Microsoft Word Elsever m kitab doc


Karbohidratların ayrılması



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə75/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   71   72   73   74   75   76   77   78   ...   108

 
245
3.6.7. Karbohidratların ayrılması 
 
Nazik təbəqəli xromatoqrafiya üsulu məhsulda şəkərlərin 
miqdarı çox kiçik olduqda belə onları kifayət qədər tez ayır-
mağa və təyin etməyə imkan verir, ayrılmış ləkələr isə intensiv 
rəngə  və  dəqiq konturlanmış  sərhədlərə malik olur. Karbo-
hidratların sellüloza və silikahel təbəqələrində ayrılması 
üsulları məlumdur. 
Bitki mənşəli məhsullardan şəkərlərin (saxaroza, qlükoza, 
fruktoza, rafinoza) kifayət qədər qənaətbəxş ayrılması bufer 
kimi 0,03 molyar natrium asetat məhlulu və  aşağıdakı 14-cü 
cədvəldə göstərilən iki həlledicilər sistemindən istifadə etməklə 
KSK markalı silikaheldə həyata keçirilmişdir. 
Lövhəciklərin hazırlanma  şərtləri aşağıda göstərildiyi 
kimidir: üyüdülmüş 3,0 q silikaheli və 0,05 mm diametrli 
tordan ələnmiş 0,25 q tibbi gibs kiçik çini həvəngdəstəyə yer-
ləşdirir, üzərinə 12,5 – 13,0 ml su, 0,025 – 0,03 ml molyar 
natrium-asetat məhlulu  əlavə edir, kütlələri dəstəciklə tez və 
yaxşıca qarışdırır və (20x16 sm) ölçülü lövhəciklərin üzərinə 
bütün səthi boyunca bərabər qalınlıqda paylamaqla boşaldılır. 
Tam qurumaya nail olmaq üçün lövhəcikləri otaq tempera-
turunda təqribən 12 saat saxlanılır ki, bundan sonra da onlar 
analiz aparmaq üçün hazır sayılır. 
Şəkərləri ayırmaq üçün pilləli yüksələn xromatoq-
rafiyadan istifadə edir. Birinci həlledicilər sistemində (cədvəl 
14) şəkərləri tri-, di- və monoşəkərlərə ayırmaq mümkün olur. 
Həlledicilər cəbhəsi yüksəldikdən sonra start xəttindən 9 sm 
məsafədə, lövhəciyi 50
0
C istilikdə quruducu şkafda və ya hava 
üfürücüsü ilə qurudulur, monoşəkəri – qlükoza və fruktozanı 
ayıran ikinci həlledicilər sisteminə keçirilir. Həlledicilər 
sistemi cəbhəsi 15 sm-dən az olmamalıdır. Sonra lövhəciyi 20 
– 30 dəqiqə  ərzində quruducu sobada (şkafda) 120
0

temperatur həddində qurudulur. Qaynar lövhəciyi qatı sulfat 
turşusunda həll edilmiş α-naftol ilə çilənir (100 mq α-naftol və 


 
246
15 ml qatı  H
2
SO
4
).  Şəkərlər tünd göy rəngli ləkələr  şəklində 
aşkar olunur.  
Ayrılmış şəkərlər lövhəcik üzərində aşağıda qeyd olunan 
ardıcıllıqla düzülərək yerləşir: rafinoza, melibioza, maltoza, 
saxaroza, qlükoza, fruktoza, ksiloza. 
 
Cədvəl 14 
Aminturşuları və karbohidratlar  
üçün sorbent və həlledici sistemləri  
 
Ayrılan maddə Sorbent  Həlledici sistemləri Həcm 
nisbəti 
Aminturşuları 
Sellüloza  N - butanol - aseton - 
ammonyak - su (I) . . .  
İzopropanol - qarışqa 
turşusu -su (II) . . . . .  
İzopropanol - qarışqa 
turşusu - su . . . . . . . . . 
 
20:20:10:4 
 
20:1:5 
 
20:1:5 
Silikahel 
96%-li etanol - su . . 
n - butanol - sirkə 
turşusu - su . . . . . . . . .  
Fenol - su . . . . . . . . . .  
70:30 
 
60:20:20 
75:25 
Karbohidratlar Sellüloza İkinci butanol - etilasetat 
– su . . . . . . .  
n - butanol - piridin - su . 
. . . . . . . . . . . . . . .  
n - butanol - 25%-li 
ammonyak - su . . . .  
 
8:12:3 
 
10:3:3 
 
16:1:2 
Silikahel 
İzopropanol - etilasetat - 
su (I) . . . . .  
n - propanol - etilasetat - 
su (II) . . . .  
 
45:65:20 
 
40:60:5 
 
Şəkərlərin effektli ayrılması gibs və su ilə qarışdırılmış, 
13x18 sm ölçülü şüşə lövhəcik üzərinə 0,1 – 0,2 mm qalınlıqda 
çəkilən bərkidilmiş kağız sellülozası üzərində baş verir (məcnu 
çəkildikdən sonra lövhəciyi 5 – 15 saat ərzində açıq havada və 
40 dəq.  ərzində 104-106
0
C temperaturda qurudulur). Şəkərlər 


 
247
qarışığının daha dəqiq ayrılması, adətən yüksələn axında 20-
22
0
C-də 5 – 10 saat ərzində baş verir. 
 
3.6.8. Aminturşuların ayrılması 
 
Aminturşuların ayrılmasını nazik sellüloza və ya silikahel 
təbəqəsində müxtəlif həlledicilər sistemindən (cədvəl 12) 
istifadə etməklə, həm birpilləli və həm də iki pilləli xromatoq-
rafiya üsulu ilə həyata keçirmək olar. 
Sellüloza təbəqəsində iki istiqamətdə ayırmaq üçün əv-
vəlcə n - butanol - aseton - ammonyak - su  (20:20:10:4) qarı-
şığından istifadə edir, hava üfürücüsündən verilən qaynar hava 
ilə 2 saat ərzində qurudulduqdan sonra isə turş  həlledicidə 
digər istiqamətdə: izopropanol – qarışqa turşusu – su (20:1:5) 
qarışığı ilə ayırma həyata keçirilir. Xromatoqramı qurudur və 
dərhal asetonda 0,4%-li ninhidrin məhlulu ilə çiləməklə 
aşkarlanır. 
Bitki mənşəli qida məhsullarında sərbəst aminturşuları 
ayırmaq üçün, adətən bir pilləli xromatoqrafiya üsulunundan 
istifadə edilir.
 
 
3.7. Kolonkalı xromatoqrafiya 
 
3.7.1. Kolonkalı xromatoqrafiya  
haqqında ümumi məlumat
 
 
Maddələrin xromatoqrafik ayrılması  həyata keçirilən 
kolonka silindrik formalı və ya xüsusi konstruksiyaya malik ola 
bilər ki, bu da adətən şüşədən, təsadüfi hallarda isə paslanma-
yan poladdan və alüminiumdan hazırlanır. Kolonkanın hündür-
lüyü bir neçə santimetrdən 5 – 20 metrədək, diametri bir neçə 
millimetrdən 5 – 15 santimetrədək olur. Kolonkaların xroma-
toqrafiyada tətbiq olunan bütün forma müxtəlifliyində tam 
qənaətbəxş ayırmanı, sonunda titrləmə üçün büret tipli malik 
ştativə  bərkidilmiş  şüşə borudan ibarət olan ən sadə kolon-
kalardan istifadə edildikdə əldə etmək olar. 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə