Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(42) 


10 Ticarət və sair debitor borcları (davamı) 

 

Debitor borcları əsasən Qrupun müştərilərinə satılmış xam neft, neft məhsulları və təbii qaza görə alınacaq 

məbləğləri əks etdirir. Qrup hazırkı qeyddə göstərilənlər istisna olmaqla təminat şəklində girov saxlamır. 

 

31 dekabr 2013-cü il tarixinə 4,017 AZN (2012: 4,116 AZN) məbləğində debitor borcları, əsasən ABŞ dolları 



olmaqla, xarici valyutalarda ifadə olunmuşdur. 

 

Büdcədən tələb edilə bilən ƏDV hesabat tarixinə alışlar üzrə əvəzləşdirilməmiş ƏDV-ni əks etdirir. Büdcədən 



tələb edilə bilən ƏDV alışlar üçün ödəniş aparıldıqda satışlar üzrə ƏDV ilə əvəzləşdirilə bilər. 

 

Debitor borclarının dəyərsizləşməsi üzrə ehtiyatın hərəkəti aşağıda göstərilir: 



 

2013 2012

 

 



1 yanvar tarixinə 

200 215

İl ərzində ümidsiz borclar kimi silinmiş debitor borcları, bərpa edilmiş məbləği 

çıxmaqla 

– (21)


Ehtiyatda xalis dəyişiklik 14 

 



 

 

 



31 dekabr tarixinə 

214 200

 

 



 

Dəyərsizləşmiş debitor borclarına əsasən dövlət və kommersiya müəssisələrinə təchiz edilmiş neft, təbii qaz 

və neft məhsulları üçün vaxtı keçmiş (360 gündən çox) borclar aiddir. 

 

Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş maliyyə aktivlərinin müddət üzrə təhlili: 



 

2013 2012

 

1-30 gün vaxtı keçmiş 255 

208 

1-3 ay vaxtı keçmiş 



38 91 

3 aydan çox vaxtı keçmiş 395 

303 

 

 



 

 

Cəmi vaxtı keçmiş debitor borcları 688 



602

 

 



 

31 dekabr 2013-cü il tarixinə 688 AZN (2012-ci il: 602 AZN) məbləğində debitor borclarının vaxtı keçmişdir. 

Qrup cəmi 2 AZN (2012-ci il: 6 AZN) məbləğində zəmanət məktubları və akkreditivlər saxlayır. 

 

 



11 Mal-material 

ehtiyatları 

 

 

2013 2012

 

 



 

Hazır məhsul 

323 368 

Yolda olan mallar 

320 150 

Xammal və ehtiyat hissələri 310 

363 

Xam neft 



136 306 

Başa çatdırılmamış işlər 96 

76 

Sair 


12 10 

 

 



 

 

 



 

Cəmi mal-material ehtiyatları 1,197 

1,273

 

 



 

 

 



12 Sair 

uzunmüddətli aktivlər 

 

31 dekabr 2013-cü il tarixinə sair uzunmüddətli aktivlər  əsasən 157 AZN (2012-ci il: 81 AZN) məbləğində 



əsas vəsaitlərin alınması üçün uzunmüddətli ödənişləri və 39 AZN (2012-ci il: 39 AZN) məbləğində ƏDV üzrə 

debitor borclarını və digər uzunmüddətli aktivləri əks etdirir. 

 

 

 




Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(43) 


13 Sair 

maliyyə aktivləri 

 

Cari 



 

31 dekabr 2013-cü ildə  sair  cari  maliyyə aktivləri  əsas etibarı ilə üçüncü tərəflərdən 50 AZN (2012-ci ildə: 

78 AZN) məbləğində alınacaq qısamüddətli kreditlərdən və 61 AZN məbləğində (2012: 52 AZN) məbləğində 

marja depozitləri və qiymətli kağızların ticarəti üzrə reallaşdırılmamış  nəticələr və digər maliyyə aktivlərinə 

aid olan qalıqlardan ibarət idi. 

 

Uzunmüddətli 



 

5 oktyabr 2009-cu il tarixində Palmali ilə imzalanmış, 6 noyabr 2009-cu il və 30 mart 2010-cu il tarixlərində 

düzəlişlər edilmiş kredit müqaviləsinə uyğun olaraq, Qrup 30 sentyabr 2015-ci il tarixinə  qədər illik LİBOR 

üstəgəl 4.5 faiz dərəcəsi ilə 120 milyon ABŞ dolları (94 AZN) məbləğində kredit ayırmışdır.  Əsas və faiz 

məbləği hər rüb ödənilməlidir. 

 

31 dekabr 2013-cü il tarixinə Palmaliyə verilmiş kredit üzrə alınacaq məbləğin balans dəyəri 65 AZN  



(2012-ci il: 74 AZN) olmuşdur. 

 

Qrup və Palmalinin səhmdarları arasında 7 oktyabr 2009-cu il tarixində imzalanmış  Səhmlərin Girovu 



haqqında Sazişə  və Korporativ Zəmanətə uyğun olaraq qarşı  tərəf 514 ümumi təsdiqlənmiş  və buraxılmış 

səhmdən 340 səhmi və Palmalidəkı müvafiq iştirak payını yuxarıda qeyd olunan kredit müqaviləsinin yerinə 

yetirilməsinin təminatı kimi girov qoymuşdur. Bundan əlavə, xam neft və neft məhsullarının nəqli ilə bağlı 

20 mart 2008-ci il tarixində Qrupun törəmə müəssisələrindən biri ilə imzalanmış  nəqliyyat xidmətləri üzrə 

müqaviləyə uyğun olaraq, Palmali əldə etdiyi və ya əldə edəcək ümumi gəlirlər və vəsaitlərdəki bütün hüquq 

və paylarını Qrupun xeyrinə girov qoymuşdur. Yuxarıda qeyd olunan girov müqavilələri Palmalinin Qrup 

qarşısında öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. 

 

31 dekabr 2013-cü il tarixinə Qrupun həmçinin Trans Adriatik qaz boru kəmərinin planlaşdırılması, inkişafı və 



tikintisi məqsədilə yaradılmış birgə müəssisə Trans Adriatik Boru Kəmərindən (TABK) 30 AZN (2012: 

10 AZN) məbləğində debitor borcu, 33 AZN (2012-ci il: 29 AZN) məbləğində asılı müəssisə olan BTC Co-dan 

uzunmüddətli dividendlər üzrə debitor borcu və digər maliyyə aktivləri olmuşdur. 

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə