Microsoft Word Alma turshusu doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix11.06.2018
ölçüsü0,79 Mb.
#47986
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

49 

 

rolunu oynayır. Maqnezium, manqan, sink, mis 



(dəmirlə) birlikdə orqanizmdə oksidləşmə  və 

bərpaolma prosseslərində iştrak edir. 

Bu maddələrlə çiləmə vasitəsi ilə yemləmə 

meyvə-tərəvəz bitkilərində  məhsuldarlığı,  şəkərliliyi, 

vitaminlərin miqdarını yüksəldir. 

Molibden azotlu maddələrin bitkilər tərəfindən 

mənimsənilməsinə  təsir göstərir. Bor bir sıra meyvə-

tərəvəzlərdə maddələr mübadilməsin funsional 

pozulmasının dayanaqlılığını artırır. 

Paxlalılar və  kələm tərəvəzləri bitkilərin 

molibdenlə yemlədikdə  nəzərə çarpacaq dərəcədə 

məhsuldarlıq yüksəlir. 

Bir və molibdenlə  kələmi yemlədikdə 

zərərvericilər tərəfindən kələmin nöqtəvi zədələnməsi, 

çuğundurda isə özəyinin qaralması kəskin azalır. İnsan 

orqanizmdə yodun əhəmiyyəti, onun qalxanvari vəzin 

tərkibindəki hormona trioksinə daxil olmasıdır. Yodun 

çatışmamazlığı qidada olduqda bu hormonun sintezi 

pozulur və qalxanvari vəzdə xəstəlik inkişafa başlayır. 

İnsan orqanizminin mikroelementlərə olan 

tələbatı çox böyük deyildir. Ancaq onların qidada 

olması vacibdir. Onların çatışmamazlığı ciddi 

maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bu 

eyni zamanda yerlərdə torpaqda bu mikroelementlərin 

olmaması müşahidə olunur. 

 

 



 

50 


 

Kifayət qədər öyrənilmiş meyvə tərəvəzlərin 

tərkibindəki mikroelementlər. 

 

Məhsullar 

  Ca     Mn 

Zn 

1, 

mkq/100q 

mq/1000q 

Kartof 


1,7-

2,8 


1,5 2,3 

30 


Kök 0,8 

2,3 -  50-70 

Kələm 0,6 1,4  -  20-50 

Kahı 0,4 6,7 1,5 20-50 

Ispanaq 1,2 5,3 2,8  40-60 

Pomidor 0,6  - 04-0,6

Alma 0,8 0,8 -  10-20 



 

İnsan orqanizmi üçün gün ərzində 0,1-0,3 mq 

yod, 1-2 mq manqan və mis, 5-8 mq qədər sink lazımdır. 

Müəyyən edilmişdir ki, bitkiləri mikroelement və 

makroelementlərlə yemlədikdə bitkilərdə süsusi də 

yarpaqlarda yüksək inkişafa səbəb olur. 

Bir neçə meyvələr vardır ki, onlar ayrı-ayrı 

mikroelementlərlə 

zəngindir. Məsələn, feyxoa 

meyvələrinin tərkibində 1500-4000 mkq qədər yod olur 

(1000q-da). 

Bir sıra kimyəvi dərmanların tərkibində hansı ki, 

bitki xəstəlikləri və  zərərvecilərə qarşı  tətbiq edilir, 

onların normaları sanitar orqanlar tərəfindən müəyyən 

edilir. Bunlar mis, qurğuşun,və digər elementlər. Bunlar 

yüksək miqdarda dozaların tətbiqi son nətəcədə 

zəhərlənməyə səbəb olur. 



51 

 

II Fəsil.  Tərəvəzlərin əmtəəlik keyfiyyətləri. 



Becərmə şəraitinin məhsulun keyfiyyət və 

saxlanmasına təsiri. 

 

Məhsulun çoxluğu və keyfiyyəti dedikdə geniş 

anlamda, malın keyfiyyətini, kimyəvi tərkibini, yeyinti 

dəyərini, daşınmaq üçün dərinliyini, saxlamaq və emal 

üçün yararlığını özündə əks etdirir. Bütün bu göstəricilər 

ilk növbədə sortun irsi xüsusiyyətləri ilə müəyyən edilir. 

Sortun xüsusi keyfiyyətlərinin özünü göstərməsi 

əsas etibarı ilə onun hansı bölgədə  və  ərazidə 

becərilməsindən asılıdır. Bu eyni zamnada torpaq, iqlim 

və aqrotexniki tədbirlərin düzgün, vaxtında həyata 

keçirilməsindən də asılıdır. 

Anoloji olaraq torpağın mexaniki tərkibi kökü 

meyvələrin keyfiyyətinə, onların formasının, 

əcaibləşməsinə öz təsirini göstərir. Bu səbəbdən də 

kökümeyvəlilərin saxlanması zamanı itkilərin miqdarı 

çoxalır. 

Nəmliyin çatışmamazlığı  nəzərdə tutulan məhsul 

əldə olunmasını, onun əmtəəlik və yeyinti dəyərini aşağı 

salır. 

Xüsusi ilə kübrə sistemlərinin səmərəli istifadə 



olunmasına, fizioloji aktiv maddələr və pestisidlərin 

istifadəsində diqqət tələb olunur.  

Kübrələrdən istifadə etdikdə  əvvəlcə torpağ 

həmin elementlərlə necə  təmin olunduğunu müəyyən 

etmək lazımdır. Sonradan həmin torpaqlarla veriləcək 

kübrə normaları müəyyən olunur. 

52 

 

Məlumdur ki, bitkilərin yüksək dozada kübrələrlə 



qidalanması onların vegetasiya müddətini uzadır. 

Onların vegetativ orqanı yarpaqların inkişafını 

stimullaşdırır. Bundan 

əlavə, artıq miqdarda 

suvarma, azotun normadan 

artıq olması, toxumların 

ölçülərini artırır, 

toxumlarda sululuq artır 

toxumaların divarlarını 

nazikləndirir, bu da təbii 

olaraq meyvə  tərəvəzlərin 

saxlama zamanı 

davamlılığını azaldır. 

 

                                                                

Kələm başının çəkisi, kq 

 

Şəkil 1. Saxlama zamanı kələm başının çəkisi ilə 

 baş verən itkilər arasındakı asılılıq 

Qeyd etmək lazımdır ki, kələm məhsulunu 

saxladıqda  ən az itkilər orta ölçülü kələm başlarında 

çəkisi 2,5-3 kq olan başlarda yaranır. Böyük kələm 

başları daha çox suvarılan və azot kübrəsi verdikdə 

əmələ gəlir. Belə kələm başları yığıldıqda və daşındıqda 

tez zədələnir, eyni zamanda xəstəlik və  zərərvericilərə 

qarşı davamsız olur, pis saxlanma qabliyətinə malik 

olurlar. 

Çoxlu miqdarda, tərəvəz bitkiləri altına azot 

kübrələrinin verilməsi və çoxlu sayda suvarmaların 



53 

 

həyata keçirilməsi təhlükəlidir. Çünki bu zaman 



məhsulda çoxlu miqdarda nitratlar toplanır və  sonradan 

nitridlərə cevrilir. Bu da insan orqanizmi üçün zədəlidir. 

Bunların artıq olması  zəhərlənməyə  səbəb olur. 

Gündəlik insan orqanizmi üçün nitrat azotunun son 

həddi 500 mq olmalıdır. Uşaqlar üçün isə bu miqdar 

daha az olmalıdır. 

Kalium və fosfor kübrələrindən istifadə olunması 

azotlu kübrələr kimi ümumi məhsulun artımına bir o 

qədər təsir etmir. Lakin bunlar meyvə  tərəvəzlərdə 

ehtiyyat qida maddələrinin toplanmasına kömək 

göstərir. Bitkilərin ölüşgəməsinə qarşı davamlılığı 

artırır. Mexaniki zədələnməyə qarşı, daşınma zamanı 

davamlılığı yüksəldir. 

Mikroelementlərin tərəvəz məhsullarının 

məhsuldarlığının artırılmasında, keyfiyyətinin 

yüksəldilməsində  və daşınmaya qarşı davamlılığının 

yaxşılaşdırılmasında əhəmiyyəti böyükdür. 

Bunların birgə çatışmayan cəhətləri vardır ki, 

onların çatışmamazlığı üzündən kələmdə nöqtəli nekroz

kökümeyvələrin özəyində kürümələrin 

əmələ 

gəlməsidir. Beləliklə aqrotexniki qaydaların çoxu 



tərəvəzçilikdə yetişgənlik müddətinin nizamlanmasına, 

onların emal üçün yararlılığına yönəlməlidir. 

Tərəvəz məhsullarının saxlanması daşınması 

zamnaı yaranan zədələnmə  və itkilər istifadə olunan 

müxtəlif yeşiklərin, çalovların, konteneylərin, polietilek 

kisələrin və kardon karobkaların keyfiyyətindən asılıdır. 

Bütün deyilən qaydalara vaxtında  əməl olunarsa 

keyfiyyətli məhsul əldə etmək olar. 

54 

 

Keyfiyyət analizlərinin aparılması üçün  



 orta nümunələrin seçilməsi 

 

Analiz üçün seçilən orta nümunə bütün məhsul 

partiyasının tam keyfiyyətini  əhatə etməlidir. Orta 

nümunəli müəyyən etmək üçün eyni məhsul 

partiyasından nümunələr götürülür ki, bu  ilkin 

nümunəni təşkil edir. 

Ümumi məhsul partiyasında olan yerlərin 

sayından asılı olaraq 2%-dən 20%-ə  qədərin ağızları 

açılaraq ən azı 3 yerdən nümunələr götürülür. Partiyada 

olan yerlərin sayı (kisələr, çəlləklər, yeşiklər, şüşə qablar 

və sairə) götürüləcək nümunələrin sayı qüvvədə olan 

standartlar və ya texniki şərtlərlə müəyyən edilir. 

Məhsul partiyasının eynicinsli olmasını müəyyən üçün 

götürülən nümunələr biri-birilə tutuşdurulur,  əgər onlar 

keyfiyyət göstəricilərinə görə fərqlənirlərsə onda hər bir 

qabdan ayrı-ayrı nümunələr götürülür. Lazım gəlirsə 

bütün məhsul partiyası çeşidlənərək bircinsli şəkilə 

salınır və  hər eyni olan məhsul qabında  orta nümunə 

götürülür. 

Nümunənin seçilməsi qaydaları  və texnikası 

məhsulun fiziki vəziyyətindən və xüsusiyyətindən 

asılıdır. Misal üçün: mayelərdən, meyvə giləmeyvə 

ekstratları,  yaxıcı  məhsullar tomat pastası, səpici 

materiallar, yarma, un, şəkər tozu, böyük hissələrdən 

ibarət məhsullar meyvələr, tərəvəzlərdir. 

Maye və yarım qatı  məhsullardan nümunə 

götürmək üçün onlar diqqətlə qarışdırılır. Çəlləklər isə 

bir yerdən digər yerə diyirlədərək götürülür. 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə