Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
213 
Baş  qərargahda öyrəndik ki, anbarda sınaqqbağı  işləri 
Kür-Araz Su Qurğuları Tikintisi Baş  İdarəsi bir nömrəli 
trestinin Ceyranbatandakı 26 nömrəli idarəsinin inşaatçıları və 
Bakı Su Kəməri İdarəsinin sanitariya texnikasını quraşdıranları 
görürlər. Ceyranbatandan buraya xüsusi briqada gəlmişdir. 16 
nəfər. Hamısı  gəncdir. Hərəsi bir neçə peşənin ustasıdır. 
Briqadaya Atabala Məmmədov rəhbərlik edir. Onunla anbarın 
damında görüşdük. Burada qapılar göyə açılır. Beton bacaların 
biri ilə yenidən aşağı endik. Başımız üstündəki bacadan yalnız 
göyün bir parçası görünürdü. Belə yerdə söhbətin başqa ləzzəti 
var. A.Məmmədovun dediklərini dəftəçəmə qeyd etdim: 
– Bilirsinizmi, mənə qalsa, buraya anbar yox, nəhəng 
xəzinə deyərəm. Bəli, bəli, əsil xəzinə. Başqa qurğularda böyük 
zəhmət bahasına təmizlənən su süzülüb buraya yığılacaqdır. 
Suyun hədər getməsinə yol verməmək üçün anbarın döşəməsi, 
divarları, qapı-bacası çox möhkəm olmalıdır. Bizim vəzifəmiz 
də bundan ibarətdir. Əvvəlcə binanın içərisini təmizlədik. Ora-
ya başdan-başa sement məhlulu döşədik. Beton sütunların, 
tağların, oturacaqlarına, arakəsmələrə qalın suvaq çəkmişik. 
Çalışırıq ki, bir balaca yer belə açıq qalmasın. Bu işdə briqada-
mızın üzvlərindən Gülağa Babayevin, Adil Rüstəmovun, Yaşar 
Əliyevin, Dilavər Qafarovun və başqalarının  əməyi çox ol-
muşdur. İndi biz axşam növbəsində də işləməyi qərara almışıq. 
Sabah qərargaha raport verəcəyik. 
Nəhəng xəzinənin  ətrafında da qızğın iş gedir. Kiçik 
sahədə buldozer, kran işləyir. Biri dərin xəndək qazır, o biri 
buraya iri borular düzür. Anbarın dibinə çökəcək lik həmin bo-
rulara toplanacaqdır. 
Binanın o biri tərəfində isə Bakıdan gəlmiş sanitariya 
texnikasını quraşdıranlar çalışırlar. Briqadir Yuri Yefremov bil-
dirdi ki, cəmi iki-üç saatlıq iş qalmışdır. 
Yenidən qərargaha qayıtdıq. Kür-Araz Su Qurğuları Tikin-
tisi Baş İdarəsi rəisinin müavini Saleh Hacıyev briqadirlərə ax-
şam növbəsində görüləcək işlərin siyahısını verirdi. O da birinci 
su anbarını sınağa hazırlayanların yaxşı işlərindən danışdı: 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
214
– Anbarın sınaqdan yaxşı  çıxacağına  əminik. Çünki 
inşaatçılar, quraşdırıcılar burada böyük əmək sərf etmiş, vic-
danla işləmişlər.  İndi növbədə ikinci qaldırıcı nasos stansiyası 
durur. O da bu gün-sabah sınaqdan  keçiriləcəkdir. 
Bir azdan projektorlar hər tərəfi nura qərq etdi. Tikintinin 
axşam həyatı başlandı... 
 “Kommunist” qəzeti,  
12.09.1970-ci il 
 
7. ÜMUMXALQ TİKİNTİSİ:  
İŞİN QIZĞIN ÇAĞIDIR 
 
Sahildən iki yüz metrə qədər aralıdayıq. Əvvəllər gördü-
yümüz hamar və sakit yerdə indi böyük iş meydanı açılıb. İnşa-
atçılar baş su qurğularından bir az aralı siyirtmələr kamerasını 
tikirlər. onun iş prinsipi barədə sahə rəisi M.Məmmədov məlu-
mat verir: 
– Güclü nasoslar vasitəsilə Kürün suyu yeddi boru ilə 
siyirtmələr kamerasına daxil olacaqdır. Burada su daha iri 
diametrli bir boruda toplanacaq. İnşaatçılarımız mərkəzi boruya 
diametri 1.200 millimetr olan iki kəmər də birləşdirmişlər. Baş 
qurğulara su həmin kəmərlərlə veriləcəkdir. 
– Siyirtmələr kamerasında işləyənlər barədə  nə deyə 
bilərsiniz? 
– Zöhrab Qasımovun dülgərlər, Məhərrəm Hümmətovun 
betonçular briqadasından çox deyilib, çox yazılıb. Onlar bu 
sahədə  də tapşırığa ləyaqətlə  əməl edirlər. Son vaxtlar krançı-
lardan Dadi Şahbazov və Vladimir Konoplyanko daha çox iş-
güzarlıq göstərirlər. Onların maşını səhərdən axşama kimi hərə-
kətdədir. 
Obyektləri gəzirik. Bir neçəsində artıq sakitlikdir. İnşaat-
çılar başqa obyektə keçmişlər. Məsələn, ilkin xlorlama ka-
merası bir neçə gün bundan qabaq təhvil verilib. Birinci və 
ikinci radial sudurulducuda da axırıncı quraşdırma işləri gedir. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
215 
Radial sudurulducuların mərkəzində paylayıcı çən tikilir. 
Burada bir qədər ayaq saxlamalı olduq. Çən qülləyə  bənzəyir. 
Lap yuxarısında dörd tərəfə baxan bacası vardır. Yerdən 8 metr 
hündürlükdədir. Su ilkin xlorlama kamerasından bu çənə vuru-
lacaq, oradan isə  aşağıya, radial sudurulduculara paylanacaq. 
Suyun bu qayda ilə  hərəkət etdirilməsi yalnız bir məqsəd 
üçündür. Mütəxəssislər dedilər ki, ilkin xlorlama kamerasından 
su birbaşa durulduculara vurularsa, onda təzyiq güclü olar və 
çöküntü normal getməz. Suyun təzyiqini bir qədər azaltmaq 
məqsədilə onu yerdən xeyli hündürlüyə və oradan durulducula-
ra paylamaq nəzərdə tutulub. 
Paylayıcı çəni 74 nömrəli idarənin birinci sahəsinin inşa-
atçıları tikirlər. Obyektdə ilk sınaq işləri ilə tanış olduq. Birinci 
qaldırıcı nasos stansiyasının qəbul kamerasının möhkəmliyini 
yoxlamaq məqsədi ilə buraya bir neçə gün qabaq su vurul-
muşdur. Xeyli vaxt keçsə də, suyun səviyyəsi düşməmiş, həm-
çinin axıntı müşahidə edilməmişdir. Nasos stansiyasının maşın 
salonunda Bakı Elektrik Avadanlığı Quraşdırma Trestinin ikin-
ci sahəsinin quraşdırıcıları işləyirlər. Briqadaya Muxtar Misirov 
başçılıq edir. Beton özüllər üstündə dörd nasos quraşdırılmalı-
dır. Nasoslar növbə ilə  işləyəcəkdir. Quraşdırıcılar burada son 
işləri görürlər. Albert Osirov, Valentin Boyko, Spartak Ayrape-
tov gündəlik tapşırığa ikiqat əməl edirlər. Briqada başçısından 
soruşduq ki, avadanlığın keyfiyyəti necədir, onlar vaxtında 
gətirilirmi? Sualımıza müsbət cavab aldıq.  
Baş qərargahın tərtib etdiyi cədvələ görə üfüqi suduruldu-
cuların altısı birinci növbədə hazır olmalıdır. Burada hər şey öz 
yerindədir. Paylayıcı nov da, üfüqi novlar da nəzərdə tutulan 
vaxtda hazır olub. Lakin inşaatçılar narahatdırlar. İlk sınaq bir 
az onların qanını qaraltmışdır.  
Yolumuzu birinci üfüqi novun yanından saldıq. Bir az 
getmişdik ki, qarşımıza kiçik su arxı çıxdı. Əvvəllər bura qup-
quru idi. Bəs su hardan axır? “Bulağın” gözü tapılmışdır. Mavi 
cığır birinci üfüqi növun altından keçirdi. Sən demə, inşaatçılar 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
216
novların davamlılığını yoxlamaq üçün onlara su buraxmışlar. 
Bir neçəsi yoxlamadan yaxşı  çıxmışdır. Ancaq bəzi yerlərdə 
qüsurlar da aşkar edilmişdir. Betonçular su sızan yerləri bərpa 
etməklə məşğul idilər. 
Süzgəcxanada quraşdırma işləri, demək olar ki, başa çat-
mışdır. Altı bölmə-süzgəc birinci növbə üçün hazırdır. Neft-
Kimya Müəssisələri  İxtisaslaşdırılmış Quraşdırma Tresti İkinci 
Sahəsinin işçilərindən çilingər İman Ağamalıyev, qaynaqçı Tap-
dıq Mahmudov, Anatoli Dudko, krançı Nikolay Bragin süzgəc-
xanada avadanlığın quraşdırılmasına böyük əmək sərf etmişlər.  
Başqa obyektlər də işlər fərəhləndiricidir. Kəmərin birinci 
növbəsinin istifadəyə veriləcəyi vaxt yaxınlaşdıqca inşaatçıların 
və quraşdırıcıların əmək fəallığı artır. Onlar qarşıdakı əlamətdar 
günlər şərəfinə böyük ruh yüksəkliyi ilə işləyirlər.  
Kiçik Talış kəndi 
“Kommunist” qəzeti, 22.08.1970-ci il 
 
 
8. ÜMUMXALQ TİKİNTİSİ:  
BİR OBYEKT DƏ HAZIRDIR   
 
Baş su qurğuları kompleksinə daxil olan nəhəng binanın 
qarşısındayıq. Bura süzgəcxanadır. İri dəmir-beton hissələrdən 
quraşdırılmış binada Kürün suyu axırıncı dəfə təmizləmə əmə-
liyyatından keçəcək. Digər qurğulardakı  qısa “səyahətdən” 
sonra bir qədər yüngülləşmiş su bu bölmələrdə sonuncu qarışıq-
lardan təmizlənəcəkdir.  
Avqustun əvvəllərinə kimi süzgəcxananın sakinləri ancaq 
inşaatçılar idilər. onlar beton tökür, armatur hörür, hissələr 
quraşdırırdılar. Birinci növbə üçün nəzərdə tutulan süzgəclər 
hazır olduqdan sonra burada iş daha da qızışdı.  Əsas avadan-
lığın bir hissəsinin quraşdırılmasına başlandı. Binanın içərisinə 
qaldırıcı kran, qaynaq aparatları, iri diametrli borular və siyirt-
mələr gətirildi. Quraşdırıcılar burada çox qalmadılar. Azər-


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə