Microsoft Word Alma turshusu doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix11.06.2018
ölçüsü0,79 Mb.
#47986
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

63 

 

göstəricilərindən biridir.Bu səbəbdən də onlara 



nəzarəti diqqətdə saxlamaq üçün standartlar və texniki 

şərtlər tətbiq olunur. 

Məhsullarda nəmliyin miqdarını  təyin etmək 

üçün müxtəlif analiz üsullarından istifadə olunur. 

Üsulun seçilməsi təhlil edilən maddənin 

mühitindən tədqiqatın məqsədindən, üsulun 

mürəkkəbliyindən, onun dəqiqlik dərəcəsindən, eyni 

zamanda anlizin yerinə yetirilməsi üçün sərf olunan 

vaxtdan asılıdır. 

İstehsalat  şəraitində analizin tez həyata 

keçirilməsi lazım gəldikdə, xüsusilədə  tədqiqat 

işlərində  dəqiq nəticələr  əldə etmək üçün sürətli 

nəzarət üsulundan istifadə olunur. 

Tərəvəz məhsullarının emalında, qatılaşdırılmış 

məhsulların istehsalında adətən termiki qurutma 

üsullarından istifadə edirlər. Bu zaman tədqiq ediləcək 

maddəyə müəyyən olunmuş temperatur tətbiq olunur. 

Quru maddənin miqdarı bir sıra növ xammalında və 

yarımfabrikatlarda refraktometrik üsullarından istifadə 

olunur. 


 

 

 

 

Nəmliyin qurutma üsulu ilə təyini. 

 

Nəmliyin miqdarı  məhsulda termiki üsulla 



müxtəlif temperaturlarda təyin edirlər: 100-105

0

C-də 



sabit çəki olana qədər; 125, 130, 155-170

0

C sürətli 



64 

 

qurutma, 40-60



0

C-də vakum altında həyata keçirirlər. 

Nəmliyin təyin etdikdə daha dəqiq məlumatlar  əldə 

etmək üçün temperatur, qurutmanın müddəti və  

qurudulan nümunənin çəkisinə, xüsusilə  də sürətli 

qurutma üsulunda, diqqətli olmaq lazımdır. 

Nəmliyin nümunədən daha tez çıxmasını təmin 

etmək üçün, götürülmüş nümunə yaxşı  xırdalanır və 

qumla qarışdırılır. 

 

Nəmliyin sabit çəkinin alınmasına qədər 



 qurudulması üsulu ilə təyini. 

 

Bunun üçün diametri 45-55 mm və hündürlüyü 

40-50 mm olan şüşə byuksa 10 qram kvars qumu 

tökərək  şüşə çubuğu da həmin ölçüdə 40-50 mm 

uzunluqda byuksa yerləşdirirlər. Elə edirlər ki, 

byuksın qapağı örtülsün. 

Byuksı  ağzı açıq vəziyyətdə lazım olan 

temperaturda quruducu şkafa yerləşdirirlər. 

Yarma, paxlalılar, un və digər məhsulları 

byuksda qum əlavə etmədən qurudurlar. 

Byukslar 1 saat ərzində qurudulur, sonra qapağı 

örtülür, 20-30 dəqiqə ərzində eksikatorda soyudulur və 

0,0001 q dəqiqlikdə  çəkilir. Bundan sonra byukslar 

yenidən quruducu şkafa yerləşdirilərək 30-40 dəqiqə 

qurudularaq, eksikatorda soyudulur və yenidən 

çəkirlər. Qurutmanı  və byuksların çəkilməsini sabit 

çəki alana qədər davam etdirirlər. 



65 

 

Nümunəni o vaxta qədər qurudurlar ki, iki çəki 



arasında olan fərq 0,0002 qramdan çox olmasın. 

Nəmliyin miqdarı faizlə (x) aşağıdakı formul ilə 

hesablanır. 

X=



g

x

G

G

100


(

1



Harada G-byuksin qurutmadan əvvəl nümunə 

ilə birlikdə çəkisi, q; 

Ç

1



-byuksin çəkisi nümunə ilə birlikdə 

qurutmadan sonra, q; 

g-tədqiq olunan nümunələrin çəkisi, q; 

Məhsulda nəmliyin təyin oluması iki təkrarda 

davam etdirilir. Nəticədə iki təkrarın orta rəqəmi 

götürülür. İki təyin olunma arasındakı fərq 0,20%-dən 

çox olmamalıdır. 

 

Nəmliyin sürətli üsulla təyini 130



0



temperaturda qurutma. 

 

Nəmliyi təyin etmək üçün əvvəlcə diametri 45-

55 mm olan şüşə  və metal byukslar hazırlanır. 

Qurudulacaq nümunənin çəkisi xırdalanmış və (

0,01 


q) dərinlikdə  çəkilmiş 5 q olur. Nümunəni 130

0

C-də 



45 dəqiqə  ərzində qurudurlar. Sonra onu ekskatorda 

20-30 dəqiqə soyudurlar və 0,01 q dərinliklə çəkirlər. 

Ağzı açıq olan byuks nümunə ilə birlikdə 140-

145


0

C qızdırılan quruducu şkafa yerləşdirilir. Bu 

zaman  şkafda temperatur sürətlə  aşağı düşür. 

66 


 

Temperaturu 130

0

C çatırırlar və bu mometdən 



qurutmanın başlanması hesab olunur. 

Byuks nümunə  çəkisi ilə birlikdə 40 dəqiqə 

müddətində 130

0

C saxlanılır. 



Göstərilən temperaturdan kənarlama 

2



0

-dən 


çox olmamalıdır. 

Sonra byuks şkafdan çıxarılır qapaqla 

bağlanaraq ekskatora yerləşdirilir. 20-30 dəqiqə 

soyudularaq çəkilir dəqiqliklə 0,01 q təşkil etməlidir. 

Nəmliyin miqdarı bundan əvvəldə göstərilən 

formul ilə hesablanaraq faizlə ifadə olunur. İki paralel 

təyin etmə arasında olan fərq 0,20%-dən çox 

olmamalıdır. 

Məhsulun kimyəvi tərkibindən asılı olaraq 

130


0

C qurutma zamanı vaxtın müddəti də müxtəlif 

olur. 

Məsələn, kartof və kök 40 dəqiqə; çuğundur 35, 



kələm və soğan 22 dəqiqəyə qurudulur. 

 

VÇ-cihazı ilə qurutma (yüksək tezliklə-VÇ) 

 

Məhsulların qurudulmasında  şüa enerjisindən 



istifadə olunması, müxtəlif məhsulların qurutma 

müddətini azaldır. 

İnfraqırmızı 

şüaların uzunluğu-700nm-dən 

yüksəkdir.  İnfraqırmızı  şüalanmanın mənbəyi kimi 

VÇ cihazından istifadə olunur. Hansı ki, tədqiq olunan 

material 2-3 mm qalınlığında qatla şüa enerjisi ilə 

şüalanaraq qaranlıqda qızdırılan cisimlə qızdırılır. 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə