Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   2   3   4   5   6   7   8   9   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
26 
bilər. Tələbə  həm də  gələcəkdə  həmin borcu ödəmək 
xatirinə yaxşı oxumaq, yaxşı kadr olmaq məsuliyyətini 
hiss etməli olacaqdır. Məsələn, Böyük Britaniya Krallığın-
da Kembric şəhərində yerləşən Kembric Universitetində 
təhsil almaq üçün yalnız Britaniya vətəndaşları dövlətdən 
maliyyə yardımı ala bilirlər. Və  təhsili başa vurduqdan 
sonra götürdükləri maliyyə yardımını universitetə ödəyə 
bilirlər. Bu zaman şəxsin minimum əmək haqqına, az 
gəlirli ailədən olmasına diqqət yetirməklə dövlətin əvəzsiz 
yardım (qrant) təqdim etməsinə də ehtiyac vardır. 
II. Dünyada olan təcrübəyə  əsaslanaraq universi-
tetlər öz məzunları ilə  əlaqə yaratmalıdır. Məzunlar 
arasında dövlət və özəl sektorlarda çalışan imkanlılardan 
istifadə etmək lazımdır. Onların maliyyə dəstəyini həyata 
keçirmək üçün mühüm və ciddi addımlar atılmalıdır. 
III. Universitetlər tələbələrin fəaliyyətini elə istiqa-
mətləndirə bilərlər ki, həm tələbələrin bir qisminin 
ictimai adaptasiya prosesi gedə bilər, həm də  tələbələr 
asudə, boş vaxtlarında öz istedad, bacarıqları hesabına 
maddi durumlarını yaxşılaşdıra bilərlər. Hər halda bu işə 
universitet ciddi nəzarət etməlidir. Məsələn, Azərbaycan 
Dövlət Pedaqoji Universitetində musiqi, rəssamlıq ixtisa-
sına yiyələnən tələbələr, eləcə də ingilis, fransız ixtisasını 
öyrənən tələbələr öz sahələri üzrə  fəaliyyət göstərə 
bilərlər. Belə ki, rəssamlar rəsmlər çəkib sərgisini təşkil 
edər, xarici dil mütəxəssisi olmaq istəyənlər tərcümə pro-
sesinə qoşula bilər və s. Bu istiqamətdə görüləcək işlərə 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
27
müvafiq universitetlərin müvafiq fakültələri qoşulmalı və 
universitetin maddi imkanlarını genişləndirməyə  səy 
göstərməlidirlər. Bu cür fəaliyyət müvafiq sahələrdə, 
müvafiq layihələrdə universitetlərin iştirak etməsinə  gə-
tirib çıxara bilər. Nəticədə müəyyən qrantlar, maliyyə im-
kanları əldə etmək olar. Məsələn, Azərbaycan Dövlət Pe-
daqoji Universitetinin simasında belə etmək olar: Müva-
fiq fakültələr, kafedralar, mütəxəssislər orta məktəb 
dərsliklərinin yazılmasında fəal iştirak edə bilər. Nəticədə 
orta məktəblə müəllim hazırlayan Pedaqoji Universitet 
arasında əlaqə möhkəmlənə bilər, həm də dövrün tələblə-
rinə cavab verə bilən dərsliklərin yazılması universitetə 
maliyyə gətirə bilər. 
IV. Dünyanın  ən yaxşı universitetlərinin və ümu-
miyyətlə, universitetlərin nəzdində  uşaq bağçaları, mək-
təblər, kolleclər, dükanlar və s. fəaliyyət göstərir. Bir söz-
lə, universitet bir şəhərciyi xatırladır. Universitet şə-
hərciyi bir sistem halda fəaliyyət göstərir. Universitetlə-
rin imkanlarının və  fəaliyyət dairəsinin genişlənməsində 
şəhərcikdəki bütün obyektlərin mühüm rolu vardır. Mə-
sələn, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu Cə-
nubi Koreya Respublikasının Tecon şəhərinin Yuseonq 
rayonunda yerləşir. Müəllimlərinin ümumi sayı 701 
nəfər, təlbələrinin sayı 8217 nəfər, illik büdcəsi 397 
milyon ABŞ dollarıdır. 
İnstitutda tələbələrin sağlam qidalanmasına xüsusi 
diqqət yetirilir. Ali məktəbin kampusunda çoxlu sayda ka-


B u l u d x a n   X ə l i l o v  
 
28 
fe və restoranlar fəaliyyət göstərir. Burada istənilən xidmət 
sahəsi var (banklar, bərbərxanalar, paltar mağazası və s). 
Həftə sonları açıq havada və qapalı zallarda müxtə-
lif konsertlər, şoular, tədbirlər, canlı çıxışlar təşkil olunur. 
Gənclər təhsil aldıqları ali məktəbin onlara təqdim etdiyi 
belə tələbə həyatından xüsusi zövq alırlar. 
V. Azərbaycandakı univeritetlərin, demək olar ki, 
əksəriyyəti respublika səviyyəli və dünya səviyyəli layi-
hələrdə iştirak etmirlər. Bu layihələrdə iştirak etmədikləri 
üçün heç bir qrant ala bilmirlər. Bunun üçün universitet-
lərin potensialı yeniləşməli, müasirləşməlidir. Universi-
tetlərdə universitetlərin imicinə, nüfuzuna xidmət etmək 
imkanında olmayan xeyli miqdarda əməkdaşlar vardır. 
Bunlar universitetlərdə fəaliyyət göstərmək əvəzinə, yal-
nız və yalnız universitetlərdən hər şeyi umurlar. Bu işin 
bir tərəfi, ikinci bir tərəfdən universitetlərimizin təkcə 
kadr potensialı deyil, həm də maddi-texniki bazası bey-
nəlxalq layihələrdə  iştirak etməyə imkan yaratmır. Mə-
sələn, fizika, kimya, biologiya və s. laboratoriyalarının 
imkanı hansı  səviyyədədir? Bu suala cavab onu göstərir 
ki, laboratoriyaların imkanları  məhduddur. Dünyadakı 
universitetlərin birinin təcrübəsindən nümunə: Fransa 
Politexnik Məktəbi (Fransada Paris şəhərində yerləşir) 
2009-cu ildə  tədqiqatlar aparmaq üçün 12 milyon avro 
xərcləyibdir. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
29
VI. Universitetlərin geniş ərazisi olmalıdır. Dünya-
nın müxtəlif universitetləri bu sahədə nümunədir. Müasir 
dövrün tələblərinə cavab verən yataqxanaları tikilməlidir. 
Bu gün universitetlərin nəşriyyatlarının müasir tə-
ləblər səviyyəsində fəaliyyətinə böyük ehtiyac var. Bura-
da əməkdaşların və digər müəlliflərin kitabları çap oluna 
bilər və bundan gələn gəlir universitetin maddi imkanını 
artıra bilər. ABŞ-da Kornel Universitetində universitetin 
zavodu fəaliyyət göstərir. Dünya universitetlərində tikiş 
fabrikləri, maşın proflaktoriyaları vardır. Məsələn, 
Avstraliya Milli Universitetində 7 kollec yaradılıbdır. 
Bunları bizim universitetlərdə  də yaratmaq müm-
kündür. Ancaq gərək universitetlər  şəhərcik kimi fəaliy-
yət göstərə bilsin. 
VII. Universitetlərdə  tədrisin keyfiyyətini yüksəlt-
mək üçün elə bir sistem yaratmaq lazımdır ki, tələbə də, 
müəllim də vicdanlı olsun. Məsələn, ABŞ-da Prinston 
Universitetində imtahan yazılı keçirilir. İmtahan “Vicdan 
sistemi” ilə aparılır. Tələbələr vicdanlı imtahan verməyə 
söz verirlər, ona görə də imtahana müəllim nəzarət etmir. 
Nəzarətçilər vərəqi paylayır. Sonda vərəqləri toplayır. 
Tələbələrin hər biri işini imzalayarkən yazır: “Vicdanıma 
and içirəm ki, imtahan zamanı vicdan kodeksini poz-
mamışam”. 
VIII. Universitetlərdə dil öyrədən kurslar yaratmaq 
olar. Azərbaycan Dövlət Dillər Universiteti, Bakı Dövlət 
Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə