Microsoft Word Alma turshusu doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix11.06.2018
ölçüsü0,79 Mb.
#47986
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

37 

 

Bu vitaminin çatışmamazlığı  görməni zəiflədir



boy artımına mane olur və  əsəb sisteminin 

pozulmasına səbəb olur. 

B



vitaminin  əsas mənbəi qabığı soyulmamış 



buğda dənlərindən  əldə olunmuş undan hazırlanan 

çörək, xəmir və pivə mayalarıdır. 



B

2

 vitamini (riboflavin)-bu vitamin əsasən gül 

kələm, göy soğan göy noxud, armud, meşə 

çiyələyində daha çox olur. İnsan üçün bu vitaminin 

əsas mənbəyi heyvanın cecəyi, çörək və pivə 

mayalarıdır. 

Vitamin B

3

 (pantoten turşusu). Bu vitamin 

çatışmamazlığı ayaq barmaqlarının keyləşməsi ilə 

müşahidə olunur. İnsan bədənin dəri zədələnməsi 

daxil orqanların selikli qabığının zədələnməsinə səbəb 

olur. Bu vitaminlər göyərti tərəvəzlərdə, çörək 

mayaları  və pivə mayalarında heyvan ciyərində daha 

çox olur. 

Vitamin B



(PP-nikotin turşusu və nikotin 

amid)-bu  əsasən insan orqanizminin dərsini soyuq 

dəymədən qoruyur əsasən dərinin günəşlə  işıqlanan 

hissəsini. Müəyyən olunmuşdur ki, B

5

 vitamininin 



çatışmamazlığı o zaman baş verir ki, qidanın 

tərkibində triptofan amin turşusu çatışmır. Bu vitamin 

çovdar çörəyində, heyvanların ciyərində kifayət qədər 

olur. 


Vitamin B

6

(

 

piridoksin)-orqanizmdə zülal və 

lipidlərin dəyişməsini nizamlayır. Onun insan 

bədənində çatışmamazlığı qan əmələ  gəlməsini 

38 


 

çətinləşdirir. Bu vitamin işığa qarşı davamsızdır. 

Xüsusən yaşıl tərəvəzlərdə, tərəvəz noxudunda, 

yumurta sarısında, ətdə və balıqda daha çoxdur. 



Vitamin B

12

 (siankobalamin)-bunun 

çatışmamazlığı qan azlığının aşağı düşməsi səbəb olur. 

Bu vitaminin molekulalarının quruluşu aşkarlanaraq 

müəyyən edilmişdir ki, onların tərkibində kobalt 

elementi vardır, onun kristaları  qırmızı  rəngə 

boyanmışdır. Günəş  şüaları  təsirindən bu vitamin öz 

fəallğını tez itirir. Lakin qaranlıqda o uzun müddət 

fəallığını qoruyub saxlayır.  

Bu vitamin ən çox ət, balıq və yumurtada olur. 

İstehsalatda bu vitamin preparatını 

asetonbutilinv tullantilarının mikrobioloji sintezindən 

alırlar. 



Vitamin B

15

 (panqam tuşşusu)-  hava 

çatışmamazlığı zamanı müsbət təsirə malikdir. Bir çox 

qida maddələrinin tərkibində mövcuddur. 

Vitamin B

c

 (foli turşusu)- ilk dəfə, bu vitamin 

ispanaq yarpaqlarından alındığından buna bu ad 

verilmişdir. Bu vitaminin çoxluğu digər yaşıl yarpaq 

tərəvəzlər üçün də xarakterikdir. B

c

 vitamini fəallğı ilə 



bir sıra kimyəvi birləşmələrin qurluşuna uyğun gəlir. 

Bunlardan  əsası pteroilqlutamin turşusudur. Bu 

 

vitamin çatışmamazlığı boy artımını dayanmasına təsir 



edir. 

Meyvə-tərəvəzlərin tərkibində bu vitaminin 

miqdarı 0,1-0,2 mq% qədər olur. Lakin göyərti 

tərəvəzlərdə, xüsusi ilə  də  kələmin müxtəlif 




39 

 

növlərində, çiyələkdə bu vitaminin miqdarı daha 



yüksək olur. 

Ədəbiyyatların məlumatlarından aydın olur ki, 

foliturşusu insan və heyvanın bağırsaqlarında sintez 

olunur. Qara çörək, onun mayası, pivə mayası, 

heyvanın qaraciyəri bu vitaminlərlə zəngindir. 

C Vitamini (askorbin turşusu)- ən çox meyvə 

tərəvəzlərin tərkibində yayılmışdır.  İnsanın 1 gün 

ərzində C vitamininə olan təlabatı 100-200 mq 

olmalıdır. Uşaqlar, hamilə qadınlar,  əqli zəif olan 

insanlar üçün bu təlabat norması artıq olmalıdır. C 

vitamininin orqanizmdə çatışmamazlığı  nəticəsində  

yorqunluq, baş ağrısı müşayət olunur. 

Tərkibində vitamin C-nin miqdarı çox olan və 

əhali tərəfindən daha çox istifadə olunan meyvə 

tərəvəzlər üçün xarakterik olan göstərici aşağıdakı 

miqdardadır mq%: 

Tərəvəz bibəri       – 200-400            itburnu              – 100-5000 

Qıtıqotu kökü        – 150-200            Qoz                   - 100-1000 

Brüssel kələmi       – 70-100             Qara qarağat        - 100-400 

Savoy kələmi         – 50-150              Meşə quşarmudu    - 20-50 

Gül kələm              – 50-100              Çiyələk                – 30-100 

Kolrabi                   – 50-70               Alma                        – 5-30 

Qırmızı baş kələm  – 50-100             Armud                      - 5-10 

Ağ baş kələm          – 30-70               Limon                    – 50-60 

Cəfəri (göyərti)      -100-190              Portoğal                – 40-50 

Kəvər                       - 15-60               Naringi                   - 20-40 

Turp                         - 20-30               Üzüm                       - 5-10 

Qırmızı turp             - 15-25               Ərik                         - 5-10 

Mətbəx çuğunduru   – 5-10                Şaftalı                       -5-10 

Kök                          - 5-10                 Qırmızı qarağat     – 10-50 

40 


 

Kartof                       -10-30          Moruq                        - 10-30 

Pomidor                    -20-40          Gilənar                        -10-15 

Xiyar                        -5-10             Gavalı                        - 15-20 

Yemiş                       -10-40          Gavalı                         - 15-20 

Qarpız                       - 5-15           Quşüzümü                   -10-30 

C vitamini, meyvə-tərəvəzin orqanlarında qeyri 

bərabər olmayan miqdarda paylanır. Bunun miqdarı 

meyvənin qabığında onun daxilində 3-5 dəfə çox olur. 

Kələmin saxlanmaya davamlı sortlarının tərkibində 

40-50 mq% C vitamini var. Onun özəyində bu miqdar 

80-100 mq%-ə çatır. Bu səbəbdən də  kələmi 

qıcqırmaya qoyan zaman kələmin özəyini ayırmaq 

yox, onu xırdalayaraq birlikdə qıcqırmağa qoyurlar. 

Yaşıl tərəvəzlər, göy soğan, ispanaq, kahı yığım 

vaxtı  və bir az yüksək temperaturda bir neçə müddət 

qaldıqda,  əsasəndə günəş altında olduqda C 

vitamininin böyük hissəsini itirir. 

C vitaminin ən yaxşı qorunub saxlanması üsulu 

meyvə-tərəvəzin dondurularaq mənfi temperaturda 

saxlanmasıdır. Belə  məhsullarda C vitamini özünün 

əvvəlki, miqdarının 90%-ni saxlayır. 



D vitamini (sitrin) bu vitaminin çatışmamazlığı 

nəticəsində qan daşıyan kapliyarların kövrəkliyi artır. 

İlk dəfə bu vitamin limonun qabığından ayrılıb və ona 

sitron adı da burdan verilib.Müyyən edilmişdir ki, C 

və P vitaminlərinin gücü birlikdə daha təsirli olur. 

Bunlar ayrı-ayrılıqda öz təsirini itirir. 

Tərkibində yüksək miqdarda P-aktiv maddənin 

olması ilə  aşağıdakı meyvə, giləmeyvə  və  tərəvəzlər 

fəqlənir, mq%: 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə