Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   2   3   4   5   6   7   8   9   ...   37

__________________Milli Kitabxana_________________________ 
19 
 
Eyb etməz uçuşda yıxılsan bir an,  
Təki deməsinlər qanadsız quşdur.  
Göyləri fəth edən bir ana tərlan  
Kim deyir balaykən yıxılmamışdır. 
 
Şeirim, çox danışdım, deyəsən, bir az,  
Sən niyə susmusan, - danışan mənəm?  
Yox, şeir ocağı alovsuz olmaz  
Alışdıran sənsən, alışan mənəm. 
 
Şeirim, el sazında mizrab vur telə,  
Onsuz da ötəri ötən az deyil...  
Özləri dünyadan getməmiş hələ  
Adları dünyadan gedən az deyil. 
 
Elin nəfəsidir ən böyük əsər,  
Duysam da, özümü öyə bilmərəm.  
Yüz bülbül səsi də mənə versələr,  
Elsiz bir nəğməni deyə bilmərəm. 
 
Şeirim, şimşəklərdən qanad iste sən,  
Yerəsə insanm nəfəsiylə gəl.  
Dünyada bir damla olmaq istəsən,  
Dünyaya sən ümman həvəsiylə gəl. 
  


__________________Milli Kitabxana_________________________ 
20 
 
BİR SƏNİN EŞQİNLƏ... 
 
Yenə varaqlandı könül kitabım  
Bir sənin, bir sənin eşqinlə, gözəl!  
Düşündüm gül açır, bülbül oxuyur  
Bir sənin, bir sənin eşqinlə, gözəl! 
 
Sinəmə bir eşqin sazını asdım,  
Hər könül nəğməmi o dedi, yazdım.  
Çox eşqin səsinə qulaq da asdım  
Bir sənin, bir sənin eşqinlə, gözəl! 
 
Gah odsuz, alovsuz pərvanə oldum,  
Eşqinlə güləcək divanə oldum.  
Bəlkə yüz gözələ biganə oldum  
Bir sənin, bir sənin eşqinlə, gözəl! 
 
Qəm-kədər üzünə tutanda pərdə  
Qəmləndi çaylar da, şəlalələr də.  
Sandım-doğur günəş, gülür səhər də  
Bir sənin, bir sənin eşqinlə, gözəl! 
 
Sənsiz bir anıma dedim bir ildi,  
Dərdimi nə bacı, nə ana bildi...  
Məhəbbət önündə qəddim əyildi  
Bir sənin, bir sənin eşqinlə, gözəl! 
  


__________________Milli Kitabxana_________________________ 
21 
 
SEVGİ NƏĞMƏSİ 
 
Bir sevgi nəğməsi yaradım deyə,  
Bu axşam bulanıb, duruluram mən.  
Onu düşünərkən bilmirəm niyə  
Başqa bir nəğməyə vuruluram mən. 
 
Kiçik bir mahnını bəstələyincə  
Xəyalın min eli dolansın gərək.  
Sevən bir ürəyin səsini necə,  
Necə dinləməsin sevən bir ürək... 
 
Yenə dillənirsən qonşu otaqdan,  
"Sus" demək gəlmir dilimdən, ay qız. 
 Dalmışam nəğmənə yenə bayaqdan,  
Almısan nəğməmi əlimdən, ay qız. 
 
Elə bil, deyir ki, qopan bir səda,  
"Divar aramızda daşdan olsa da,  
Gərək daş olmaya ürəklərimiz,  
Bir varaq eləyək iki qəlbi biz". 
 
Susuram önündə o şeiriyyətin,  
Ürəyim dolsa da, ağ qalır kağız.  
Qələmsiz, kağızsız ilk məhəbbətin  
Yazır nəğməsini qəlbimə o qız. 
  


__________________Milli Kitabxana_________________________ 
22 
 
ŞEİRƏ GƏTİR 
 
Şair dostum, çaldığın saz  
Eldən ayrı səs ucaltmaz,  
Gəl həyaınt nəfəsini  
Həyatda duy, həyatda yaz.  
Gur çayları səsinə qat,  
Nə şöhrət gəz, nə də ki, ad.  
Gəl zəhmət çək, zəhmətdəki  
Şan-şöhrəti şeirə gətir!  
Təbiətin öz şeiri var,  
Təbiəti şeirə gətir. 
 
Dərəni keç, düzdə dayan,  
Ceyran keçən izdə dayan,  
Axşamüstü qızlar gəlir,  
Düş bulağın üstə dayan.  
Sevdiyindən ilham alır.  
Çoban döşdə tütək çalır,  
O tütəkdə dilə gələn  
Sədaqəti şeirə gətir.  
Məhəbbətin öz şeiri var,  
Məhəbbəti şeirə gətir... 
 
Dırman dağa, en arana,  
Aş Murovu, keç Muğana.  
Qar sinəsi, günəş üzü  
Günəş altda yana-yana  
Pambıq dərən bir gözəlin  
Əllərini sıxsın əlin.  
O gözəlin hüsnündəki  
Əzəməti şeirə gətir,  
Qəlbindəki çırpıntını,  
Hərarəti şeirə gətir. 
 
Qanadını şimşəkdən al,  
İlhamım ürəkdən al!  
Gül-çiçəyin ətrini gəl 
      
  
 


__________________Milli Kitabxana_________________________ 
23 
 
 
Çiçəklənən əməkdən al.  
Bax ellərin qüdrətinə,  
Çat ellərin qüdrətinə,  
Çat zamanın sürətinə.  
Qələm götür sürət ilə,  
Bu sürəti şerə gətir.  
Yazılmamış, duyulmamış  
Şeiriyyəti şeirə gətir.  
Gəl baharın xoş çağında  
Bahar gəzmə otağında.  
Yaz baharın şeirini də  
Təbiətin qucağında.  
Söz üstündə şam kimi yan,  
Asan gələn gedir asan.  
Mən demirəm yalnız gözəl  
Bir xilqəti şeirə gətir,  
Şair dostum, gəl həyatı,  
Həqiqəti şeirə gətir. 
  
1957


__________________Milli Kitabxana_________________________ 
24 
 
SƏMƏD    VURĞUNA 

 
SƏN TƏLƏSMƏDİN 
 
Qoy nəğmə deməyə bülbül tələssin,  
Gəzdiyi, gördüyü üç aydır, şair.  
Sənin ki, kükrəyən ilhamın, səsin  
Məcraya sığmayan bir çaydır, şair. 
 
Könlü qar gəzənlər tələssin dağa,  
Dağın tələsməsi, məncə, əbəsdir.  
Dənizlər can atsın ümman olmağa,  
Ümmanın öz suyu özünə bəsdir... 
 
Qəlbin od gəzmədi şaxta kəsəndə,  
Söylədin hər fəslin öz aləmi var.  
Dedin tələssən də, tələsməsən də  
Yenə öz vaxtında gələcək bahar. 
 
Gah oldu oylağın Göyəzən dağı,  
Sözünlə açıldı ayın qabağı.  
Əsl bayramını bayramqabağı 
-
 
Elədi görəndə gözəllər səni. 
 
Sazına Vaqifin səsimi gəldi,  
Səsindən baharın nəsimi gəldi.  
Alqışa Füzuli, Nəsimi gəldi,  
Eşqə gətirəndə qəzəllər səni. 
 
Gah sinən Kür oldu Kür qırağında,  
Qafqazla tən durdun Qafqaz dağında.  
Muğandan qayıdıb iş otağında  
"Muğan"ı yazanda tələsmədin sən. 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə