Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 
- 33 -
baycanda milli özünüdərkin, fəlsəfi və  ədəbi-bədii 
dəyərlər sisteminin inkişafı naminə geniş  və  hərtə-
rəfli tədqiqatçılıq və maarifçilik fəaliyyəti göstərir-
di. Kosmopolit kommunist ideologiyasının bütün 
möhtəşəm makinasından, həm də milli məfkurəyə 
xidmət üçün istifadə olunurdu. Lakin zaman başqa 
zaman idi. Çar Rusiyası dövründə keçilə bilən səd-
lər Qırmızı  İmperiyanın daha mütəşəkkil qadağa 
sərhədlərini keçə bilməzdi. Heydər Hüseynovun fə-
aliyyəti isə Mərkəzin verdiyi nisbi müstəqillik həd-
lərini çoxdan aşıb keçmişdi. O, təkcə kommunist 
ideologiyasına deyil, həm də  İmperiyanın, Rus şo-
vinizminin maraqlarına xidmət etməli olan elmi-təd-
qiqat və  təbliğat institutlarını, o cümlədən Elmlər 
Akademiyasını  və ali məktəblərdəki ictimai və hu-
manitar fənn kafedralarını milli maraqlara xidmət 
istiqamətində yönəldə bilmişdir. 
 
Sokrat aqibəti 
Bəli, Heydər Hüseynov intihar məcburiyyətin-
də qaldı. Lakin onun hərəkətə saldığı humanitar ma-
kina fəaliyyətini dayandırmadı. Düzdür, şəxsiyyət 
yoxluğu sonrakı illərdə bu makinanın işini tədricən 
cırlaşdırdı, bu odlu-alovlu vətəndaş alimin yerini tu-
tanların bəziləri bu kursu davam etdirmək əzmində 
olmadı, lakin Elmlər Akademiyasında Yusif Məm-
mədəliyev, Səməd Vurğun kimi şəxsiyyətlərin varlı-
ğı bu alovun sönməsinə imkan vermədi. Şəxsiyyət-
lərin təqib olunmağı isə davam edirdi. Fiziki repres-


 
- 34 -
siyaların yerini zahirən daha yumşaq ideoloji rep-
ressiyalar tuturdu. Ta-a yeni şəxsiyyətlər yeni sta-
tusda zühur edənə yeni Heydərlər yetişənə qədər. 
Yaradıcılığının  ən gur və  səmərəli dövrünü 
yaşayan 42 yaşlı akademikin cismani intiharından 
yarım əsr keçdikdən sonra, artıq müstəqil Azərbay-
canın milli özünüdərk axtarışlarında, hər hansı bir 
buxovdan azad şəkildə öz milli-fəlsəfi fikrinə yeni 
nəfəs vermək səylərində biz Heydər Hüseynov ru-
hunun oyanışını görürük. 
Əllinci il otuz yeddinci il deyildi. Və Heydər 
Hüseynov öz «səhvlərini» etiraf etsəydi və sonrakı 
fəaliyyətini milli məzmundan azad edilmiş ideoloji 
fəaliyyətə, marksizm-leninizm təliminə həsr etsəydi, 
o,  əlbəttə, yaşaya bilərdi. Lakin Heydər Hüseyno-
vun filosofluğu da elə ondadır ki, o, cismani varlığı-
nın deyil, ruhani varlığının, əqidə və amalının yaşa-
masına üstünlük verdi. Elmi-fəlsəfi fəaliyyəti ilə, 
böyük yaradıcılıq əzmi ilə, millətə təmənnasız xid-
məti ilə əsl qəhrəmanlıq göstərmiş olan Heydər Hü-
seynov «şərəfli ölüm» və «şərəfsiz həyat» seçimin-
də  də böyük Sokratların tutduğu yolu davam et-
dirməklə  qəhrəmanlığın daha bir nümunəsini gələ-
cək nəsillərə ərməğan etdi. 
 
“Xalq qəzeti”, 20 may 2003-cü il 


 
- 35 -
 
 
 
Sevilin xələfləri 
(Akademik İzzət Orucova haqqında) 
 
Səhərlər instituta gedən-
də fikir vermişəm ki, hər gün 
saat doqquza on dəqiqə işləmiş 
Üzeyir Hacıbəyov küçəsi ilə 
metronun 26 Bakı komissarı 
adına stansiyasına sarı gedən 
bir qadınla rastlaşıram... Mən 
tələsəndə  də, hələ  dərsə xeyli 
vaxtım qalanda da çalışıram ki, 
instituta məhz həmin vaxtda 
gedim; ya metronun eskalatorunda, ya da küçədə 
onunla rastlaşım, auditoriyaya girməzdən əvvəl yur-
dumun qəhrəman qızını görüm. Bu qadın akademik 
İzzət Orucovadır. 
Onun açıq alnında, xoş sifətində düzlüyün, hə-
qiqətin  əsl təcəssümü ifadə olunub. Onu görəndə 
mənim mənəvi varlığım süzgəcdən keçir, təmizlə-
nir, paklaşır, özümdə tükənməz qüvvət hiss edirəm, 
əyilməzlik, vüqar hissi təlqin olunur mənə. 
Antey torpaqdan qüvvət alarmış deyirlər. Şair 
– vətəndən, filosof – insandan, insanlıqdan ilham 
alar. Torpağımı, vətənimi, analığın, insanlığın tim-
salını görürəm o qadınla rastlaşanda. Xalqımın 


 
- 36 -
mərdlik və qeyrət salnaməsi olan keçmişini, bu gü-
nümüzün böyük, əzəmətli qələbələrinin ifadəsini 
görürəm. Xoşbəxt sabahımıza inam yaranır məndə.  
Dünya  ədəbiyyatında, bütün mədəni inkişaf 
tarixində misli görünməmiş bir haldır ki, obrazın 
səhnə təcəssümçüsü eyni zamanda onun canlı həyat 
təcəssümçüsünə çevrilir. Öz fərdi həyat nümunəsi 
ilə oynadığı rolun reallığını isbata yetirir, həm də 
arzu edilə biləcək ən yüksək səviyyədə... 
Sevil obrazının keçirdiyi səhnə  təkamülünü 
gerçək həyatda ən parlaq şəkildə təkrar edən qadının 
məhz həmin rolun ilk ifaçısı olması heç də təsadüfi 
deyil. Biz burada rejissor axtarışı ilə dramaturq ide-
alının birləşməsini görürük. Məsələ burasındadır ki, 
Cəfər Cabbarlı Sevilin ifaçısını heç də asanlıqla tap-
mamışdır. O, bir aktrisa axtarırkən, eyni zamanda 
Sevilin canlı  gələcəyini axtarmışdır. O zaman ak-
trisa kimi çıxış etməli olan qadın böyük inam, cəsa-
rət və  mədəniyyət potensialına malik olmalı idi. 
Əslində müəllif belə bir adamı tapdığı andan öz 
idealında yanılmadığına  əmin ola bilərdi. Bu fakt 
özlüyündə göstərirdi ki, Azərbaycan qadını həqiqə-
tən yüksələcək, nəyə qadir olduğunu isbat edəcək-
dir. Bu tək fakt kütləvi axına çevriləcəkdir. 
Lakin göstərilən məntiqi  əsasa baxmayaraq, 
Azərbaycan qadınının tərəqqisində ilk ciddi addımın 
müəllifi olan İzzət xanımın axıradək öz mövqeyini 
qoruyub saxlaması hər halda heyrətamiz faktdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə