Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
127 
Bir qara tük belə yoxdur başında -  
Sanki yazılmamış bir ağ varaqdır. 
 
Özüm də bilmirəm, mehriban qadın, 
Nədir düşündürən, qocaldan səni? 
Keçən dövrlərin izləridirmi? 
Gizlətmə, aç mənə ana qəlbini. 
 
Düzdür, min işgəncə vermiş pis günlər 
Sənin tək ağsaçlı çox analara. 
Daha ürəyindən sil qübarını -  
Artıq insan hara, pis günlər hara? 
 
Ömrümüz günəşlə yanaşı durmuş, 
Ələm də, qüssə də bizdən uzaqdır. 
Parlaq gəncliyimin şəfəqlərində 
O ağ saçların da parlayacaqdır. 
21.05.1958 
 
 
MƏNİM NƏNƏM 
 
İllər gəlib keçdi gözlənilmədən, 
Bilirəm, ötmüşdür doxsanı yaşın, 
Yenə hiss edirəm, gənc görünürsən. 
Mən hər gün aldığım “əla” qiymətlə 
Ay nənə, gülürsən, çox sevinirsən. 
 
İşıqdan qalsa da solğun gözlərin
Düşsə də o qara saçlarına dən, 
Sən hələ “cavansan”, “qocalmamısan”, 
Yenə ilham alır gəncliyim səndən. 
 
Körpə yaşlarımda bəslədin məni, 
Ən əziz mehriban analar kimi. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
128
Yuxusuz qalaraq beşiyim üstə 
“Lay-lay” da çalırsan sonalar kimi. 
 
Yadımdan çıxmamış, qış axşamları 
Nağıl da söylərdin ocaq başında. 
Mən
 
yuxuya gedib xumarlanardım 
Nənə laylasının xoş ağuşunda. 
 
İllər gəlib keçdi gözlənilmədən, 
Həyatın mənasın qandım, anladım. 
Yeddi yaşım vardı o zaman hələ... 
Qoltuğumda kitab dərsə yollandım. 
 
Dedin, “fəxr eləsin səninlə Vətən, 
Qızıl Günəş kimi həyatda parla. 
Xalqa xidmət elə, sev vətənini, 
Nə şöhrətlə öyün, nə də ki varla”. 
 
Əməl eyləyirəm nəsihətinə, 
Bir-bir sinifləri hey keçirəm mən. 
Onillik məktəbin pillələrindən 
Elmin zirvəsinə yol açıram mən. 
21.05.1954 
 
GƏZƏRLƏR MƏNİ 
 
Qədirbilməzlərin eşqində, könül, 
Çox saldın ayağa - əzəllər məni. 
Yoruldum onları vəsf eləməkdən -  
Bir yada salmadı gözəllər məni. 
 
Bu qəmlər sinəmə yük oldu mənim, 
Könlüm dərd əlində tək oldu mənim, 
Atdığım dübarə yek oldu mənim -  
Cəzanə gətirdi bu zərlər məni. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
129 
Küskün xəyalımdan keçdi gör nələr, 
Könlüm quzu kimi dil açıb mələr, 
Bir zaman eşqimdən üz döndərənlər 
Vaxt gələr, axtarıb gəzərlər məni. 
 
Xeybər, bir misal var, deyilib, haqdır: 
“Gözdən uzaq olan qəlbdən uzaqdır”. 
Duyan könüllərdə yaşadacaqdır 
Yazdığım qoşmalar, qəzəllər məni. 
1960 
 
MƏNİ 
 
Könül, nə qəribə xasiyyətin var, 
Salırsan gündə bir sevdaya məni. 
Bu gülüzlülərdən ehtiyat eylə, 
Döndərmə bülbülü-sevdaya məni. 
 
Dünyaya divanə gəlməmişdim mən, 
Yalnız
 
divanəyəm onun eşqindən, 
Nə yardan yarıdım, nə də ömürdən. 
Neçin yaratdın sən, xudaya, məni. 
 
Bəzən mən deyəni deməyir ürək, 
Qəlbin də hökmünə dözəsən gərək
Xeybər, o gözəlin eşqindən əl çək -  
Qorxuram verəsən fənaya məni. 
1960 
 
SƏNƏ 
 
Gözəlim, incitmə bu qədər məni, 
Mən ki, çox etmişəm hörmətlər sənə. 
Nə çıxar aşiqə zülm eləməkdən, 
Heç yaraşmır belə adətlər sənə. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
130
Başqa bir gözələ uymadı könlüm, 
Gözündən kənara qoymadı könlüm, 
Elə şirinsən ki, doymadı könlüm, 
Çox qatılıb şəkər-şərbətlər sənə. 
 
Xeybər, zövq almadı ömürdən nadan, 
Dostlar məclisindən qoy gəlsin sədan, 
Nə qədər imkan var, kam al dünyadan, 
Bir də düşməyəcək fürsətlər sənə.  
 
1960Dedim'>                   
 
DEDİM,  
DEDİ 
 
Dedim: - Gəl barışaq, vüsal dəmidir. 
Dedi: - Cavan oğlan, az minnət eylə. 
Dedim: - Məni üzən hicran qəmidir. 
Dedi: - Sevirsənsə, dəyanət eylə. 
Dedim: - Naz etməkdən məgər doymadın? 
Dedi: - Sən məni heç rahat qoymadın. 
Dedim: - Gül üzündən busə qıymadın. 
Dedi: - Bu mən, bu sən - cəsarət eylə. 
Dedim: - Xeybər gəzir can üzə-üzə. 
Dedi: - İnanmıram o deyən sözə. 
Dedim: - Bəlkə elçi göndərim sizə? 
Dedi: - Yalandırsa, həqiqət eylə. 
1961 
 
 
KOMMUNİSTLƏRƏ BAŞSAĞLIĞI 
 
Demokratya bayraq eylədi haqqı, 
Yıxdı qurduğunuz bu ittifaqı. 
Söndü partiyanın Lenin çırağı, 
Soldu gülşəniniz, gülləriniz, vay! 
Sov.İKP həmişə deyərdi qəti: 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
131 
Kommunizmə gedirik köçlü-külfətli. 
Axırda ac qoydu yazıq milləti. 
Yadlara açılan əlləriniz, vay! 
 
İki rus birləşib verdilər fərman, 
Kremldə dözməyib etdilər üsyan. 
Bağlı qapınıza ananız qurban. 
Raykomlar, lal olmuş dilləriniz, vay! 
 
Yetmiş ildə daim artdı ölüm, şər, 
Kommunizm xülyaymış, anladı bəşər. 
Proletarlar bir də çətin birləşər. 
Dönüb düşmən olan elləriniz, vay! 
 
Hələlik salamat qalıb movzoley, 
Onu neyləməli? Düşünürlər hey. 
Baş katiblər gördük bir-birindən key. 
Qoca, xəstə, şikəst, şilləriniz, vay! 
 
Hanı verdiyiniz öyüdlər, dərslər, 
Əyri kommunistlər, düz kommunistlər. 
Danıldı, məhv oldu çox müqəddəslər, 
Başınıza oldu külləriniz, vay! 
Avqust 1991  
 
OLAYDI 
 
Deyirəm, nolaydı, sevdiyim dilbər 
Yaxşını, yamanı qanan olaydı. 
Bu tərlan könlümü az incidəydi
Ömrümə, günümə yanan olaydı. 
 
Dünyanı başıma dar etməyəydi, 
Sirrimi aləmə car etməyəydi, 
Məni dost yanında xar etməyəydi, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
132
Bir də düşmənimə yaman olaydı. 
 
Demirəm, qumaşa, ala bürünə. 
Qəlbi təmiz ola, sadə görünə, 
Yalvara-yalvara belə birinə 
Canım təmənnasız qurban olaydı. 
 
Seyranə çıxanda yel narın-narın, 
Tökəydi üzümə ipək saçların, 
Xeybər, istəmirəm dövlətin, varın, 
Arzum budur, yalnız insan olaydı. 
1961 
 
MÜƏLLİMİM 
 
Əziz müəllimim, mehriban insan, 
Qəlbin fərəhlənib şad olsun deyə 
Buket bağlayaraq misralarımdan 
Gəldim bayramını təbrik etməyə. 
 
Ömrümə-günümə bəxş elədin sən 
İşıqlı bir həyat, xoş bir gələcək. 
Nə qədər ömrün var, nə qədər sağam 
Adın ürəyimdən silinməyəcək. 
 
Həyat yollarında aciz qalmadı 
Biliyi, kamalı səndən alanlar. 
İndi bilirəm ki, mənim boynumda 
Sənin anamdan çox haqqın-sayın var. 
 
Nə edim, qarşında üzüm qaradır, 
Adına layiq bir əsər yazmadım. 
Müəllim də olsam, şair də olsam 
Yenə hüzurunda şagirddir adım. 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə