Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(24) 




Əhəmiyyətli uçot təxminləri və mülahizələri (davamı) 

 

Ətraf mühitin qorunması ilə bağlı öhdəliklər. Qeyd 22-də göstərildiyi kimi, Qrup yaranmasından  əvvəlki 

dövrlərdə göstərdiyi fəaliyyət və irsi olaraq həyata keçirdiyi əməliyyatlar nəticəsində  əsasən Abşeron 

yarımadası ərazisində ətraf mühitə dəymiş zərərin ödənilməsi üçün təxmin edilən xərclər üçün ehtiyat ayırır. 

Ehtiyat kimi uçota alınmış  məbləğ mövcud öhdəliyin hesabat tarixinə qüvvədə olan qanunvericiliyə  və 

qaydalara uyğun olaraq yerinə yetirilməsi üçün tələb olunan məsrəflər üzrə ən dəqiq təxminləri əks etdirir və 

həmçinin qanunvericilik, qaydalar və onlara dair müvafiq şərhlərin dəyişdirilməsi və yenidən işlənməsi ilə 

əlaqədar olaraq dəyişə bilər. Hökümət orqanları ətraf mühitlə bağlı qanunvericiliyi və onun tətbiqini davamlı 

olaraq nəzərdən keçirir. Bu səbəbdən Qrupun ətraf mühitin bərpası üzrə  əsas öhdəlikləri uçota alınmış 

məbləğlərdən fərqli ola bilər. Bu ehtiyatların subyektiv xarakter daşıdığına görə belə  xərclərin məbləği və 

yaranma müddəti ilə bağlı qeyri-müəyyənlik mövcuddur. 31 dekabr 2013-cü il tarixinə ətraf mühitin bərpası 

ilə bağlı təxmin edilmiş öhdəlik 116 AZN (2012-ci il: 195 AZN) təşkil etmişdir. Bu şərtlərdən hər hansı birinin 

dəyişməsi Qrupun ayırdığı ehtiyatlar üzrə düzəlişlərin aparılmasına gətirib çıxara bilər. 

 

Rəhbərlik  ətraf mühitin bərpası  xərclərini diskontlaşdırmaq üçün istifadə edilən diskont dərəcələrini pul 



vəsaitlərinin vaxt dəyəri üzrə cari bazar qiymətlərini və lazım gəldikdə hesabat tarixinə müvafiq öhdəliyə xas 

olan riskləri əks etdirən vergidən əvvəl faiz dərəcəsi kimi müəyyən edir. 31 dekabr 2013-cü il tarixinə istifadə 

edilmiş diskont dərəcəsi 7.21 faiz (2012-ci il: 7.13 faiz) təşkil etmişdir. Rəhbərlik hesab edir ki, bu diskont 

dərəcələri Azərbaycan Respublikasında neft və qazın kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və paylanması 

sahəsinə aid olan bütün risk və qeyri-müəyyənlikləri müvafiq olaraq əks etdirir. Bu şərtlərdən hər hansı 

birində baş verən dəyişiklik Qrup tərəfindən uçota alınan ehtiyatlarda düzəlişlərin aparılması ilə  nəticələnə 

bilər. 

 

Hesablama zamanı istifadə edilmiş  təxmin edilən diskont dərəcəsi rəhbərliyin təxminlərindən 1 faiz çox/az 



olsaydı, ehtiyatın balans dəyəri müvafiq olaraq, 2 AZN az /2 AZN çox olardı. 

 

Əsas vəsaitlər və qeyri-maddi aktivlərin faydalı istifadə müddəti.  Rəhbərlik,  əsas vəsaitləri və qeyri-

maddi aktivlərin təxmin edilən faydalı istifadə müddətini və müvafiq amortizasiya xərclərini müəyyən edir. Bu 

təxminlər, Qrupun həmin aktivlər üzrə iqtisadi səmərə  əldə etməyi planlaşdırdığı dövrə  əsaslanır. Faydalı 

istifadə müddəti əvvəlki illərdə təxmin edilmiş faydalı müddətdən aşağı olanda rəhbərlik amortizasiya xərcini 

artırır və ya ləğv edilmiş və ya satılmış texniki cəhətdən köhnəlmiş aktivləri balansdan silir. Faydalı istifadə 

müddətinə ən azı hər maliyyə ilinin sonunda yenidən baxılır. Yuxarıda qeyd olunan şərtlərin və ya təxminlərin 

hər hansı birində  dəyişiklik olarsa, bu, gələcəkdə amortizasiya dərəcələri üzrə düzəlişlərin aparılmasına 

gətirib çıxara bilər. 

 

Təxirə salınmış vergi aktivinin uçotu.  Təxirə salınmış xalis vergi aktivi vergiyə  cəlb olunan gəlirdən 

gələcək çıxılmalar vasitəsilə  əldə olunan mənfəət vergisi məbləğlərindən ibarətdir və maliyyə  vəziyyəti 

haqqında hesabatda qeydə alınır. Təxirə salınmış  mənfəət vergisi aktivləri realizasiya oluna biləcəyi 

məbləğdə uçota alınır. Vergiyə  cəlb olunan gələcək mənfəət və  gələcəkdə yaranması ehtimal edilən vergi 

faydasının məbləğini ehtimal edərkən Rəhbərlik son üç ilin vergiyə  cəlb olunan mənfəətindən və mövcud 

şəraitdə məqbul hesab edilən gələcək gəlirlər üzrə təxminlərdən istifadə edir. 

 

Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi. Bərpa edilə bilinməyən aktivlərin balans dəyərini  əks etdirən 

hadisələr və ya şəraitlərə əsasən rəhbərlik hər bir hesabat tarixində bütün qeyri-maliyyə aktivlərinin mümkün 

dəyərsizləşməsi üzrə  hər hansı göstəricilərin olub-olmamasını müəyyən edir. Bu cür göstəricilərə 

aşağıdakılar daxildir: Qrupun biznes planlarında baş verən dəyişikliklər, qeyri-rentabelli fəaliyyətə  gətirib 

çıxaran  əmtəə qiymətlərində  dəyişikliklər, məhsul qarışıqlarında olan dəyişikliklər və neft və qaz əmlakına 

gəldikdə isə - təxmin edilmiş təsdiqlənmiş ehtiyatların əhəmiyyətli dərəcədə azalması. Qudvil və digər qeyri-

müəyyən faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlər hər il və digər vaxtlarda dəyərsizləşmə 

göstəriciləri olduğu zaman dəyərsizləşmə üzrə yoxlanılır. Digər qeyri-maliyyə aktivləri bərpa edilə bilməyən 

balans dəyərinə dair göstəricilərin mövcud olduğu zaman dəyərsizləşmə üzrə yoxlanılır. 

 

İstifadə  dəyəri hesablanarkən rəhbərlik aktivlər və yaxud PVYV üzrə  gələcək pul vəsaitlərinin hərəkətini 



təxmin edir və onların cari dəyərini hesablamaq üçün uyğun diskont dərəcəsini seçir. 

 

 




Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(25) 




Əhəmiyyətli uçot təxminləri və mülahizələri (davamı) 

 

Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi (davamı). 2013-cü ildə bəzi PVYV-in gözləniləndən zəif nəticə 

göstərməsinə görə Qrup həmin PVYV-in bərpa dəyərlərini təhlil etmişdir və  nəticədə 248 AZN (2012-ci il: 

228 AZN) məbləğində dəyərsizləşmə xərci yaranmışdır. Bu aktivlər Qrupun neft və qaz seqmentində istifadə 

edilir. Potensial olaraq dəyərsizləşmiş aktivin balans dəyərinin hesablanması üçün dəyərsizləşmənin tələb 

olunduğunu müəyyən edərkən aktivin balans dəyəri onun bərpa dəyəri ilə müqayisə edilir. Aktivin bərpa 

dəyəri onun satışı üzrə  məsrəflər çıxılmaqla,  ədalətli dəyəri və istifadə  dəyərindən daha yüksək olan 

dəyəridir. Qrupun fəaliyyətinin xarakterini nəzərə alaraq, potensial alıcılar ilə danışıqlar aparılmayana qədər 

aktivin  ədalətli dəyəri haqqında məlumat  əldə etmək adətən çətindir. Müvafiq olaraq, başqa cür qeyd 

olunmadığı halda aşağıda göstərilən dəyərsizləşmə üzrə  xərclərin müəyyən edilməsində istifadə edilən 

bərpa dəyəri istifadə  dəyəridir. Qrup adətən istifadə  dəyərini rəhbərliyin təsdiq etdiyi maliyyə büdcəsindəki 

diskont edilmiş pul vəsaitlərinin hərəkəti modelindən istifadə edərək təxmin edir. 

 

İstifadə  dəyərinin hesablanmasında istifadə edilən  əsas fərziyyələr. Neft yataqları üçün istifadə  dəyərinin 

hesablanması aşağıdakı fərziyyələrə görə çox həssasdır: 

 

Hasilatın həcmi: ARDNŞ-nin istismar etdiyi yataqlardakı hasilatın təxmin edilən həcmi yataqlar ilə bağlı ətraflı 

məlumatlara  əsaslanır və uzunmüddətli planlaşdırma prosesinin bir hissəsi kimi rəhbərlik tərəfindən 

təsdiqlənmiş yataqlar üzrə inkişaf planlarını  nəzərə alır. Təxminlərə görə ümumi hasilat növbəti 15 il üçün 

10 faiz azalsaydı, bu əlavə dəyərsizləşmə xərcinin yaranmaması ilə nəticələnərdi. 

 

Ümumi marja: Ümumi marja əvvəlki ilin faktiki rəqəmlərinə əsaslanır. Bu marjalar proqnozlaşdırılan inflyasiya 

dərəcəsinə uyğun olaraq büdcə dövrü ərzində artırılır. 

 

Kapital məsrəfləri: Təxmin edilən hasilatın həcmini təmin etmək üçün zəruri olan kapital məsrəfləri müəyyən 

neft yatağı üzrə uzunmüddətli inkişaf planlarına əsaslanır. 

 

Xam neftin qiyməti: Proqnozlaşdırılan istehlak qiymətləri ictimaiyyətə açıq olur. 

 

Diskont dərəcəsi: Pul vəsaitlərinin hərəkəti proqnozlarına tətbiq edilən vergidən  əvvəl diskont dərəcəsi 

müxtəlif PVYV-lər üçün 13.77-16.00 faiz (2012-ci il: 14.27-15.58 faiz) civarında olmuşdur. Diskont 

dərəcəsinin hesablanması Qrup ilə bağlı spesifik vəziyyətlərə  və  əməliyyat seqmentlərinə  əsaslanır və 

kapitalın orta çəkili dəyərindən (“WACC”) irəli gəlir. WACC hesablanarkən kapitalın dəyəri oxşar qrup 

məlumatlarından istifadə etməklə  təxmin edilir və borcun dəyəri Qrupun xidmət etməli olduğu faiz 

hesablanan borc öhdəliklərinə  əsaslanır. Xüsusi risklər ayrı-ayrı beta amillərini, bazar riskini və Qrupun 

həcmini tətbiq etməklə nəzərə alınır. Beta amilləri ictimaiyyətə açıq olan bazar məlumatlarına əsasən hər il 

qiymətləndirilir. Hesablamada istifadə edilən təxmin edilmiş WACC rəhbərliyin təxminindən 1 faiz yuxarı və 

ya aşağı olsaydı, dəyərsizləşmə  zərərinin məcmu məbləği dəyişməzdi (2012-ci il: 14 AZN yuxarı  və ya 

10 AZN aşağı). 

 

İnflyasiya dərəcələri ilə bağlı  təxminlər: Global Insight (GI) proqnozları inflyasiya dərəcələri kimi istifadə 

edilmişdir. 

 

Aksiz vergisi və ixrac rüsumları: Neft və neft məhsulları üzrə aksiz vergisi və ixrac rüsumları neft və qaz 

əmlakı və avadanlıqları üçün vacib amildir. 

 

Debitor borclarının dəyərsizləşməsi üzrə ehtiyatlar. Debitor borclarının dəyərsizləşməsi üzrə ehtiyatlar 

müştərilərin debitor borclarının yığılması ehtimalının rəhbərlik tərəfindən qiymətləndirilməsinə  əsaslanır. 

Müştərinin  əhəmiyyətli maliyyə  çətinlikləri, onun müflisləşmə  və ya maliyyə strukturunun yenidən təşkilinə 

məruz qalması ehtimalı  və defolt və ya ödənişlərin gecikdirilməsi debitor borclarının potensial olaraq 

dəyərsizləşmiş olmasını  əks etdirən göstəricilər hesab edilir. Əgər  əsas müştərinin ödəniş qabiliyyətində 

pisləşmə baş verərsə  və ya bu faktiki defolt təxminlərindən yuxarı olarsa, faktiki nəticələr bu təxminlərdən 

fərqlənə bilər. 

 

Debitor borcları üzrə  əlavə pul vəsaitlərinin bərpası gözlənilmədikdə, debitor borcları müvafiq ehtiyatlara 



silinir. 

 

Dəyərsizləşmə üzrə  zərərlərə qarşı qiymətləndirilən debitor borcları üzrə pul vəsaitlərinin gələcək hərəkəti 



həmin aktivlərin müqavilə üzrə pul vəsaitlərinin hərəkətinə, rəhbərliyin keçmişdə baş vermiş  zərər halları 

nəticəsində vaxtı keçəcək məbləğlərin həcmi ilə münasibətdə təcrübəsinə və vaxtı keçmiş məbləğlərin geri 

ödənilməsinə əsasən təxmin edilir. Keçmiş dövrlərə təsir göstərməyən cari şəraitin təsirini əks etdirmək və 

cari dövrdə mövcud olmayan keçmiş şəraitin təsirini aradan qaldırmaq məqsədilə əvvəlki təcrübə müşahidə 

edilə bilən cari məlumatlara əsasən tənzimlənir. 

 

 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə