Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
197 
lərin tanımadığı bir adam daxil oldu. O, həmin qəsəbədə yaşa-
yan buruq ustası Hənifə Qurbanov idi. Hənifəgil sonsuz idilər. 
Uşaqları olmurdu. O da, xəstəxanada tibb bacısı işləyən arvadı 
Püstə  də bu qərara gəlmişdilər ki, körpələr evindən bir uşaq 
götürüb tərbiyə etsinlər. Hənifə  gəlişinin səbəbini bildirdi. 
Burada “qəlbi sınıqdır” deyə onun arzusuna əməl etdilər, əliboş 
qaytarmadılar. Tərbiyəçilər körpələr evinə  təzəcə  gətirilmiş 
Nərgizi Hənifəyə göstərib, “bu gündən onun atası sizsiniz, 
uşaqdan muğayat olun” dedilər. 
Hənifəgildə əsil bayram idi. Püstənin qanadı olsaydı uçar-
dı. İndi onların da evindən illərlə həsrətində olduqları uşaq səsi 
eşidiləcək, otaqların daş kimi ağır sükutuna son qoyulacaqdır. 
Nərgiz bu ailənin sevinci, fərəhi oldu. Atalığı da, analığı da 
pərvanə kimi onun başına dolanırdılar. Nərgiz böyüyür, çiçək 
kimi açılırdı. Onun sağlam, bəxtiyar böyüməsi üçün valideyn-
ləri heç bir şeyi  əsirgəmirdilər.  İndi onun özü kimi adı da 
dəyişilmişdir. Təzə  şəhadətnaməsində adı Sevil yazılmışdır: 
Qurbanova Sevil Hənifə qızı. 
Bir il keçməmiş Sevil atalığını itirdi. Mənfur müharibə 
onu qızlığa götürmüş ikinci atasını da əlindən aldı. Görünür, bu 
qıza elə atasız böyümək nəsib imiş. Lakin analığı onu fikir et-
məyə qoymadı. Sevil Hənifənin yadigarı idi. Püstə  ərinin ölü-
mündən sonra qıza daha da möhkəm bağlanmışdır. Yaxşı ki, o 
varmış... 
İllər keçirdi. Püstənin saçlarına dən düşür, üzündə, tərpə-
nişində yola saldığı illərin dərin nişanələri duyulurdu. Analığı-
nın yeganə sevinci olan Sevil isə böyüyürdü. O, Suraxanıdakı 
208 nömrəli məktəbi bitirərək Müəllimlər  İnstitutunun qiyabi 
şöbəsinə, filolojiya fakültəsinə daxil olur. Analığı onun təhsil 
almasına, həyatda xoşbəxt olmaq üçün özünü ağıllı, hünərli 
aparmasına çalışır. Gecələr yastığı yanına uzanaraq ona məslə-
hətlər verir, görüb-götürdüklərindən danışır. Qızını  həyata, 
müstəqilliyə hazırlayırdı. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
198
Çəkilən zəhmətlər öz bəhrəsini verdi. Sevil keçən il ali 
məktəbi bitirmiş, müəllimlik diplomu almışdır. Bakıdakı 88 
nömrəli məktəbdə dil-ədəbiyyat müəllimi işləyir. Sevil ailə 
qurmuşdur. Həyat yoldaşı mühəndisdir. Uşaqları da vardır. Çox 
səmimi, mehriban yaşayırlar. 
Bu yaxınlarda analığı Sevili yanına çağırmış, illərdən bəri 
qəlbinin dərinliyində gizlətdiyi bir sirri ona açmışdır: “Qızım, 
mən artıq qocalmışam. Ürəyim də çox əziyyət verir. Ancaq 
arzuma çatmışam - sən xoşbəxtsən. Bundan sonrakı  həyatın 
sənin öz əlindədir. Dediklərimə qulaq as”.  
Püstə arvad Sevilin əvvəlki adının nə olduğunu, bu evə 
necə  gəldiyini,  əslən haradan olduğunu ona danışdı. Bir neçə 
gündən sonra Əlibayramlı  şəhər VVAQ bürosuna sorğu 
göndərildi. Cavab sevindirici idi... 
Sevilin heç ağlına da gəlməzdi ki, onun Qazıməmməddə 
bu qədər qohumları, bacı və qardaşları vardır. Onu qarşılamağa 
nə qədər adam gəlmişdi. o, qohumlarına əvvəlcə anasını təqdim 
etdi: “Mənim anam, xilaskarı bax bu qadın olmuşdur” dedi. 
Sədyar “Mənim itkin bacımın, Nərgizimin anası” deyə Püstə 
arvadı bağrına basmış, əllərindən öpmüşdür.  
Tufanlı illər bu bacı qardaşları ayırsa da, geniş ürəkli, 
xeyirxah insanlar onları biri-birinə qovuşdurdu. 
“İşıq” qəzeti,  
11.10.1966-cı il  
 
 
ŞƏHƏRİMİZ GÖZƏLLƏŞİR 
 
 Şəhərimiz həm böyüyür, həm də gözəlləşir. Təzə salınan 
şitilliklərə, geniş yollara, küçələr boyu əkilən ağaclara baxanda 
adamın ürəyi açılır. Hər tərəfdə səliqə, təmizlik nəzəri oxşayır. 
İndi heç kəs gileylənib deyə bilməz ki, işdən sonra günümüzü 
harada keçirək, harada istirahət edək, dincələk. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
199 
Təbiət də  şəhərimizə az gözəllik bəxş etməmişdir. Naz-
lana-nazlana axan Kürün, yaşıl örpəkli Hacıqabul gölünün su-
ları  hər gün onun sahillərini yuyur. Bu yerlərin füsunkarlığını 
daha da artırır. Əvvəllər şəhərimizə gələn qonaqlardan, düzünü 
desək, xəcalətli qalırdıq. Onlara yeni tikilən binaları, mədənləri, 
elektrik stansiyasını göstərməklə kifayətlənərdik.  İstirahət,  əy-
ləncə yerlərindən söhbət düşəndə deməyə sözümüz olmurdu. 
Yaxşı yadımdadır. Üç il bundan qabağın sözüdür. 
RSFSR-dən gəlmiş bir müəllim dostumla şəhərimizi gəzməyə 
çıxmışdıq. Onun bura ilk gəlişi idi. Dediyinə görə, respublika-
mızın bu gənc sənaye  şəhəri haqqında hardansa oxuyub eşit-
mişdi. Dostum hər  şeyi öz gözü ilə görmək, hər bir yeniliklə 
tanış olmaq istəyirdi. 
Bir zaman küləklərin at oynatdığı düzənlikdə salınmış 
Təzə  Şəhər, yaraşıqlı yaşayış binaları, məktəblər, xəstəxana, 
univermaq, hələ təzəcə qoyulan, özülü qazılan nə qədər dağla-
rın, çöllərin sükutunu pozan buruqlar. Bir az aşağıda, Kürün sa-
hilində tikilən nəhəng elektrik stansiyası... Qanadlarını geniş 
açaraq tikilə-tikilə, qurula-qurula genişlənən dağlara, çöllərə 
sarı addımlayan bu böyük şəhərlə yaxından tanış olduqca dos-
tumun gözləri gülür, qəlbi vəcdə gəlirdi. O danışdıqca mən ifti-
xar hissi keçirirdim. Müəllim dostumun şəhərimizin gündüzün-
dən aldığı təəssüratı çox fərəhli idi. 
Axşam düşürdü. O özü ilə  şəhərimizə  nə isə  qəribə bir 
sakitlik gətirirdi. Küçələr boş görünürdü. nə bir gülüş, nə  də 
mahnı eşidilirdi. Şəhərin işıqları təzəcə yanmışdır. Bəs nə üçün 
hamı indidən evə  tələsir? Dostum mənə baxaraq nəsə demək 
istədi, lakin dinmədi. Mən onun baxışlarından “bəs hanı sizin 
gəncləriniz, onlar axşamlarını harada keçirirlər, niyə şəhəriniz-
də park yoxdur?” suallarını oxuyurdum. 
Əziz oxucu, dediyim kimi bu, üç ilin söhbətidir. Bu müd-
dət ərzində şəhərimiz nə qədər dəyişmiş, gözəlləşmişdir. Onun 
görkəmi daha mədəni, cəlbedici olmuşdur. Başdan-başa asfalt 
döşənmiş küçələrə, yolların, səkilərin kənarında səliqə ilə  əki-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
200
lən ağaclara, sərin kölgəli bağlara, istirahət,  əyləncə yerlərinə 
baxanda qeyri-adi olaraq öz-özünə pıçıldayırsan: “Bu gözəlliyi 
yaradanların əli, zövqü var olsun!” 
Budur. Kür sahilindəki parkdayıq. Hava təmiz, sahil 
çıraqban. Şəhərimizin sakinləri dəstə-dəstə bura axışır. Səmərə-
li işdən sonra parkda mənalı istirahət üçün hər cür şərait vardır. 
Alabəzək skamyaların üstündə  şirin-şirin söhbət edənlərin, 
səkilər boyu gəzənlərin şən səsləri, gülüşləri sahilə yayılır. 
Park həmişə izdihamlı, həmişə gur olur. Qoynundan mah-
nı, musiqi səsi heç vaxt kəsilmir. Buradakı konsert meydança-
sında  şəhərimizin özfəaliyyət kollektivləri tez-tez çıxış edir. 
İstedadlar üzə çıxır, tanınır. DRES tikintisi, Cənub elektrik şə-
bəkəsi özfəaliyyət kollektivlərinin çıxışları tamaşaçılar tərə-
findən həmişə rəğbətlə qarşılanır. 
“Kür boyunda” mahnısı. O hər gün bu sahildə oxunur, 
şirin təranələri Kürün sularına qarışaraq daha uzaqlara axır. 
Mahnı bu gözəlliklə necə də həmahəng səslənir. Mən bu sətirlə-
ri yazarkən gözlərim önündə neçə bənnanın, neçə dülgərin, ne-
çə özül qazıb beton tökənin yaradıcı əlləri, qurub-yaratmaq hə-
vəsi canlanır. Onların bu əməyi neçə şeir, neçə mahnı mövzusu 
deyilmi? 
 
İstərəm hər səhər doğan günəşin 
Darayam telini ö əlimlə mən. 
Vətən torpağını bir gəlin kimi 
Bəzəyəm işimlə əməyimlə mən. 
 
Yaşamaq deyildir təkcə muradım, 
Əzəl şöhrətimdir yaşatmaq eşqi. 
Bəlkə də dünyaya gəlməzdi insan, 
Olmasaydı qurub-yaratmaq eşqi. 
“İşıq” qəzeti,  
01.09.1965-ci il 
 
Ötən əsrin 70-ci illərində Kür çayının  


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə