Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə26/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
145 
Qüdrətli bildiyim, ülvi sandığım, 
Hamıdan çox sevib, çox inandığım -  
Mənim səndən güclü kimim var axı? 
 
Sən bəxş etdin mənə səbri, dözümü, 
Adınla başladım hər bir sözümü, 
Hər məqamda sənə tutdum üzümü -  
Mənim səndən güclü kimim var axı? 
 
Dayaqsıza dayaq olmaq zorun var, 
Kor dünyanı işıqladan nurun var, 
Zalım üçün qəfəsin var, torun var -  
Mənim səndən güclü kimim var axı? 
 
Bir haqq sənsən, haqq yolunda ölən biz, 
Dərgahına dizin-dizin gələn biz, 
Hər mətləbi bildirən sən, bilən biz -  
Mənim səndən güclü kimim var axı? 
 
Düşmən yaman üstələyib bizləri, 
Bu torpaqdan silinməsə izləri 
Vətən bağışlamaz biz fərsizləri -  
Mənim səndən güclü kimim var axı? 
 
Sən varsansa, kiməm mən hayıf çıxam, 
Şimşək olub düşmən başında çaxam? 
Ulu Tanrım oyaq bəxtim, qaraçuxam -  
Mənim səndən güclü kimim var axı? 
 
Ümid bir sənədir, eşit bizləri, 
Eşit Xeybər təki kimsəsizləri, 
Əyrilərdən özün qoru düzləri -  
Mənim səndən güclü kimim var axı?       1989 
MƏNİ 
 
Səndən gözləmirdim bu xasiyyəti, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
146
Nə üçün incitdin özündən məni. 
Bilməm, hansı namərd aranı vurdu, 
Axır saldı sənin gözündən məni. 
 
Bir zaman dərdini mənlə bölərdin, 
Uzaqdan görəndə qaçıb gələrdin, 
Şirin danışardın, şirin gülərdin, 
İndi dindirirsən həzindən məni. 
 
Demə məhəbbətdən doydum, usandım, 
Könülsüz sevgini əfsanə sandım, 
Tək sənin oduna yandıqca yandım, 
Kənara çəkmədin gözündən məni. 
 
 
XATİRƏLƏRDƏ 
 
“Mənə xatirə yaz, - deyirsən bacım, -  
Şirin ülfət yaşar xatirələrdə. 
Acılı, şirinli keçən illərdən 
Çox hekayət yaşar xatirələrdə”. 
 
Gör nə tez yetişdik on yeddi yaşa, 
Bir şagird ömrünü tez vurduq başa
İndi bənzəyirik uçan bir quşa -  
Sevinc, həsrət yaşar xatirələrdə. 
 
Məktəb illərindən bizə əmanət 
Qalacaqdır saflıq, düzlük, həqiqət, 
Kimə ömür boyu sonsuz məhəbbət, 
Kimə nifrət yaşar xatirələrdə. 
Keçdi günlərimiz min bir ahəngli, 
Sinif otaqları nidalı, zəngli, 
Təbaşir qoxulu, mürəkkəb rəngli 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
147 
Arzu, niyyət yaşar xatirələrdə. 
 
Çox çəkilib bizim üçün zəhmətlər, 
Çox almışıq haqlı-haqsız töhmətlər, 
Çıxar yadımızdan bir çox qiymətlər, 
Düzgün qiymət yaşar xatirələrdə. 
 
Ağ-appaq dəftərdir şagird ürəyi
Hələ gül açmamış arzu, diləyi, 
Qabaqdadır onun hər görəcəyi -  
Sirli hikmət yaşar xatirələrdə. 
1957 
 
 
 SALMAN RÜŞDÜYƏ AÇIQ MƏKTUB 
 
Ədibsən, alimsən bilmirəm nəsən, 
Tanınmırsan hələ biz tərəfdə sən. 
Oxumamışam hələ cızmaqaranı, 
Ancaq görürəm ki, ağdan qaranı 
Seçə bilməyirsən, yazıqlar sənə. 
Bir ulu, müqəddəs kitaba, dinə 
Qələt söyləmisən başından böyük. 
Bütün əcdadının yaşından böyük 
Tarixi, şöhrəti olan dinim var, 
Onu ləkələyə bilməz nadanlar. 
Yazmamışdan qabaq, ay əbləh, barı, 
İslama, “Qurana” şər atanları 
Gözlərin önünə gətirə idin, 
Onlardan bir ibrət götürə idin. 
Bilirdinmi Nadir, Şamil, Teymurləng, 
Bu dinin yolunda eyləyiblər cəng?! 
Tanrısızlara dərs veriblər elə
Unutmur min arxan dönəni hələ. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
148
Kərbəla çölündə şəhid olanlar, 
Məzardan ayılsa minlər, milyonlar, 
Səni tez məhşərə çəkərlər bu gün. 
Ölümünə fərman verdiyi üçün 
O mərd Xomeyniyə “sağ ol” deyərlər. 
İslamı sahibsiz görmüsən məgər? 
Bu dinə, “Qurana” çox xor baxanlar 
Sonradan utanıb peşman olublar. 
Oxu Tolstoyu, Bismarkı oxu, 
“La ilahə” deyir dünyanın çoxu. 
Bəşərin ən böyük söz dühaları 
Səndən istedadlı sənətkarları -  
Firdovsi, Nizami, Pəhləvi bir vaxt, 
Söz-sənət mülkündə açarkən büsat 
“Qurani-Kərim”dən ilham alıblar, 
Onun şərəfinə qələm çalıblar. 
Sevib vəhylərdəki pak qayələri, 
Tərənnüm ediblər o ayələri. 
Onları yaşadan hikmət, bax, budur. 
Tanrısevərləri heç kəs unutmur. 
Sən isə aldanıb pula, şöhrətə 
Şər atdın “Qurana” və şəriətə. 
Acıyıram sənin nadanlığına, 
Özünü gör nəyə düçar eylədin -  
Adını pislikdə şüar eylədin. 
Sənə yaraşmayır müsəlman adı. 
Haram olsun sənə o Salman adı. 
Bəndələr yazsa da hökmü, fərmanı 
Tanrı verəcəkdir əsl cəzanı. 
1992 
 
ŞAİRƏ SALAM 
(27.03.1955-ci ildə xalq şairi S.Vurğunla  
görüşdə X.İgidəliyevin söylədiyi şeir) 
 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
149 
Artır iftixarım, artır ilhamım, 
Baxdıqca bu xoşbəxt cahana, şair! 
Çoxdan gözləyirdik, çoxdan biz sizi, 
Xoş gəlmisiz bizim rayona, şair! 
Mən də bu həyatdan ilham almışam, 
İndi söz mənimdir, məni dinləyin, 
Bir xahişim vardır, şairim, sizə 
Bu kiçik şeirimi qəbul eyləyin. 
“Könül dəftərini” vərəqlədikcə, 
Yaratmaq eşqilə ilhama gəldim! 
Qəlbimi açmaqçın, şairim, sizə, 
Bu gün hüzuruna salama gəldim! 
 
Bizim şən qızların nəğmələrindən, 
Əziz anaların körpələrindən, 
Baharın ətirli, xoş havasından, 
Qayıtmış quşların ilk yuvasından 
Salam söyləyirəm şairim, sizə! 
Sadə görünməsin şeirim sizə! 
Gəncliyin gül açan arzularından, 
Kürün sakit axan lal sularından, 
Dağda çobanların zümzüməsindən, 
Xallı ceyranların incə səsindən 
Salam söyləyirəm şairim, sizə! 
Sadə görünməsin şeirim sizə! 
İnsanın insana məhəbbətindən, 
Yaşlı qocaların söz-söhbətindən, 
Novruz güllərindən, çiçəklərindən, 
Qoca Həraminin ətəklərindən 
Salam söyləyirəm şairim, sizə! 
Sadə görünməsin şeirim sizə! 
Sədəfli sazımda səslənən simdən, 
Mənə ilham verən müəllimimdən, 
Elin xoş günündən, səadətindən, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
150
Əlaçı şagirdin beş qiymətindən 
Salam söyləyirəm şairim, sizə! 
Sadə görünməsin şeirim sizə! 
 
Ən böyük arzudan, azad ilhamdan, 
Tərlan səhərlərdən, nurlu axşamdan, 
Sizə mühəndisdən, dəmiryolçudan, 
Qurğudan, əməkdən, hər işdən salam! 
Sevdiyim həyatdan,  günəşdən salam! 
Yazmaqla qurtarmır salamım, şair! 
Öpür qələmimdən ilhamım, şair! 
Bu dünya dastandır, ürəyim vərəq, 
Aldığım hər zövqü vəsf edəm gərək. 
Yolum şairlərin gedən yoludur, 
Çələng bağlamışam sənət adından. 
Şerim həyatımın ilk məhsuludur. 
Sizə gəncliyimdən,  həm dostlarimdan, 
Dərsdən, oxuduğum məktəbdən salam! 
Bu cavan şairin təbindən salam! 
Şairim, yox məndə elə bir qüdrət 
Sizə dastan qoşam şeir dililə. 
Boşdur söz xəzinəm, sadədir dilim, 
Necə yarışım mən söz bülbülilə. 
Siz mavi göylərdə yanan bir günəş, 
Mən ondan yaranan kiçik bir şüa. 
Mən sənət yolların indi keçirəm, 
Siz sənət evində böyük bir düha. 
İlham mənbəyidir odlu nəfəsin, 
Canlanırsan daim bir əməl kimi! 
Sənətin, həyatın inkişafında 
Parladın, şairim, bir məşəl kimi. 
“Xanlar”ın yaşayır, “Vaqif”in yazır, 
Artıq qovuşmuşdur Şirinlə Fərhad. 
Şöhrətin dünyanı dolaşıb gəzir, 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə