Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə18/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
78 
birdir, vahiddir. İnsan üçün ikinci vətən ola bilməz. Və-
tən sevgisi hər nadanın, hər cahilin sevgisi deyil. Bu sev-
gi sevgilər sevgisidir, duyğular duyğusudur! Bu sevgi 
istəklərin ən alisi, ən yüksəyidir. Vətəni yüksək dərəcədə 
sevməyi bacarmaq üçün çox dərin, çox kamil olmaq, 
sevginin zirvəsinə yüksəlmək lazımdır. Məcnun belə 
sevməyi bacardığına görə onun üçün Vətən bir olduğu 
üçün, Leyli də birdir, yeganədir. Məcnun üçün ikinci 
Leyli ola bilməz. Vətəni yüksək dərəcədə sevməyi 
bacaranlar üçün də ikinci Vətən olmadığı kimi! 
“Romeo və Cülyetta”, “Gənc Verterin iztirabları” 
kimi dünya ədəbiyyatının misilsiz məhəbbət dastanların-
da məhəbbət fərdi sevginin himnidirsə, “Leyli və  Məc-
nun”dakı  məhəbbət, ümumiyyətlə sevginin özünə 
himndir!” (Heyrət ey büt!.. – Bəxtiyar Vahabzadə. 
Sənətkar və zaman. Bakı, Gənclik, 1976, s.21-22). 
 
31.03.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
79
 
 
İnsan bunları bilməlidir
  
 
Pis vərdişlər insanın pis əməllərini artırır, çoxaldır. 
İş o yerə gəlib çıxır ki, pis vərdişlərdən əl çəkmək olmur. 
Pis vərdişlər insanın başına bəlalar gətirir. Pis vərdişlər 
insanın axırına çıxır. Bu barədə  həyatda yüzlərlə nümu-
nələr var. Belə nümunələr olub və olacaqdır. Pis vərdiş-
lərdən biri oğurluqdur. Biri xırda oğurluqdan başlayır və 
bu pis vərdişi genişləndirərək daha böyük oğurluğa keçir. 
Əvvəlcə yumurta oğurlayır, sonra cücə  oğurlayır, sonra 
toyuq oğurlayır. Bu oğurluqlar insanda oğurluq vərdişini 
yaradır. Sonralar bu pis vərdiş insanı heç zaman əldən 
buraxmır. Ona görə də belələri oğurluğunu günü-gündən 
daha da artırır: quzu, qoyun oğurluğuna keçir. Sonra bu-
nunla kifayətlənməyib dəvə  oğurluğuna keçir. Dəvə 
oğurluğuna qədər etdiyi bütün oğurluqları gizlədə bildiyi 
halda, dəvə oğurluğunu gizlədə bilmir. Axı dəvə oğurlu-
ğu daha böyük oğurluqdur. Ona görə də dəvə oğurluğunu 
gizlətmək mümkün olmur. Beləliklə, oğrunun bütün 
oğurluqlarının üstü açılır. Dəvənin yiyəsi həm dəvəni
həm də dəvəni oğurlayan oğrunu tapır. 
Xırda oğurluqdan böyük oğurluğa gedənlər oğurlu-
ğun üstünün tez-gec açılacağını bilməlidirlər. Həm də in-
sanlar bir çox məsələləri, o cümlədən aşağıdakıları bil-
məlidir: 


B u l u d x a n   X ə l i l o v  
 
80 
İnsan həm də dünyanın sirlərini açmaq üçün yaranıbdır. 
*** 
Bəzilərinin qəlbi zülmət ruhları ilə o qədər doludur 
ki, onu təmizləmək mümkün deyildir. 
*** 
Günəş  şüası olan yerdə ulduzlar da, buludlar da yox 
olur. 
*** 
Təbiətdəki ağaclar, binalar, evlər... nələrin  şahidi 
deyildir. Axı aylı gecədə bir-birini sevənlər də aylı 
gecənin şahidliyi ilə bir-biri ilə əhdü-peyman bağlayırlar. 
*** 
İnsanlar təbiətin sirlərini sona qədər öyrənməklə 
təbiəti kölə halına salırlar. 
*** 
Dünyada olan canlıların hər birinin öz azarı vardır. 
Birinə yaşıl çəmənlik lazımdır. Birinə su lazımdır. Birinə 
hava lazımdır. Birinə azadlıq lazımdır. Birinə, hətta 
oğurluq lazımdır. 
*** 
Görəsən ulduzlar çıxanda birinci ulduz hansı olur?! 
Bəs sönəndə sonuncu ulduz hansı olur?! Birinci çıxan və 
sonuncu sönən ulduzlar darıxırmı? Birisi çıxmağa, digəri 
sönməyə tələsirmi?! 
*** 
Dünyada borcu olmayan adam varmı? Söhbət maddi 
borcdan getmir... 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
81
*** 
Həyatda bəzən canavardan yox, tülküdən qorxmaq 
lazımdır. 
*** 
Biz təzə tanıdığımız adamların keçmişdə kim oldu-
ğunu bilmirik. 
*** 
İnsan heç olmasa, xəyalən kimlərləsə zarafat etməyi 
bacarmalıdır. 
*** 
Tülkünün də tələsi var. 
*** 
Dünayada çoxlu sayda səslər var. Ancaq gecənin səsi 
daha maraqlıdır. Gecənin səsi həm də səssizlikdir. 
*** 
Bir anlıq fikirləş: sevmisənmi? Onda insanları da, 
həyatı da, canlıların hər birini də, təbiəti də sev. 
*** 
Qulaq as və qulaq asmağı öyrən. Qulaq asmaq 
dünəndən, bu gündən və gələcəkdən xəbər verir. 
*** 
Ağrıdan, acıdan cəhalətdən,  əzab və  əziyyətdən xilas 
olmağın yolu qalib gəlməkdir. Qalib gəlmək, udmaq çıxış 
yoludur. 
*** 
Həyatda hər bir kəs yaşayır. Kimi quruda, kimi suda, 
kimi mağarada, kimi sarayda... Ancaq bir atəş açıb hər 
kəsi oyatsalar, yaşayış yerləri dəyişə bilər. 


B u l u d x a n   X ə l i l o v  
 
82 
*** 
Divarın dibində bitən kol-kos çox zaman heç kəsin 
diqqətini cəlb etmir. Ancaq o da divarın dibində kefdədir. 
 
*** 
Körpə uşaq kimi təmiz qalanlar azdır. 
 
*** 
Körpə uşaq kimi rahat yatanlar azdır. 
 
*** 
Körpə  uşaq kimi ağlayanlar azdır. Ağlayanlar da 
ağlına söykənərək ağlayırlar... 
 
*** 
Gül-çiçək olmayan yerdə süpürgə kolu da çəmənliyə 
bənzəyir.
 
*** 
Təbiətdə çoxlu gül-çiçək var. Ancaq onların içərisin-
də heç birinə  bənzəməyən, qeyri-adi bir çiçək də var. 
Onun adı inci çiçəyidir. Bu çiçəyi çoxları görmür, görə 
bilmir. Bunu görənlər çox azdır. 
 
*** 
Qızılgül də tikanın içərisində olur. 
Xəstəliyin özünü azarlatmaq lazımdır. Onda xəstəlik 
yoxa çıxacaqdır. 
 
06.04.2015 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə