Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   2   3   4   5   6   7   8   9   10   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(13) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Maliyyə aktivləri (davamı). Sərbəst surətdə alınıb-satılan investisiya qiymətli kağızlarının ədalətli dəyəri cari 

bazar qiymətlərinə  əsaslanır. Maliyyə aktivləri bazarı (həmçinin birjaya çıxarılmayan qiymətli kağızlar üzrə) 

aktiv olmadığı təqdirdə, Qrup, ədalətli dəyəri qiymətləndirmə üsullarından istifadə etməklə müəyyən edir. Bu 

üsullara bazar göstəricilərindən maksimum istifadə etmək və müəssisənin göstəricilərindən daha az asılı 

olmağı  nəzərdə tutan, müstəqil tərəflər arasındakı  ən son əməliyyatlar, mahiyyət etibarı ilə eyni xarakter 

daşıyan sair maliyyə alətlərinə istinad, diskontlaşdırılmış pul vəsaitlərinin hərəkətinin təhlili və opsiyonların 

qiymətləndirilməsi modelləri daxildir. 

 

Qrup hər hesabat tarixində maliyyə aktivlərinin və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsinə dair 



obyektiv sübutun olub-olmamasını müəyyən edir. Satış üçün mövcud olan qiymətli kağızlar kimi 

təsnifləşdirilən pay qiymətli kağızları ilə  əlaqədar qiymətli kağızın  ədalətli dəyərinin onun maya dəyərindən 

əhəmiyyətli dərəcədə və ya davamlı şəkildə azalması, həmin qiymətli kağızların dəyərsizləşməsi əlaməti kimi 

nəzərə alınır. Satış üçün mövcud olan maliyyə aktivləri üzrə bu cür dəlil olduqda, alış dəyəri ilə cari ədalətli 

dəyər arasında fərq kimi qiymətləndirilən ümumi zərər,  əvvəlki dövrdə  mənfəət və ya zərərdə  həmin aktiv 

üzrə qeydə alınmış hər hansı dəyərsizləşmə üzrə zərər çıxılmaqla, kapitaldan silinərək mənfəət və ya zərər 

və digər məcmu gəlir haqqında hesabatda qeydə alınır. Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında 

hesabatda pay alətləri üzrə qeydə alınan dəyərsizləşmə üzrə zərər mənfəət və ya zərərdə bərpa edilmir. 

 

Maliyyə öhdəlikləri. Qrup öz maliyyə  fəaliyyətini aşağıdakı kateqoriyalara təsnifləşdirir: (a) satış üçün 

nəzərdə tutulan maliyyə öhdəlikləri, həmçinin maliyyə derivativləri daxil olmaqla və (b) sair maliyyə 

öhdəlikləri. Satış üçün nəzərdə tutulan öhdəliklər  ədalətli dəyərdə uçota alınır. Həmin öhdəliklərin 

dəyərindəki dəyişikliklər onların yarandığı dövrdə konsolidasiya edilmiş mənfəət və ya zərər və digər məcmu 

gəlir haqqında hesabatda uçota alınır. Sair maliyyə öhdəlikləri amortizasiya olunmuş dəyərdə uçota alınır. 

 

Maliyyə aktivlərinin uçotdan silinməsi. Qrup aşağıdakı hallarda maliyyə aktivlərini uçotdan silir: (i) aktivlər 

geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda 

və ya (ii) Qrup bu aktivlər üzrə mülkiyyət hüququ ilə  əlaqədar bütün risk və faydaları  əsas etibarilə başqa 

tərəfə ötürdükdə  və ya (iii) Qrup bu aktivlərin mülkiyyət hüququ ilə  əlaqədar bütün risk və faydaları  əsas 

etibarilə ötürmədikdə  və ya saxlamadıqda, lakin həmin aktivlər üzrə  nəzarət hüququnu özündə 

saxlamadıqda. Nəzarət qarşı tərəfin öz mülkiyyətində olan aktivi satış üzrə əlavə məhdudiyyətlər qoymadan 

asılı olmayan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır. 

 

Maliyyə öhdəliklərinin uçotdan silinməsi. Qrup maliyyə öhdəliyini bu öhdəlik üzrə  məsuliyyətdən azad 

olduqda, həmin öhdəlik ləğv edildikdə və ya müddəti başa çatdıqda uçotdan silir. Mövcud maliyyə öhdəliyi 

eyni borcverən tərəfindən  əhəmiyyətli dərəcədə  fərqli  şərtlər ilə başqa bir öhdəlik ilə  əvəz edildikdə  və ya 

mövcud öhdəliyin  şərtləri  əhəmiyyətli dərəcədə  dəyişdirildikdə, bu cür mübadilə  və ya dəyişiklik müvafiq 

balans məbləğindəki fərqin hər hansı çəkilmiş xərclər və komissiya haqları ilə birlikdə mənfəət və ya zərərdə 

uçota alınması şərtilə, ilkin öhdəliyin uçotdan silinməsi və yeni öhdəliyin uçota alınması kimi nəzərə alınır. 

 

Maliyyə  zəmanəti razılaşmaları. Maliyyə  zəmanəti razılaşmaları maliyyə aləti üzrə  şərtlərə  əsasən 

ödənilməli olan vaxtda borclu tərəfin ödəməni yerinə yetirə bilmədiyi zaman yaranan zərərin əvəzinin Qrup 

tərəfindən ödənilməsini tələb edən razılaşmalardır. Maliyyə  zəmanəti razılaşmaları ilkin olaraq birbaşa 

zəmanətin emissiyası ilə bağlı olan sövdələşmə  xərcləri nəzərə alınmaqla  ədalətli dəyər  əsasında öhdəlik 

kimi uçota alınır. Daha sonra, öhdəlik hesabat tarixinə olan cari borcun ödənilməsi üçün tələb olunan 

xərclərin və yığılmış amortizasiya çıxılmaqla qeydə alınan məbləğin daha yüksək olan dəyəri ilə ölçülür. 

 

Ticarət və sair debitor borcları. Ticarət və sair debitor borcları effektiv faiz metoduna əsasən amortizasiya 

olunmuş  dəyərdə qeydə alınır. Qrup əvvəlcə  fərdi olaraq mühüm olan maliyyə aktivləri və ya fərdi olaraq 

mühüm olmayan maliyyə aktivləri qrupu üçün dəyərsizləşmənin obyektiv sübutunun olub-olmamasını test 

edir. Əgər Qrup fərdi olaraq test edilmiş maliyyə aktivinin dəyərsizləşməsi üçün obyektiv sübutun olmadığını 

müəyyən edərsə, aktivi eyni kredit risk xarakteristikası olan maliyyə aktivləri qrupuna daxil edir və bu qrup 

üçün kollektiv dəyərsizləşmə testini keçirir. Fərdi olaraq dəyərsizləşmə testi edilmiş  və  dəyərsizləşmə üzrə 

zərərin qeydə alındığı aktivlər kollektiv dəyərsizləşmə testinə daxil edilmir. Debitor borclarının 

dəyərsizləşməsi üzrə ehtiyat, Qrupun müəyyən edilmiş ilkin müddətdə borc məbləğlərini tam toplaya 

bilməyəcəyinə obyektiv sübutlar mövcud olduqda yaradılır. Ehtiyatın məbləği, aktivin balans dəyəri ilə əvvəlki 

effektiv faiz dərəcəsinə əsasən diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin dəyəri arasındakı fərqi təşkil 

edir. Ehtiyatın məbləği mənfəət və ya zərər kimi uçota alınır. Debitor borcunun dəyərsizləşməsi məsələsinə 

baxarkən Qrupun nəzərə aldığı  əsas amillər həmin debitor borcunun vaxtı keçmiş statusu və onun 

realizasiya oluna bilməsi yaxud hər hansı girov təminatının olmasıdır.  

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə