Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə15/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
66 
 
 
Həyat əbədi olmadığı kimi gözəllik də 
əbədi deyil 
 
Hər bir gözəlliyin sonu qorxudur. Məsələn, gözəl 
olan nəsə  əbədi deyildir. Həmin gözəllik tez-gec öz 
gözəlliyini itirir. Hər bir xoşbəxtlik də  əbədi deyildir. 
Həmin xoşbəxtlik dəyişə bilər. Gözəl olan bir qızın gö-
zəlliyi qocalanda itir, dəyişir. Beləliklə, gözəllik özü ilə 
sonda qorxu gətirir. 
Həyat əbədi olmadığı kimi, gözəllik də əbədi deyil-
dir. Xoşbəxtlik də  əbədi deyildir. Onun da sonunda bir 
qorxu vardır. Həyatın iki tərəfi həmişə var: gözəllik– 
qorxu, xoşbəxtlik – qorxu, sevinc – qorxu və s. 
Görün dünya yaranandan indiyə  qədər nə  qədər 
gözəllər olub. İndiyə qədər nə qədər xoşbəxtlər olub. İn-
diyə  qədər nə  qədər sevinənlər, sevənlər olub. Onların 
heç biri indi dünyada yoxdur. Torpağın altında saysız-he-
sabsız gözəllər, xoşbəxtlər, sevinənlər, sevənlər yatır. 
Torpaq üçün onların gözəlliyi və xoşbəxtliyi, sevdikləri 
və sevildikləri  əhəmiyyətli deyil. Bəlkə  də, torpaq həm 
də ona görə müqəddəsdir ki, onun altında çoxlu gözəllər, 
xoşbəxtlər, sevənlər, sevilənlər, qiymətli insanlar yatır. 
XX əsr alman ədəbiyyatının görkəmli nümayəndə-
si, Nobel mükafatı laureatı Herman Hessenin “Knulp” 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
67
povestində oxuyuruq: “Bir də ki... fikir ver, tez-tez öz- 
özümə deyirəm: dünyada ən gözəl, ən qəşəng bir şey var-
sa, o da şiv, sarışın, ucaboy qızdır. Ancaq bu da düz de-
yil, həyatda görürsən ki, qaraşın qız daha gözəldir. Hər-
dən də tam ayrı fikirdə oluram. Bir də baxırsan, dünyanın 
ən gözəl- göyçək şeyi mənim üçün dönüb oldu göylərdə 
azadca süzən qəşəng bir quş. Bir az keçmiş, qanadları 
üstündə qırmızı xallar olan ağ kəpənək, ya da axşamüstü 
buludları al qana boyayan, par-par parıldayan, lakin 
adamın gözlərini qamaşdırmayan, yerə - göyə sevinc, 
məsumluq bəxş edən adicə günəş şüası qədər heç nə məni 
məftun etmir. 

 Doğrudur, Knulp. İnsanın xoş saatlarında 
gördüyü hər şey ona gözəl görünür. 

 Elədir. Ancaq mənim bir fikrim də var. Məncə, 
gözəl o şeydir ki, onda məmnunluqla yanaşı nisgil də, 
qorxu da var. 

 Hə, necə ki? 

 Lap tutaq ki, belə: əgər bilməsən ki, hər hansı bir 
dünya gözəlinin də vaxtı çatacaq, qocalıb dünyadan kö-
çəcək, bəlkə də, onun gözəlliyini duymazsan. Gözəl olan 
şey əbədiliyə qovuşa bilsəydi, ürəkdən sevinərdim. Am-
ma o zaman mən ona gözucu baxıb düşünərdim ki, bunu 
sən istədiyin vaxt görə bilərsən, bu gün olmasa da, olar. 
Əksinə, ötəri, dəyişkən, gəldi-gedər  şeylərə daha çox 
baxıram, baxdıqca da təkcə zövq almır, həm də yanıram. 

 Dayan görək! 


B u l u d x a n   X ə l i l o v  
 
68 

 Ona görə də atəşfəşanlıqdan gözəl heç nə tanımı-
ram. Göylü, yaşıllı cınqı halqalanıb göyə sıçrayır, xırdaca 
bir qövs cızıb qaranlıqda sönür. Gözəllik bax buna 
deyərəm! Ona baxanda səni həm sevinc, həm qorxu hissi 
bürüyür: qorxursan ki, indicə sönəcək.  Əslində, belə  də 
olmalıdır, gözəlliyi də orasındadır ki, ömürləri gödəkdir. 
Yoxsa yox? 

 Hə, hə, ancaq bunu hər şeyə şamil etmək olmaz. 

 Niyə? 

  Məsələn, deyək ki, iki nəfərin bir-birindən xoşu 
gəlir, sonra da evlənirlər, ya da ikisi bir-biri ilə dost olur. 
Bax bu, ona görə gözəldir ki, ömrü uzundur, hələ sonu 
yaxınlaşmayıb. 
Knulp diqqətlə  mənə baxdı, sonra zil qara 
kipriklərini çıppıldadıb fikirli- fikirli dedi: 

 Razıyam. Ancaq hər şey kimi onun da sonu var. 
Ortadan dostluğa, sevgiyə xələl gətirən çox zibil çıxır. 

 Haqlısan. Bu əngəllər üzə  çıxana qədər onun 
haqqında düşünən olmur axı. 

 Bilmirəm... Bəri bax, eşidirsən, ömrümdə iki dəfə 
vurulmuşam. Özü də yalandan yox ha. Hər ikisində  də 
demişəm ki, həmişəlikdir, yalnız ölüm bunu qıra bilər, 
ancaq hər ikisində də qırılıb, mənsə hələ sağam. Elimdə - 
obamda bir dostum da vardı, ömrümdə ağlıma gəlməzdi 
ki, bir-birimizdən ayrılarıq, amma ayrıldıq. Özü də lap 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
69
çoxdan ayrıldıq” (Herman Hesse. Seçilmiş əsərləri. Bakı, 
“Şərq – Qərb”, 2010, s.261-262). 
Gəlin fikirləşək: mənim üçün gözəllik nədir? Eləcə 
də sənin üçün nədir? Ya da o, gözəlliyə necə baxır, onu 
necə qiymətləndirir? Bizim hər birimiz gözəllik haqqında 
hansı fikirdəyik? Axı, çoxlarına çirkin görünən başqa 
birisinə gözəl görünür. Hər göz, hər baxış gözəlliyi eyni 
dərəcədə qiymətləndirmir. Elə gözlər, elə baxışlar var ki, 
onlar gördükləri hər bir şeydə gözəllik axtarırlar. Ancaq 
bunun əksinə olanlar da var... 
Gözəlliyin də, xoşbəxtliyin də nisbi olduğunu fikir-
ləşənlər azdır. Hər bir gözəlliyin və xoşbəxtliyin arxa-
sında nisgilin və qorxunun dayandığını duyanlar da çox 
deyil. Heç fikirləşirikmi: bu gün olan gözəllik və xoş-
bəxtlik sabah olmaya bilər? Sabah xoşbəxtliyin və gözəl-
liyin sonu çatacağını düşünürükmü? 
Bu gün gözəl kimi qəbul etdiklərimizin və xoşbəxt 
saydıqlarımızın ömrü çox qısadır. Məhz bu gəlimli-
gedimli dünyada gözəlliyin də, xoşbəxtliyin də ömrü 
qısadır, gödəkdir və sonu olandır. Hər şeyin sonu olduğu 
kimi, onun da sonu vardır. Hər şeyin sonunu fikirləşənlər 
gözəlliyi də, xoşbəxtliyi də daha düzgün qiymətləndirir, 
onun qədrini bilirlər. Ancaq bu barədə düşünənlər az olur 
və həmişə də az olacaqdır. 
Ədəbiyyat üzrə Nobel mükafatçısı Aleksandr İsa-
yeviç Soljenitsın 1975-ci ildə Nobel mükafatını aldıqda 
geniş nitq söyləmişdir. Onun nitqində belə bir məqam 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə