Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə63/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   59   60   61   62   63   64   65   66   ...   147

Filologiya məsələləri, 2017 
 168
vasitələrin  köməyi  ilə  əmələ  gəlmişdir.  Bu  vasitələrə  sual  əvəzliklərini  
və  zərflərini,  yuxarıda  haqqında  danışdığımız  cümlənin  baş  üzvlərinin  
inversiyasını  (burada   xüsusi  sualların   yaranması  nəzərdə  tutulur)   və  
ya      sadəcə  inversiyanı  (burada  isə  ümumi  sualların   düzəldilməsi  
nəzərdə  tutulur)    aid  eləmək  olar.  O  dövrdə   sual  cümlələrində  işlənən  
əvəzliklərə  Hwaet  (what), hwa  (Who is  that   man?);  Hwaet  sceal  ic  
sinzan?  (What  shall  I  sing?);  Hwylc  is  min  modor?  (which  is  my  
mother?)  
Bununla  yanaşı  qədim  ingilis  dilində  xüsusi  sual  vermək  üçün   bu  
cür  sual  zərflərindən  də  istifadə  olunmuşdur: Hwanne  (when),  hu  
(how), hwy  (why),  hwaeder, hwider  (where)   və  s.  Bu  zərflərdən  sonar  
da  baş  üzvlərin  inversiyası  olur. Məs.:  Hwider  hweorfad  we?  (Where  
do we  set  out?) (10? 268-269)  Suzan  Pintzuk  qeyd  edir  ki,   “Helsinki  
corpus”- da   ponne  (then)  zərfinin  daxil  olduğu  43 “vh-sualların”dan   
birində      vh-tərkibi  ilə    təsriflənən  fel  arasında  zərf  işlənir:  Forhwy  
ponne  sceal  anegum  men  dyncean  to   rede odde  to  uniede?  (Why  then  
shall  it  seem  too  severe  or  hard  to  any  man?) 
O  göstərir    ki,          42    sual    cümləsində isə    zərf  təsriflənən  feldən  
sonrta  işlənir. Məs.:  Bid  he  ponne  buton  swylce  stan  oppe  treow?  
(What  is  it  then  but  like  stone  or  log?);  Hwaer  beop  ponne  his  welan  
and  his wista?  (Where  are  then  his  riches  and  his  feasts?)  (8,164). 
1. 
Əmr  cümləsi:  cümlənin  bu  tipinə    gəldikdə  isə  müasir  
ingilis  dilində  olduğu  kimi  qədim  ingilis  dilində  də  əmr  cümləsi  fellə  
başlamışdır. Bu  da  onun  fel  əsasında  qurulduğunu  göstərir.  Məs.:  Brinz 
pa  pinz  ( Bring  those things);  Beod  ze  on  soelum  (Be  you   happy);   
Brinz  me   tva  pa  betstan  tyccenu  (Bring  me  tvo,  the  best  kids).  
Misallardan  goründüyü  kimi  burada  II   şəxsin  təkinə   və  yaxud  cəminə  
müraciət  olunur..Qədim  ingilis  dilində    də  yuxarıdakı  cümlə  növləri  
yüksək  hiss  və    həyacanla  ifadə  edildikdə  nida  cümləsi  kimi  
işlədilmişdir.  Məs:  and  cwoed: “Foeder  min”  (and  said: “My  Father!”);  
Cedmon, sinz  me  hwoet – hwuzu!  (Cedmon, sing  me  something!)Qədim  
ingilis  dilində  struktur  cəhətdən  nida  cümləsi  əmr  cümlələrində  demək  
olar  ki, fərqlənməmişdir.  Onlar  yalnız  tonun  dəyişməsi  və  emosionallıq  
dərəcəsinə  görə  bir -  birindən  seçilirdilər.  Belə  bir  misala  nəzər  salaq:  
Doet  woes  zod  cyninz !  (That  was a  good   king!)  (10, 270). 
Orta  ingilis  dili  və  erkən  yeni  ingilis  dili  dövründə  cüttərkibli  
cümlənin  kommunikativ  tiplərinin  strukturunda  müəyyən  dəyişikliklər  
baş  verir. Orta  ingilis  dilində  cümlənin  kommunikativ  tiplərindən  olan  
sual  cümləsinin  qurulmasında  elə  bir  əhəmiyyətli  dəyişiklik  baş  vermir. 
Onu  qeyd  edə  bilərik  ki,   bu  dövrdə  sual  cümlələrinin    ümumi  və  


Filologiya məsələləri, 2017 
 169
xüsusi   tiplərində  felin  analitik  formaları    ilə    əlaqədar  olan  natamam  
inversiya  halları  daha  da  artmışdır. 
Sual  cümlələrinin  yaranmasında  əsaslı  dəyişikliklər  isə  məhz  erkən  
yeni  ingilis  dili  dövrünə  təsadüf  edir. Bu  yeniliklər  cümləıdə  sabit  söz  
sırasının  yaranması  ilə  bağlı    olmuşdur.  Dövrün  ilk  vaxtlarından  
cümlədə  sintaktik  münasibətlərin  əsas  ifadə  vasitəsi  söz  sırası  olmuşdur. 
Bu   dövrdə  sual  cümləsində  ki,   sıraya  əsasən  sözönsüz  tamamlıq  
feldən  sonra  işlənmişdir.  Məhz  elə  bu   vəziyyətdə   sözönsüz  işlənən  
tamamlığın  əsas  sintaktik    əlamətinə  çevrilmişdir.  Lakin  bununla  belə   
XVI  əsrin  əvvəllərində    bəzi  sual  cümlələrində    xəbərlə  sözönsüz  
tamamlığın  arasında  mübtədanın  işləndiyi  hallarda  olurdu.  Məs.: Eat  
cats  mice?  Orta  ingilis  dilində    sual    cümlələri  ilkə  qarışıqlıq tam  
inversiyanın  olduğu  hallarda  ortaya  çıxmışdır.  Belə  ki,  tam  inversiya  
zamanı  köməkçi  feldən  istifadə  olunmadan  indiki   və  ya  keçmiş  
zamandakı    xəbər  cümlənin  əvvəlində    işlənmişdir.  XVI   əsrin  
əvvəllərində    indiki    və  ya  keçmiş  qeyri-müəyyən   zamanda  olan  
cümləyə istər  ümumi, istərsə  də  xüsusi  sual  verərkən  tam  inversiya  baş  
vermişdir. Məs.:  Call  you? What  find I here?  
Sual  cümlələrinin  bu  cür  işlənməsi  erkən  yeni  ingilis  dili  dövrünə  
qədər  davam  etmişdir. Tədricən  erkən  yeni  ingilis  dilində  indiki  və  
keçmiş  qeyri – müəyyən  zamanların  analitik  formaları  olan   “do”  və  
“did”  köməkçi   fellərindən  istifadə  olunmağa  başlanmışdır. Qeyd  etmək   
lazımdır  ki,  “perifrastik”   (yəni,  semantik  yükə  malik  olmayan  )  “do”  
ilk  dəfə  XIII  əsrdə  meydana  gəlmiş,  ancaq  o  dövrdə  onun  nə  inkarlıq,  
nə  də  inversiya  ilə  heç  bir  xüsusi  əlaqəsi  olmamışdır  (11, 156). 
Köməkçi  fel  kimi  “do”  sözündən  XV  əsrdən  başlayaraq  həm  sual,  
həm  də  inkar cümlələrinin  qurulmasında  istifadə  olunmağa  başlamışdır. 
Xüsusən  də,  sual  cümlələrində  “do”  köməkçi  felindən  istifadə  olunması  
cümlədə  mübtəda  və  xəbərin  yerinin  sabitləşdiyini  göstərirdi. Qeyd  edək  
ki,  erkən  yeni  ingilis  dilinin  sonlarına  yaxın  “do”   və  “did”   analitik  
forması  xüsusi  sual  cümlələrinin  yaranmasında  istifadə  edilirdi.   Məs:  
Why  did  you  not  speak  to  him?  (3, 202)  
Bu   dövrün   görkəmli  siması  V.Şekspirin  əsərlərində  həm  “do” ilə,  
həm  də  onsuz  işlənən    xüsusi  suallarada  rast  gəlmək  olur. Məs.:  What  
meanes  this, my  lord?;How like  you  this  play?; What  doe  you  call  this  
play?  və   s. 
Ümumi   sualların  düzəldilməsində    hələ  uzun  müddət  qədim  
quruluş  tipindən   istifadə  olunmuşdur.  Belə  ki,   XVIII   əsrin  ortalarına   
qədər  ümumi  suallar  tam  inversiyanın  köməyi  ilə      (yəni,  köməkçi  
feldən  istifadə  olunmadan  felin,  cümlənin  əvvəlinə  keçməsi  ilə)   
qurulmuşdur.  Məs: Seemed  he  a  gentleman?;  Know  you  to  whom  you  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə