Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə9/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   5   6   7   8   9   10   11   12   ...   104

 
27 
hakimiyyəti dövründə Midiya Ön Asiyanın qüdrətli dövlətinə çev-
rildi. Kiaksarın vəfatından sonra hakimiyyətə  gələn oğlu Astiaqın 
(e.ə. 585-550) hakimiyyətinin son illərində Midiyanın daxili və xa-
rici vəziyyəti mürəkkəbləşmişdi. Hökmdar ilə zadəganlar arasında 
ziddiyyətlər artırdı. Bir qrup əyan fars vilayətinin hakimi II Kir ilə 
gizli sazişə girdi. II Kirin ordusu Astiaq ilə müharibəyə başladı və 3 
ildən sonra qələbə çaldı. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi 
(1, s. 257). 
Əhəməni imperiyası.  II Kir Midiyanı  işğal etdikdən sonra 
Əhəməni fars dövlətinin  əsasını qoydu. Əhəmənilər sülaləsindən 
olan II Kir özünü Midiya şahı elan etdi. Əhəməni dövlətinin 
paytaxtı Ekbatan şəhəri oldu. II Kir bir neçə il ərzində Midiyanın 
bütün  ərazisini, Babilistanı, Anadoluda Lidiya dövlətini işğal etdi. 
Misirə qədər Qərb ölkələri Əhəmənilərə tabe idi. II Kir e.ə. 530-cu 
ildə Araz çayı yaxınlığında köçəri massaqet tayfaları ilə döyüşdə 
məğlub edilərək öldürüldü. Massaqetlərin hökmdarı Tomiris adlı bir 
qadın Kiri məğlub etmiş, başını  kəsdirmiş  və qanla doldurulmuş 
tuluğa saldıraraq demişdir: “Sən qan istəyirdin, doyunca iç”. Sak-
massaqet tayfaları Orta Asiyada və Şimali Azərbaycanda yaşamış-
lar. II Kirin oğlu II Kambiz (e.ə.530-522) Misiri işğal etdi. Kambiz 
Misirdə olarkən,  e.ə. 522-ci ildə  İranda dövlət çevrilişi olmuş, 
Qaumata adlı bir maq özünü Kirin oğlu Bardi kimi qələmə vermiş 
və Əhəməni taxt-tacını ələ keçirmişdir. Əhəmənilər nəslinin nüma-
yəndəsi Qaumatanın yalançı Bardi olduğunu bildirmiş və ona qarşı 
sui-qəsd təşkil edərək öldürmüşlər. Beləliklə, I Dara (e.ə.522-486) 
hakimiyyətə gəlir. E.ə. 522-521-ci illərdə Əhəməni dövlətinin tərki-
bində üsyanlar baş vermiş, lakin yatırılmışdır. I Dara Əhəməni im-
periyasını 20 satraplığa (canişinliyə) bölmüşdür. Azərbaycan əhalisi 
Əhəməni dövlətinə vergi verirdi və onun ordusunu müharibə za-
manı hərbi dəstələrlə təmin edirdi. Makedoniyalı İsgəndər (e.ə.336-
323) yürüşü zamanı  Əhəməni imperiyasına dağıdıcı  zərbələr vur-
muşdur.  E.ə. 331-ci ildə  Şimali Mesopotamiyada Qavqamel adlı 
yerdə III Dara məğlub olmuşdur (1, s. 268).  III Dara imperiyanın 
Şərq hissəsinə qaçmış  və  e.ə. 330-cu ildə yolda öz adamı Bes tə-


 
28
rəfindən öldürülmüşdür. Beləliklə,  Əhəmənilər imperiyasına son 
qoyulmuşdur. Bundan sonra İsgəndər tutduğu  ərazilərlə birlikdə 
Balkan yarımadasından Hindistana qədər  əraziləri (Azərbaycanın 
cənubu da) əhatə edən imperiya yaratmışdır. 
 
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi  
və siyasi vəziyyəti. Atropatena dövləti 
 
E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər Atropatena dövlətinin 
ilk hökmdarı olan Atropatı Midiyanın satrapı (canişini) təyin etdi. 
İsgəndər Hindistanda olarkən Bariaks adlı bir nəfər üsyan qaldırmış, 
özünü  İranın və Midiyanın padşahı elan etmişdir. Atropat üsyanı 
yatırtmış, Bariaksı əsir edib İsgəndərə təhvil vermiş və İsgəndər onu 
edam etdirmişdir. Bununla Atropat İsgəndərin hörmətini qazan-
mışdır. O, qızını isə  İsgəndərin  ən nüfuzlu sərkərdəsi olan Perdik-
kiyə ərə vermişdir. Makedoniyalı İsgəndərin ölümündən sonra döv-
ləti müvəqqəti olaraq Perdikki idarə edirdi. Perdikki ilə qohumluq 
Atropatın Midiyanın satrapı  vəzifəsində qalmasına köməklik etdi. 
Perdikkinin ölümündən sonra (e.ə.321) Midiya müstəqil dövlətə 
çevrildi (1, s. 277). 
E.ə. IV əsrin 20-ci illərindən Atropat yeni dövlətin Atropate-
nanın və ya Atropat Midiyasının hökmdarı oldu. Azərbaycanın coğ-
rafi adının yaranmasını Atropatena ilə bağlayırlar. Azərbaycan adı 
eramızın VII əsrindən, ərəblərin istilasından sonra çəkilir. Atropa-
tena (Adərbayqan) dövləti  əsasən indiki Cənubi Azərbaycanı  və 
Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir. 
Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı,  ən böyük düzənlik 
ərazisi Urmiya gölündən cənubda idi. Şimal hissədə Qaradağ dağ 
silsiləsi yerləşirdi. Dağların çoxu sıx meşələrlə öltülmüşdü. Atropa-
tenanın mərkəzi  şəhəri Qazaka idi. Atropatenada yaşayan tayfalar-
dan biri kaduslar idi. Midiya tayfaları arasında maqlar-atəşpərəstlik 
dini ayinlərinin əsas icraçısı kimi xüsusi yer tuturdular. Atəşpərəst-
lik dininin kahini maq adlanırdı. Ərəbdilli qaynaqlarda əhalinin bir 
hissəsinin azərilərdən ibarət olduğu göstərilirdi (1, s. 288). E.ə. IV 


 
29 
əsrdə Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsindən 
sonra bütün Azərbaycanda vahid xalq yaranmağa başlamışdır. 
Çay vadilərində, Urmiya gölü ətrafındakı torpaqlarda əkin-
çilik, bağçılıq və üzümçülük inkişaf etmişdir. Dağlıq  ərazilərdə 
yaylaq maldarlığı inkişaf etmişdir. Ölkənin zəngin faydalı qazıntı 
yataqlarından dəmir, mis, gümüş, qızıl və s. çıxarılırdı. Atropatena-
da neft-“Midiya yağı” yataqları da var idi. Sənətkarlar yüksək key-
fiyyətli metal və gil qablar, müxtəlif silahlar, toxuculuq məhsulları, 
bəzək şeyləri və s. istehsal edirdilər. Ən qədim pullar Makedoniyalı 
İsgəndərin adından kəsilmişdir. 
E.ə. 223-cü ildə III Antiox Selevkilər dövlətində hakimiyyətə 
gəldi. III Antiox Atropatenaya hücum etmiş və qalib gəlmişdir. E.ə. 
190-cı ildə Maqneziya döyüşündə romalılar III Antioxu məğlub 
etdilər və Atropatena yenidən müstəqil oldu (1, s. 300-301). E.ə. I 
əsrin I yarısında Romanın işğalçılıq siyasəti güclənmişdi. Atropa-
tena Romadan tam asılı olmamış, öz müstəqilliyini  əsasən saxla-
mışdır. Atropatena Roma ilə döyüşə 10 min suvari, 40 min piyada 
qoşun çıxarmışdır. Parfiya e.ə. 53-cü ildə romalıları  məğlubiyyətə 
uğratdı. Atropatena Parfiyanı müdafiə etdi. Lakin az sonra e.ə. 38-ci 
ildə romalılar parfiyalıları  ağır məğlubiyyətə  uğratdı. Roma sər-
kərdəsi Antoni Atropatenanın mərkəzi şəhərlərindən biri Fraaspaya 
hücum etmiş, uzun sürən mühasirə bir nəticə verməmiş və romalılar 
geri çəkilərkən 35 min nəfərə yaxın  əsgər itirmişlər. Bu hadisələr-
dən sonra Parfiya Atropatenanı bütünlüklə özünə tabe etməyə ça-
lışırdı. Belə bir şəraitdə Atropatena Roma ilə dostluq münasibətləri 
yaratmağa səy etdi. E.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn 
II Ariobarzan 10 ilə  qədər Romada yaşamışdır. O, romalıların kö-
məyi ilə  Ermənistanın da hökmdarı olmuşdur.  Ermənistan müs-
təqilliyini itirərək, Atropatenadan asılı  vəziyyətə düşdü. Eramızın 
20-ci ilində Atropatenanın axırıncı hökmdarı Ariobarzın ölümündən 
sonra Atropatena Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına 
düşdü. Parfiyanın süqutuna qədər Atropatena bu dövlətin tərkibində 
qalmışdı. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə