Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
52 
Bu dərdi duymayan uşaqlarına, 
Baxanda hərə bir yanda ağladı. 
 
Bu necə qismətdi, bu necə paydı, 
Əzrayıl vədəsiz ömrünə qıydı, 
İbrahim, ölümün dəli haraydı, 
Qəhərdən Buludlu xan da ağladı.  
 
*** 
 
Həyatda insanın aciz olduğu məqamlar var... Belə 
məqamlarda insanın  əlindən heç nə  gəlmir.  İnsanın heç 
nəyə gücü çatmır. Yadımdadır ki, dostum İbrahimin qəfil-
dən ölümü dostları, qohumları, tanışları – hamını aciz bir 
vəziyyətə salmışdı: 14 mart 2014-cü il dəfn mərasimi, yas 
yeri İbrahimin özünün yaşadığı evdə deyil, atası evində 

 
Suraxanıda təşkil olunmuşdu. Dəfn mərasiminə İbrahimin 
iki balaca övladını – oğullarını da gətirmişdilər: Alını  və 
Nizamini. Uşaqlar məni görüb üstümə qaçdılar: 

 Buludxan əmi, nə olub?! 
Çaşıb qaldım. Bir anlıq özümü itirdim. Bilmədim 
ki, nə deyim: 

 Sizi kim gətirib bura? 
Uşaqlar bir ağızdan: 

 Dayımız İlqar. 
Onlar nə olduğunu, nə baş verdiyini başa düşmür-
dülər. Mən isə onlara nə baş verdiyini, nə olduğunu deyə 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
53
bilmirdim. Deməyə çox aciz idim. Heç demədim də. 
Dostumuz,  şərqşünas alim Məsiağa Məhəmmədi üzümə 
baxırdı və mənim nə çəkdiyimi yaxşı başa düşürdü. Dos-
tumuz Mahir isə kənara çəkilmişdi. Özünü elə aparırdı ki, 
guya aciz deyil. Amma belə deyildi. Acizdən də aciz idi. 
O, bizdən ayrıldı  və  İbrahimlə vidalaşmaq üçün içəri 
daxil oldu, beş-altı dəqiqədən sonra çölə çıxdı: 

 Buludxan, mən İbrahimlə vidalaşdım, görüşdüm. 
Heç bilmirdim ki, nə edim. Çaşıb qalmışdım. Hər 
şey mənə yuxu kimi gəlirdi. Birdən elə bil yuxudan 
ayıldım: 

  Mən görüşə bilmərəm, mən vidalaşa bilmərəm. 
O, diridir, canlıdır, ölməyibdir. Sən nə danışırsan?! 
Qəfildən elə hönkürdüm ki, Məsiağa məni qucaqla-
yıb ağlamaq məcburiyyətində qaldı. Mən onda çox aciz 
idim. Acizliyin nə olduğunu dərk edirdim. Acizlik bizim 
hər birimiz üçün sınaqdır. Anamı itirəndə  də, atamı iti-
rəndə də aciz idim. Belə aciz olduğum məqamlar olub... 
Özünü guya aciz aparmayan Mahir sonda aciz ol-
duğunu təsdiq etdi. Belə ki, dəfndən sonra məzarı qucaq-
layıb hönkür-hönkür ağlayırdı. Biz onu qəbiristanlıqdan 
birtəhər çıxardıq, zorla çıxardıq. Acizlik onu da yük-
ləmişdi. Dünyada aciz olmayan insan yoxdur. Biz kiməsə 
ruh, can verə bilərik?! Yox! Əsla! Bu Allahın işidir. 
Deməli, acizik. Bu acizlikdir ki, biz İbrahimə də ruh, can 
verə bilmədik. 


B u l u d x a n   X ə l i l o v  
 
54 
Həyatda nə qazanmışamsa, alın tərimlə, zəhmətim-
lə, bir də istedadımın gücünə qazanmışam. Xeyirxahla-
rım da olub... Bədxahlarım da olub... Xeyirxahlarıma 
minnətdaram. Heç kəsin xeyirxahlığını unutmamışam və 
unutmaram da. Əgər hansısa bir xeyirxahımın xeyirxahlı-
ğının  əvəzini qaytara bilməmişəmsə, bu məndən asılı 
olmayan, gücümdə olmayan bir iş olubdur. Ancaq bütün 
xeyirxahlarıma etdikləri xeyirxahlığa görə həmişə özümü 
borclu saymışam və belə də olacaqdır. İnsan olan hər bir 
kəs borclu olduqlarını unutmamalıdır. Ancaq bununla 
belə, bədxahlarım da sağ olsunlar. Onlar olmasaydı, 
xeyirxahların qədir-qiyməti azalardı. Nə isə... 
Mən dostu da elə-belə qazanmamışam. Min cür 
sınaqlardan keçirmişəm. Açığı deyim ki, yoxlamışam, 
imtahana çəkmişəm, bəzən də ərk etmişəm. Necə ki, mən 
İbrahimi bu cür qazanmışdım. Qazandıqlarımın hər biri 
zəhmət hesabına olduğu üçün onun qədirini bilirəm. Dos-
tum İbrahimin də qədirini bilirdim. Axı onu sınaqlardan 
keçirmişdim, axı onu qazanmışdım. Ona görə də onu itir-
mək mənə çox ağırdır. Onun itkisi ilə bağlı keçirdiklərimi 
sözlə ifadə etmək də çətindir. Kiməsə bağlanıramsa, dost 
kimi qəbul edirəmsə, ondan ayrılmaq, onu itirmək mənə 
ağır başa gəlir. Sədaqətim və sadiqliyim imkan vermir ki, 
belə hadisələri adi qəbul edəm. Axı qazandığım o qədər 
çox da deyil ki, itirəndə adi qəbul edəm. İbrahim qazan-
dıqlarım içərisində  ən qiymətlisi və  dəyərlisi idi. Bunu 
heç nə ilə müqayisə etmək olmaz. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
55
Dostluğun vacib şərtləri var. İnam, etibar, sədaqət 
və s. Məncə, dostluğun birinci şərti etibardır. Bu etibarı 
İbrahimdən həmişə görmüşdüm. Yeganə adam idi ki, 
mən onunla hər  şeyi bölüşürdüm. O, bu etibarı qazan-
mışdı. Saatlarla oturub bölüşərdik. Bir-birimizi səbirlə 
dinləyər, bir-birimizə  səbirlə qulaq asardıq. Adətən işin 
çoxluğundan  əksər vaxt gecə – saat 8-dən, 9-dan sonra 
görüşərdik. Bəzən isə bazar və bayram günləri bir-biri-
mizi axtarırdıq. Demək olar ki, hər gün görüşürdük. Bunu 
mənəvi tələbata çevirmişdik. Bizim hər gün bir-birimizlə 
görüşməyimiz gündəlik işlərimizdən biri idi. Bir yerdə 
saysız-hesabsız söhbətlərimiz, taleyüklü məsələlərin həlli 
ilə bağlı qarşılıqlı anlaşmamız indi xatirəyə çevrilibdir. 
Mən nə qədər varamsa, o xatirələri zaman-zaman vərəq-
lərə köçürəcəyəm. Dost sədaqətinin, dost etibarının nə 
olduğunu anladacağam. Bir dəfə gəldən-getdən danışdıq, 
eyni zamanda mənim bir kitabımın üz qabığını  işlədik. 
Yeri gəlmişkən,  İbrahimin kitabın içini və üz qabığını 
hazırlamaqda zövqü, istedadı  əvəzsiz idi. Nə isə... Başı-
mız o qədər işə qarışdı ki, bir də gördük ki, gecə saat 12-
dir. Birdən mənim yadıma düşdü ki, atam üçün baş-ayaq 
almalıyam. O vaxt atamın ayağı sınmışdı, həkim xaş ye-
məsini məsləhət bilmişdi. Mən xaşı axşamdan hazırladıb 
səhər tezdən atama aparmalıydım. Onda 4-cü mikrora-
yonda olurdum. Xaşı isə hazırladıb hal-hazırda yaşadığım 
atamın evinə gətirməliydim. Bunu İbrahimə dedim. Onun 
maşınına oturub şəhəri  ələk-vələk elədik. Hər yer bağlı 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə