Microsoft Word Alma turshusu doc


,1n sulfat turşusu məhlulu fiksanaldan  hazırlanmır.  12



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix11.06.2018
ölçüsü0,79 Mb.
#47986
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

85 

 

11. 0,1n sulfat turşusu məhlulu fiksanaldan 

hazırlanmır. 

12. 1%-li nişasta məhlulunu hazırlamaq üçün 1 

q nişastanı az miqdarda suda isladaraq üzərinə 90 ml 

qaynar su əlavə edirlər. Sonra onu 1-2 dəqiqə 

qaynadaraq isti halda filtrləyirlər. 

 

 

Nişastanın fermentativ hidroliz üsulu ilə təyin 



 

Nişastanın miqdarının dəqiq təyin olunması 

üçün, xüsusi ilə  də onun miqdarı az olan meyvə-

tərəvəzlərdə fermentativ hidroliz üsulundan istifadə 

olunur. Bu üsulun əsas prinsipi ondan ibarətdir ki

nişasta fermentin təsirindən suda həll olan maltoza və 

dekstrin formasına keçirilir. Hidroliz nəticəsində 

alınan məhlulu bitki kütləsindən ayırmaq üçün 

filtirləyirlər. Sonra şəkərlər turş hidrolizlə qlükozaya 

çevrilir və məhlulda onun miqdarı müəyyən edilir. 

Hidrolizdən əvvəl və sonra qlükozanın miqdarı 

arasındakı fərqə əsasən nişastanın miqdarı hesablanır. 

Tərkibində nişasta olan meyvə  və  tərəvəzlərdən 20-

25q (kartofdan isə 3-5q) xırdalanaraq,  əzilmiş  və 

bircinsli hala salınmış nümunə götürülür və həcmi 200 

ml olan kolbaya itkisiz tökülür. Üzərinə kolbanın 

yarısına qədər isti su tökərək 0,5-1 saat su hamamında 

nişastanın yapışqanlığı üçün saxlayırlar. Sonra kolba 

soyudulur və nişastanın fermentativ hidrolizi həyata 

keçirilir. 

86 

 

Amiloza preparatı əvəzinə hazırda ağız suyunun 



durulaşdırılmış  məhlulundan istifadə olunur. Bunun 

üçün ağız boşluğu su ilə yaxalanır təmizlənir. Sonra 

ağızda tüpürcəyi bir qaba boşaldaraq 5 dəfə su ilə 

durulaşdıraraq filtrdən keçirirlər. Süzüntüdən 10 ml 

götürərək kolbaya tökürlər. Üzərinə 5 ml 10%-li 

natrium xlorid məhlulu  əlavə edirlər. Bu məhlulda 

amilozanın təsirini fəalaşdırır. 

Hidrolizin həyata keçirilməsi termostatda 40

0



olur.Hidrolizin müddəti yoxlanılan xammalın 



xüsusiyyətindən asılı olaraq bir neçə saat çəkir. 

Hidrolizin başa çatmasını yod nümunəsi ilə müəyyən 

edirlər. 

Kolbadakı  məhluldan  şüşə çubuqla 1-2 damla 

götürüb çini lövhə üzərinə salırlar. Onun üzərinə 1-2 

damla kalim yod əlavə edirlər. Hansı ki, 100 ml suda 4 

qram kalium yod və 2 qram yodu həll etməklə 

hazırlanmışdır. Bu zaman göy rəng alınmırsa deməli 

hidroliz tam baş vermişdir. Ardınca kolbadakı məhlul 

ölçü xəttinə  qədər distilə suyu ilə doldurulur və 

qarışdırılaraq filtirlənir. 

Süzüntüdən 100 ml götürərək konusvari həcmi 

200 ml olan kolbaya köçürülür. Üzərinə 12 ml 25%-li 

HCl  əlavə edərək su hamamına qoyub 3 saat 

müddətində sorucu şkafda saxlanılır. Bu müddətdə 

nişastanın süzüntüdəki hidroliz məhlulu qlükozaya 

hidroliz olur. 

Hidrolizin sonunda kolbanı soyudur, oradakı 

məhlul 10%-li Na (OH)-la qırmızı metil indikatorunun 



87 

 

iştirakı ilə  məhlulun sarı  rəng olmasına qədər 



neytrallaşdırılır. 

Bundan sonra məhlul həcmi 200 ml olan ölcülü 

kolbaya köçürülür. Sonra məhlul kolbanın ölçü xəttinə 

qədər doldurulur və onda qlükozanın miqdarı  təyin 

olunur  (bax əvvəlki səhifələrə). 

Qlükozanın nişastaya görə hesablama zamanı 

onun miqdarını 0,9 vururlar. 

Nümunədə nişastanın miqdarı (mq), alınan 

nəticə 40 vurulur. Çünki qlükozanını təyin etmək üçün 

götürülən nümunədən 1/40 hissə nümunə 

götürülmüşdür. Materialdan götürülən nümunənin 

çəkisini bilməklə ondan olan nişastanın miqdarı faizlə 

hesablanır. 

 

Sellülozanın miqdarının təyini 



 

Sellüloza meyvə-tərəvəzlərin tərkib hissəsi 

olub, insan orqanizmi tərəfindən həzm olunmur və 

eyni zamanda o qidalılıq dəyərinə malik deyildir. 

Həzm orqanlarının işinə yardımçıdır. Meyvə 

tərəvəzlərin mexaniki təsirdən zədələnməsinə 

davamlılığını artırır. 

Sellülozanın miqdarının təyini digər maddələrin 

qatılaşdırılmış azot, sirkə  və üç xlorlu sirkə turşuları 

qarışığında parçalanmasına əsaslanır. 

Təyin etmək üçün 5q material götürülür. Bu 

material əvvəlcədən sabit çəkiyə qədər qurudulmuş və 

1mq dəqiqliklə çəkilərək götürülür. 

88 


 

Götürülmüş nümunə  həcmi 300 ml olan 

konusvarı kolbaya köçürülür üzərinə 100 ml turşu 

qarışığı  əlavə olunur. Hansı ki, qarşıqda sellülozadan 

başqa bütün maddələr parçalanır. 

Sonra kolba vertikal su soyuducusu ilə 

birləşdirilir. Kolba ilə soyuducunun birləşməsi yaxşı 

cilalanmış olmalıdır. Rezindən istifadə etmək olmaz 

sıx ağacdan olan probkadan  istifadə etmək olar. 

Birləşmədən sonra kolba içərsindəki ilə birlikdə 

asta və  səliqəli məftilli-oda davamlı azbest üzərində 

qızdırılaraq qaynadılır. Qaynatma 30 dəqiqə 

müddətində davam etdirilir. 

Sonra kolbaya isti distilə suyunun köməyi ilə 

dəqiq çəkilmiş (0,3q) miqdarında quru azbest əlavə 

olunur. 


Kolba icərsindəki ilə birlikdə yaxşı 

qarışdırılaraq çini materialdan hazırlanmış diametr 3 

sm, hüdürlüyü 6 sm, məsamələrin ölçüsü 90-150 mk 

süzücüdən sorma üsulu ilə süzülür. 

Sorma Bunzen kolbası  və ona oturdulmuş çini 

süzgəc su nasosu ilə həyata keçirilir. 

Süzücü üzərində qalan qalıq isti distilə suyu ilə 

süzüntüdə olan turşuluğun tam itməsinə  qədər 

yuyulur. Sonda qalıq 50 ml spirtlə və etil efir ilə sorma 

olmadan yuyulur. Yuyulmuş süzgəc qalıqla birlikdə 

quruducu  şkafda 130

0

C qurudulur. Sonra ekskatorda 



soyudularaq tərəzidə çəkilir. 

Sellülozanın miqdarı bu formul ilə təyin olunur. 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə