Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə8/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
34 
dəstəyi nəticəsində yeni inkişaf mərhələsinə  qədəm 
qoyub. 
ABŞ-dakı Nyu-York Universitetinin devizi belədir: 
“Ciddi məşğul olmağa davam etmək və ötüb-keçmək”. 
ABŞ-dakı Biston Universitetinin devizi: “Öyrənmək, 
ləyaqət, möminlik”. 
 
13.09.2014 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
35
 
Təhsilin inkişafı üzrə Dövlət 
Strategiyası: 
Ən vacib hədəflər 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əli-
yevin sərəncamı ilə 2013-cü il 24 oktyabr tarixində Azər-
baycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
Strategiyası təsdiq edildi. Əlbəttə bu Dövlət Strategiyası 
məzmun, beynəlxalq təcrübə  və meyillər, Azərbaycanda 
təhsilin vəziyyəti, təhsil sisteminin başlıca vəzifələri, 
məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, Strategi-
yanın həyata keçirilməsi baxımından böyük əhəmiyyət 
daşıyır. Bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi 
başlamış,  əhalinin sosial-iqtisadi həyatında baş verən 
müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin 
bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevir-
mişdir. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaş-
maq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviy-
yəsini yüksəltmək üçün elmi nailiyyətlər  əsasında yara-
nan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. 
Ona görə  də ölkənin təhsil sisteminin başlıca vəzifə-
lərindən biri də insan kapitalının inkişafına nail olmaqdır. 
Bunun sayəsində  insanlar  öz  həyatlarını daha yüksək 
səviyyədə qura bilərlər. Təbii ki, əmək bazarında öz 
mövqelərini tutmaqla bərabər, cəmiyyətdə  də  fəaliyyət-
lərini düzgün stimullaşdıra bilərlər. Bunun üçün təhsil və 


B u l u d x a n   X ə l i l o v  
 
36 
bütövlükdə bu proses böyük əhəmiyyət kəsb edir. Belə 
ki, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına 
şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illər-
də bu istiqamətdə təhsil sahəsində əhəmiyyətli işlər görü-
lür. Təhsil müəssisələrinin (xüsusilə orta məktəblərin) 
maddi-texniki bazası gücləndirilir, yeni-yeni məktəb 
binaları tikilir, təmir-bərpa işləri aparılır. Eyni zamanda 
informasiya-kommunikasiya texnologiyaları  tətbiq olu-
nur. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda təhsilin 
keyfiyyəti Avropa standartlarına uyğunlaşa bilsin. Təh-
silin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmaq 
üçün təkcə maddi-texniki bazanı inkişaf etdirmək, 
informasiya-kommunikasiya vasitələrini tətbiq etmək 
kifayət etmir. Həm də idarəetmə sistemi yenidən qurul-
malı, təhsil sahəsində insan resursları inkişaf etdirilməli, 
müəllimin nüfuzu yüksəlməlidir. Bunların hamısı ölkədə 
həyata keçirilməsi vacib olan məsələlərdir. Bu mənada 
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə 
Dövlət Strategiyası” öz məzmunu baxımından strateji is-
tiqamətdə ən vacib hədəfləri əhatə edir. Strategiyada dün-
ya ölkələri arasında aparıcı mövqedə olan şəriştəli müəl-
limləri və  təhsil menecerlərini, eləcə  də qabaqcıl texno-
logiyalara  əsaslanan təhsil sistemini yaratmaq üçün beş 
strateji istiqamət əsas kimi götürülür. Bu istiqamətin hər 
biri genişmiqyaslı  tədbirlər kimi diqqəti cəlb edir. Odur 
ki, bu istiqamətlərin üzərində dayanmaq lazım gəlir. 
Birinci strateji istiqamətdə əsas hədəf kimi səriştə-
yə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradıl-


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
37
masını diqqət mərkəzində saxlamaqdır. Burada əsas məq-
səd təhsilin bütün pillələrində (məktəbəqədər, ümumi, ilk 
peşə - ixtisas, orta ixtisas və ali ixtisas) kurikulumların 
inkişafına nail olmaqdır. 
İkinci strateji istiqamətdə əsas hədəf kimi təhsil sa-
həsində insan resurslarının müasirləşməsini diqqət mər-
kəzində saxlamaqdır. Bunun sayəsində səriştəli, təcrübəli 
təhsilverəni formalaşdırmaq mümkündür. Səriştəli, təcrü-
bəli təhsilverən innovativ metodları  tətbiq edərək təhsil-
alanların istedadını üzə çıxarmaqda, onların  nailiyyətlə-
rini yeni sistemlərin tələbinə uyğun qiymətləndirməkdə, 
onların inkişafına nail olmaqda, qayğı  və ehtiyaclarını 
ödəmək üçün inklüziv təlim metodologiyasının yaradıl-
masında ciddi, məsuliyyətli işlər görməliyik. 
Üçüncü strateji istiqamət kimi  təhsildə  səmərəli 
idarəetmə mexanizmlərinin yaradılması  əsas hədəf kimi 
götürülür. Burada səmərəli idarəetmə mexanizmi dedikdə 
cavabdehlik,  şəffaflıq, bir də  səmərəliliyin özü üçüncü 
strateji istiqamətin  əlamətləri sırasına daxil olur. Səmə-
rəli, cavabdeh, şəffaf idarəetmə qabaqcıl beynəlxalq 
təcrübəyə əsaslanmaqla müasirləşməli, təhsilin keyfiyyət 
təminatını artırmalı, eyni zamanda təhsildə yeni məlumat, 
hesabat sistemlərini yaratmalıdır. 
Dördüncü strateji istiqamət kimi  təhsil infrastruktu-
runun yaradılmasıdır. Təbii ki, təhsil strukturu müasir tə-
ləblərə uyğun olmaqla təhsil prosesini təmin etməlidir. 
Burada əsas məqsəd kimi təhsil müəssisələrində informa-


B u l u d x a n   X ə l i l o v  
 
38 
siya kommunikasiya texnologiyalarının formalaşması, 
distant təhsil sisteminin qurulması, istedadlı uşaqların inki-
şafını  təmin edən təhsilin yaradılması, yaşlıların təhsilini 
qurmaq, peşə - ixtisas və  təhsil müəssisələri üzrə region-
larda məsləhət mərkəzlərinin fəaliyyətini təmin etmək, 
kampusların yaradılması və s. məsələlər ehtiva olunur. 
Beşinci strateji istiqamət Azərbaycan təhsilində 
dünya təhsil standartlarına uyğun maliyyələşdirmə mode-
linin qurulması ilə bağlıdır. Doğrudan da, hal-hazırda 
təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə 
ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adam-
başı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda 
təhsil müəssisələrində ödənişli təhsil xidmətləri 
dəstəklənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun 
yaradılması müasir təhsil sisteminin tələbidir. 
Beləliklə, qabaqcıl təhsil sisteminə  əsaslanan stra-
teji istiqamətdə  səriştəyə  əsaslanan  şəxsiyyətyönümlü 
təhsil məzmununun yaradılması, təhsil sahəsində insan 
resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, 
şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq
təhsildə müasir tələblərə uyğun infrastruktur qurmaq, 
dünya təhsil standartlarına uyğun maliyyələşdirmə 
modelini formalaşdırmaq əsas hədəf kimi götürülür. 
 
03.11.2014 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə