Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə14/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
61
sığınacaqlar uğrunda çarpışan insanı daha çətin sınaqlar, 
həm də uğurlar, nailiyyətlər gözləyir. Ancaq insanın sonu 
yenə də sığınacaqdır. Axtara-axtara, özümüz də bilmədən 
və  hərəmiz bir yolla sığınacağımızı tapırıq. Deməli, son 
məqsədimiz sığınacağımızı tapmaqdır. Biz insanlar son 
məqsəd kimi dünyaya sığınacaq axtarışına gəlmişik və 
hələ  də  sığınacaq axtarışındayıq. Bir sözlə, insan ömrü 
boyu sığınacaqlara doğru tələsir. Son sığınacaq hər bir 
kəsin qismətinə alın taleyi kimi yazılıbdır. Kimsə son sı-
ğınacaqdan qaça bilərmi?! Kimsə son sığınacağı 
haqqında düşünürmü?! Dünyanın qəribə  işləri var. Bir 
atanın, bir ananın övladlarının son sığınacağı bir olmur! 
Məncə, hər bir şeyin fəlsəfəsinə varmaq lazımdır. Görün 
ədəbiyyat üzrə Nobel mükafatçısı Ernest Heminquey 
necə deyib: “Hər insanın ölümü mənim ömrümü gödəl-
dir, çünki mən Bəşəriyyətin ayrılmaz bir parçasıyam və 
elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt 
soruşma ki, kimdir dünyadan köçən; Sənsən dünyadan 
köçən”. (bax: Ernest Heminquey. Seçilmiş əsərləri. Bakı, 
“Şərq-Qərb”, 2010, s.7) 
Ancaq insanın ölməsi, son sığınacağını tapması 
məğlubiyyət deyil. Ədəbiyyat üzrə Nobel mükafatçısı 
Uilyam Folkner demişkən: “Mən insanın ölümü fikrini 
rədd edir, buna inanmıram; insan nəinki duruş gətirəcək, 
mən qəti  əminəm ki, o – qalib gələcək”. Ernest Hemin-
queyin sözləri ilə desək: “İnsan övladı məğlubiyyət üçün 
yaranmayıb; insanı  məhv etmək olar, lakin onu məğlub 


B u l u d x a n   X ə l i l o v  
 
62 
etmək mümkünsüzdür”. Bir azərbaycanlı  şairin dediyi 
kimi: “Ölüm ölmək deyil ki, Vətənə qayıdışdır”. Bir ədə-
biyyat üzrə Nobel mükafatçısının belə fikri var: “Mənim 
başlanğıcım mənim sonumdur, mənim sonum isə mənim 
başlanğıcımdır”. Bu mənada hələ bilmək olmaz ki, kimin 
başlanğıcıdır, kimin isə sonudur. Ancaq bu da bir həqi-
qətdir ki, dünya yaranandan indiyə  qədər insan məğlub-
olmazdır. Nəsillər dəyişir, bir-birini əvəz edir. İnsanlar 
isə qurub-yaradır və  fəaliyyət göstərirlər. Deməli, insan 
məğlubedilməzdir. 
 
19.01.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
63
 
 
Tarix insanların gözünü qamaşdırır 
 
Hər bir insan dünya tarixini öyrənə bilər və öyrənir. 
Qəhrəmanlıqla, mübarizə ilə, döyüşkənliklə,  şücaətlə 
dolu tarix bəzən insanı heyrətləndirir. Ancaq nəzərə al-
maq lazımdır ki, tarixin həmin anlarını yaşasaydıq, daha 
doğrusu, tarixin həmin anlarında olsaydıq, biz də bu 
qeyri-adi hadisələrə qoşulmalıydıq, qəhrəmanlıq,  şücaət 
göstərməliydik. Çünki tarixin həmin məqamları bizi 
şücaət və qəhrəmanlıq göstərməyə məcbur edəcəkdi. Gə-
lin bir anlıq hər şeyin əksini fikirləşək. Məsələn, Babək, 
Koroğlu, Nəbi və digərləri indi doğulsaydı  nə edərdi? 
Tarixin bu mərhələsində onlar kim olardı? Hər bir tarixi 
dövr öz tələbinə uyğun qəhrəmanlarını yetişdirir. Bəlkə 
də ani bir an kimisə tarixin qəhrəmanlıq səhifəsinə salır. 
Və bəlkə ani bir an kimisə tarixin qəhrəmanlıq səhifəsin-
dən silir. Və bu qədər çoxlu bəlkələr tarixin özünü şanslı 
edir. Və bu qədər bəlkələr tarixdə konkret şəxsləri şanslı 
edir. Həm də tarixi hadisələrə  də yanaşmalar dəyişir. 
Bəzən tarixi şəxsiyyətlərə də münasibət eyni olmur. Bə-
zən mifoloji obrazlara da müxtəlif cür yanaşılır. Tarixin 
özü dəyişdiyi kimi, bəzən tarixin yaratdığı  dəyərlər də 
dəyişir. Məsələn, bu gün Koroğlu, Nəbi dövrünü yaşa-
maq olmur. Həm də bu gün Koroğluluq, Nəbilik etmək 
qəhrəmanlığa sığırmı?! Müasir dünyanın müasir tələb-


B u l u d x a n   X ə l i l o v  
 
64 
lərinə uyuşurmu? Müasir dünyada özünü doğruldurmu? 
Tarixi dəyərlər dəyişdikdə  hər dövrün öz Koroğlusu, 
Nəbisi yaranır. Həm də tarixi şəxsiyyətlərin  əbədiyaşar-
lığı azalır. Düzdür, əbədi yaşayan və yaşayacaq tarixi 
şəxsiyyətlər də vardır. Onlar olub və olacaqlar. Ancaq 
yenə  də tarixi şəxsiyyətləri qabaqda nə gözlədiyini bil-
mirik. Biz sadəcə olaraq mövcud reallıqların təsiri altında 
yaşayırıq. Hisslərimiz, duyğularımız, düşüncəmiz isə 
əksər vaxtlar yaşadığımız tarixi dövrün tələblərinə uy-
ğunlaşır. Yaşadığımız tarixi dövrün tələblərinə uyğunlaş-
mayan hisslər, duyğular, düşüncələr isə əksər vaxt böyük 
bir qüvvənin təsirinə və təqibinə məruz qalır. Bu zaman 
yenə də tarixə – gələcək tarixə və onun verəcəyi qiymətə 
ehtiyac yaranır. Vaxt və zaman tələb edən bu iş, bir az 
poetik desək “Axı dünya fırlanır” fəlsəfəsini önə çıxarır. 
Məhz burada gələcək tarixi həqiqətin naminə  və onun 
yolunda çoxlu itkilər, haqsızlıqlar baş verir. Bizim böyük 
əksəriyyətimizin imkanı və gücü çatmır ki, həmin haqsız-
lıqların, itkilərin vaxtında qarşısını alaq. Hər halda tarix 
bütün məqamlarda biz insanların gözünü qamaşdırır. 
Bəli, tarix insanların gözünü qamaşdırır. Beləliklə, istəni-
lən bir tarix də, tarixi dövr də, tarixi şərait də özünü ya-
şatmaq naminə bizlərin hər birinin ömür-gününü yeyir... 
Görəsən, dünyada ədalətli adamlar olmasaydı, nələr 
baş verərdi?! Görəsən, yalanlara, böhtanlara rişxəndlə 
baxanlar olmasaydı, dünyada nələr baş verərdi?! 
Görəsən, insanlar Allahdan qorxmasaydılar, nələr baş 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
65
verərdi?! Görəsən, dünyada insanların inam və imanları 
olmasaydı, nələr baş verərdi?! Bəs, görəsən, dünyada 
yaxşılar və pislər olmasaydı, nələr baş verərdi?! Bəs, 
görəsən, dünyada yaltaqlar olmasaydı, nələr baş verərdi?! 
Bəs dünyada ölüm olmasaydı, nələr baş verərdi?! Bəs 
biganələr, laqeydlər, kənarda dayanıb seyr edənlər 
olmasaydı, nələr baş verərdi?! Tarix həm də baş verən və 
baş verəcəklərdən ibarətdir. 
C.S.Levis yazırdı: “Bir tərəfdən Allah bizdən daha 
müdrikdir, bəzi  şeylər barədə  də onun hökmü bizimkin-
dən fərqlidir. Ola bilsin ki, bizə xeyir kimi görünən 
Allahın nəzərində heç də xeyir kimi görünməsin, yaxud 
da bizə  şər kimi görünən Allah nəzərlərində heç də  şər 
olmasın”. Bəs bizə xeyir və  şər kimi görünənlər tarixin 
nəzərində necədir? Yenə də bu barədə tarix öz hökmünü 
verir və verəcəkdir. Ancaq bütün məqamlarda tarix 
insanın gözünü qamaşdırır. 
 
30.01.2015 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə