasibətini Hegel "Ensiklopediya"nın 38-ci və 246-cı paraqraflarında, həmçinin "Fəlsəfə tarixi üzrə mühazirələr"ində daha ətraflı aydınlaşdırır.

20 Karl Leonard Reynqold (1758-1823) – alman filosofu. Hegel "Fəlsəfə tarixi üzrə mühazirələr"ində onun haqqında mənfi fikir söyləyir. Reynqold fəlsəfi empirik-analitik metoda əsaslanırdı, ancaq Hegel bunu fəlsəfi təfəkkür üçün yetərli saymır, göstərir ki, "Sonlu idrak" metodu da spekulyativ fəlsəfi idrak kimi analitik olduğu qədər də sintetikdir ("Ensiklopediya", § 238).

21 Mizologiya – elmə nifrət, elmi mühakimələrdən üz çevirmək (Platon və Plutraxın terminidir) (yunanca).

22 14-cü paraqrafda belə bir mühüm müddəanı qeyd edir ki, həqiqi elmi fəlsəfə yalnız sistem, bütöv halında, həm də abstrakt bütöv yox, konkret bütöv, yəni öz içində fərqləri olan bütöv kimi mümkündür. Sistemin bu iç fərqləri müəyyən qaydada nizamlanmış olub, təsadüfi rəylər yığımından, aqreqatdın ibarət deyil ("Ensiklopediya", § 16). Bu paraqrafda Hegel fəlsəfi sistem içində materialın düzülüş sistemini müəyyənləşdirir. Hegelə görə bütöv – dairələrdən ibarət dairədir, yəni təfəkkürün inkişafı spiralvari formada baş verir (bu qeydi geniş anlamaq üçün "Fəlsəfə tarixi üzrə mühazirələr"ə bax. Qeqelğ. Soç., t.IX, s. 32)

23 Rus dilində "otçujdenie" (Azərbaycan türkcəsində "özgələşmə") sözünə qarşılıq olan Entäuberunq, Entfremdunq, Entfernunq sözləri vardır. "Ensiklopediya"nın bu nəşrində (rus dilində) alman dilinə məxsus bu sözlərin dəqiqləşdirilmiş tərcüməsi verilmişdir: Entäuberunq – ovneşnenie (biz bunu dişarılaşmaq kimi tərcümə etmişik və bu söz Hegeldə ruhun özgəvarlığı, dışarı mövcudluğu mənasında işlənmişdir), Entfernunq – kənarlaşdırma, Entfremdunq – özgələşmə.

24 Hegel § 23-də "müstəqil təfəkkür" deyiminin mənasız olduğuna münasibətdə pleonazm sözünü işlədir.

25 Partikulyarlıq ifadəsi şüurun özünü formaca predmetdən və subyektdən asılı olmayan abstrakt varlıq kimi aparmasını aydınlaşdırarkən işlədir.

26 Bax: Aristotel. Metafizika. M., 1934, s. 21-82.

27 "İmmanent" sözü predmetin mahiyyətinə, iç varlığına aid olma anlamını daşıyır.

28 Hegel fikrin insana immanent olduğuna, o dünyaya məxsus olmadığına işarə edir.

29 Sonlu şeylərin öz anlayışlarına uyğunsuzluğunun cinsin özünü təkcədən onun ölümü ilə azad etməsi vasitəsilə aradan qaldırıldığına işarə edilir.

30 "Məntiq elmi"nin girişində, § 26 və digər yerlərində Hegel ilk öncə Leybnisin metafizikasına münasibətini, ingilis-fransız empirizmini, § 61-də isə Yakobinin mistisizmini tənqid edir (bu qeyd Engelsə məxsusdur, bax. K. Marks və F. Engels. Əsərləri, 38-ci cild, s. 176 – rus dilində).

31 Nyuton mexanikası nəzərdə tutulur.

32 Do sensum eminentiorem – ən mükəmməl hissliyə qədər.

33 Hötenin "Faust"unda Mefistofelin sözləri. Ensheiresin natural – təbiətin hərəkət üsulu.

34 Hegel özünün "Skeptisizmin fəlsəfəyə münasibəti. Onların ayrı-ayrı modifikasiyaları və yenilərinin əski formaları ilə müqayisəsi" adlı əsərini nəzərdə tutur. Bu əsər "Yunaner Sehriften" (Berlin, 1972-ci il) kitabında verilmişdir.

35 İkinci qeydə bax

36 Apriori – praktikadan öncə

37 Appersepsiya – ilkin təsəvvürlərə yaxud təcrübəyə əsaslanan qavrayış, idrak.

38 Adi appersepsiya – adi təcrübəyə əsaslanan qavrayış.

39 Çaput mortuum – ölü baş (lat.).

40 Apoqoqik – geniş.

41 Allahın varlığının ontoloji sübutu haqqında, həmçinin bu sübut üsulunun yaranmasının izahının verildiyi 193-cü paraqrafa və "Fəlsəfə tarixi üzrə mühazirələr" (XI cild, s. 129-130, 266, 438-441-ə bax). Hegelin fikri belədir ki, Allah hissi varlıq deyil. Allah özü öz varlığını doğuran, hasil edən ideyadır.

42 Taler – 3 markalıq əski alman gümüş pulu.

43 Spinozanın müddəasıdır və anlamı budur ki, allah "yalnız mövcudluq kimi düşünülə bilər". Bu müddəa Spinozanın "Etika" əsərində qeyd olunmuşdur. Bax. "İzbrannıe proizvedeniə". T. I., M., 1957, s. 361.

44 Partikulyar – qeyri rəsmi.

45 Hegel materializmi birtərəfli empirizm və naturalizm ilə eyniləşdirməklə materializmə zərbə vurur.

46 Hegel "Ensiklopediya"nın sonrakı paraqraflarında F.Q. Yakobinin (1743-1819) "hisslər və inanc fəlsəfəsi", irrasionalizm fəlsəfəsindən söz açır və buna qarşı rasional qnoseologiyanın müdafiəçisi kimi çıxış edir.

47 Tanınmış riyaziyyatçı Y.Y. Lalandın (1732-1807) Napaleona ünvanladığı sözləri Hegel dar empirizmin nümunəsi kimi göstərir.

48 Dalay-lama – bütpərəstliyin bir nümunəsi

49 İnsanda təbiətdən verilən məzmun – ilham, könül, vəhy və s.

50 Coqito, erqo sum – "Düşünürəm, deməli varam" (lat.). Dekartın məşhur deyimi. Bu deyimdən çıxış edərək Dekart ruhun (fərdi ruhun) substansiallığı nəticəsini çıxarır. Bu deyimə Dekartın ayrı-ayrı əsərlərində, özəlliklə də "Metod haqqında düşüncələr" adlı əsərində rast gəlmək olar (bax: İzbrannıe proizvedeniə. M., 1950, s. 282). – Dekart sübut etmişdir ki, bu məşhur deyim əqlinəticədən irəli gəlməyib zəkanın təbiətinə məxsusdur. Hegel Dekartın fikrini müdafiə edir. Empirist filosoflar Dekartın bu deyimində əqlinəticələr olduğunu sübut etmişlər, onlar eyni zamanda sübut eomişlər ki, insan öz mövcudluğunu təkcə təfəkkürünə əsasən deyil, həmçinin özünün hər bir hərəkətinə əsasən irəli sürə bilər (bax: Qassendi.Soç. T.2. M., 1968, s. 533; Qobbs. İzbr. proizv. T.1, M., 1964, s. 414.

51 Medius terminus – əqlinəticənin orta termini (lat.).

52 Consensus gentium – bütün xalqların razılığı (lat.)

53 Hindistanda brahmanizm dininə mənsub olan kahin.

54 Summun jus summa injuria – ali hüquq – ali hüquqsuzluqdur (ədalətsizlikdir) (lat.)

55 Hegelin məntiqi üç bölümə (Varlıq haqqında təlimə, Mahiyyət haqqında təlimə, Anlayış haqqında təlimə) ayırmasının anlamını və düzgünlüyünü marksizm klassikləri də təsdiq edir və göstərirlər ki, belə bölgünün tarixi əsası vardır və "gerçəkdən bütün insan idrakının (bütün elmin) ümumi gedişi belədir" (bax: Lenin. Fəlsəfə dəftərləri. Əsərləri. 38-ci cild, s. 335). Hökmlərin Hegel sistematikası barəsində Engels də qeyd edir ki, Hegelin məntiqi dində mühakimələrin inkişafı qaydaları məntiqin ümumi strukturunu (varlıq, mahiyyət və anlayış hökmlərinə bölgüsünü) yenidən hasil edir (Engels. Anti-Dürinq. Bakı, 1967. Müqəddimə). Qeyd edək ki, Hegelin anlayış terminini Engels hökmün subyektinin "ümumi təbiəti" anlamında, Lenin isə "idrak" anlamında şərh edir. Marks "Kapital" əsərində Hegelin hadisələri onların qanunauyğuq, öz anlayışlarına müvafiq olaraq gözdən keçirmək tələbinə özəl diqqət yetirir (K. Marks, F. Engels. Soç. T. 25, ç. 1, s. 208)

56 "Kiçik məntiq"də məntiqi ilə tarixinin vəhdəti prinsipi mühüm yer tutur. Fəlsəfənin tarixi inkişafını Hegel "Məntiq"də kateqoriyalar sisteminin və özünün fəlsəfi sisteminin bütün bölümlərinin inkişaf pillələrinin obyektiv əsası kimi götürür. Bunu Hegel "Fəlsəfə tarixi üzrə mühazirələr"ində ətraflı gözdən keçirir.

57 Panteon – çoxallahlı dinlərdə allahların şərəfinə tikiilən məbəd

58 Mütləq indifferentlik – etinasızlıq anlamında

59 Platonun dünyanın əksliklərdən yaranmasına dair fikrinə işarə edilir

60 Sonlu və sonsuzun dialektik eyniyyətini Hegel öz üslubunda ifadə edir

61 Taler – burada 42-ci qeydə bax

62 Hegel özünün fəlsəfi idealizmi ilə Pifaqorun rəqəmlər fəlsəfəsi arasında yaxınlığa işarə edir

63 Nemizid – əski yunanlarda tale və qisas ilahəsi

64 Lot – 12,8 qrama bərabər olan çəki vahidi

65 Kvadrat mil – sahə ölçü vahidi

66 Kəmiyyət və keyfiyyət keçidləri inkişafda ana xətt kimi

67 Caput mortum – 39-cu qeydə bax

68 Mahiyyətin özünün özündə inikası nəzərdə tutulur

69 Leybnis formula etdiyi fərdilik prinsipini özünün "Monodologiya"sının 9-cu bəndində şərh edir (İzbr. proizv-ə. M., 1890, s. 340)

70 Kontradiktor anlayışlar "Məntiq elmi"nin "Anlayış haqqında təlim" bölümündə gözdən keçirilir

71 Fluid – fiziki termindir

72 Burada diqqət ona çəkilir ki, Hegelin "Böyük məntiq"ində dialektik ziddiyyət haqqında təlimin inkişafı a) eyniyyət, b) fərq, c) ziddiyyət ardıcıllığı ilə baş verir. Bundan sonra "Böyük məntiq"in üçüncü fəsli əsas kateqoriyasına həsr edilir.

73 Formal məntiqin kafi əsas qanununu Hegel ətraflı şərh edir

74 … causae officientes – fəaliyyətdə olan (təsir edən) səbəb (lat.); cuasa finalis – son səbəb (lat.)

75 Fiksiya – idrakın qeydi

76 Qumdaşı – tərkibində silisium oksid olan və beton tökmə işlərində işlənən birləşmə

77 Porfir – porfir, tikinti işlərində işlənən vulkanik süxur

78 Alman şairi Qalflerin şerindən parça

79 Dekursus vitae – həyatın axını (lat.)

80 Praqmatik tarixşünaslıq

81 Emfaza – dilçiliyə aid termin (nitqdə təmtəraq, həyəcanlılıq, bəzi səslərin çətinliklə tələffüz edilməsi

82 Kantın "Xalis zəkanın tənqidi" əsərinə bax. Əsərləri. 3-cü cild. M., 1964, s. 281 (rus dilində)

83 a priori – təcrübəyə qədər

84 Pedantizm – xırdaçılıq

85 Hegel bu anlayış vasitəsilə fəlsəfə tarixinin vəzifəsini müəyyənləşdirir, göstərir ki, zərurət allahın mahiyyətinə məxsusdur.

86 Burada 81-ci qeydə bax.

87 İmmanent – daxili; predmetə xas olma

88 Substansial və aksidental – zərurətin özünün özünə münasibətinin bir-birilə bağlı olan iki forması

89 Akosmizm – dünyanın müsbət varlıq anlamında olmasının inkarı

90 Amor intellektualis Dei – Allaha intellektual sevgi (lat.) – (bax: Spinoza. İzbr. proizvedeniə, t.1, s. 610)

91 Ən ümuminin qəbul olunmasının insan təfəkkürü üçün təhlükə sayılmasını Hegel təfəkkürsüzlük sayır

92 Anlayışların bu bölgüsünü Hegel qəbul etmir

93 Hegel anlayışların belə bölgüsünü əsassız sayır

94 Mühakimələrin Hegel sistematikası barədə Engelsin qeydlərinə bax (K. Marks, F. Engels. Soç. t. 20, s. 538)

95 Partikulyar – mühakimənin bir növü (lat.)

96 Konstitutiv əlamət – quruluş əlaməti

97 Terminus minor – əqlinəticənin kiçik müqəddiməsi (lat.)

98 Hegel Aristotelin fəlsəfi araşdırmalarında sonlu, empirik təfəkkür formalarından istifadə etmədiyini həmin paraqrafda ətraflı gözdən keçirir.

99 Empirik əqlinəticə nəzərdə tutulur

100 Neqasiya – əlaqə

101 Allahın varlığının ontoloji sübutu haqqında, həmçinin, Hegelin "Fəlsəfə tarixi üzrə mülahizələri"nə (XI cild, s. 129-130, 286, 438-441, rus dilində) bax. Hegelin fikri budur ki, allah hissi varlıq deyil, belə ki, hissi varlığa anlayışda mövcud olandan daha çox şey aiddir. Allah özü öz varlığını yaradan ideyadır.

102 Anselm – Hegelin müasirlərindən biri olmuş alman filosofu. Hegel "Məntiq elmi"nin 193-cü paraqrafında Anselmin müvafiq fikrini latınca vermişdir. "Məntiq elmi"nin ruscaya tərcüməsində də Anselmin fikrinin latıncası saxlanmış, amma həmin fikrin ruscaya tərcüməsini tərcüməçi 70-ci qeyddə vermişdir. Biz isə "Məntiq elmi"nin azərbaycan türkcəsinə tərcüməsində 70-ci qeyddə Anselmin ruscaya çevrilmiş fikrinin azərbaycancasını mətndə vermişik.

103 Tabula rasa – təmiz lövhə (lat.), Lokkun sensualist idrak nəzəriyyəsinə aid olan prinsip.

104 Retort – kimyada işlədilən distillə cihazı.

105 Spekulyasiya – hissi seyrdən kənarda təfəkkür hərəkəti.



106 79-cu qeydə bax.
Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə