Microsoft Word Alma turshusu doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix11.06.2018
ölçüsü0,79 Mb.
#47986
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

41 

 

 



Qara qarağat          1000-2140      üzüm           310-400 

Gavalı                    110-1080        gilənar         150-170 

Armud                   220-450           çiyələk          80-150 

Qırmızı qarağat     290-430            moruq          50-100 

                                                       kök                 40-70 

                                         mətbəxt çuğunduru      10-70 



U vitamini bu viaminin adı latın sözünün ilk 

hərfləri olan ulcer sözündən götürülmüşdür ki, bu da 

xora deməkdir. Başqa sözlə bütün xora xəstəliyin 

dərmanı kimi də adlandırırlar. Bu mədə-bağırsaqlarda 

yaranan yaraların sağalmasına köməklik edir. Kimyəvi 

tərkibinbinə görə xlorid metilmetioninsulfoniyadır. 

Biosintetik prosseslərdə metil qrupu ehtiyatlarını 

yardımçısıdır. Bir çox tərəvəzlərdə, xüsusi ilə də ağbaş 

kələmdə onun miqdarı daha çoxdur mq%: 

 

Ağbaş kələm                                       16,4-10,7    



Gül kələm                                           4,0-6,0  

Kolrabi                                               12,9 

Kərövüz yarpağında                           3,8 

mərəçöyüm qulançar, quşqonmaz      7,3-11,7 

mətbəx çuğunduru                              14,6  

cəfəri yarpağında                                6 

 

U vitamini bitkilərin müxtəlif orqanlarında və  



onların ehtiyat toxumalarında müxtəlifdir. Misal üçün 

ağ baş kələmin səthindəki yaşıl yarpaqlarda, daxilində 

olan ağ rəngli yarpaqlara nisbətən U vitamini daha çox 

42 


 

olur. Təzə  kələmin  şirəsi və onun qaynadılmış 

məhlulu xalq təbabətində 

mədə-bağırsaq 

xəstəliklərində müalicəvi dərman kimi istifadə olunur. 

Qıcqırdılmış  kələmin duz məhlulundan da bu 

xəstəliyin müalicəsində istifadə etmək olar. 

 

Yağda həll olan vitaminlər. 



 

A vitamini (petinol)- bitkilərdə o karotin 

piqmenti  şəkilində olur. Karotinin bir neçə izomeri 

mövcuddur. Ən çox fizioloji əhəmiyyət kəsb edəni 

-

karotindir.  İnsan və heyvan orqanizmində onun bir 



molekulundan iki molekula A vitamini əmələ gəlir. Bu 

vitaminin çatışmamazlığı epitelial toxumalarının 

təzələnməsi və    fəaliyyətini pisləşdirir. Bu səbəbdən 

də  xəstəlik törədən mikroorqanizmlər asanlıqla hava 

yolları ilə insan orqanizminə daxil olaraq olaraq 

soyuqlama xəstliyinə  səbəb olur. A vitaminin az 

olması görmə  fəliyyətini zəiflədir, kartofun yaşıl 

bitkilərin yarpaqlarında xlorofilin əmələ  gəlməsini 

təminedir. 

Onun miqdarı ispanaqda, savoy kələmində, göy 

noxudda, tərəvəz lobyasında 0,2-2,5 mq% qədər olur. 

Karotinlə zəngin olan kökdə-8,0-12 mq%, pomidorda-

1,5-2, ərik və sarı ətli şaftalıda-1-2, sarı ətli yemişdə, 

itburnuda-6-8 mq% olur. 

Karotin temperatura qarşı davamlıdır. 

Qızdırdıqda və məhsulu bişirdikdə hava daxil olmazsa 

onun itkisi 10-20%-dən çox olmur. 



43 

 

Eyni zamanda oksidləşməyə davamsızdır, 



xüsusilə  qızdırdıqda bu səbəbdən də  onu 

konservləşdirməkdə havanın olmamasına çalışırlar. 

ərik məhsulun açıq havada qurutduqda karotinin 

itgisinin miqdarı ilkin göstəricisinin 50%-i qədər olur. 

A vitamini ehtiyyat kimi qara ciyərdə toplanır. 

D-vitamini (kalsi ferol)- bu vitaminin 

orqanizmdə çatışmamazlığı orqanizmdə fosfor-kalsim 

mübadiləsinin pozulmasının 

əmələ 


gəlməsi 

ləngiyir,belə hal uşaqlarda raxit xəstəliyinin baş 

verməsinə  səbəb olur Buna görə  də D vitamini anti 

raxit adlandırırlar. 

Kimyəvi quruluşuna görə bu vitamin 

sterollarının törəməsidir. Orqanizimdə D vitamini 

normal qidalanma zamanı günəş radiasiyası təsirindən 

yaranır. O bir sıra heyvani mənşəi qidaların tərkibində 

mövcuddur. 

Bitki orqanlarında D qrupu vitminləri çox azdır, 

lakin onların provitaminləri sterol və sterinlər 

mövcuddur. Qurluşuna görə bunlar tsiklik spirtləridir. 



E-vitamini (tokoferol) –Bu vitamin ana 

bətnində dölün inkişafını nizamlayır. Bunun 

çatışmamazlığı  nəticəsində dölün inkişafı pozulur. 

Eyni zamanda onurğa beynində fəaliyyət pozulur. 

E vitamininin vacib mənbələri bitki yağları 

çaytikanı  və digər göyərtilər, kələm tərəvəzləridir. 

İnsan orqanizmində yağ toxumaları toplanır. 

Eyni zamanda E vitamininin insan 

orqanizmində antioksidant rolu müəyyən olunub. O 

44 


 

digər maddələri də oksidləşmədən qoruyur, ilk 

növbədə lipidləri. 

K- vitamini (filloxinon) qanın laxtalanmasını 

nizamlayır. Bunun çatışmaması 

nəticəsində 

orqanizmdə öz-özünə qan axma baş verir, xüsusi ilə də 

burunda. Eyni zamanda qaraciyərin tromb hazırlama 

funksiyası ləngiyir. 

K-vitaminin vacib mənbələri-tərəvəz bitiləri 

xüsusilə ispanaq, salat, kələm tərəvəzləri, pomidor 

heyvanların ciyəridir. Sağlam adamların qaraciyəri 

normal fəaliyyət göstərdikdə bağırsaq mikroflorası 

kifayət qədər bu vitaminin yaranmasına səbəb olur. 

K vitamini temperatura davamlıdır, işıqda 

oksidləşir. 

F-vitamini  bu doymamış-Linol, Linolen, 

araxidon, yağ turşularıdır. Bu vitamin bitki yağlarında 

olur.  Ən çox zeytun, günəbaxan və qoz yağlarında 

olur. Bu maddə yağların mənimsənilməsi və 

toxumlarda xolestrinin artmasının qarşısını alır yəni 

atrosklerozun inkişafına mane olur. 

 

Mineral maddələr 

 

Meyvə 


tərəvəzin külünün spessifik 

xüssusiyyətlərindən biri onların qələvi xarakterdə 

olmasıdır. Lakin bir sıra geniş yayılmış yeyinti 

məhsulları vardır ki, ət balıq, yumurta, un 

malumatlarının külün də olan mineral maddələr turşu 

xarakterlidir. 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə