Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(27) 


4 Yeni 

və ya yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi (davamı) 

 

12 saylı BMHS “Digər müəssisələrdə  iştirak paylarının açıqlanması”. 12 saylı BMHS müəssisənin 

törəmə, birgə  və asılı müəssisələrdə  və strukturlaşdırılmış müəssisələrdə payları haqqında məlumatların 

açıqlanmasına dair tələbləri müəyyən edir. Aralıq dövrdə  əhəmiyyətli tədbirlər və  əməliyyatlar bunu tələb 

etdiyi hallar istisna olmaqla, bu açıqlama tələblərinin heç biri konsolidasiya edilmiş maliyyə hesabatlarına 

tətbiq olunmur. Müvafiq olaraq, Qrup bu kimi açıqlamalar etməmişdir. 

 

13 saylı BMHS “Ədalətli dəyərin ölçülməsi” (2012-ci ilin may ayında buraxılmış və 1 yanvar 2013-cü il 



tarixindən və ya bu tarixdən sonra başlayan illik dövrlərə  tətbiq edilir). 13 saylı BMHS bütün ədalətli 

dəyər ölçülmələrinə BMHS əsasında vahid qaydanı tətbiq edir. 13 saylı BMHS müəssisədə ədalətli dəyərin 

istifadə edilməsi tələb ediləndə  dəyişmir, lakin ədalətli dəyərin istifadəsi tələb və ya icazə ediləndə BMHS 

əsasında ədalətli dəyərin necə ölçüləcəyi qaydasını təqdim edir. 13 saylı BMHS-nın qəbul edilməsi Qrupun 

ədalətli dəyərlə uçota alınmış aktivlərinin və öhdəliklərinin ölçülməsinə  əhəmiyyətli təsir göstərmir. Bundan 

əlavə 13 saylı BMHS ədalətli dəyər üzrə xüsusi məlumatların açıqlanmasını  tələb edir ki, bunların bəziləri 

digər standartlarda (o cümlədən 7 saylı BMHS “Maliyyə alətləri: Məlumatların açıqlanması” standartında) 

məlumatların açıqlanmasına dair mövcud tələbləri  əvəz edir. Bu məlumatların bəziləri BMUS 34.16 A(j) 

tərəfindən xüsusi olaraq maliyyə alətləri üçün tələb olunur, beləliklə  də konsolidasiya edilmiş maliyyə 

hesabatlarının müddətinə təsir göstərir. Bu məlumatların açıqlamasını Qrup 6-cı Qeyddə təqdim edir. 



 

Buraxılmış, lakin hələ qüvvəyə minməmiş standartlar  

 

Bu düzəlişlər 1 yanvar 2013-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlərə tətbiq edilir. Bu düzəlişlər 



Qrupa təsir göstərməyəcək. 

 

9 saylı BMHS “Maliyyə alətləri”.  Buraxılmış 9 saylı BMHS BMUSK-un bu standartın  əvəz edilməsi üzrə 

işinin ilk mərhələsidir və 39 saylı BMUS-da müəyyən edilmiş maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin 

təsnifatı  və ölçülməsinə  tətbiq edilir. Standart ilkin olaraq 1 yanvar 2013-cü il tarixində  və ya bu tarixdən 

sonra başlayan illik dövrlərə tətbiq edilirdi, lakin 2012-ci ilin dekabr ayında buraxılmış “9 saylı BMHS-ın icbari 

qüvvəyə minməsi tarixi və keçid haqqında açıqlamalar” adlı 9 saylı BMUS-a düzəlişlər icbari qüvvəyə minmə 

tarixini 1 yanvar 2015-ci il tarixinə keçirdi. Sonrakı  mərhələlərdə BMUSK hedcinqin uçotu və maliyyə 

aktivlərinin dəyərsizləşməsi kimi məsələlərə baxacaqdır.  

 

İnvestisiya müəssisələri (10 saylı BMHS, 12 saylı BMHS və 27 saylı BMUS-a düzəlişlər). Bu düzəlişlər 

1 yanvar 2014-cü il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərə tətbiq edilir və 10 saylı BMHS 

əsasında investisiya müəssisəsi anlayışına uyğun olan müəssisələr üçün konsolidasiya tələbi ilə bağlı bir 

istisnanı nəzərdə tutur. Konsolidasiya ilə bağlı istisnaya görə investisiya müəssisələri törəmə müəssisələrini 

ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan aktivlər kimi uçota almalıdır.  

 

32 saylı BMUS-a Düzəlişlər “Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi”. 

Bu düzəlişlərdə “hazırda qanuni qüvvəyə minmiş qarşılıqlı  əvəzləşdirmə hüququna malikdir” sözləri izah 

edilir. Eyni zamanda düzəlişlər sinxron olmayan ümumi hesablaşma mexanizmlərini tətbiq edən hesablaşma 

sistemlərinə (məsələn, mərkəzi hesablaşma sistemləri) qarşılıqlı  əvəzləşdirmə meyarının tətbiqi qaydasını 

izah edir. Düzəlişlər 1 yanvar 2014-cü il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərə tətbiq edilir.  

 

15 saylı BMHS “Yeni gəlirlərin tanınması standartı”. 15 saylı BMHB gəlir  əməliyyatının və ya fəaliyyət 

sahəsinin növündən asılı olmayaraq müştəri ilə müqavilədən əldə edilmiş gəlirlərə tətbiq ediləcək (məhdud 

sayda istisnalar olmaqla) 5 mərhələli model yaradır. Standartın tələbləri həmçinin müəssisənin adi 

fəaliyyətinin (misal, əsas vəsaitlərinin və qeyri-maddi aktivlərin satışı) nəticəsi olmayan bəzi qeyri-maliyyə 

aktivlərinin satışı üzrə  mənfəət və ya zərərlərin tanınması  və qiymətləndirilməsinə  tətbiq ediləcək. Geniş 

açıqlamalar, o cümlədən icra öhdəlikləri üzrə cəmi gəlirlər haqqında məlumatın tərkib hissələrə bölünməsi, 

müqavilə üzrə aktiv və öhdəlik hesablarının dövrlərarası qalıqlarında dəyişikliklər və  əsas mühakimələr və 

ehtimallar tələb olunacaq. Standart 1 yanvar 2017-ci il tarixində başlayan və bu tarixdən sonrakı illik dövrlərə 

tətbiq ediləcək. Erkən tətbiqetməyə icazə verilir. Müəssisələr ya tam retrospektiv yanaşma ya da 

dəyişdirilmiş retrospektiv yanaşmaya riayət etməklə bu standarta keçəcəklər. Dəyişdirilmiş yanaşma 

standartın cari dövrdən başlayaraq mövcud müqavilələrə tətbiqinə imkan verəcək. Mövcud BMHS-na uyğun 

olaraq cari dövrün gəlirləri haqqında müqayisəli məlumat təqdim ediləndə bu yanaşmaya əsasən müqayisə 

oluna bilən dövrlər üzrə yenidən hesablamaların aparılması tələb olunmayacaq. 

 

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə